Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-414/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsinin qanunsuz sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi, əldən çıxmış fayda, maddi ziyan, ədalətli tarazlıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi, zərərin əvəzinin ödənilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair Bakı Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 mart tarixli, 2-2(103)-165/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0,0137 hektar torpaq sahəsində yerləşən 29 nömrəli 1 mərtəbəli binada 31,92 m2 ümumi, 18,62 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı 36 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 26293 nömrəli vərəqində 2007-ci il 10 yanvar tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh MMC-yə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhəri Nərimanov Rayon İcra Hakimi yyəti başçısının 2016-cı il 24 oktyabr tarixli 350 saylı sərəncamına əsasən, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,99 ha torpaq sahəsinin Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi, Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə Cavabdeh MMC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilməsi, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar D övlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınmasının Cavabdeh MMC-yə tapşırılması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsinin RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi qərara alınmışdır.
3. Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 2016-cı il 30 oktyabr tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, müqavilənin predmeti şirkət tərəfindən Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etməkdir.
4. Müqavilənin 2.4-cü bəndinə əsasən, müqavilə öhdəliyi üzrə yeni yaşayış binalarının tikilib istismara qəbul edilməsinədək sakinlərə aylıq kirayə müavinətlərinin qabaqcadan ödənilməsini təmin etmək; 2.5-ci bəndinə əsasən, hər bir mənzilin mülkiyyətçisinə yeni yaşayış binalarında sökülən mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi ilə təmin etmək şirkətin vəzifəsidir. 5. 2017-ci il 19 may tarixli texniki rəydə qeyd edilmişdir ki, ünvan 1 binanın 36-cı mənzili 2007-ci il 10 yanvar tarixli ******* saylı çıxarışa əsasən vətəndaşlar İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. Mənzil birinci mərtəbədə yerləşir, ümumi sahəsi 64,65 m2 təşkil edir. ünvan 1 binanın 36-cı mənzili hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Vətəndaşların xahişini, təqdim edilmiş sənədləri və Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alan komissiya, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsin i mümkün hesab etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının “ünvan 1 evin 36 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” 2017-ci il 22 may tarixli 209 saylı sərəncamına əsasən, ünvan 1 ünvanda yerləşən, sahəsi 64,65 m2 olan 36 saylı mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi, göstərilən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunmasının vətəndaşlar İddiaçı1 və Z.F.Abbasova tapşırılması, ünvan 1 ünvanda yerləşən 36 saylı mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsi kimi müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə müraciət edilməsinin vətəndaşlar İddiaçı1 və Z.F.Abbasova tövsiyə olunması qərara alınmışdır. 7. 2017-ci il 24 may tarixli “Tikinti obyektinin istismarına icazə” ilə, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmiş, obyektin ümumi sahəsinin 64,65 m2, ümumi torpaq sahəsinin 81,4 m2 təşkil etdiyi göstərilmişdir.
8. İddiaçı1 Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən vergi ödəyicisi kimi ********** VÖEN nömrəsi ilə ünvan 2 ünvanı üzrə uçota alınmış, uçota alınma tarixi 2007-ci il 3 fevral tarixi olmaqla, obyektin (təsərrüfat subyektinin) adı “Çinar” Kafesi kimi qeyd olunmuşdur.
9. Kommunal xidmətlərə (istismara qəbulla bağlı və s.) sənədlərə görə, “Çinar” kafesində qaz və elektrik enerjisi verilişi xətləri istismara yararlı olmuş, müvafiq sayğacl ar quraşdırılmış, texniki şərtlərə və s. məqamlara ciddi riayət edilmişdir.
10. İddiaçı1 Əsgər oğlu 2020-ci il 15 avqust tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-yə şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 2020-ci il 13 avqust tarixdə ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan “Kapitan” kafesi Cavabdeh MTK tərəfindən qanunsuz olaraq sökülmüş və içərisində olan avadanlıqlar yerində aşkar edilməmişdir.
11. Həmin ərizə əsasında toplanmış material Nərimanov RPİ İŞ-də araşdırılmış, 2020ci il 19 oktyabr tarixli qərarla mübahisənin mülki xarakterli olduğu əsas göstərilməklə cinayət işinin başlanması rədd edilmişdir.
12. Cavabdeh MMC-nin direktorunun həmin qərarda əks olunmuş izahatında aşağıdakılar göstərilmişdir: “...Təxminən 3 ilə yaxındır ki, Nərimanov rayonu Qarabağ, T.Şıxəliyev küç ələrinin və Xətai prospektinin kəsişmələrində “pilot” layihə üzrə tikinti ilə məşğul olurlar. Həmin ünvanlarda 200-dən artıq sakinlərlə razılaşmışlar və 4 binanı tam tikib sakinlərə təhvil vermişlər. Bu müddət ərzində rəhbəri olduğu Cavabdeh MTK-dan heç bir şikayət, narazılıq olmamışdır. Vətəndaş İddiaçı1 Əsgər oğluna məxsus Xətai prospekti 29, mənzil 36 ünvanında yerləşən mülkiyyəti onların layihəsində olduğundan sökülməli idi. Bununla bağlı onlar mülkiyyətçi ilə söhbətlər aparmışlar və ona bildirmişlər ki, Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamına əsasən qanun çərçivəsində mülkiyyətində olan nə varsa əvəzləndiriləcəkdir. Lakin mülkiyyətçi İddiaçı1 onlardan artıq tələblər irəli sürdüyü üçün danışıqları baş tutmamışdır. Bundan sonra onlar müqa vilə bağlayıb köçürtdükləri ərazidə söküntü və qazıntı işləri aparmağa başlamışlar. Fövqəladə Hallar Nazirliyinin verdiyi rəydə göstərilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının istismara yararsız olduğu qeyd olunduğu üçün onlar qazıntı işlərinə başlamamış Nərimanov RİH-in nümayəndələri ilə birlikdə komissiya təşkil etmişlər, mübahisəli qeyri-yaşayış sahəsinin istifadəyə yararsız olması haqqında akt tərtib edilmişdir. Eyni zamanda həmin aktda qeyri-yaşayış sahəsinin neçə m2 olması da göstərilmişdir. Qazıntı işləri aparılan zaman istismar müddəti bitmiş və yararsız halda olan mülkiyyət uçaraq yararsız hala duşmuşdur. Bununla belə, onlar İddiaçı1 mülkiyyətinin qanunla nəzərdə tutulmuş qaydada, yəni təhvil verilən günə qədər kirayə haqqı ödəmək şərti ilə əvəzləşmə müqaviləsi ba ğlamağa hazırdırlar”.
13. Cavabdeh MTK 2022-ci il 20 may tarixdə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 22 may tarixli 209 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 5 oktyabr tarixli qərardadı ilə Cavabdeh MTK tərəfindən iddia müddəti ötürlüdüyündən iddia ərizəsi qeyri-mümkün sayılmışdır.
14. Bakı İnzibati Məhkəməsinin qərardadı Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 mart tarixli qərardadı ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin 2023-cü il 13 iyun tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 (bundan sonra – “İddiaçı2”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan qeyri-yaşayış obyektinin tikilinin və yerləşdiyi tikintialtı sahənin əhatə etdiyi qanuni istifadədə olan torpaq sahəsinin əvəzi olaraq onlara həmin ərazidə sökülən yerdə cavabdeh tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 110 m2 təmirli qeyriyaşayış sahəsinin təhvil verilməsi, obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq – 17000 manat məbləğində pulun onlara ödənilməsi, 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçuruluna kimi) ictimai-iaşə obyektinin işləmədiyi fəaliyyətini məcburən dayandırdığı hər ay üçün 800 manat olmaqla, 28.800 (800 x 36) manat ödənilməsi, 2020- ci ilin avqust ayından (obyektin uçurulduğu vaxtdan) başlayaraq obyekt tikilib təmirli olaraq təhvil verilənə kimi cavabdeh tərəfindən hər ay onlara 800 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. İddia tələbi işin faktiki hallarına uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçılar 0,0137 ha torpaq sahəsində yerləşən, 2020-ci ilin avqustuna kimi mövcud olmuş 29 nömrəli birmərtəbəli binadakı 36 nömrəli mənzil sahəsinin paylı mülkiyyətçiləridir. Onlar sahəni faktiki olaraq qeyri-yaşayış kimi almış, birbaşa ictimai yola çıxışı olmuşdur. 2017-ci ildən statusun rəsmiləşdirilməsi üçün Nərimanov Rayon İcr a Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, müsbət cavab almış və 2017-ci il 24 may tarixində həmin sahənin qeyri-yaşayış kimi istifadəsinə icazə verilmişdir. 2007-ci ildən həmin qeyri-yaşayış sahəsində “Kapitan” kafesi fəaliyyət göstərmiş, lakin 2017-ci ilin yayında cavabdehin işlərinə görə fəaliyyəti dayandırılmışdır. Cavabdeh kompensasiya və əvəzləşdirmə vəd etsə də, yerinə yetirməmiş, kommunikasiya xətlərini kəsərək fəaliyyəti tam dayandırmışdır. Danışıqlar nəticəsiz qaldıqdan sonra 2020-ci il 13 avqust tarixində əmlaklarının içindəki əşyalarla birlikdə məhkəmə qərarı olmadan söküldüyünü öyrənmişlər. Müraciətlər əsasında polis təhqiqat aparmış, lakin mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət tövsiyə edilmişdir. Mülkiyyətlərindəki qeyri-yaşayış sahəs i cavabdeh tərəfindən çoxmərtəbəli bina tikmək məqsədilə, məhkəmə aktı olmadan söküldüyündən, onlara qanunvericiliyə uyğun bütün əlavələrlə eyni ölçülü və təyinatlı qeyri-yaşayış sahəsi verilməlidir. Belə ki, mülkiyyət yalnız dəyəri öncədən və ədalətli ödənilməklə özgəninkiləşdirilə bilər. Cavabdeh nə yazılı bildiriş göndərmiş, nə ədalətli ölçüdə obyekt təklif etmiş, nə də dəyəri öncədən ödəmək şərtinə əməl etmişdir. Təklif edilən obyekt onların faktiki sahəsindən kiçik, təmirsiz və torpaq sahəsi nəzərə alınmadan təqdim olunmuşdur. Şirkət öhdəliyin icrasına təminat verməmiş, torpaq üçün kompensasiyanı da danışıqlar predmeti etməmişdir. Mülkiyyət və istifadə hüquqları mübahisələndirilmədən obyektin sökülməsi qanunsuzdur. Qanunvericiliyə görə torpaq və tikililər yalnız müqavilə ilə başqasına keçə bilər, belə müqavilə bağlanmamışdır. Dövlət ehtiyacları üçün alınma qaydaları sosial layihələrdə analogiya ilə tətbiq olunmalı, obyektin bazar qiyməti və əlavə kompensasiya nəzərə alınmalıdır. Onların hüquqları qorunmalı və kompensasiyanın növü, məbləği məhkəmə tərəfindən müəyyən edilməlidir. İkinci tələbləri tikili sökülərkən içəridəki əşyaların məhv edilməsi ilə bağlıdır. Obyektin bağlı dəmir qapısı açılmadan söküldüyü üçün içəridəki avadanlıq və əşyalar yararsız hala düşmüş və ya naməlum yerə daşınmışdır. İctimai-iaşə fəaliyyəti dayandırıldıqdan sonra əşyalar obyektdə qalmış, razılaşma gözlənilmiş, lakin baş verməmişdir. Məhv olunan əşyaların siyahısı və dəyəri 17 008 manat təşkil edir və bu məbləğin zərərin əvəzi kimi ödənilməsi tələb olunur. İddiaçılar bildirirlər ki, obyektdə n istifadə edə bilmədikləri dövr üçün əldən çıxmış fayda pul şəklində ödənilməlidir. 2007-ci ildən işləyən kafe 2017-ci ildən cavabdehin söküntü işləri və kommunikasiya xətlərinin kəsilməsi səbəbindən fəaliyyətini dayandırmış, bu müddətdə hər ay 800 manat gəlirdən məhrum olmuşlar. Buna görə 2017 avqust – 2020 avqust arası 28 800 manat, həmçinin 2020 avqustdan obyekt təmirli təhvil verilənədək hər ay 800 manat ödənilməsi tələb olunur. Qəzalı vəziyyət bəhanəsi əsassızdır, çünki obyekt qənaətbəxş vəziyyətdə olub. Məhkəmə qərarı olmadan söküntü mülkiyyət hüquqlarının qanunsuz itirilməsinə, daşınmaz və daşınar əmlaka zərərin vurulmasına səbəb olmuşdur.
17. Cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul etmiş və izahatında göstərmişdir ki, əvvəlki əmlakın yerləşdiyi eyni yerdən 64,65 m2 həcm ində sahə verilməsinə razıdırlar. Bundan əlavə iddia tələbini 2020-ci ilin avqust ayından başlayaraq, obyekt tikilib təmirli olaraq təhvil verilənə kimi hər ay 800 manat ödənilməsi hissəsində də qəbul edirlər. Bu layihə dövlət ehtiyacları üçün aparılmayıb, sahə qeyri-yaşayış sahəsidir. Ona görə də 20 faiz artıq sahə verilmə tələbi əsassızdır və həmin hissədə iddia tələbini qəbul etmirlər. Eyni zamanda vurulmuş zərərin əvəzi olaraq 17 000 manat məbləğində pulun ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən həmin tələbi də əsassız sayırlar.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 24 dekabr qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdeh tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 77,58 m2 t əmirli qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi, həmçinin cavabdeh tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 77,58 m2 təmirli qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilərkən həmin əmlakın 2/3 hissəsi üzərində bütün hüquqların İddiaçı1, 1/3 hissəsi üzərində bütün hüquqların İddiaçı2 məxsus olması, cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq obyekt tikilib təhvil verilənədək iddiaçılara hər ay cəmi 800 manat icarə haqqı ödənilməsi, dövlət rüsumunun iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Əd liyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 14 noyabr tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29 ünvanındakı qeyriyaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 m2 -nin orta bazar qiyməti təqribən 6300 manat məbləğində müəyyən edilir.
20. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, qətnamə ləğv edilərək iş, məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli, e-2-2(113)5935/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, iddiaçılara məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2-lik təmirli qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin 2/3 hissəsi üzərində hüquqların İddiaçı1, 1/3 hissəsi üzərində hüquqların İddiaçı2 məxsus olmasının nəzərə alınması, cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq, təmirli, qeyriyaşayış sahəsi iddiaçılara təhvil verilənədək iddiaçılara hər ay üçün ümumilikdə 800 manat icarə haqqı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Z.Axundova).
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında müvafiq sərəncam və cavabd ehlə müqavilə bağlandıqdan sonra yaşayış sahəsinin qeyri-yaşayış keçirilməsi barədə İH-nin sərəncamının qanunsuz olduğunu, inzibati məhkəməyə müraciət etdiklərini, lakin müddəti ötürdüklərindən iddianın qeyri-mümkün sayılması barədə qərar qəbul olunduğunu qeyd etmiş, ona görə də iddia tələbini 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi hissəsində qəbul etdiyini bildirmişdir.
23. İddiaçılar 110 m2 təmirli qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsini xahiş etmişlər. Nərimanov Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 2016-cı il 30 oktyabr tarixdə bağlanmış müqavilənin 2.5-ci bəndində qeyd edilmişdir ki, hər bir mənzilin mülkiyyətçisinə yeni yaşayış binalarında sökülən mənzillərin sahəsindən 20% artıq olmaqla razılaşdırılmış mərtəbələrdə yaşayış sahəsi ilə təmin etmək şirkətin vəzifəsidir.
24. Məhkəmə bildirmişdir ki, iddiaçılara məxsus daşınmaz əmlak mənzil deyil, qeyriyaşayış sahəsi olmuşdur. Bundan başqa, mənzil kimi yanaşılsa belə, 2007-ci il 10 yanvar tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində istifadədə olan 0,0137 ha torpaq sahəsində yerləşən 29 nömrəli 1 mərtəbəli binada paylı mülkiyyət hüququ üzrə İddiaçı1 2/3 hissə, İddiaçı2 1/3 hissədə məxsus olan 1 otaqlı 36 nömrəli mənzilin ümumi sahəsi 50.54 m2 olmuşdur və həmin sahə 20% əlavə ilə 60,65 m2 təşkil edir.
25. Qeyd olunanlara əsasən məhkəmə cavabdeh tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində əvvəlki əmlakın ye rləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2-lik təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara verilməsi hissəsində iddianın təmin olunmasını hər iki tərəfin mənafeyinə uyğun və ədalətli hesab etmişdir.
26. İddia tələbinin digər hissəsi obyektdəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq – 17000 manat məbləğində pulun onlara ödənilməsindən ibarətdir.
27. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən qeyri-yaşayış sahəsində olan daşınar əmlaklar, onların fərqləndirici əlaməti, dəyəri və s. barədə hər hansı sübut təqdim olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.
28. Məhkəmə bildirmişdir ki, qeyri-yaşayış sahəsi 2020-ci ilin avqust ayında sökülmüşdür. İddi açılar həmin tarixdən əvvəlki dövrdə obyektin cavabdehin hərəkətləri nəticəsində fəaliyyət göstərə bilməməsi ilə bağlı sübut təqdim edə bilməmişlər.
29. Məhkəmə hesab etmişdir ki, iddia tələbi sözügedən hissədə qismən təmin edilərək cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq, təmirli, qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilənədək iddiaçılara hər ay ümumilikdə 800 manat icarə haqqı ödənilməli (iddiaçının nümayəndəsi də həmin hissədə iddianın təmin olunmasına etiraz etməmişdir), qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 3-cü hissələrinə, 29-cu maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 152.1, 152.5, 386.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 mart tarixli, 2-2(103)-165/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, iddiaçılara məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekt i, 29, 36 saylı qeyriyaşayış sahəsi) yerdə 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara təhvil verilməsi” hissəsində dəyişdirilərək, cavabdeh tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, iddiaçılara məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 77,58 m2 təmirli qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə, yəni iddiaçıların “obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 17000 manatın onlara ödənilməsi; 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçurulana kimi) ictimai-iaşə obyektinin işləmədiyi ( fəaliyyətini məcburən dayandırdığı) hər ay üçün 800 manat olmaqla 28.800 (800 x 36) manat ödənilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər T.Mahmudova, L.Əliyeva).
33. Məhkəmə hesab etmişdir ki, iddiaçıların əmlakının sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onların mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlaklarının əvəzində onlara təklif edilən kompensasiya (əvəz) ədalətli tarazlığa uyğun olmamışdır.
34. Məhkəmə qeyd etmişdir ki, iddiaçılara məxsus əmlak artıq sökülmüş, iddiaçılar isə əmlaklarının bərpasını deyil, bunun müqabilində kompensasiya istəmişlər - buna görə d ə kollegiyanın qənaətinə görə, iddiaçıların məruz qaldığı ziyanın kompensasiya olunması onların pozulmuş hüququnun bərpasına xidmət edəcək vasitə kimi nəzərdən keçirilməlidir.
35. Belə ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçıların pozulmuş hüquqları bərpa edilsin.
36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti ilə cavabdeh arasında 2016-cı il 30 oktyabr tarixdə bağlanmış müqavilədə MMC-nin üzərinə yalnız mənzil mülkiyyətçilərinə 20% artıq yaşayış sahəsi vermək öhdəliyi qoyulduğundan, iddiaçılara məxsus daşınmaz əmlak isə mənzil olmadığından, həmçinin hətta mənzil kimi götürülsə belə 36 nömrəli mənzilin ümumi sahəsi 50,54 m2 təşkil etdiyindən, iddiaçıların “əmlaklarının əvəzində 20% artıq sahəsi olan əmlakın verilməsi” tələbi təmin olunmamalıdır.
37. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, maddi hüquq normalarını düzgün tətbiq etməməsi, eləcə də MMC ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməməsi səbəbindən gəlməklə, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
38. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektiində yerləşən 29 nömrəli evin 36 saylı mənzilinin ölçüsü müvafiq reyestr çıxarışında 31,92 m2 (50,54 m2 deyil) göstərilmiş olsa da, sonradan səlahiyyətli dövlə t orqanının razılığı və qərarı əsasında mənzilin təyinatı dəyişdirilərək o qeyri-yaşayış sahəsinə çevrilmiş, obyektin (qeyri-yaşayış sahəsinin) ümumi sahəsinin 64,65 m2, ümumi torpaq sahəsinin 81,4 m2 təşkil etdiyi təsbit olunmuşdur.
39. Məhkəmənin qənaətinə görə, Nərimanov rayon İcra Hakimiyyəti ilə söküntü işlərini həyata keçirən MMC arasında bağlanmış müqavilədə yalnız “sakinlər” ifadəsindən istifadə olunması, həmin müqavilənin tərəfi olmayan digər əmlak mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz və sözügedən stimulun qeyri-yaşayış sahəsi mülkiyyətçiləri üçün də tətbiq olunmasına maneə törədəcək hər hansı hal mövcud deyildir.
40. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əs aslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.
41. Həmçinin məhkəmə qeyd etmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə münasibətdə hər hansı müddəa nəzərdə tutulmamışdır və əgər müqavilədəki “sakinlər” ifadəsi dar mənada (yalnız mənzil sakinləri kimi) təfsir olunarsa, o halda müqavilənin qeyriyaşayış sahələrinə ümumiyyətlə şamil edilmədiyi, yəni müvafiq sərəncamın və müqavilənin MMC-yə qeyri-yaşayış sahələrinin yerində başqa tikili inşa etmək hüququnu vermədiyi nəticəsinə gəlinməlidir.
42. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, iddiaçılara məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 64,65 m2 təmirli qeyri-yaşayış sahəsinin iddiaçılara verilməsi” hissəsində dəyişdirilməli, həmin əmlakın sahəsi 77,58 m2 (64,65 m2 x 20% = 12,93 m2, 64,65 m2 + 12,93 m2 = 77,58 m2 ) müəyyənləşdirilməlidir.
43. İddiaçıların “obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 17.000 manatın onlara ödənilməsi; 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçurulana kimi) ictimai-iaşə obyektinin işləmədiyi (fəaliyyətini məcburən dayandırdığı) hər ay üçün 800 manat olmaqla 28 800 (800 x 36) manat ödənilməsi” tələbləri üzrə gəlinən nəticəni isə məhkəmə əsaslı hesab etmiş və həmin tələblərlə bağlı əlav ə əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görməmişdir. Belə ki, iddiaçılar sözügedən tələblərin təmin olunmasına zəmin yaradacaq heç bir sübutu məhkəməyə təqdim etməmişlər.
44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, MM-in 21, 203.3, 203.5, 404, 425, 1096.1, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, MPM-in 14.2, 77.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmiş hissədə ləğv edilərək, iddi anın 64.65 m2 ölçüdə qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsində təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri:
46. MM-in 1115-ci maddəsi üzrə - Hazırkı maddi hüquq normasının tələblərindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi zərərin əvəzini naturada müəyyənləşdirərkən sözügedən maddi hüquq normasını düzgün tətbiq etməmiş, eyni növlü və keyfiyyətli əmlak vermək əvəzinə cavabdehin üzərinə mövcudluğu yoxlanılmayan daha artıq sahəli qeyri-yaşayış sahəsi vermək öhdəliyini qoymuşdur ki, bu həm icra edilməsi mümkün olmayan, həm də iddiaçıları əsassız varlandıran hal hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, əmlak sökülən andan etibarən iddiaçının tələb etdiyi həcmdə əldə çıxmış faydan ın tutulmasına cavabdeh tərəfindən etiraz edilməmiş, eyni zamanda yeni tikilən yaşayış binasının 1-ci mərtəbəsində 65 m2 ölçüdə təmirli qeyri-yaşayış sahəsinin verilməsi təklif olunmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi düzgün qəbul edilmiş məhkəmə qətnaməsini dəyişdirərək təklif olunan sahəni 20 % artıraraq daha böyük ölçülü qeyri-yaşayış sahəsinin verilməsi kimi əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli əmlakdan daha üstün şəraitli qeyri-yaşayış sahəsi verildiyi halda, məhkəmə əsassız olaraq həmin sahəni 20 % artıraraq, cavabdehin hüquqlarını əsassız məhdudlaşdırmışdır. Nəzərə alınmalıdır ki, sökülən qeyri-yaşayış sahəsi tamamilə yararsız vəziyyətdə olan (fotoşəkillər mövcuddur), mənzil formasında olub daha sonra qeyri- yaşayış sahəsinə çevrilən, heç bir gəlir gətirməyən tikili olmuşdur və onun əvəzinə, yeni tikilinin 1-ci mərtəbəsində, daha hündür və cəlbedici yola birbaşa vitraj pəncərəsi olan eyniölçülü, təmirli qeyri-yaşayış sahəsi təklif olunsa da, məhkəmə vətəndaşları əsassız varlandıraraq daha böyük ölçülü qeyri-yaşayış sahəsi vermək qərarına gəlmişdir. Yuxarıda qeyd olunan hallar, hazırki maddi hüquq normasının düzgün tətbiq edilməməsini bir daha sübut edir.
47. MPM-in 15.2, 88, 217.3-cü maddələri üzrə - Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətini, iş materiallarında olan sərəncamı, İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış müqaviləni nəzərə almayaraq, cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Məhkəmə yuxa rıda qeyd olunan detallara heç bir əhəmiyyət vermədən vətəndaş mövqeyini sahibkar mövqeyindən daha irəli tutmuşdur. Daha maraqlı bir məqam ondan ibarətdir ki, MMC (indiki MTK) ilə Nərimanov Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədən göründüyü kimi, 20 % sahə yalnız mənzillərə şamil olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki, yeni inşa olunan binalarda daha çoxsaylı mənzil inşa olunduğu halda, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi olduğu kimi qalır və daha artıq sahənin verilməsi texniki cəhətdən mümkün olmur. Beləliklə, məhkəmə sadalanan hallara düzgün qiymət verməyərək, hazırki prosessual normanın tələblərini də kobud surətdə pozmuşdur.
48. MPM-in 217.3-cü maddəsi üzrə - Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin 5-ci bölməsində verilən əsaslandırmadan da göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi tərəflər arasında olan hüquq münasibətlərinə uyğun əsaslandırılmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
49. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, cavabdeh tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində, iddiaçılara məxsus əvvəlki əmlakın yerləşdiyi (Nərimanov rayonu, Xətai prospekti, 29, 36 saylı qeyri-yaşayış sahəsi) yerdə 77,58 m2 təmirli qeyri-yaşayış sahəsi iddiaçılara təhvil verilməsi hiss əsində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
52. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “ Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vuru lmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” "Maddə
203. Mülkiyyət hüququnun itirilməsi növləri... “203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublik ası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikl əri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüf uzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi h üquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
57. Əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin faktiki halını araşdır an apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbləri üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün seçmiş, mübahisəyə Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və bu konteksdə Avropa Məhkəməsinin presedent hüququna istinadən mülkiyyət hüquqlarının pozuntudan qorunması ilə bağlı müəyyənləşdirdiyi 4 mərhələli testi yoxlamış, yəni mülkiyyətə müdaxilə olub-olmadığını, müdaxilə mövcuddursa onun - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilib-keçirilmədiyini; bunun “ictimai marağa” uyğun olub-olmadığını və sonda mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığın” təmin olub-olmadığını öz qətnaməsində kifayət qədər tutarlı dəlillərlə əsaslandırmışdır.
58. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
59. Göstərilə nlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
60. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 11 mart tarixli, 2-2(103)-165/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.