Məhkəmə qərarları › İş №2-2(102)-415/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-415/2022

14.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-415/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının x1 Məhdud Məsuliyyətli Cəmiyyətinin İBnə qarşı ilk iddia ərizəsi və İBninx1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi barədə iş üzrə QƏRARI Açar sözlər: qazdan istifadəyə görə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçıx1 MMC-nin cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia; İB-ninx1 MMC-yə qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı idd iası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-151/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçıx1 MMC və ilkin iddia üzrə cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARI 1. 2017-ci il 20 fevral tarixli 3071 nömrəli texniki şərtə əsasən, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən X2ninxüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması, istixana kompleksinin saatlıq qaz sərfiyyatı 2272,3 kub metr olmaqla 219 mm-lik orta təzyiqli qaz kəmərindən qəbul edilməsi, birləşmə nöqtəsində işçi layihə əsasında siyirtmə quraşdırmaqla obyektə qaz xətti çəkilməsi və üzərində qaz tənzimləyici qurğu quraşdırılması, habelə obyektin şəbəkəyə qoşulması “Azəriqaz “ İ stehsalat Birliyi ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra mümkün olacağı göstərilmişdir.

2. X1 MMC ilə İB arasında 2019-cu il 11 sentyabr tarixində “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AUX4492/19 nömrəli müqavilədən müəyyən olunur ki, Xaçmaz rayonu, Ləçət kəndində yerləşən obyektə sahəsinə G-1600 markalı ********** nömrəli, G-6 diafraqma markalı 28101227 nömrəli, G-6 diafraqma markalı 28101183 nömrəli, G-4 diafraqma markalı 10326990 nömrəli sayğac quraşdırılmışdır. 3. 2021-ci il 19 yanvar tarixindəx1 MMC tərəfindən İB-yə ünvanlanmış ərizədə göstərilmişdir ki, müəssisəyə 2017-ci il 18 noyabr tarixindən xidmət edən G-1600 markalı **********nömrəli qaz sayğacı qeyd olunan tarixdə quraşdırılmışdır. 2020-ci il 31 dekabr tarixinə qədər ayl ıq sərfiyyat barəsində heç bir narazılığının olmaması bildirilmişdir. Lakin sonuncu sayğac oxumasından istehsalatda artım olmadığı halda qaz sərfiyyatı əvvəlki aylardan dəfələrlə artıq, yəni sayğacın göstəricisinə uyğun hesablanmışdır. Bununla əlaqədar olaraq sayğacın iş prinsipindən narazı olduqlarından cəmiyyətin vəsaiti hesabına və MMC-nin iştirakı ilə müvəqqəti sayğac ilə əvəz edilərək növbədənkənar dövlət yoxlamasının keçirilməsi xahiş olunmuşdur. 4. 2021-ci il 4 fevral tarixli **********nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə,x1 MMC-yə xidmət edən G1600 markalı ********** nömrəli sayğac çıxarılmış, G-1600 markalı 10517234 nömrəli sayğac (quraşdırılan zaman mexaniki göstərici 04242796 kub metr olmuşdur) quraşdırılmışdır.

5. MMC tərə findən təqdim edilmiş 2021-ci il 12 aprel tarixli **********nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə,MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G-1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici **********kub metr) çıxarılaraq, G-1600 markalı **********nömrəli sayğac quraşdırılmışdır.

6. İB tərəfindən məhkəməyə təqdim edilmiş 2021-ci il 12 aprel tarixli ********** nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta görə, MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G-1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ******* kub metr) çıxarılaraq, G-1600 markalı ********** nömrəli sayğac quraşdırılmışdır. 7. 2021-ci il 10 mart tarixli SS seriyalı 29/1640-0 0216 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktda göstərilmişdir ki, İB-nin SOCAR**********31791640X00216 saylı 2021-ci il 28 yanvar tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xaçmaz rayon xidmət sahəsinin MMC-nin qaz xətti üzərində quraşdırılmış G-1600 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacı 2021-ci il 4 fevral tarixində xətdən çıxarılmış (forma-2 ********** nömrəli), 2021-ci il 16 fevral tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir.

1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi, Pbaza1,01325, Tbaza-293,15, CO2-0.22, DR0,69. Göstəricilər arasında fərq var.

2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hi ssə işləkdir. 3. ********** il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.67 bar, korreksiya olunmuş maksimal qaz həcmi 3948 kub metr, korreksiya olunmamış qaz həcmi 1150 kub metr qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2021ci il 4 fevral tarixində qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 1615 kub metr çoxdur. Pbaza=1,01325 bar, Tbaza=20 dərəcə. 8. 2017-ci il 16 oktyabr tarixli dövlət yoxlamasında sayğacın mexaniki göstəricisi 00001319 kub metr, elektron göstərici Vbt-00001319 kub metr, Vt-00001319 kub metr, 2021-ci il 9 fevral tarixli yoxlamasında sayğacın mexaniki göstəricisi 03867274 kub metr, elektron göstərici Vbt-11169034 kub metr, Vt-03868889 kub metr kimi qeyd olunaraq yoxlamanın nəti cəsi: Xətalar normaya uyğun deyil. Batareya tələb olunur.

9. MMC ilə İB-in Metrologiya Departamenti ilə bağlanmış 2021-ci il 10 mart tarixli 301ST nömrəli müqaviləyə əsasən, Xaçmaz rayonunda yerləşən MMC-yə məxsus 1 ədəd turbin tipli G-1600 markalı ********** nömrəli qaz sayğacının 2021-ci il 10 mart tarixli 000118 nömrəli qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyyat hissəsinin ayrılması ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 222.39 manat ƏDV daxil ödəmə aparır. 10. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna görə, **********00001 nömrəli abonent MMC-nin xxx ünvanında yerləşən Elster GT diafraqma markalı 28101227 nömrəli sayğac üzrə qalıq borc 638,6 manat qeyd olunmuşdur. 11. 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna əsasən, **********00002 nömrəli abonent MMC-nin xxx ünvanında yerləşən Elster GT diafraqma markalı 28101183 nömrəli sayğac üzrə qalıq borc 998,4 manat qeyd olunmuşdur.

12. İş materiallarına əlavə edilmiş, 2021-ci il 9 iyun tarixli Abonentin Saldosuna əsasən, **********00003 nömrəli abonent MMC-nin xxx ünvanında yerləşən Elster GT diafraqma markalı 10326990 nömrəli sayğac üzrə qalıq borc 1300,8 manat qeyd olunmuşdur. 13. 2021-ci il 16 iyun tarixli Abonentin Saldosuna görə, **********00000 nömrəli abonent MMC-nin xxx ünvanında yerləşən Elster G-1600 TRZ EK-220 markalı **********nömrəli sayğac üzrə qalıq borc 414.372 manat qeyd olunmuşdur.

