Məhkəmə qərarları › İş №2-2(102)-415/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-415/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-415/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 may tarixli 2-2(103)-631/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 ( bundan sonra-ayrılıqda “MMC” və Cavabdeh1) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, DCS00123980-05 saylı kredit müqaviləsi üzrə 133,262.29 manat əsas borc, 1453,67 manat faiz borcu, 5037,46 manat cərimə borcu olmaqla, cəmi 139.753,42 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 44 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 fevral tarixli, e-2-2(113)-228/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərlərdən birgə qaydada 133.262,29 manat əsas borc, 752,39 manat faiz borcu, 5.037,46 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 139.452,14 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim Ü.Həsənova).

3. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin faiz borcunun tutulmasının təmin edilməyən hissəsində ləğ v edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Həmçinin cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin 15.000 manat əsas borc, 200 manat faiz borcu, 5.037,46 manat cərimə, 400 manat dövlət rüsumu hissəsində, cəmi 20.637,46 manat hissəsində ləğv olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 may tarixli 2-2(103)-631/2024 nömrəli qərardadı ilə qətnamədən cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər R.Qurbanov və V.Baxışova).

6. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, hazırki iddianın qiyməti 139.753,42 manat təşkil etdiyindən, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olununur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 214,88 manat təşkil edir. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində dövlət rüsumu kimi 214,88 manat deyil, cəmi 80 manat ödənilmişdir. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir.

7. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəmə sinin qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 363.1.2, 363.1.3, 366.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh MMC tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, “Dövlət rüsumu ha qqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddələrinin tələbləri pozulmuşdur- cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 15.000 manat əsas borc, 200 manat faiz borcu, 5037,46 manat cərimə, 400 manat dövlət rüsumu hissəsində, cəmi 20.637,46 manat hissəsində ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni cavabdeh apelyasiya şikayəti verərək, 139.753,42 manat məbləğində pulun təkcə 20.637,46 manat məbləğinin qanunsuz və əsassız olduğunu bildirərək, həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də, cavabdeh apellyasiya şikayəti verərkən, iddianın ümumi qiymətinə müvafiq deyil, iddia tələbinin mübahisələndirilən hissəsinə görə ödəniləcək dövlət rüsumunun, yəni 160 manatın 50%-i (80 manat) həddində dövlət rüsumu ödəməlidir. İddianın mübahisələndirilməyən hissəsinə görə dövlət rüsumunun ödənilməsinin tələb edilməsi qeyd olunan normaların tələblərinə uyğun deyildir.

11. MPM-nin 217.1, 361.1.4, 384.0.2, 384.0.3, 386, 388 və 418-ci maddələrinin tələbləri üzrə-aellyasiya instansiyası məhkəməsi işi təfsilatlı araşdırmadığı üçün maddi hüquq normalarını pozmuş, bununla da qanuni və əsaslı olmayan qərardad qəbul etmişdir. Nəticədə qeyd olunan prosessual hüquq normalarının tələbləri də pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

361. Apellyasiya şikayətinin məzmunu... 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir...” Maddə

363. Apellyasiya şikayətinin qa ytarılması... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyaları nın və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... Ma ddə 8.1.3 iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır Maddə 8.1.4 iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.... Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, şikayət verilərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir (bax yuxarıda bu qərarın 6-cı bəndi).

19. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh MMC hesab edir ki, iddianın qiyməti 139.753,42 manat olsa da, apellyasiya şikayəti verilərkən, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız 20.637,46 manat məbləğin ondan tutulması hissəsində mübahisələndirildiyi üçün ödənilməli ol an dövlət rüsumunun məbləği 20.637,46 manata müvafiq hesablanmalı və 80 manat təşkil etməlidir.

20. Məhkəmə kollegiyası cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, qanunverici müəyyən hallarda şikayət verilməsi məqsədləri ilə mübahisələndirilən hissədə iddianın qiymətini, iddianın qiymətindən fərqləndirir. Məsələn, MPM-nin 402.1-ci maddəsi müəyyən edir ki, tərəflər qətnamənin mübahisələndirilən hissədə iddianın qiymətini əsas götürməklə kassasiya şikayəti verə bilərlər (mətni üçün bax bu qərarın 15-ci bəndi). Lakin istinad olunan normanın tələbindən fərqli olaraq, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununda belə fərqləndirmə aparılmadan, apellyasiya və kassa siya şikayətlərinin iddianın qiymətinə uyğun olaraq ödənilməsi təsbit edilmişdir.

21. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verilərkən ödənilməli olan rüsumun məbləği «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsi ilə müəyyən edilir. Həmin normada isə apellyasiya şikayətinin məhz mübahisələndirilən hissədə iddianın qiymətindən ödənilməsi nəzərdə tutulmamışdır (bax bu qərarın 16-cı bəndi).

22. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərkən dövlət rüsumunun məbləğinin mübahisələndirilən hissədə iddianın qiymətinə (20.637,46 manat) müvafiq olaraq öənilməsi «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələblərinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin apellyasiy a şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği ilə bağlı qənaəti MPM-nin 112.1-ci maddəsinin, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4, 8.6-ci maddələrinin tələblərinə, dövlət rüsumunun az ödənilməsi səbəbindən apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsi barədə qənaəti isə MPM-nin 363.1.2-ci və 366.2-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

24. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALlR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 may tarixli, 22(103)-631/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar