Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-416/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 may tarixli 2-2(103)493/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 22 fevral tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X9 və digərlərinə qarşı iddia tələbləri təmin olunmuş, X7 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2010-cu il 29 iyun tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262,1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 2021-ci il 15 oktyabr tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən şim al-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X7 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X2 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2010-cu il 29 iyun tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262,1603 hektar torpaq sahəsinin "Kadastr və Yerquluşu LayihəTədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinin CəlilabadLayihə Tədqiqat idarəsindən verilmiş 2021-ci il 15 oktyabr tarixli, C-204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X2 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil veril məsi, X4 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2010-cu il 29 iyun tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262,1603 hektar torpaq sahəsinin "Kadastr və Yerquluşu Layihə-Tədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 2021-ci il 15 oktyabr tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-şərq hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X4 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X5, X1 və X3 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ödənilməsinə sə rf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş 1.255 (bir min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə müştərək qaydada tutulması, X5, X1 və X3 iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir.
2. Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli qətnaməsi ilə İddiaçı X9 qarşı “vurulmuş maddi zərərin əvəzi qismində 150.000 manat və mənəvi ziyanın əvəzi qismində 20.000 manat, cəmi 170.000 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması” tələbi təmin olunmamışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2023-cü il 24 yanvar tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. X15 və İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdiyi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri olan 139.443 manatın Cavabdeh MMC-in hesabından onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ilin əvvələrində yaxından tanıdıqları Biləsuvar rayon sakini X10 rayonun Arazbarı kəndi ərazisində olan 60 hektar torpaq sahəsini qoyunculuğun inkişafı ü çün icarəyə götürdüyünü, ama imkan olmadığına görə torpağı münbitləşdirə bilmədiyini bildirmiş, Z.Məmmədovla aralarındakı razılamaya görə onlara məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində saxlamağa başlamış, gələcəkdə torpağı qanuni əsaslarla öz adlarına keçirib əsaslı təsərrüfat yaradacaqlarını planlaşdırmışlar. Bu məqsədlə 17 il ərzində torpağa vicdanla qulluq edib münbitləşdirmiş, 3500 3x3 metrdən artıq dirina çəkilmiş, 3 otaqlı yaşayış evi tikilmiş, çobanlar üçün 2 otaqdan ibarət yaşayış evi, sanitar qovşaqlar, hamam istifadəyə verilmiş, 3 ədəd hər biri 10 metr uzunluğunda hovuz, 1 ədəd 15 metr uzunluğunda tövlə tikilib istifadəyə verilmişdir. Yaşayış, qeyriyaşayış, tikilmiş digər obyektlərə elektrik xətləri, transoformator, su xətləri, aqro-texniki qurğular və sa irə işlər görülmüşdür. Bu işlərin görülməsi üçün 150 000 manata kimi pul xərclənmişdir. Hətta bu faktları Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli qətnaməsinində göstərildiyi kimi X10 özü də etiraf edərək 5 nəfər şahidlər 2021-ci il 23 aprel tarixdə Zaminin yazdığı aktı imzalayıb təsdiq etmişlər ki, göstərilən torpaq üzərində tikilmiş yaşayış və qeyri-yaşayış sahələri, obyektlər, qurğular X15 ilə birlikdə tikilmişdir. O tikililərin sahibləri də onlardır. Torpaq sahəsində aparılan tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi üçün işə cəlb edilən ekspert belə bir rəy vermişdir ki, görülmüş işlərin cəmi 139.943 manat qiymətləndirilir. Cavabdeh torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrinə və qurğulara çəkilmiş vəsaitin ödənilməsi barədə tədbir görmür. İddia tələb i Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21-ci maddəsinə istinad olunmaqla əsaslandırılmışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2023-cü il 13 sentyabr tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
7. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 16 yanvar tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə qərar verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli qərardadı ilə iddia ərizəsi üzrə icraata X11 münasibətdə xitam verilmiş, həmin məhkəmənin 2024-cü il 8 may tarixli qətnaməsi ilə isə İddiaçı iddia tələbinin təmin olunmaması qət edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-c ü il 8 may tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, apellyasiya instansiyası məhkəməsinin aktından isə kassasiya şikayət verilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Biləsuvar rayonu, Arazbari kəndi ərazisində 60 hektar torpaq sahəsində apardığı yaşayış və qeyri-yaşayış tikililərinin və torpaq sahəsində aparılmış yaxşılaşma işlərinin dəyəri olan 139.943 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ilin əvvəllərində yaxında n tanıdığı Biləsuvar Rayon sakini X12 həmin rayonun Arazbari kəndi ərazisində olan 60 ha torpaq sahəsini, qoyunçuluğun inkişafı üçün icarəyə götürdüyünü, lakin imkanı olmadığından orada torpağın münbitləşdirilməsi və təsərrüfat qura bilmədiyini danışmış, Z.Məmmədovla razılaşmaya görə, ona məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində saxlamağa başlamışdır ki, gələcəkdə də torpağı qanuni əsaslarla öz adına keçirib orada əsaslı bir təsərrüfat yaratsın. Bu məqsədlə 17 il ərzində torpağı vicdanla qulluq edib münbitləşdirmişdir. Razılaşmaya uyğun olaraq, ötən müddət ərzində təsərrüfatın qurulması üçün torpaq sahəsinin hamarlanmasını təşkil etmiş, 3500 metr uzunluğunda 3x3 ölçüdə kanal çəkdirmiş, suvarma sistemlərinin yararlı hala gətirilməsi üçün keçidlərə borular yerlədirilmiş və əraziyə elektrik xətti çəkdirmişdir. Eləcə də, həmin ərazidə 3 otaqlı daş tikilidən ibarət yaşayış evi, hamam-tualet, 2 otaqlı daşdan çoban evi, 3 ədəd hər biri 10 metr uzunluğunda və 1 ədəd 15 metr uzunluğunda tövlə inşa etmiş və qoyunların yemlənməsi üçün 1 ədəd 15 metr uzunluğunda hovuz tikdirmişdir. Həmçinin südçülük istiqamətində olan inəklərin saxlanması üçün yem bazası yaratmaq məqsədilə 60 ha torpaq sahəsində arpa və çoxillik əkmə olan yonca əkmiş və həmin torpaq sahəsini X7 razılığı ilə təsərrüfatın yem bazası kimi “Biznes planda” göstərərək, İqtisadiyyat Nazirliyi Yanında X8 xətti ilə 50.000 manat məbləğində güzəştli kredit götürərək sözügedən təsərrüfata yönəltmişdir. Qeyd olunanları X7 iştirakı ilə tərtib edilmiş, 2021-ci il 23 aprel tarixli Akt da təsdiq edir. Yuxarıda q eyd olunan işlərin görülməsi üçün birlikdə 150.000 manata kimi pul xərcləmişdir. Göstərilən faktlar Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli qətnaməsi də bir daha təsdiq edilir. Həmin qətnamədən də göründüyü kimi, X12 özü də, etiraf edərək, 5 nəfər şahidlə birlikdə 2021-ci il 23 aprel tarixdə Aktın tərtib edildiyini də etiraf etmişdir. Həmçinin, torpaq sahəsində apardığı tikinti-quraşdırma işlərinin qiymətləndirilməsi üçün ekspertiza keçirilmiş və ekspert tərəfindən verilmiş rəyə əsasən həmin torpaq sahəsində aparılmış işlərin dəyəri 139 943 manat dəyərləndirilmişdir. Onu da qeyd edir ki, "xxxx" şirkəti X9 qarşı “onun icarədə olan torpaq sahəsindən çıxarılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 22 fevral tarixli qə tnaməsi ilə iddia təmin olunaraq Z.Ş.Məmmədovun həmin sahədən çıxarılması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan da görünür ki, hazırda mübahisəli icarə torpaq sahəsi "xxxx" şirkətinin mülkiyyətindədir. Biləsuvar Rayon Məhkəməsinin 2022ci il 20 oktyabr tarixli qətnaməsində məhkəmə tərəfindən müəyyən edilən hallardan da görünür ki, o həmin torpaq sahəsində inşa etdiyi tikilələrə görə çəkdiyi xərclərin əvəzini Z.Ş.Məmmədovdan deyil, "xxxx" şirkətindən tələb etməlidir. Göründüyü kimi, o sözügedən 60 hektar torpaq sahəsində inşa olunmuş tikililər, yaxşılaşmalar hazırda “Azərsun Holdingin” mülkiyyətinə keçmişdir və bu səbəbdən də hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh "xxxx" əsassız varlanan şəxsdir, ona görə də, əsassız varlanmış şəxs olaraq, hazırda cavabdehin mülkiyy ətində olan torpaq sahəsinə çəkdiyi xərclərin dəyəri tutulmalıdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 mart tarixli e-2-2(113)-1248/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).
13. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının əvvəl irəli sürdüyü iddia ilə, hazırkı iddiasının predmeti və faktiki əsası eynidir. Belə ki, iddiaçı hər iki iddia tələbində torpaq sahəsinə və tikililərə çəkilmiş xərclərin əvəzini tələb edir.
14. Gəldiyi nəticənin hüquqi əsası kimi məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.2-ci maddəsinə istinad etmişdir.
15. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsi və işin məhkəmə baxışına qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
16. Bakı K ommersiya Məhkəməsinin 2025-ci il 2 aprel tarixli e-2-2(113)-1248/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 may tarixli 2-2(103)-493/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2025-ci il 7 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
18. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçının hazırda irəli sürdüyü iddia tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı daha əvvəl də irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki o laraq hüquqi qiymət verilmişdir.
19. Həmin işə baxan məhkəmələr vurğulamışlar ki, “iddiaçının tikinti apardığını iddia etdiyi torpaq sahəsi üzərində cavabdeh hüquqi şəxsin hüquqları dövlət tərəfindən tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və iddiaçı ona aid olmayan torpaq sahəsindən qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanı qanuni sahibindən tələb edir. Halbuki iddiaçının iddia tələbini yönəltdiyi cavabdeh həmin torpaq sahəsinin qanuni sahibidir. Eyni zamanda işin hallarından da ona hər hansı ziyanın dəyməsi və ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir”.
20. Bu səbəbdən, hazırkı iş üzrə iddia tələbinə mahiyyəti üzrə yenidən baxılması mülkiprosessual qanunverciliyin mənasına, habe lə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 261.0.2, 233.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin məhkəmə baxışına qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişd ir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MPM-in 262.4, 266.1, 267.1, 268.1, 269.1, 269.2, 269.3-cü maddələri üzrə - əvvəlki iddia maddi ziyan tələbi ilə, hazırkı iddia isə əsassız varlanma tələbi ilə irəli sürülüb. Hər iki iddiada tələb edilən məbləğ və faktlar eyni olsa da, hüquqi əsaslar (MM 1096.1 və 1091) fərqlidir. Bu səbəbdən MPM-in 261.0.2-ci maddəsinin tətbiqi əsassızdır. Əvvəlki iddia delikt məsuliyyəti ilə bağlı olmuş, hazırkı iddia isə əsassız varlanmaya görə kompensasiya tələbidir. Predmetin hüquqi mahiyyəti dəyişdiyindən, həmin iddianın təkrar qaldırılması sayılmamalıdır. Faktiki hallar eyni olsa da, hüquqi əsas fərqləndiyi üçün “res judicata” prinsipi (MPM 233.3) bu vəziyyətə şamil edilməməli və yeni iddia ayrıca əsas üz rə qiymətləndirilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;” müvafiq “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
29. Kassasi ya şikayətinin dəlilləri isə əsassızdır.
30. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılan işin MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi üçün tələb olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı mövcud olsun.
31. Həmin maddənin dispozisiya şərtlərinə görə iddianın elementlərinə aid hər üç komponent, yəni həm tərəflər, həm iddianın predmeti, həm də iddianın əsası eyni olmalıdır və yalnız onların hamısı mövcud olduğu halda MPM-in 261.0.2-ci maddəsində göstərilən əsasa görə iş üzrə icraata xitam verilə bilər.
32. MPM-in 50.1-ci maddəsinə əsasə n prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
33. İddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb, yəni tərəflər arasında olan mübahisəli hüquq münasibətindən irəli gələn iddiaçının cavabdehə yönəltdiyi konkret tələb təşkil edir.
34. İddianın əsasını isə iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki hallar, yəni tərəflər arasındakı maddi hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olduğu faktlar (hüquqi faktlar) təşkil edir.
35. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında belə hüquqi mövqe ifadə edilmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və müb ahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir.
36. Hazırkı işin halları da ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 may tarixli 2-2(113)-1527/2024 nömrəli qətnaməsi ilə həll olunan kommersiya işinin t ərəfləri ilə və həmin işdə irəli sürülmüş iddianın əsası və predmeti ilə hazırkı işin tərəfləri, iddianın əsası və predmeti eynidir.
37. Belə ki, əvvəlki işdə olduğu kimi hazırkı işdə də iddiaçı kimi İddiaçı cavabdeh kimi isə Cavabdeh MMC çıxış edir və iddianın əsasını eyni faktiki hallar təşkil edir.
38. İddiaların predmetinə dair qeyd edilir ki, əvvəlki işdə iddiaçı Biləsuvar rayonu Arazbari kəndi ərazisində olan 60 ha torpaq sahəsində iddia etdiyi tikinti və işlərə görə sərf olunmuş pul vəsaitini zərər kimi, hazırkı işdə isə eyni vəsaiti əsassız varlanma kimi tələb etmişdir.
39. Kollegiya qeyd edir ki, “iura novit curia” müddəasına əsasən məhkəmə tərəflərin hüquqi mövqeyindən asılı deyil və mübahisə tərəflərin istinad etmədiyi hüquqi əsaslara görə də həll edilə bilər. Ona görə də, iddia çı tələb etdiyi vəsaiti hüquqi baxımdan necə dəyərləndirməsindən asılı olmayaraq, iddianın predmeti dəyişməz olaraq qalmışdır.
40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 6 may tarixli 2-2(103)-493/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.