14. İşin materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə əsasən, MMC tərəfindən tə bii qazın istehlak haqqı olaraq İB-yə ümumilikdə 262.276,9 manat ödənilmişdir.

15. İşin materiallarına əlavə edilmiş 2021-ci il 25 yanvar tarixli İB tərəfindən MMC-yə ünvanlanmış xəbərdarlığa əsasən, “ MMC-dən 2021-ci il 29 yanvar tarixinədək 187.164,5 manat debitor borcun ödənilməsi xahiş olunmuşdur.

16. İşin materiallarına əlavə edilmiş 2021-ci il 16 iyun tarixli İB tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışa görə, **********00000 nömrəli abonentin xxx nömrəli sayğacın mexaniki göstəricisi **********kub metr 414372 manat, **********00001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, **********00002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexaniki göstəricisi 35212 kub metr 1012,8 manat və **********00003 nömrəli ab onentin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56045 kub metr 1312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417.340,4 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı MMC (bundan sonra iddiaçı) 2021-ci il 19 fevral tarixində cavabdeh İB-nə (bundan sonra cavabdeh) qarşı ilkin iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, **********00001 nömrəli qaz sayğacının yenisi ilə əvəz olunması və artıq yazılan 150.000 manat məbləğində qaz sərfiyyatının silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

18. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə verərək, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən MMC-nin təsisçisi xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 10 22601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış MMC-nin parnik sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, **********nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında **********nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən MMC-nin təsisçisi xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsi ndə 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı,**********nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən MMC-nin təsisçisi xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, **********00000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “ITRON” qaz sayğacı üzrə MMC tərəfindən artıq ödənilmiş 1.543.941 manat məbləğində pulun İB-dən MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən MMC-nin təsisçisi xüsusi mü lkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmışx1 MMC-nin parnik sahəsində 2017-ci il 20 noyabr tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, **********00001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və MMC tərəfindən ödənilmiş 4.284 manat məbləğində pulun İB-dən MMCnin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən MMC-nin təsisçisi xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış MMC-nin parnik sahəsində 2017-ci il 20 noyab tarixindən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, **********00002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, h esablanmış və iddiaçı tərəfindən ödənilmiş 7.019 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən MMC-nin təsisçisi T xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, **********00003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. İlkin iddia onunla əsasladırılmışdır ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən ş irkətin təsisçisi xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsini iddiaçı parnik, digər hissəsini isə bağçılıq məqsədləri üçün işlədir. Tərəflər arasında 2017-ci il 20 noyabr tarixində, /32101 nömrəli müqavilə bağlanaraq 26/32101 ödəyici kod alınmış, iddiaçının parnikində 4 ədəd qaz sayğacı quraşdırılmışdır. Birinci qaz sayğacı, əsas qaz borusuna **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşdur. İkinci qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” tipli qaz sayğacından keçən, yemək otağına gedən qaz xəttinə **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı qoyulmuşdur. Üçüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tinli “İTRON” qaz sayğacından keçən, qadın yuyunma otağına gedən qaz xəttinə **********00101 nömrəli, 26**********001 abonent kodlu Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı qoyulmuşdur. Dördüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından keçən, kişi yuyunma otağına gedən qaz xəttinə **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı qoyulmuşdur. Birinci əsas qaz borusuna qoyulan **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə 2020-ci il 01 dekabr tarixindən 2020-ci il 31 dekabr tarixinədək 187.724 manat məbləğində pul hesablanmışdır. Bu qaz sayğacı qoyulan vaxtdan yəni 2017-ci il 20 noyabr tarixindən artıq ödəniş hesabladığı hiss olunurdu. Digər o ərazidə yerləşən istixanalarla müqaysə edib şirkətə artıq ödəniş hesabladığından bu barədə dəfələrlə cavabdehin Xaçmaz RQİİnin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarına şifahi müraciət edilmişdir. Cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları da hər müraciətdə sayğacın düz işlədiyini, heç bir artıq hesablanmış ödəniş olmadığını bildirərək şirkətə yalan məlumatlar vermişdir. Lakin bir ay müddətində 187.724,00 manat məbləğində həddən çox ödəniş hesablandığından Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yoxlanması, həmin vaxt qaz xətt inə başqa qaz sayğacın qoyulması barədə cavabdehə müraciət edilmişdir. Müraciət əsasından Bakı şəhərindən gələn cavabdehin əməkdaşları tərəfindən 2021-ci il 04 fevral tarixində Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı çıxarılaraq ekspertiza idarəsinə yoxlanmağa göndərilmişdir. Həmin vaxt 2021-ci il 4 fevral tarixində mübahisəli əsas qaz xəttinə, çıxarılmış qaz sayğacın yerinə G- 1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşdur. Bu barədə 2021-ci il 4 fevral tarixli, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ****** nömrəli akt tərəflər arasında imzalanmışdır. 2021-ci il 4 fevral tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ****** nömrəli akt imz alanarkən qaz sayğacının göstəricisi 42210014 kub olmuşdur. Akta qeyd olunmuş və sayğac göstəricisinin şəkli çəkilmişdir. Çıxarılmış qaz sayğacının yerinə 2021-ci il 4 fevral tarixində qoyulmuş G-1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli «İTRON» qaz sayğacı 2021-ci il 12 aprel tarixində Bakı şəhərindən gələn cavabdehin əməkdaşları tərəfindən çıxarıldı. Bu barədə 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında******* nömrəli akt tərəflər arasında imzalanmışdır. 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42428204 kub olmuşdurr. Akta qeyd olunmuş və sayğac göstəricisinin şəkli çəkilmişdir. İki ay səkkiz gün ərzində tərəflər arasında tərtib edilən aktlara və çəkilən şəkillərə görə müəyyən olundu ki, 218190 kub qaz istifadə olunmuşdur. 218190 kub qaz istifadəsinə görə iki ay səkkiz günə 218190 kub * 0,2 = 43.638,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Burdan da görünür ki, bir ay üzrə 21.819,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Lakin yenə cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz artıq yazılan pulların üstünü ört-basdır etmək üçün 2021-ci il 4 fevral tarixindən 2021 -ci il 12 aprel tarixinədək 805685 kub qaz istifadə edilmiş göstərərək 161137,00 manat məbləğində pul hesablanmışdır. Bu pulun necə hesablanması cavabdehin əməkdaşlarından soruşularkən bildirilmişdir ki, 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və ist ismara qəbulu haqqında******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən qaz sayğacının göstəricisi cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən 42428204 kubdan dəyişdirilərək qanunsuz olaraq 43314652 kub kimi qeyd edilmişdir. 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən b orc pul hesablanmışdır. SOCAR-ın İB-nin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2021-ci il 10 mart tarixli, SS29/164000216 nömrəli aktla razılaşmayaraq, qaz sayğacları üzrə ekspertiza keçirilən zaman “Metrologiya” Departamenti, SOCAR-ın İB-nin tərkibində yaradılmış, SOCAR-ın İB-nin təhkim edilmiş və SOCAR-ın İB-i “Metrologiya” Departamentinə rəhbərlik etmişdir. Ona görə də “Metrologiya” departamentinin qaz sayğacının yoxlanılması zamanı düzgün olmayan akt qəbul edilmişdir. Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacını düzgün və tam işləsəydi SOCAR-ın İB-i “Metrologiya” Departamenti iddiaçı ilə 2021- ci il 10 mart tarixində 301ST nömrəli xidmət müqaviləsi bağlayaraq mübahisəli qaz sayğacının təmirinə 226,00 manat xidmət haqqı alınmazdı. Cav abdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsindən hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pul silinməlidir. Belə ki, parnikdə il ərzində beş ay (noyabr, dekabr, yanvar, fevral və mart) üzrə qaz xəttindən istifadə olunur. İddiaçının cavabdehə qarşı iddiaçının parniki şirkətin təsisçisi X2ninxüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan Xaçmaz rayonu, Ləcət kəndindəki torpaq sahəsinin bir hissəsində yaradılmışdır. 2021-ci il 4 fevral tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ****** nömrəli və 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında******* nömrəli aktlardan görünür ki, 2017-ci il 20 noyabr tarixindən 2021-ci il 31 aprel tar ixinədək **********00001 nömrəli qaz sayğacı düzgün işləməyərək 2.394.680,80 manat pul yazmışdır. 2021-ci il 4 fevral tarixli, ****** nömrəli, 2021-ci il 12 aprel tarixli,******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, bir ay üzrə 21.819,00 (yirmi bir min səkkiz on doqquz manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. 5 ay üzrə (noyabr ayının sonundan, dekabr, yanvar, fevral, mart və aprel ayının əvvəllərinədək) istixanada qazdan istifadəsindən 21.819,00 manat * 5ay = 109.095,00 manat, dörd ildi istifadə etdiyimizdən yəni 2017-ci il20 noyabr tarixindən hal hazıradək 109.095,00 manatı * 4 ilə = 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. Lakin cavabdeh 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək iddiaçıya qanunsuz olaraq 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. İddiaçı 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək cavabdehə 1.980.321,80 manat məbləğində ödəniş etmişdir. Bu ödənişdən əlavədə qanunsuz olaraq 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. Burdan da görünür ki, 2017-ci il 20 noyabr tarixindən hal-hazıradək cavabdeh qanunsuz olaraq iddiaçıya qarşı qazın istifadəsindən 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. İddiaçı həmin tarixdən hal-hazıradək cavabdehə ödənilmiş 1.980.321,80 (bir milyon, doqquz yüz səks ən min üç yüz yirmi bir) manat məbləğində puldan, qazdan istifadə olunan bu dörd ildə ödənilməli olan 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən) manat məbləğində pul çıxıldıqda 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul artıq ödəmə vardır. Ona görədə iddiaçının cavabdehə artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Birinci qaz sayğacı əsas qaz borusunda **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından hesablanaraq keçən xətt üzərində qurulmuş, yemək otağına gedən qaz xətinə qoyulmuş **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G4T DİAFRAQ MA markalı, 10326990 nömrəli, qadın yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli və kişi yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacları qanunsuz birləşdirildiyi üçün ləğv olunmalıdır. 20.11.2017-ci il tarixdən yemək otağına gedən qaz xətinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış 55944 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 11.188,00 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. 2017-ci il 20 noyabr tarixindən qadın yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış 21424 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 4284 manat məbləğində pul ona geri qaytarılmalıdır. 2017-ci il 20 noyabr tarixindən kişi yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış 35096 kub və iddiaçı tərəfindən cavabdehə qanunsuz ödənilmiş 7019 manat məbləğində pul ona geri qaytarılmalıdır.

20. Cavabdeh iddiaçıya qarşı 2021-ci il 17 mart tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməsi; ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən təbii qazdan istifadəyə görə 2021-ci il 1 mart tarixinə yaranmış 313.879.4 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat dövlət rüsumunun tutularaq İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcunu artırdığına görə iddiaçıdan təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417.340,4 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasınd a qazın alğı-satqısı barədə“ müqaviləyə əsasən iddiaçıya məxsus kommersiya obyekti cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 2021-ci il 1 fevral tarixinə cavabdehə borcu yaranmışdır.

23. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.2, 385.1, 442, 443.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 4.3, 155.1-ci maddələrinə istinad edilmişdir.

24. B akı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli 2-2(113)1530/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçının cavabdehə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşənx1 MMC-nin təsisçisi X2ninxüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmışx1 MMC-nin parnik sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsinin ilkin iddia üzrə cavabdehə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçıdan təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417.34 0,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir (hakim S.Nuriyeva).

25. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş (bax yuxarıda §1-16 ) və ilkin iddia tələbinin “2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi” hissəsində iddianı əsaslı hesab edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndinə əsasən “Qazadan istifadə Qaydalarının” 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğ acını təmir etmək, mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirilməsi nəzərdə tutulmuşdur.

26. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündə n baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

27. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə götürülümş öhdəliklərdə sayğacın dəyişdirilməsi və quraşdırılması qaydaları müəyyən edilmişdir. Qeyd olunan müqavilənin müvafiq bəndində sayğacın dəyişdirilməsi və quraşdırılması meyyarının həyata keçirilməsi hissəsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-na istinad olunduğundan məhkəmə ilkin iddia tələbinin “20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi” hissəsində iddiaçının tələbi haqlıdır. Belə ki, işin hallarından məlum olduğu kimi sayğacdan nasazlığın olması müəyyən edilmişdir. Həmin nasazlığın yaranma səbəbi aparılmış yoxlama zamanı müəyyən edilməsədə aradan qaldırılması barədə tədbirlər görülmüşdür. İl kin iddia tələbi üzrə qeyd olunan hissədə məhkəməyə müraciət etməsində məqsəd sayğac üzərində aparılmış təmirdən narazı qalmasıdır. Belə olan halda ilkin iddia tələbinin qeyd olunan hissəsi üzrə ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdeh İBnə qarşı tələbi qanunamüvafiqdir.

28. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən “Xaçmaz rayonu, Ləcət kəndində yerləşənx1 MMC-nin təsisçisi X2ninxüsusi mülkiyyətində olan obyektə quraşdırılmış Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “ITRON” qaz sayğacı üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 1.543.941 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 4.284 manat, Elst er G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 7.019 manat, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə göstərmişdir ki, qeyd olunan məbləğlər ilkin iddia üzrə iddiaçı cəmiyyətin fəaliyyəti dövründə yalnız sərfiyyatını əhatə edir. Yəni hesablanmış borclar həmin tarixlərdə cəmiyyətin istifadəsində olan sayğacların göstəriciləri üzrə qeydə alınmışdır. İddiaçı cavabdehə müraciət edərək, Elster G-1600 TRZ EK-220 markalı qaz sayğacının 2020-ci il 31 dekabr tarixinə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmamasını bildirərək, qeyd olunan tarixdən sonrakı dövr üzrə sər fiyyat hesablaması üzrə yoxlamanın aparılmasını xahiş etmişdir. Aparılmış yoxlamanın nəticəsində sayğacın elektron göstəricisində nasazlığın olması bu nasazlığın səbəbi kimi “batareyanın” dəyişdirilməsinə ehtiyac olması bildirilmişdir. Eyni zamanda aparılan yoxlama zamanı sayğacın mexaniki göstəricisinin işlək vəziyyətdə olması qeyd olunmuşdur. İsin materiallarına əlavə edilmiş “Abonentin saldosunda” cəmiyyətə hesablanmış məbləğlərin sayğacın mexaniki göstəricisinə uyğun hesablandığı müəyyən edilir. Göründüyü kimi iddiaçı tərəfindən ilk əvvəl 2020-ci il 31 dekabr tarixinə qədər olan dövrə dair hər-hansı mübahisəli halın olması göstərilməmişdir. Lakin buna baxmayaraq iddiaçı yoxlama dövrü ərzində müvəqqəti olaraq obyektə qoşulmuş sayğacın çıxarılma aktında qeyd olunan sərfiyyata uyğun büt ün fəaliyyət dövrünə aid edilməsini xahiş etmişdir.

29. Məhkəmə ilkin iddia tələbinin “2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin akta düzəliş edilmiş hissə aktın məzmunun əhatə etmir. Belə ki, adından da göründüyü kimi qeyd olunan akt “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”-dır. İddiaçı sayğacın çıxarılması zamanı sərfiyyat göstəricilərinə edilmiş düzəlişin etibarsız hesab edilməsini tələb etməklə müvəqqəti sayğacın qoşulduğu dövr üzrə sərfiyyat ın hesablanmasını və həmin sərfiyyatın digər aylara tətbiq edilməsini təmin etməkdir. Məhkəmə qeyd olunan halla razılaşmayaraq göstərmişdir ki, tərtib edilmiş aktın tərəflər üçün yaratdığı hüquqi nəticə sayğacın çıxarılması halının təsdiqidir. İlkin iddia tələbi üzrə həmin aktda edilmiş dəyişikliyin etibarsız hesab edilməsi halında belə həmin aktın hüquqi nəticəsinə təsir etməyəcəkdir. Eyni zamanda iddiaçının bu tələbi irəli sürməsində əldə etmək istədiyi nəticə, yəni həmin akt üzrə göstərilmiş sərfiyyata uyğun olaraq müəssisənin təbii qazdan istifadə etdiyi bütün müddətə və yaxud müvvəqəti sayğacın obyektdə xidmət etdiyi müddətə şamil edilməsinə əsas olmayacaqdır.

30. Məhkəmə ilkin iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşənx1 MMC-nin təsisçisi X2ninxüsusi mülkiyyətində (çıxar ış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış iddiaçının parnik sahəsində 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti üzrə göstərilən məbləğ üzrə cavabdehin iddiaçıya qarşı təbii qazdan istifadəyə görə 2021-ci il 1 iyun tarixinə yaranmış 417340,40 manat məbləğində əsas borcunun ödənilməsinə dair qarşılıqlı iddia tələbi irəli sürülmüşdür. Odur ki, məhkəmə araşdırmasında qənaət prinsipinə u yğun olaraq məhkəmə hər iki tələbə hüquqi qiymətin birlikdə verilməsini zəruri hesab etmiş və qeyd etmişdir ki, MM-nin 6.2, 385.1, 386.1, 389.1, 442, 567 və 600.1-ci maddələrinin tələblərindən göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin və həmin öhdəliklərin yerinə yetirilməsi şərtlərinin meyyarları müəyyən olunmuşdur. İddiaçı tərəf ümumilikdə cavabdehə qarşı qaldırılmış tələblərində ödənilmiş təbii qaz sərfinə görə məbləğlərin geri qaytarılması, habelə hazırda cavabdeh tərəfindən hesablanmış borcun silinməsinə dair iddiasının əsası cəmiyyətə xidmət edən sayğacın yoxlama üçün çıxarıldığı iki ay boyunca digər sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq hesablaması və bütün fəaliyyət dövrünə şamil etməsidir. Buna sübut olaraq müvəqqəti sayğacın çıxarılması zamanı tə rtib edilmiş aktda cavabdeh tərəfindən onun iştirakı olmadan edilmiş düzəlişdir. Həmin hallara məhkəmə məcmu halında qiymət verərək göstərmişdir ki, tərəflər arasında yaranmış münasibətlərdə və bu münasibətləri tənzimləyən müqavilə və digər əqdlərdə istifadə edilmiş qaz sərfiyyatının sözügedən akt əsasında hesablanmasına dair hər hansı öhdəlik və ya qayda qeyd olunmamışdır.

31. Belə olan halda məhkəmə cavabdehin qarşılıqlı iddia üzrə iddiasını əsaslı hesab etmişdir. Belə ki, hal-hazırda irəli sürülmüş qarşılıqlı tələb üzrə göstərilən əsas borc məbləği bir başa iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmışdır ki, qeyd olunan borcun ödənilməsi iddiaçının üzərinə tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş öhdəlikdir. Odur ki, cavabdeh qarşılıqlı iddia tələbində h aqlıdır. Eyni zamanda ilkin iddiaçı məhkəmə araşdırması zamanı istixanada yetişdirilən məhsulun miqdarının hər il eyni olması halında sərfiyyatın müvəqqəti sayğac qoyulduğu vaxt az olması səbəbindən də əvvəlki sayğacın düzgün işləməməsi qənaətinə gəlmişdir. Bununla əlaqədar olaraq 2021-ci il dövrü əhatə edən müvafiq gömrük bəyənnamələrini məhkəməyə təqdim etmişdir ki, həmin bəyənnamələr üzrə göstərilən məhsulun miqdarı yalnız həmin il üzrə əkilmiş məhsulu müəyyən etməyə qismən imkan verir. Təqdim olunan gömrük bəyənnamələr cəmiyyət tərəfindən ölkə ərazisindən kənara satılmış malların miqdarını təsdiq etsədə ölkə daxilində edilmiş satışların olmaması və olduğu halda nə qədər olması barədə məlumatı özündə əks etdirməmişdir. Ümumiyyətlə, təqdim edilmiş sübutlar iddiaçının cavabdehə qarşı ir əli sürdüyü tələblərinin əsaslı olmasını təsdiq etməmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçıya iddia tələblərinin hüquqi əsasını təşkil edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, sonuncu qeyd olunan halların təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir

32. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti və daha sonra apellyasiya şikayətinə əlavə verməklə tələb dəqiqləşdirilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilk iddia tələbinin 2021-ci il 12 aprel tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında******* nömrəli akta iddiaçının iştirakı olmadan və xəbərdarlıq edilmədən, cavabdehin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğ undan etibarsız hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi hissəsində təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-151/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi; Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 fevral tarixli e-2-2(113)-1530/2021 saylı qətnaməsinin ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilməsi, ilk iddianın həmin hissədə qismən təmin edilərək iddiaçının 117.169 manat borcunun silinməsinin cavabdehə həvalə edilməsi, qarşılıqlı iddianın 117.1 69 manat borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi) V.Məmmədov və R.Qurbanov).

34. Apellyasiya instansiya məhkəməsi apellyasiya baxışının hədləri daxilində gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin materiallarına əlavə edilmiş 2021-ci il 16 iyun tarixli İB-i tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışdan görünür ki, 26**********000 nömrəli abonentin ********** nömrəli sayğacın mexaniki göstəricisi 3867999 kub metr 414372 manat, 26**********001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, 26**********002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexani ki göstəricisi 35212 kub metr 1012,8 manat və 26**********003 nömrəli abonentin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56045 kub metr 1312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417340,4 manat müəyyən edilmişdir.

35. İşin araşdırılan hallarından görünür ki, iddiaçının müraciəti əsasında ona məxsus obyektin qaz sayğacında hər hansı qüsur olub olmadığının müəyyənləşdirilməsi üçünx1 MMC-yə xidmət edən G1600 markalı ********** nömrəli sayğac 04.02.2021-ci il tarixli aktla çıxarılaraq yoxlamaya göndərilmiş, müvəqqəti olaraq 10517234 nömrəli sayğac (quraşdırılan zaman sayğacın üzərindəki mexaniki göstərici 042210014 kub metr olmuşdur) quraşdırılmışdır. MMC-nin sayğacı 2021-ci il 12 aprel tarixli akt əsasında yerinə qaytarılmış, həmin tarixdə çıxarılan müvəqqəti sayğacın mexaniki gös təricisi iddiaçı tərəfindən təqdim edilmiş akta əsasən 042428204 kub metr olmuşdur. Hər iki akt abonentin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. 12.04.2021-ci il tarixli aktda çıxarılan sayğacın mexaniki göstəricisi sonradan İB tərəfindən birtərəfli qaydada (üzərindən xətt çəkilməklə) dəyişdirilmiş və 43014742 kub.metr qeyd edilmişdir.(iş mat. 1-ci cild 177-ci vərəq).

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

37. İşin materiallarına əlavə edilmiş aktlardan göründüyü kimi, iddiaçının 04.02.2021- 12.04.2021-ci il tarixlərində istehlak etdiyi qaz sərfiyyatı işdəki aktlarda öz əksini tapmış müvəqqəti sayğacın göstəricisinə əsasən 218090 kub metr, dəyəri isə 43638 manat (1 kub metr 0,20 manat) olduğu halda, abonent saldosuna əsasən fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə 161.137 manat borc, yəni faktiki istehlak edilmiş qazın dəyərindən 117.499 manat artıq borc hesablanmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, əsassız hesablanmış 117.499 manat borcun tutulmasının cavabdehə həvalə edilməsi hissəsində ilk iddia təmin edilməli, qarşılıqlı iddia həmin borcun tutulması hissəsində rədd edilməlidir.

38. İşə birinci instansiya qaydasında baxılarkən 2021-ci il 01 iyul tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin əməkdaşı ifadəsində bildirmişdir ki, üzərində düzəliş edilmiş 2021-ci il 12 aprel tarixli aktı o tərtib etmişdir. Aktı tərtib edərkən yorğun olduğundan sayğacın göstəricisini düzgün qeyd etməmişdir. Şahid bildirmişdir ki, 7 illik iş təcrübəsi vardır və daha əvvəl belə hal baş verməmişdir. Akta düzəliş edərkən abonentin nümayəndəsinin iştirak etmədiyini bildirmişdir.

39. Məhkəmə hesab etmişdir ki, sayğac çıxarılarkən abonentin nümayəndəsi ilə göstəricilər qeyd edildiyi halda, göstəricilərə dəyişiklik edilərkən MMC-dən hər hansı nümayəndə dəvət edilmədiyindən cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik mötəbər qəbul edilə bilməz. Şahid tərəfindən təqdim edilmiş fotoşəkillərin hansı sayğaca aid olduğu və hansı tarixdə çəkildiyi müəyyənləşdirmək mümkün olmadığından məhkəmə həmin fotoşəkilləri ilk iddia üzrə cavabdehin etirazını təsdiq edən sübut kimi qəbul etməmişdir. 40.Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə birinci instansiya qaydasında baxmış ilk iddia tələbini qeyd edilən hissədə rədd edərkən iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. 41.İddiaçı tərəfindən mübahisələndirilən digər borc məbləğləri ilə bağlı həmin məhkəmə MPM-nin 77.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, mübahisələndirilən dövrdə MMC-nin qaz sayğacının qüsurla işləyərək faktiki qaz sərfiyyatını daha artıq qeydə aldığına dair işin materiallarında sübutlar olmadığından və həmin borclar qazdan istifadəyə görə sayğac göstəriciləri əsasında hesablandığından apellyasiya şikayəti həmin hissədə əsassız hesab edilir. 42.İddiaçı tərəfindən həmin qətna mədən kassasiya şikayəti verilərək, qətnamənin ilk iddianın təmin edilərək, 117.169 manat borcun silinməsi hissəsində qismən ləğv edilərək, 417.340,4 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi, qarşılıqlı iddianın isə rədd edilmiş 117.169 manat hissədə qismən ləğv edilərək, 417.340.4 manat borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində rədd edilməsi, işin materiallarının yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. 43.Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin ilk iddianın qismən təmin edildiyi hissədə, qarşılıqlı iddianın isə rədd edilmiş hissədə ləğv edilməsi, işin materiallarının yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayəti nin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri 44.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “”Qazdan istifadə qaydalarının 5.2-ci bəndinin tələbləri pozulmuşdurqaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İşin materiallarına əlavə edilmiş aktlardan göründüyü kimi, iddiaçının 04.02.2021-12.04.2021-ci il tarixlərində istehlak etdiyi qaz sərfiyyatı işdəki aktlarda öz əkini tapmış müvəqqəti sayğacın göstəricisinə əsasən 218090 kub metr, dəyəri isə 43.638 manat (1 kub metr 0,20 manat) olduğu halda, abonent saldosuna əsasən fevral, mart, aprel ayları üçün (iki ay s əkkiz gün) istehlak edilmiş qazın dəyərindən 117.499 manat artıq borc hesablanmışdır. Buradan görünür ki, 2017-ci il 20 noyabr tarixində qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli qaz sayğacı düzgün işləməyərək, göstəriciləri həddindən artıq çox göstərmişdir. Belə ki, iki ay səkkiz günə 43.638 manat pul hesablanmalı olduğu halda, 2017-ci il 20 noyabr tarixdən qaz xəttinə quraşdırılmış sözügedən qaz sayğacı düzgün işləməyərək, bir ay üzrə 3 ha torpaq sahəsinin isidilməsinə görə 180.000 manat pul hesablamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin qaz sayğacının düzgün işləmədiyini, 3 ha torpaq sahəsinin isidilməsinə bir ay üzrə 21.819,00 manat məbləğində pul ödənişi müəyyən olunmasını gördüyü hal da, noyabr ayından dekabr, yanvar, fevral ayının 4-dək hər ay üzrə 21.819,0 manat məbləğində pul ödənişinin hesablanmasını qanunsuz olaraq tətbiq etməmişdir. İddiaçıya 2020-ci il noyabr tarixindən 2021-ci il aprel tarixinədək qazdan istifadəyə görə 109.095,00 manat pul hesablanmalıdır. İddiaçı noyabr 2020-ci il tarixindən iddia verilənədək cavabdehin hesabına 234.000,00 manat pul ödəniş etdiyi üçün, qazdan istifadəyə görə iddiaçının cavabdehə heç bir borcu olmamalıdır. Ona görə də iddiaçının 417.340,40 manat borcu silinməlidir. 45.MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiya məhkəməsi qeyd olunan halla qismən razılaşmışdır. Bildirmişdir ki, tərtib etdiyi aktın tərəflər üçün yaratdığı hüquqi nəticə sayğacın çıxarılması, və ya müvəqqəti əvəzlənməsi halının təsdiqidir. İddia üzrə həmin akta edilmiş dəyişikliyin etibarsız hesab edilməsi halında faktiki sərf olunmuş və dəyəri ödənilməmiş borc məbləği də silinmiş olacaqdır. Apellyasiya instansiya məhkəməsi məhz akta edilmiş düzəlişin etibarsız sayılmasına əsaslanmışdır. Lakin **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli qaz sayğacın düzgün işləmədiyini, 3 ha torpaq sahəsinin isidilməsinə, bir ay üzrə 21.819,00 manat məbləğində pul ödənişi müəyyən olunmasını, gördüyü halda noyabr ayınından, dekabr, yanvar, 4 fevral tarixinədək hər ay üzrə 21.819,00 manat məbləğində pul ödənişinin hesablanmasını tətbiq etməmişdir. İddiaçıya 2020-ci il noyabr tarixindən 2021-ci il aprel tarixinədək qazdan istifadəyə görə 109.095,00 manat pul hesablanmalıdır. Həmi n aktlar sübut edir ki,2017- ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, ElsterG-1600 TRZ EK-220 markalı, ********** nömrəli qaz sayğac düzgün işləmədiyindən bir aya qazdan istifadəyə görə 21.819,00 manat pul hesablanmalı olduğu halda 180.000 manat pul hesablamışdır. İddiaçı 2020-ci il noyabr tarixindən iddia verilənədək cavabdehin hesabına 234.000,00 manat pul ödəniş etdiyi üçün, qazdan istifadəyə görə iddiaçının cavabdehə heç bir borcu olmamalıdır. Ona görə də iddiaçının 417.340,4 manat borcu silinməlidir. b) Cavabdehin kassasiya şikayətini dəlilləri 46.Azərbaycan Respublikası NK-nın 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 3.3, 4.1, 4.8-ci maddələrinin tələbləri pozulmuşdur. 47.Azərbaycan Resp ublikası NK-nın 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinin tələbləri pozulmuşdur- işinin materiallarına nəzər saldıqda görünür ki, iddiaçı əvəz edilən sayğacın həm quraşdırılarkən, həm də çıxarılarkən göstəricilərini əsas götürərək borcun düzgün hesablanmadığına istinad etmişdir. Lakin, abonent saldosuna nəzər saldıqda görünür ki, iddiaçı üçün həm fevral ayı, həm də mart ayı üçün göstərici verilmişdir. Fevral ayında iddiaçının təbii qaza görə yaranmış borcu 58887 manat, mart ayı üçün 102040,60 manat olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, müvəqqəti sayğac quraşdırılan zaman iddiaçıya bu aylar üzrə yaranmış borcla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada bildirişlər verilmişdir. Lakin, iddiaçı sonradan yaranmış m exaniki səhvi əsas gətirərək göstəricilərin düzgün olmadığına istinad edərək faktiki olaraq istifadə edilmiş təbii qaza görə yaranmış borcunu ödəməkdən yayınır. Yəni yaranmış borc məbləği sırf sayğac göstəricisidir. 48.MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur- abonentin saldosundan və kommersiya işinin materialından aydın olur ki, istehlakçı təbii qaz üzrə hesablanmış borc məbləğindən məlumatlı olmuşdur. 49.MPM-in 220.4-cü maddəsinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi aktların tədqiqatını ətraflı aparmamış olduğundan tərtib edilmiş mövcud aktlara münasibətdə düzgün olmayan normativ hüquqi akt tətbiq etmiş, həmin sübutları səhv qiymətləndirmiş, aktlara münasibətdə məhz hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Belə ki, qətnamədə istinad o lunan akt “ qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdır. İlkin iddia üzrə iddiaçının məqsədi sayğacın çıxarılması zamanı sərfiyyat göstəricilərinə edilmiş düzəlişin etibarsız hesab edilməsini tələb etməklə müvəqqəti sayğacın qoşulduğu dövr üzrə sərfiyyatın hesablanmasını və həmin sərfiyyatın digər aylara tətbiq edilməsini təmin etməkdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan halla razılaşmışdır. Tərtib edilmiş aktın tərəflər üçün yaratdığı hüquqi nəticə sayğacın çıxarılması, və ya müvəqqəti əvəzlənməsi halının təsdiqidir. İlkin iddia tələbi üzrə həmin aktda edilmiş dəyişikliyin etibarsız hesab edilməsi halında faktiki sərf olunmuş və dəyəri ödənilməmiş borc məbləği də silinmiş olacaqdır. Apellyasiya instansiya məhkəməsi məhz akta edilmiş düzəlişə əsaslansa da, mübahisə doğurmayan və iddiaçının məlumatı olan (təbii qaza görə yaranmış borc barədə elektron bildirişlər hər ayın 10-a kimi istehlakçıya təqdim olunur və saldoya daxil edilir) abonent saldosunda öz əksini tapmış dəlillərə qiymət verməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 50.Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ 51.Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı hər iki tərəfin məhkəmə aktını mübahisələndirdiyi hissələrdə yoxlanılacaqdır (bax yuxarıda § 41-42 ). 53.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 54.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlay ışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir....” 55.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər.... 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunveric iliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayı cının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifa də və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;... 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələ nmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının tex niki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.... 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesab ının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehl akçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu AİBNDA müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1. 5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında; 6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında; 6.1.6. məhkəmənin qərarı ilə; 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.... 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası ilk növbədə hazırki kassasiya baxışının hədləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin olunaraq, iddiaçıya məxsus istixana sahəsində, 2017-ci il 20 noyabr tarixindən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsinin ilkin iddia üzrə cavabdehə həvalə edilməsi hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə həmin hissədə qüvvəyə minmişdir. Həmin məhkəmənin qətnaməsi iddiaçı tərəfindən qismən-417.340,40 manat məbləğində borc pulun silinməsi hissəsində mübahisələndirilmiş, həmin hissədə ilkin iddianın təmin edilməsi, müvafiq olaraq həmin borcun tutulması barədə qarşılıqlı iddianın təmin olunmaması xahiş edilmişdir.

57. Apellyasiya instansiyas ı məhkəməsinin məhkəmə aktının yoxlanılan hissəsində qənaəti ondan ibarət olmuşdur ki, iddiçının 04.02.2021-12.04.2021-ci il tarixlərində istehlak etdiyi qaz sərfiyyatı işdəki aktlarda öz əksini tapmış müvəqqəti sayğacın göstəricisinə əsasən 43.638 manat olduğu halda, abonent saldosuna əsasən fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə 161.137 manat borc, yəni faktiki istehlak edilmiş qazın dəyərindən 117.499 manat artıq borc hesablanmışdır. Lakin işə birinci instansiya qaydasında baxmış ilk iddia tələbini qeyd edilən hissədə rədd edərkən iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır (bax yuxarıda § 35-39).

58. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində artıq hesablanmış borcun miqdarının 117.499 manat olduğunu müəyyən etdiyi halda (161.137-43638=117.499) açıq hesab səhvinə yol verərək, qətnamənin nəticə hissəsində silinməli olan borcun miqdarının 117.169 manat olduğunu göstərmişdir. 59.Apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini mübahisələndirən cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair § 46-47-da göstərilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, § 46-də yalnız maddi hüquq normalarının mətnlərinə istinad olunmuş, məhkəmə tərəfindən həmin normaların yol verilən pozuntusunun nədən ibarət olması konkret olaraq göstərilməmişdir.

60. Azərbaycan Respublikası NK-nın 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinin tələblərinin pozulmasına gəldikdə (bax §47), həmin norma onu nəzərdə tutur ki, qaz pay layıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

61. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Qaydaların qeyd olunan bəndinin (5.2-ci bəndi) tələblərinə əksinə cavabdeh tərəfindən əməl olunmamış, abonent saldosunda i ddiaçının 2021-ci ilin fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə borcu, həmin dövrdə iddiaçının istifadəsində olmuş müvəqqəti sayğacın göstəricələrinə əsasən hesablanmamış (həmin göstəricilər cavabdehin əməkdaşının tərtib etdiyi aktlarda göstərilmşdir), 117.499 manat artıq borc hesablanmışdır (bax yuxarıda § 34-40). Məhkəmənin müəyyən etdiyi həmin halları təkzib edən mötəbər sübutlar cavabdeh tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

62. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 63.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 117.499 manat borcunun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın həmin borcun tutulması hissəsində təmin edilməməsi barədə nə tiəyə gələrkən, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.

64. Məhkəmə kollegiyası cavabdehin qarşılıqlı iddiasında ilkin iddiaçıdan tələb etdiyi (müvafiq olaraq ilkin iddiaçının silinməsini xahiş etdiyi) 299.841,4 manat məbləğində qalan borca (417.340,40-117.499=299.841,4) münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və ilkin iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

65. Həmin hissədə apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qaz sayğacının qüsurla işləyərək faktiki qaz sərfiyyatını daha artıq qeydə aldığına dair işin materiallarında sübutların olmamasına və həmin borcların qazdan istifadəyə görə sayğac göstəriciləri əsasında hesablandığına istnad etmişdir.

66. İlkin iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı həmin borcun silinməsinə dair tələbini əsaslandırmaq üçün ilk növbədə ona istinad etmişdir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacının qaz sərfiyyatını düzgün qeydə almaması səbəbindən, cavabdeh tərəfindən həmin sayğacın dövlət yoxlaması aparılması üçün çıxarıldığı müddətdə quraşdırılmış müvəqqəti sa yğacın göstəricilərinə görə, fevral-aprel ayları üzrə qaz sərfiyyatı (bir ay 21.819,0 manat olmaqla) cəmi 43.638,0 manat təşkil etmişdir. İddiaçı həmin sərfiyyat məbləğindən çıxış edərək iddia edir ki, 2020-ci il noyabr tarixindən 2021-ci il aprel tarixinədək qazdan istifadəyə görə 109.095,00 manat pul hesablanmalıdır. İddiaçının noyabr 2020-ci il tarixindən iddia verilənədək cavabdehə cəmi 243.000 manat ödəməsi nəzərə alındıqda, qazdan istifadəyə görə iddiaçının cavabdehə heç bir borcu qalmadığı üçün mübahisəli borc silinməlidir.

67. İşdə olan «Abonent saldosuna» əsasən (I cild i.v 127) 2020-ci ilin noyabr, dekabr və yanvar aylarında iddiaçı tərəfindən **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sa yğacı üzrə qaz sərfiyyatına görə 243.000 manat pul ödənilmişdir.

68. Qeyd olunmalıdır ki, § 67-də göstərilən dəlillər həm də apellyasiya şikayətinin dəlillərini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən, apellyasiya şikayətinin həmin dəlilləri üzrə hər hansı araşdırma aparılmamış, eləcə də həmin dəlillərə hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

69. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur (MPM-in 392.2-ci maddəsi).

70. Apellyasiya instansiyası məhkəməsi müvəqqəti qaz sayğacının 2021-ci ilin fevral ayı üzrə qeydə aldığı sərfiyyat məbləğinin iddiaçının qüsurla işləməsindən narazı olduğu q az sayğacının işlədiyi, qış mövsümü üzrə oxşar aylardakı (dekabr, yanvar) sərfiyyat məbləğindən kəskin fərqli olmasını müəyyən etsə də, mübahisəli həmin aylar üzrə əsl qaz sərfiyyatının müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, iddiaçının dəlillərini əsaslandırmaq üçün istinad etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da, işdə sübutların olmamasına dair yalnış nəticəyə gəlmiş, məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməmiş, MPM-nin 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin borcun silinməsi tələbinin təmin olunmayan hissəsində sübutların olmamasına dair qənaəti, həmin məhkəmənin ilkin iddianı əsaslı hesab etdiyi (2021-ci ilin fevral-aprel ayları üzrə artıq hesablanmış borcun silinməsi) hissəsi ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin iddianın əsaslı hesab etdiyi hissəsi üzrə də iddiaçı tələbini əsaslandırmaq üçün eyni faktiki hallardan çıxış etmiş və bununla bağlı iddiaçıya məxsus istixanada quraşdırılmış müvəqqəti sayğacın göstəricilərinin əks olunduğu aktları təqdim etmişdir (bax yuxarıda § 34-40). Bununla belə, həmin aktların hansı səbəbdən MPM-nin 80-ci maddəsinin tələbləri baxımından mübahisəli dövr üzrə borcun silinməsi tələbinə aid sübut olmamasına məhkəmə qətnaməsində hüquqi qiymət verilməmişdir.

72. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin t ələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (MPM-nin 80-ci maddəsi)

73. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış sözügedən qaz sayğacının laborator müayinəsinin nəticələri üzrə tərtib olunmuş «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında» SS№29/1640-00216 saylı, 2021-cu il 10 mart tarixli akta əsasən işin müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, sayğacın mexaniki hissəsi işləkdir, xətalar normaya uyğun deyil, batareya tələb olunur.

74. Cavabdeh iddia tələbinə etirazında sayğacda xətaların normaya uyğun olmamasını əksinə, qaz sərfiyyatının az qeyd alınması kimi qiymətləndirsə də, bu barədə mötəbər süutlar işin materiallarına əlavə edilməmişdir.

75. Azərbaycan Respublikasının Standartlaşdırma, Metr ologiya və Patent üzrə Dövlət Komitəsinin cavabdehə ünvanladığı 2017-ci il 20 aprel tarixli, **********72 saylı məktubunda təhvil verilən və qəbul edilən qazın həcminin hesabatının dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında tablonun göstəricilərinə əsasən aparıldığı göstərilmişdir. Lakin hazırki işin məhkəmələr tərəfindən müəyyən hallarına görə, qaz sərfiyyatının məbləği sayğacın mexaniki göstəricilərinə əsasən hesablanmışdır.

76. Qeyd olunmalıdır ki, işin materiallarına sözügedən istixananın qaz təchizatı üçün texniki şərt və «Qeyri yaşayış sahəsinin (istixana) qazlaşdırılması» barədə İşçi Layihə əlavə edilmişdir. Həmin sənədlərdə obyektin qazlaşdırılması zamanı hansı qaz işlədicilərinin quraşdırıldığı, həmin işlədicilərin qaz sərfiyyatı, başqa sözlə ümumi q az sərfinin miqdarı göstərilmişdir.

77. Kollegiya hesab edir ki, apellyasya şikayətinin dəlilləri üzrə qiymətləndirmə aparılması üçün zəruri olsa da, həmin sənədlər sübut kimi qiymətləndirilməmiş, «xətaların normaya uyğun olmadığı», elektron tablonun düzgün işləmədiyi, yalnız mexaniki hissənin işlədiyi qaz sayğacının iddiaçının mübahisələndirdiyi 2020-ci ilin noyabr, dekabr və yanvar ayları üzrə qaz sərfiyyatını düzgün qeydə alıb-almamasının müəyyən edilməsi məqsədilə xüsusi bilik tələb edən sualların izahının zəruriliyi müzakirə edilməmişdir.

78. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstə rilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir». 79.Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə olan sübutlar ə sasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

80. Odur ki, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdə olan sübutlar tam və hərtərəfli araşdıralaraq nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

81. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası belə qənaətə gəl ir ki, prosessual hüquq normalarının pozulmasına, tətbiq edilməli maddi hüquq normasının tətbiq edilməməsinə görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən- iddiaçının 299.841,4 (iki yüz doxsan doqquz min səkkiz yüz qırx bir) manat məbləğində borcun silinməsi barədə ilkin iddia tələbinə (müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə) aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

82. Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-151/2022 saylı qətnaməsi qismən-iddiaçının 299.841,4 (iki yüz doxsan doqquz min səkkiz yüz qırx bir) manat məbləğində borcun silinməsi barədə ilkin iddia tələbinə (müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə) aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar