Məhkəmə qərarları › İş №2-2(102)-417/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-417/2021

13.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-417/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: istehlak edilmiş qaza görə borcun tutulması, şəxsi hesab vərəqəsindən borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 7 may 2021-ci il tarixli, 2-2(105)-29/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx " MMC-nin (bundan sonra – MMC) adına tərtib edilmiş abonent saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, abonent MMC-nin təbii qazdan istifadəyə görə 2019-cu il 25 iyul tarixinə 525.611,42 manat məbləğində borc qalığı olsa da, 2020-ci il 26 oktyabr tarixinə istehlak edilən təbii qazın dəyərinin ödənilməmiş hissəsi olaraq cəmi 576.871,42 manat məbləğində borcu yaranmışdır.

2. MMC-yə məxsus istixanada quraşdırılmış qaz sayğacının göstəricisinə əsasən qazın sərfiyyatı 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayınadək əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artmışdır. Belə ki, 2018-ci ilin noyabr ayında 593.441 kub.m (118.688,20 manat) dekabr ayında 1.059.785 kub.m (211.957 manat), 2019-cu ilin yanvar ayında 980.119 kub.m (196.023,80 manat), fevral ayında 989.446 kub.m (197.8 89,2 manat) və mart ayında 617.352 kub.m (123.470,40 manat) qaz sərfiyyatı qeyd olunmuşdur. 2019-cu ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək MMC tərəfindən təbii qazdan istifadə edilməmişdir. 2020-ci ilin yanvar ayından isə yenidən təbii qazdan istifadəyə başlanılmış və sərf edilən qaz həcmi mübahisəli dövrə nisbətdə dəfələrlə azalmışdır. 3. 2018-ci il 30 yanvar tarixli, 2/625 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”yə əsasən istehlakçı MMC-yə məxsus istixanaya G-650 tipli qaz sayğacının və 2 ədəd suqızdırıcı qazanların quraşdırılması nəzərdə tutulmuşdur.

4. Həmin alğı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hə r 1 (bir) kub.m üçün 0.20 manat məbləğində müəyyən edilmişdir. 5. 2018-ci il 9 mart tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən, MMC-yə məxsus qaz xəttinin üzərindən G1600 markalı, 10516024 saylı sayğac çıxarılmış, müvəqqəti qaz təminatı G-1600 markalı 10519515 saylı sayğac vasitəsilə bərpa olunmuşdur. 6. 2020-ci il 13 yanvar tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətində göstərilmişdir ki, abonentin şəxsi vəsaiti hesabına ona məxsus sayğac qaz xəttindən açılaraq növbədənkənar dövlət yoxlamasına aparılmış, sayğac dövlət yoxlamasından qayıtdıqdan sonra isə başqa qaz xətti üzərində quraşdırılacaqdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkə zinin 10/612, 9/1146 nömrəli ekspert rəyindən görünür ki, 29 mart 2021-ci il tarixdə ekspertin, tərəflərin, X1 Agentliyinin və "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə MMC-yə məxsus istixanada quraşdırılmış qaz qəbuledicilərinə (cihazlara) baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, MMC-yə məxsus istixananın içərisindəki qazanxanada 2 ədəd eyni “Yalım” markalı qazanların quraşdırıldığı müəyyən edilmişdir. Qazanların odluq hissələrində İtaliya istehsalı olan “F.B.R.” markalı K350/M tipli odluqlar (forsunkalar) quraşdırılmışdır. Qazanların gövdələrinin üzərində olan texniki göstəriciləri əks etdirilmiş lövhəciklərdə (birkalarda) birinci qazanın gücü 4650 kw, ikinci qazanın gücü isə 5914 kwdır. İş materiallarında olan 2018-ci il 30 yanvar tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, istehlakçıda G-250 markalı qaz sayğacının və 2 ədəd suqızdırıcı qazanların quraşdırılması nəzərdə tutulmuşdur. Beynəlxalq vahidlər sisteminə görə 10,28 kw enerjinin alınması üçün 1 kub.m təbii qazın yanmasının sərf olunduğunu nəzərə aldıqda birinci qazanın saatlıq qaz sərfiyyatı 452,4 kub.m (4650 kw /10,28 kw = 452,4 kub.kub.m), ikinci qazanın saatlıq qaz sərfiyyatı isə 507,2 kub.m-dir. (5914 kw /10,28 kw = 507,2 kub.m). Hər iki qazanın saatlıq qaz sərfiyyatı isə 959,6 kub.m-dir. (507,2 kub.m +452,4 kub.m = 959,6 kub.m) Ekspertizaya əlavə materiallarla məktubdan görünür ki, istixanada qazanlar aylar üzrə fərqli iş rejimində işləmişlər. Belə ki, qazanlar gün ərzində 2018-ci ilin noyabr ayında 4-5 saat, 20 18-ci ilin dekabr ayında 4,5-5,5 saat, 2019-cu ilin yanvar ayında 5-6 saat, fevral ayında 4,5-5,5 saat, mart ayında isə 3,5-4,5 saat işləmişlər. Belə olan halda, MMC-yə məxsus istixananın yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisindəki istixanalarda quraşdırılmış qazanların maksimal saatlıq qaz sərfiyyatının 959,6 kub.m/saat olduğunu nəzərə aldıqda, 2018-ci ilin noyabr ayı üçün maksimal qaz sərfiyyatı 143940 kub.m (959,5 kub.m/saat x 5 saat x 30 gün = 143940 kub.m), 2018-ci ilin dekabr ayı üçün maksimal qaz sərfiyyatı 163611,8 kub.m (959,5 kub.m/saat x 5,5 saat x 31 gün = 163611,8 kub.m), 2019-cu ilin yanvar ayı üçün maksimal qaz sərfiyyatı 178486,6 kub.m (959,5 kub.m/saat x 6 saat x 31 gün = 178486,6 kub.m), 2019-cu ilin fevral ayı üçün maksimal qaz sərfiyyatı 147778,4 kub.m (959,5 kub.m/saat x 5,5 saat x 28 gün = 147778,4 kub.m), 2019-cu ilin mart ayı üçün maksimal qaz sərfiyyatı 133864,2 kub.m (959,5 kub.m/saat x 4,5 saat x 31 gün = 133864,2 kub.m) təşkil edir. Ekspert rəyinə əsasən 2018-ci ilin noyabr ayı üçün artıq hesablanmış sərfiyyat 449501 kub.m (593441 kub.m - 143940 kub.m = 449501 kub.m), 2018-ci ilin dekabr ayı üçün artıq hesablanmış sərfiyyat 896173,2 kub.m (1059785 kub.m - 163611,8 kub.m = 896173,2 kub.m), 2019-cu ilin yanvar ayı üçün artıq hesablanmış sərfiyyat 801633,2 kub.m (980119 kub.m - 178485,8 kub.m = 801633,2 kub.m), 2019-cu ilin fevral ayı üçün artıq hesablanmış sərfiyyat 841667,6 kub.m (989446 kub.m – 147778,4 kub.m = 841667,6 kub.m) 2019-cu ilin mart ayı üçün artıq hesablanmış sərfiyyat 483487,8 kub.m (617352 kub.m – 133862,2 ku b.m = 483487,8 kub.m) təşkil etmişdir. Beləliklə, 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral və mart ayları üzrə cəmi 3472462,8 kub.m artıq sərfiyyat hesablanmışdır. 8. 2018-ci il 30 yanvar tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”yə əsasən MMC-nin istifadəsi üçün qarşılıqlı olaraq G-650 tipli qaz sayğacı müəyyən edilmişdir. Lakin, İddiaçı İB (bundan sonra Azəriqaz) birtərəfli qaydada müqavilədə nəzərdə tutulmayan G-1600 tipli qaz sayğacı quraşdırmış və mübahisəli dövr ərzində həmin sayğacdan istifadə edilmişdir. Azəriqaz tərəflər arasında bağlanmış 2018-ci il 30 yanvar tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilmədən G-650 tipli qaz sayğacının daha iri həcmli G-1600 tipli qaz sayğacı ilə əvəz edilməsinin hüqu qi əsasını göstərə bilməmişdir. Abonentin Saldosundan isə görünür ki, sonradan 2020-ci ilin yanvar ayında artıq G-250 tipli qaz sayğacı quraşdırılmış və bundan sonra sərf edilən qazın həcmi mübahisəli dövrə nisbətdə əvvəlki vəziyyətə düşmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İlk iddia tələbi üzrə iddiaçı Azəriqaz ilk iddia tələbi üzrə cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 525.611,42 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada Azəriqazın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azəriqaz 2018-ci il 30 yanvar tarixli 2/625 saylı Müqavilə əsasında cavabdeh MMC-ni təbii qazla t əchiz etmişdir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdeh MMC-nin 2019-cu il 25 iyul tarixə 525.611,42 (beş yüz iyirmi beş min altı yüz on bir manat 42 qəpik) manat borcu yaranmışdır.

11. İlk iddia tələbi üzrə cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət edərək ilk iddianın rədd edilməsi və Azriqaz tərəfindən əsassız hesablanmıçş 745.967,20 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi bu nunla əsaslandırılmışdır ki, ona məxsus istixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etməklə istifadə edilmiş təbii qazın dəyəri həmişə vaxtında ödənilmişdir. 2018-ci il 25 oktyabr tarixdə Azəriqaz tərəfindən istixanada quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və bundan sonra sayğac əvvəlki illərlə müqayisədə 5-6 dəfə çox sərfiyyat hesablamağa başlamışdır. Belə ki, 2018ci ilin noyabr ayında 118688,20 manat, dekabr ayında 211957 manat, 2019-cu ilin yanvar ayında 196023,80 manat, fevral ayında 197889,20 manat və mart ayında 123470,40 manat əsassız borc pul hesablanmışdır. Həmçinin, 2020-ci ilin yanvar ayında MMC-yə səbəbi məlum olmayan 43.695,60 manat məbləğində cərimə yazılmışdır. Halbuki həmin ayda sayğac vasitəsi ilə 41.222,20 manatlıq təbii qazdan istifadə edilm iş və Azəriqaz tərəfindən MMC-yə bununla bağlı hesab faktura təqdim edilmişdir. Beləliklə, İddiaçı tərəfindən 2018-ci ilin noyabr ayından 2020-ci ilin yanvar ayına kimi olan dövrdə MMC-yə əsassız olaraq 891.724,20manat borc hesablanmışdır. Halbuki, MMC-nin 2017-ci ilin noyabr-2018-ci ilin mart aylarında cəmi 145.757 manat qaz sərfiyyatı olmuşdur. Nəticədə MMC-yə 6 dəfədən çox əsassız qaz sərfi hesablanmışdır. Bununla bağlı dəfələrlə Azəriqaza müraciət edilmiş, müraciətlərdən sonra 2020-ci il 13 yanvar tarixdə istixananın qaz sayğacı dəyişdirilmiş və bundan sonra sayğac əvvəlki kimi normal sərfiyyat hesablamağa başlamışdır. Sayğac dəyişildikdən sonra sərfiyyat azalaraq 2020-ci ilin yanvar ayına 41.222,20 manat, fevral ayına 15.381,20 manat, mart ayına 7.628,80 manat olmuşdur. Göründüyü kimi, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərfiyyat 7 dəfədən çox aşağı düşmüşdür.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, 2-2(119)563/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, ilk iddia tələbi üzrə cavabdeh MMC-dən istifadə olunan təbii qaza görə 2019-cu il 25 iyul tarixədək yaranmış 525.611,42 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 525.641,42 manat vəsaitin ilk iddia tələbi üzrə iddiaçının xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia tələbi isə qismən – ilk iddia tələbi üzrə cavabdeh MMC-yə əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında hesablanmış 43.695,60 manat məbləğində borcun silinməsi hissəsində təmin edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov)

14. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə hüquqi şəxslər qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıyırlar, həmçinin qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesablı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı” barədə müqavilənin tərəfi olan MMC həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 25 iyul 2019-cu il tarixinədək istehlak etdiyi qazın dəyəri olaraq yaranmış 525.611,42 manat məbləğində debitor borcunu ödəməyərək müqavilə şərtlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələblərini pozmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi ilə silinməsi tələb olunan 745.967,20 manat borcun 43.695,60 manat hissəsi əlavə sərfiyyat (Akt) əsasında hesablanmış məbləğ olmuşdur.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 2.5, 4.8, 5.2, 5.4, 5.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1, 430.1, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

16. Həmin qətnamədən Azəriqaz apellyasiya şikayəti verərək onun qarşılıqlı iddia tələbinin qismən təmin ol unduğu hissədə ləğv edilməsi və qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Qətnamədən həmçinin MMC də apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 fevral tarixli, 2-2(105)-29/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2021-ci il 5 may tarixli, 10/612 və 9/1146 saylı rəy tərtib olunmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 may tarixli, 2-2(105)-29/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən – Azəriqaz tərəfindən MMC-yə əsassız hesablanmış 738.188,16 manat borcun silinməsi hissəsində təmin edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

20. Apellyasiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”yə əsasən MMC-nin istifadəsi üçün qarşılıqlı olaraq G-650 tipli qaz sayğacı müəyyən edilmişdir. Lakin, sonradan Azəriqaz birtərəfli qaydada müqavilədə nəzərdə tutulmayan G-1600 tipli qaz sayğacı quraşdırmış və mübahisəli dövr ərzində həmin sayğacdan istifadə edilmişdir. Azəriqaz tərəflər arasında bağlanmış 2018-ci il 30 yanvar tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilmədən G-650 tipli qaz sayğacının daha iri həcmli G-1600 tipli qaz sayğacı ilə əvəz edilməsinin hüquqi əsasını göstərə bilməmişdir. Ekspert rəyinə əsasən iddiaçıya məxsus istixanada quraşdırılmış qazanların maksimal saatlıq qaz sərfiyyatını nəzərə aldıqda, eyni zamanda yeni sayğacın göstəricisi ilə əvvəlki sayğacın göstəriciləri arasında fərqin böyük olması qaz sayğacının qüsurla işləməsinə dəlalət etmişdir. Beləliklə, müqavilədə nəzərdə tutulmayan sayğac quraşdırıldıqdan sonra onun qüsurla işləməsi nəticəsində 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral və mart ayları üzrə cəmi 3.472.462,8 kub.m (3. 472.462,8 kub.m x 0.20 = 694.492,56 manat) artıq sərfiyyat hesablanmışdır.

21. Həmçinin, qarşılıqlı iddia ərizəsi ilə silinməsi tələb olunan 745.967,20 manat borcun 43.695,60 manat hissəsi əlavə sərfiyyat olaraq hesablanmış, lakin 2020-ci ilin yanvar ayında ümumi borca daxil edilmiş 43.695,60 manat məbləğində əlavə sərfiyyat kimi hesablanmış borcun yaranma əsasları iddiaçı tərəfindən əsaslandırılmamış, borca dair sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bu halı, yəni “əlavə sərfiyyat olaraq 2020-ci ilin yanvar ayında 43.695,60 manat məbləğində hesablanan borcun” yaranma əsaslarının qanuniliyini sübut etmək vəzifəsi paylayıcının üzərinə düşmüşdür.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 16 may tarixdə iddiaçı və cavabdehə göndərilmişdir.

24. Həmin qətnamədən ilk iddia tələbi üzrə iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

25. Ekspert öz rəyinin “X2” hissəsində MMC-yə məxsus istixanada olan qazanların gün ərzində maksimum işləmə saatını müəyyən etmədən qaz sərfiyyatının artıq hesablanması nəticəsin ə gəlmiş, məhkəmə isə bu sübuta hərtərəfli və tam qiymət vermədən istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, ekspertin istinad etdiyi əlavə materiallar cavabdeh tərəfindən öz istəyinə uyğun olaraq hazırlanmışdır. Yəni, ekspert cavabdehə məxsus istixada olan qazanların əslində gün ərzində neçə saat işləməsinə dair müstəqil araşdırmasını aparmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı

26. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdirlər.

27. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada x əbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

28. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, m 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan i stifadə Qaydaları” 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və ist ifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə

99. Ekspertizanın aparılması qaydası 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

34. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, ekspert öz rəyinin “X2” hissəsində MMC-yə məxsus istixanada olan qazanların gün ərzində maksimum işləmə saatını müəyyən etmədən qaz sərfiyyatının artıq hesablanması nəticəsinə gəlmiş, məhkəmə is ə bu sübuta hərtərəfli və tam qiymət vermədən istinad edərək qətnamə qəbul etmişdir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.

37. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə hər hansı bir dəlilini və onlarla bağlı hüquqi əsaslandırmasını bildirməmiş və yalnız ekspert rəyini sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımından mübahisələndirimişdir.

38. Məsələyə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-də işlərə məhkəmələrdə baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır.

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu məsələlərinə cavab verilməsi ilə məhdudlaşdırır.

40. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində yalnız prosessual qanunvericiliy in tələblərinin pozulması barədə bildirdiyi dəlillər üzrə apellyasiya məhkəməsinin qətnaməsinin yoxlanılasını zəruri hesab edir.

41. MPM-nin müddəalarında ekspertiza ilə bağlı müəyyən olunmuşdur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Erkspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığın a görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 97, 99.1, 102-ci maddələri).

42. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı və ekspertin rəyi kifayət qədər aydın və tam olmalıdır. 43. 2021-ci il 5 may tarixli ekspert rəyindən göründüyü kimi, ekspertizanın növü və ixtisas sahəsi kimi məhkəmə mühəndis-texniki ekspertizası, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqat metodikası qeyd olunmuş, ekspertlər qismində isə mühəndis-texniki ekspertizalar şöbəsin in eksperti, kimyaçımühəndis Mövlud Şükürov və iqtisadi ekspertizalar şöbəsinin eksperti Orxan İsgəndərov göstərilməklə onlar tərəfindən rəy tərtib olunmuşdur (bax §7).

44. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehin qaz sərfiyyatı 2018-ci ilin noyabr ayı üçün 449.501 kub.m (593.441 kub.m saldoda göstərilən – 143.940 kub.m real sərf), 2018-ci ilin dekabr ayı üçün 896.173 kub.m (1.059.785 kub.m saldoda göstərilən – 163.611,8 kub.m real sərf), 2019-cu ilin yanvar ayı üçün 801.663 kub.m (980.119 m3 saldoda göstərilən – 178.485 kub.m real sərf), 2019-cu ilin fevral ayı üçün 841.667 kub.m (989.446 kub.m saldoda göstərilən – 147.778 kub.m real sərf), 2019cu ilin mart ayı üçün isə 483.487 kub.m (617.352 kub.m saldoda göstərilən – 133.862 kub.m real sərf) olmaqla ümumilik də 3.472.462,8 kub.m artıq hesablama aparılmışdır. Həmin dövr üzrə cavabdehin ekspert rəyi ilə müəyyən edilmiş real qaz sərfiyyatının həcmi isə 2017-2018-ci illərin anoloji dövrü üzrə (noyabr 2017 – mart 2018) saldoda iddiaçı tərəfindən hesablanmış sərfiyyatdan artıq olmuş, lakin iddiaçı cavabdeh tərəfindən 20172018-ci illərin anoloji dövrü üzrə əskik ödənişlər aparılmasını mübahisələndirməmişdir.

45. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ekspert rəyi müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş və qarşısında qoyduğu sualları əsaslandıran səlahiyyətli şəxslər tərəfindən verilmiş, həmçinin ekspert rəyi tam və aydın olmuşdur.

46. MPM-in 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

47. MPM-in 102.3-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.

48. Aydın olduğu kimi prosessual qanunvericiliklə i şdə iştirak edən şəxslərə məhkəmə müdafiəsi çərçivəsində öz hüquqlarının həyata keçirilməsi məqsədilə bir sıra imkanlar verilmişdir ki, əlavə və ya təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatətin verilməsi də bunlardan biridir.

49. Hazırki halda isə, iddiaçının nümayəndəsi ekspert tərəfindən istixananın qaz tənzimləyicisinə, qaz sayğacına və qaz qurğularına baxış keçirilən zaman, həmçinin apellyasiya məhkəməsindəki icraat zamanı məhkəmə iclasında iştirak etməklə ekspert rəyi ilə tanış olmuş, lakin onu mübahisələndirməmiş, beləliklə də prosessual qanunvericiliklə ona verilən hüquqlardan istifadə etməmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların, o cümlədən ekspert rəyinin qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun ol araq həyata keçirilmiş və zəruri əsaslandırma aparılmışdır.

51. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 may tarixli 2-2(105)-29/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

52. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 may tarixli 2-2(105)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar