Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-418/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-2(102)-418/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 28.12.2020 Açar sözlər: kassasiya şikayətinin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) imzalanmaması. Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Sevda Hüseynova, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” ilk iddia tələbinə və Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “müqavilənin əhəmiyyətsiz hesab edilməsi” qarşılıqlı iddia tələbinə d air kommersiya iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci tarixli, 22(103)-287/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim: İlk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra mətndə ilk iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.485.500 ABŞ dolları əsas borc, 2.791,951 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 25.277.451 ABŞ dolları kredit borcunun, kredit müqaviləsinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 20 azn və 30 azn məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, ilk iddia üzrə Cavabdeh MMC ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 1008H saylı kredit müqaviləsinin uydurma əqd olması əsası ilə əhəmiyyətsiz hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)79/2019 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-430/2019 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən – ilk iddia üzrə cavabdehdən 22.485.500 ABŞ dolları əsas borc, 2.791.951 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə 25.277,451 ABŞ dolları məbləğində kredit borcunun və iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi ba rədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)5/2020 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Xələfov) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-287/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Aida Hüseyn) ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia tələbi qismən – ilk iddia üzrə ca vabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə 22.485.500 ABŞ dolları əsas, 2.254.795,97 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 24.734.050 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Sonuncu qətnamədən ilk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək onun qismən – ilk iddia üzrə cavabdehdən 2.254.795,97 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qətnamədən həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı da kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olun masını xahiş etmişdir. Hüquqi məsələlər: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; - 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət veri lmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kassasiya şikayəti yalnız vəkil tərəfindən deyil, eyni zamanda onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən də imzalanmalıdır. Hazırki halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin adından verilmiş kassasiya şikayəti müəssisənin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən imzalanmış, şikayətə Vəkil1 müəssisənin vəkili olmasına dair order əlavə olunmuşdur. Lakin, işin 2-ci cildinin 77-ci səhifəsində olan müəssisənin rəhbəri tərəfindən Vəkil1 verilmiş etibarnamənin müddətinin xx xxxxx 2020-ci il tarixdə bitməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti geri qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən (...) qaytarılır. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğun un yoxlanılması üçün kommersiya işi ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-287/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-418/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-418/2020
28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver