Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-418/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Gənclərin Elmi X4 cavabdeh "xxxx" MMC-yə (əvvəlki Cavabdeh MMC-yə) qarşı “nəqliyyat vasitələrinin, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-418/2024 Açar sözlər: alqı-satqı müqaviləsi üzrə satıcının öhdəliyinin icra edilməsi tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməs inin Kommersiya kollegiyasının 2024-cü il 05 mart tarixli, 22(103)-195/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sifarişçi "xxxx" MMC və icraçı İddiaçı Gənclərin X3 arasında bağlanmış 2013cü il tarixli 01-14-MMC nömrəli müqavilə ilə "xxxx" MMC maddi-texniki bazasının gücləndirilməsi, xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması, külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına texniki xidmət göstərilməsi, ehtiyat hissələrinin alınması və avtonəqliyyat vasitələrinin alınması işlərinin satın alınması üçün İddiaçı Gənclərin X1 ƏDV daxil 1.410.000 manat məbləğində təklifini qəbul etmişdir.
2. İddiaçı Gənclərin Elmi X6 tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2013-cü il 30 dekabr tarixli 26 nömrəli hesab-fakturaya əsasən, 01-14 MMC nömrəli müqavilənin şərtlərinə əsasən avtonəqliyyat vasitələrinin, maddi texniki baza üzrə xüsusi təyinatlı nəqliyyat vasitələri və avadanlıqların, külək və günəş enerjisi stansiyalarının texniki xidmətinin, EİS-in ehtiyat hissələrinin dəyəri olan 1.410.000 manat vəsaitin ödənilməsi xahiş edilmişdir. Həmçinin İddiaçı Gənclərin Elmi X6 tərəfindən "xxxx" MMC-yə 2013-cü il 30 dekabr tarixli 705679 nömrəli elektron hesab-faktura da göndərilmişdir. 3. 2014-cü il 27 iyun tarixli 040/14-GM-S nömrəli müqavilə və 1 nömrəli əlavəyə əsasən, Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli a uger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 180.900 manat müəyyən olunmuşdur. 4. 2014-cü il 27 iyun tarixli 062/14 GM-S nömrəli müqavilə və 1 nömrəli əlavəyə əsasən, Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 132.500 manat müəyyən olunmuşdur. 5. 2015-ci il 2 noyabr tarixli 072/15-GM-S nömrəli müqavilə və 1 nömrəli əlavəyə əsasən, Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcmli yükləyici və 3 ədəd “X9” modelli avtobus satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 663.000 manat müəyyən olunmuşdur.
6. Qeyd olunan 3 müqavilədə göstərilən texnika və avadanlıqlar Cavabdeh MMC tərəfindən İddiaçı Gənclərin X2 2015-ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaları ilə təhvil verilmişdir.
7. İddiaçı Gənclərin X3 tərəfindən "xxxx" MMC-yə: - 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı 974452 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “New Holland B115”, 1 ədəd "New Holland B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitə ləri və avadanlıq; - 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı 974453 nömrəli qaimə-fakturaya əsasən, 1 ədəd “Doosan DX 140 W’ təkərli ekskavator və 1 ədəd “AUGER” markalı avadanlıq; - 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı 974454 nömrəli qaimə-fakturaya əsasən 2 ədəd “Doosan DİST 300 frontal yükləyici”, 1 ədəd “Doosan DX35” kiçik həcmli ekskavator, 1 ədəd Doosan modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “New Holland L215” kiçik həcmli yükləyici və 3 ədəd "X10” markalı avtobus; - 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı 974455 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “Doosan DX 140 W’ tırtıllı ekskavator təhvil verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Gənclərin X3 2022-ci il 13 iyun tarixində Cav abdeh MMC-yə qarşı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək: - tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 2014-cü il 27 iyun tarixli 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələrinin; - 2014-cü il 27 iyun tarixli 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələrinin; - 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” m odelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcmli yükləyici, 3 ədəd “X9” markalı avtobusun və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, - əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə 1.485.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında üç alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı əmlakların dəyərini 2014-cü il 27 iyun tarixli 040/14-GM-S nömrəli müqavilə üzrə 2014-cü il 30 iyun tarixində, 2014-cü il 27 iyun tarixli 062/14 GM- S nömrəli müqavilə 2015-ci il 31 avqust tarixində, 2015-ci il 2 noyabr tarixli 072/15-GM-S nömrəli müqavilə üzrə 2018-ci il 6 aprel tarixində tam ödəmişdir. Müqavilələrin şərtlərinə görə, cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. Lakin, əmlaklar iddiaçıya deyil, başqa şəxsə "xxxx" MMC-yə təhvil verilmişdir. "xxxx" MMC ilə iddiaçının hər hansı hüquqi bağlılığı mövcud olmamış və həmin şirkətin iddiaçının adından çıxış etməyə səlahiyyəti yox idi. Belə olan halda isə cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilməd iyi aşkar şəkildə bəlli olur. İlk müqavilə üzrə cavabdeh tərəfindən tərtib edilmiş əmlakın təhvil verilməsinə dair 2014-cü il 4 iyul tarixli qaimənin, ikinci müqavilə üzrə tərtib olunmuş 2015ci il 21 iyul tarixli qaimənin, habelə üçüncü müqavilə üzrə tərtib edilmiş 2015-ci il 5 noyabr tarixli qaimənin “təhvil aldım” qrafasındakı imza da iddiaçının adından çıxış etmək səlahiyyəti olan hər hansı işçisinə, yaxud etibarnamə əsasında etibar etdiyi şəxsə məxsus deyildir. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarına əsasən, iddiaçı alınmış əmlakları qeydiyyatdan keçirməli idi və yalnız bundan sonra onun həmin əmlaklardan istifadə etmək hüququ yaranmış olardı. Lakin sənədlər təqdim edilmədiyinə görə iddiaçı aldığı əmlakları qeydiyyatdan keçirə və istifadə edə bilməmişdir. Bununla bağlı iddiaçıya külli miqdarda zərər dəymişdir. Bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq əmlaklar ən aşağı qiymətlər ilə icarəyə verilsə idi, iddiaçı 1.485.000 manat fayda əldə edə bilərdi.
10. Cavabdeh MMC iddiaya qarşı etiraz verərək göstərmişdir ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhvil-təslim aktları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim olunmasını təsdiq edir. Çünki müqavilələrin 3.3-cü bəndinə əsasən, satıcı əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya aşağıdakı sə nədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamaqdan imtinası üçün əsasdır. İddiaçı qeyd etdiyi məbləğdə maddi itkilərə məruz qalmışdırsa, təhvil-təslim aktlarının təsdiq edildiyi müddətdən 7-8 il ərzində məhkəməyə müraciət etməməsi iddianın əsaslılığı barədə sual doğurur. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, 2014-ci il 27 iyun tarixli 040/14-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 2014-cü il 24 iyul tar ixində, 2014-ci il 27 iyun tarixli 062/14-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 2015-ci il 27 iyul tarixində, 2015-ci il 2 noyabr tarixli 072/15-GMS nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 2015-ci il 5 noyabr tarixində təsdiq edilmişdir.
11. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, mübahisələndirilən müqavilələrdən irəli gələn iddia üzrə iddia müddətinin ötürülməsi səbəbindən onun rədd olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsi tərəfindən 2022-ci il 7 oktyabr tarixdə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. Üçüncü şəxs iddiaya qarşı etiraz təqd im edərək bildirmişdir ki, mübahisələndirilən müqavilələr üzrə cavabdehdən tələb olunan nəqliyyat vasitələri və avadanlıqlar iddiaçıya verilmişdir. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti üçüncü şəxsin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması, bunun müqabilində üçüncü şəxs iddiaçıya ƏDV daxil 1.410.000 manat pulun ödənilməsini təmin etmişdir. Həmin müqavilə əsasında iddiaçı üçüncü şəxsə ƏDV daxil 1.410.000 manat dəyərində hesab-faktura, habelə 2013-cü il 30 dekabr tarixli HG seriyalı 705679 nömrəli elektron vergi hesab-fakturası təqdim etmişdir. Bundan sonra isə müvafiq nəqliyyat vasitələri və avadanlıqların iddiaçı tərəfindən üçüncü şəxsə təhvil verilməs i nəzərdə tutulmuş və həmin əmlaklar (bax yuxarıda § 7) təhvil verilmişdir. Yalnız 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı 974454 nömrəli qaimə-fakturada olan 3 ədəd “X10” markalı avtobus hüquqi sənədləri ilə birgə təhvil verilmiş, lakin bu qaimədə olan 1 ədəd “Doosan” işıq qülləsinin isə harada olması haqqında məlumat mövcud olmamışdır. Qeyd olunanlar onu təsdiq etmişdir ki, iddiaçı üç müqavilə əsasında ƏDV daxil 976.400 manat pul qarşılığında cavabdehdən 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, üçüncü şəxs ilə bağlanmış 2013-cü il 30 dekabr tarixli 01-14-MMC nömrəli müqavilə üzrə öhdəliyini icra etmiş, həmin 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq rəsmi uçot sənədləri əsasında üçüncü şəxsin balansına qəbul edilmişdir. Göründüyü kimi, üçüncü şəxs iddiaçı ilə 2013cü il 30 dekabr tarixində müqavilə bağlayarkən və ona ƏDV daxil 1.410.000 manat pulu ödəyərkən, iddiaçının mülkiyyətində 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq olmamış, yalnız həmin vəsaiti aldıqdan sonra iddiaçı cavabdehdən üç müqavilə əsasında ƏDV daxil 976.400 manat dəyərdə 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, ƏDV daxil 433.600 manat, ƏDV xaric isə 367.458 manat mənfəət əldə etmişdir. Əmlaklar balanslarında olduğundan, onların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia təmin edilməməlidir. Həmin nəqliyyat vasitələri və avadanlıqlar hazırda üçüncü şəxsin balansına alınsa da, onların hüquqi sənədləri hazıradək təhvil verilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, e-2-2(113)3437/2022 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımov) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə görə, malların verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil – təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur. Təhvil-təslim aktının imzalanması, alıcının həmin aktı imzalamaqdan imtina etməməsi təsdiq etmişdir ki, əmlaklar və həmin əmlaklara dair sənədlərin satıcı tərəfindən alıcıya təqdim olunmuşdur.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsində əmlakların təhvil verilməsi, sənədlərin isə təqdim olunmaması qeyd edilsə də, iddia tələbinin həcminin artırılması barədə ərizədə əmlakların da verilmədiyi göstərilmişdir.
17. İddiaçının nümayəndəsi təhvil-təslim akt larına münasibətdə aktlarda adları qeyd olunan şəxslərin iddiaçının səlahiyyətli şəxsləri olmasına dair sübut təqdim olunmadığına qeyd etmişdir. Lakin akt imzalardan başqa iddiaçının möhürü ilə də təsdiq olunmuşdur. Aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda, həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəs mi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim olunmuş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
18. Beləliklə, öz möhürü ilə təsdiq olunmuş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğu rlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş aktda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə olunduğu barədə sübut təqdim etməmişdir.
19. Bu baxımdan aktlarda olan möhür əksinin iddiaçının səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilmişdir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almamışdır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbər i tərəfindən möhürlə təsdiq edilmişdirsə, belə anlaşılır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini nəzərə alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir.
20. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla da əmlakların iddiaçıya verilməsi təsdiqini tapmışdır. Belə ki, iddiaçı üçüncü şəxs ilə müqavilə bağlanmış, həmin müqavilə əsasında sonuncu tərəfindən iddiaçıya ƏDV daxil 1.410.000 manat pulun ödənilməsi təmin olunmuşdur. Müqavilə əsasında iddiaçı üçüncü şəxsə ƏDV daxil 1.410.000 manat dəyərində hesab faktura, elektron vergi hesab-f akturası təqdim etmiş, qaimə fakturalara əsasən hazırda tələb etdiyi texniki və avadanlıqları sonuncuya təhvil vermişdir və məhz bu sənədlər əsasında həmin əmlaklar üçüncü şəxsin balansındadır.
21. Beləliklə, təqdim olunmuş sübutlar məhkəməyə iddianın əsassız olması qənaətinə gəlməyə əsas vermişdir. Həmçinin, əmlakların təhvil verilməməsi sübutlarla təsdiqini tapmadığından, məhkəmə iddianın digər - əldən çıxmış fayda qismində zərərin ödənilməsi barədə hissəsinin araşdırılmasına zərurət görməmişdir.
22. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, mübahisənin əsasını mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması deyil, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi təşkil edir. Bu səbəbdən hazırkı tələbə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti tətbiq olunmalıd ır. İddia müddətinin axımı isə təhvil-təslim aktlarının imzalandığı andan başlandığından, iddia verildiyi tarixə ötürülmüşdür.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.1, 384.0.4, 567, 568.1, 568.2, 569.1, 570.1.1 və 576-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı Gənclərin X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, e-22(113)-3437/2022 nömrəli ləğv edilmiş, iddia tələbi qismən – “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində təmin edilərək, tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 2014-cü il 27 iyun tarixli 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələrin in; 2014-cü il 27 iyun tarixli 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələrinin; 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcmli yükləyici və 3 ədəd “X9” markalı avtobus və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edil mişdir.
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələrin şərtlərinə görə, əmlakların yüz faiz dəyəri əvvəlcədən ödənilir, əmlak və ona dair sənədlər dəyəri tam ödənildikdən sonra alıcıya təhvil verilir, malların verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir və əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil-təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur. İş materiallarında isə belə təhvil-təslim aktı mövcud olmamışdır.
27. Cavabdeh müqavilə üzrə əmlakların təhvil verilməsinin dəlili kimi onlar tərəfindən iddiaçıya göndərilən 3 ədəd 2015-ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaları göstərmişdi r. Cavabdehin nümayəndəsi həmin qaimə-fakturaların əsillərini təqdim edəcəyini bildirsə də təqdim etməmişdir. İddiaçı cavabdeh tərəfindən təhvil-təslim aktı kimi təqdim olunan qaimə-fakturaların ödəniş edilməsi üçün verilən sənəd olduğunu bildirmişdir.
28. İddiaçı ilə cavabdeh arasında ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə mövcud olmamış və iş materiallarına bu barədə ödəniş tapşırıqları əlavə edilmişdir.
29. Cavabdeh və üçüncü şəxs iddiaçı ilə cavabdeh arasında bağlanmış üç müqavilə üzrə təhvil verilməli əmlaklarla iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilə üzrə təhvil verilməli əmlakların eyni olduğunu və bu müqavilələrin əlaqəli olduğunu bildirmişlər. Məhkəmə kollegiyası isə iş üzrə cəlb edilmiş üçüncü şəxsin iddiaçı ilə hər hansı hüquqi bağlılığının müəyy ən olunmadığı qənaətinə gəlmişdir.
30. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ünvanlanan qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul olunmasına münasibətdə isə apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən müqavilələrin şərtlərinə görə, əmlakın satıcıdan alıcıya təhvil-təslimi aktı ilə rəsmiləşdirilir, əmlakların təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir, satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Lakin iş materiallarında belə aktın aşkar edilmədiyi kimi, həmin əmlaklara aid texniki sənədlərin təqdim olunması da müəyyən olunmamışdır.
31. Həmçinin, sözügedən müqavilələrə görə, satıcı bu müqavilələrin şərtlərinə müvafiq olaraq əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyərini bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 gün ərzində, alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı tərəfindən həyata keçirilən ödənişlərə dair sənədlərdən görünür ki, iddiaçı tərəfindən əmlaklara dair ödənişlər müxtəlif tarixlərdə 2014, 2015, 2016, 2017, hətta 2018ci il tarixində həyata keçirilmişdir. Belə olan halda və müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmasına baxmayaraq, cavabdeh tərəfindən qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul edilməsi, ümumiyyətlə 2014 və 2015-ci illərdə ödəniş olmadan əmlakların təhvil verilməsi barədə dəlillər əsassız olmuşdur. 32. 2023-cü il 24 may tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi texnikaların nəyə görə daha əvvəldən verilməsi sualına “y alnız tərəflər arasında olan işgüzar münasibətlərlə cavablandıra bilərəm” şəklində cavab vermişdir.
33. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2014 və 2015-ci illərdə bağlanmış müqavilələrə əsasən ödənişləri 2014-2018-ci illərdə həyata keçirilmiş əmlakların 2013-cü il tarixli qaimə fakturaya əsasən necə üçüncü şəxsə təhvil verilə bilməsi sual olunur. Bundan əlavə, iddiaçı tərəfindən üçüncü şəxsə göndərilən hesab-fakturada ümumi məbləğ 1.410.000 manat göstərilsə də, avtonəqliyyat vasitələrinin dəyəri cəmi 93.220,34 manat müəyyən edilmişdir. Belə olan halda, həmin əmlakların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli və dəyəri 976.400 manat təşkil edən əmlaklarla eyni olması barədə dəlil də əsassız olmuşdur.
34. Göstərilənlərə əsasən, apellyasiya kollegiya sı iddianın “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində əsaslı olması qənaətinə gəlmişdir.
35. Apellyasiya məhkəməsi iddia tələbinin “əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə 1.485.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bu tələbi həmin əmlakların kirayəyə verildiyi təqdirdə gəlir gətirə biləcəyi ilə əsaslandırsa da, bu barədə lazımi sübutları əlavə etməmiş, həmin hissədə iddia tələbini əsaslandıra bilməmişdir.
36. İddia müddətinin tətbiq olunması barədə cavabdehin ərizəsinə münasibətdə isə apellyasiya kollegiya qeyd etmişdir ki, alqı-satqı müqaviləsi konsensual müqavilə olduğundan, qanunvericiliyə əsasən satıcı tərəfindən alış q iyməti ödənilənədək mülkiyyət hüququnun özündə saxlanılması nəzərdə tutulmadığından, hazırkı işdə hər üç müqavilə üzrə iddiaçı tərəfindən həmin əmlakların dəyəri tam şəkildə ödənildiyindən, həmin əmlaklar iddiaçının mülkiyyəti hesab edilir. Belə olan halda, apellyasiya kollegiyası cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən təmin edilməli olunmaması qənaətinə gəlmişdir.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 373.2, 377.1, 384.0.4, 567, 568.1, 568.2, 569.1, 570.1, 570.1.1, 576 və 606.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. Cavabdeh "xxxx" MMC (əvvəlki Cavabdeh MMC) kassasiya şikayəti verə rək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
39. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023- cü il 16 noyabr tarixli, 2-2(102)-488/2023 nömrəli qərarı ilə (hakim İ.A.Dadaşovun məruzəsi ilə, hakimlər Ə.M.Xıdırovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi – “1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli e kskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcmli yükləyici və 3 ədəd “X9” markalı avtobus və avadanlıqların təhvil verilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnam ə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
41. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işdə olan iddiaçının direktoru A.İsmayılovun imzası ilə təsdiq edilmiş 2022-ci il 15 mart tarixli iddia ərizəsinə əsasən, iddiaçı, ilkin olaraq, mübahisənin predmetini təşkil edən əmlakların cavabdehdən alındığını, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməyərək həmin əmlakların sənədlərinin onlara təqdim edilmədiyini bildirmişdir. Sonradan iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, guya həmin əmlakların özlərinin də onlara təqdim edilmədiyini, həmin əmlakların başqa bir müəssisəyə, yəni hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-yə təhvil verildiyini qeyd etməklə, əmlakların və onların sənədləri nin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində də xüsusi texnikaların və nəqliyyat vasitələrinin üçüncü şəxsə verildiyini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı həmin xüsusi texnika və avadanlıqların cavabdeh tərəfindən iddiaçıya tərəflərin imza və möhürü ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında verildiyi, eyni qaydada isə həmin texnika və nəqliyyat vasitələrinin iddiaçı tərəfindən üçüncü şəxsə, iddiaçı və üçüncü şəxsin imza və möhürü ilə təsdiq edilmiş qaimə-faktura əsasında təhvil verildiyi, mübahisə predmetini təşkil edən həmin texnika və nəqliyyat vasitələrinin təhvil-təsliminə dair hər hansı digər təhvil-təslim aktının olmadığı müəyyən edilmişdir.
42. Hazırkı mübahisə üzrə üçüncü şəxs "xxxx" M MC-nin iş üzrə iddiaçı ilə hər hansı bir hüquqi bağlılığının müəyyən edilmədiyi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə isə, onların arasında bağlanmış satınalma müqaviləsi, həmçinin iddiaçı tərəfindən məhz cavabdehdən alınmış xüsusi nəqliyyat vasitələrinin üçüncü şəxs "xxxx" MMC-yə rəsmi olaraq təhvil verilməsi, sonuncu tərəfindən isə balansa qəbul edilməsi faktları ilə təkzib edilir.
43. Beləliklə, iş materiallarına əsasən mübahisə predmetini təşkil edən xüsusi texnika və nəqliyyat vasitələri üçüncü şəxsə təhvil verilmiş və sonuncu tərəfindən qəbul olunaraq öz balansına mədaxil edilmişdir. Həmçinin, iddiaçı ilə üçüncü şəxs arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC saylı 1.410.000 manat dəyərində bağlanmış qarışıq müqavilənin şərtlərinə əsasən hazırkı iş üzrə iddiaçı üçüncü şəxs üçün xüsusi texnikaların və nəqliyyat vasitələrinin alınması öhdəliyini qəbul etmiş və həmin xüsusi texnika və nəqliyyat vasitələri hazırkı kommersiya işinin materiallarına əlavə edilmiş qaimə-fakturalarla 2015-ci ilin noyabr ayında üçüncü şəxsə təhvil vermişdir.
44. Tərəflər arasında müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmuş formada xüsusi nəqliyyat vasitələrinin verilməsinə dair ayrıca təhvil-təslim aktları tərtib edilməsə də, iş materiallarına əsasən həmin nəqliyyat vasitələri cavabdeh tərəfindən qaimə-fakturalarla iddiaçıya təhvil verilmiş, apellyasiya məhkəməsi isə ümumiyyətlə nəqliyyat vasitələrinin iddiaçıya təhvil verilmədiyi barədə nəticəyə gəlməklə, müqavilələrdəki söz və ifadələrin hərfi mənasını əsas götürmüş, lakin tərəflərin iradə ifadəsinin həqiqi mənasını, dig ər müvafiq halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, bununla da MM-nin 404-cü maddəsinin tələblərini pozmuşdur.
45. İş materiallarındakı iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələrin 1.1ci bəndinə əsasən cavabdeh məhz iddiaçı tərəfindən seçilmiş texnikaları satmağı, iddiaçı isə həmin əmlakların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı tərəflər arasında, hər iki tərəfin imzaladığı və özlərinin rəsmi möhürləri ilə təsdiq etdiyi ciddi hesabat blankı olan qaimə-fakturaların surətləri vardır, onların əsilləri cavabdeh tərəfindən təqdim edilə bilməsə də sonradan məhz həmin xüsusi nəqliyyat vasitələri iddiaçı tərəfindən 12 noyabr 2015-ci il tarixli, ÇBT73 seriyalı, 974452, 974453, 974454 və 974455 saylı qaimə-fakturalarla üçüncü şəxsə təhvil verilmiş, həmin qaimə-fakturalar hər iki tərəfin möhürləri, müəssisə rəhbərləri, iddiaçı tərəfindən isə bilavasitə iddia ərizəsini və müvafiq müqavilələri imzalamış A.İsmayılov tərəfindən imzalanmışdır. Beləliklə, cavabdeh qaiməfakturaların əsillərini təqdim edə bilməsə də, sonradan yuxarıda qeyd edilən fakturalarla məhz həmin texnikaların iddiaçı tərəfindən üçüncü şəxsə təhvil verilməsi apellyasiya məhkəməsinin nəqliyyat vasitələrinin iddiaçıya təhvil verilməməsi barədə gəldiyi nəticənin işdəki sübutların düzgün qiymətləndirilməsindən qaynaqlandığını, bu hal isə öz növbəsində apellyasiya məhkəməsi tərəfindən MPM-in 88-ci maddəsinin pozulduğunu təsdiq edir.
46. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının mövqeyindəki ziddi yyətli halları nəzərə almamış, buna lazımi hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə qaimə-fakturaları təhvil-təslim sənədi kimi qəbul etməməsinin hüquqi əsasını göstərməmiş, bu məsələ hər bir konkret halda müqavilə şərtləri, tərəflər arasında yaranmış işgüzar adətlər və təşəkkül tapmış praktika ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş həm iddiaçı ilə cavabdeh arasında, həm də iddiaçı ilə üçüncü şəxs arasında tərtib edilmiş qaimə-fakturalarda isə əmlakların markası, modeli, sayı və dəyəri dəqiqliklə göstərilmiş, həmçinin həmin sənədlərdəki “təhvil verdim”, “təhvil aldım” hissələri müvafiq olaraq tərəflərin öz imza və möhürləri ilə təsdiq edilmişdir. Qeyd edildiyi kimi həmin əmlaklar cavabdehdən qaimə-faktura ilə təhvil alınmış, iddiaçı tərəfindən üçüncü şəxsə də eyni qaydada, yəni qaimə-faktura əsasında təhvil verilmişdir.
47. Qeyd edilənlərə əsasən, kassasiya kollegiyası apellyasiya məhkəməsinin qətnaməsinin, 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcmli yükləyici və 3 ədəd “X9” markalı avtobusun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilərək yenidən baxılmalı olduğu qənaətinə gəlmişdir.
48. Məhkəmə daha sonra göstərmişdir ki, iş materiallarındakı müqavilələrin 2.2-ci bəndlərinə əsasən satıcı bu müqavilələrin şərtlərinə müvafiq olaraq əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 gün ərzində, alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
49. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbinin digər – “zavod istehsalçının təq dim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri ilə birlikdə təhvil verir” - hissəsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri ilə birlikdə təhvil vermək cavabdehin öhdəliyi olaraq müəyyən edilmişdir və iş materiallarından cavabdehin müqavilələr üzrə bu öhdəliyinə əməl etdiyi təsdiq edilmir. Cavabdeh həmçinin iddia ərizəsinə etirazda, o cümlədən apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində də aralarındakı müqavilənin həmin şərtinə əməl etdiyini, texnikalarla birlikdə ona aid sənədləri də vaxtilə iddiaçıya verdiyini qətiyyətlə bildirməmiş, əmlakların özlərinin təqdim edilməsinin eyni zamanda onlara dair sənədlərin də təhvil verildiyi anlamına gəldiyini qeyd etmiş, lakin buna dair zəruri və mötəbərliyi şübhə doğurmayan sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, etiraz etdiyi halda öz etirazını əsaslandırmaq vəzifəsi MPM-in 77.1-ci maddəsinə uyğun olaraq məhz onun üzərinə düşürdü.
50. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, üçüncü şəxs etirazında və kassasiya şikayətində ona satılmış nəqliyyat vasitələrini balanslarına qəbul etsələr də, onlara aid zəruri sənədlər (texniki pasport və s.) təqdim edilmədiyinə görə həmin nəqliyyat vasitələrini X8 rəsmiləşdirərək adlarına keçirə bilmədiklərini göstərmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 05 mart tarixli 2-2(103)-195/2024 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər G.T.Axundovadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, e-2-2(113)-3437/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, tərəflə r arasında bağlanmış 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilə, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilə və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqaviləyə və həmin müqavilələrə əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş avadanlıqları iddiaçıya verməyi, sonuncu isə malı qəbul edib müqabilində müvafiq dəyəri cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrdə adıçəkilən malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsi işin mübahisələndirilən halıdır.
53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödən ilməsini şərtləndirir. Satıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni alıcının müəyyən məbləğdə ödədiyi pul müqavilə qiyməti müqabilində əşyanı öz mülkiyyətinə keçirmək hüququnu pozduqda sonuncunun alğı-satqı müqaviləsinin icrasından imtina etmək və ya həmin əmlakın borcludan alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. Malların təhvil verilməsi satıcının alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliyinə xitam verən bir hərəkətdir. Hüquqi şəxsin iştirak etdiyi münasibətlərdə belə əməliyyatın başa çatdırılması həm də yazılı şəkildə sənədin hazırlanması ilə müşayiət olunmalıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, öhdəli yin konkret hərəkətdən çəkinməkdən ibarət olduğu hallar istisna olmaqla, borclunun üzərinə düşür. Başqa sözlə, alıcı malın verilmədiyini iddia edərsə, satıcı bunun əksini sübut etməlidir. Cavabdehin malın verilməsinə dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan sübutlara əsasən müəyyən edilməsinin mümkün olduğu halda, bu fakt malın təhvil alınmasını inkar edən alıcı tərəfindən təkzib edilməlidir.
54. Belə ki, iş materiallarındakı iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələrin 1.1-ci bəndinə əsasən cavabdeh məhz iddiaçı tərəfindən seçilmiş texnikaları satmağı, iddiaçı isə həmin əmlakların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında tərəflər arasında, hər iki tərəfin imzaladığı və özlərinin rəsmi möhürləri ilə təsdiq etdiyi ciddi hesabat blankı olan qaimə-fakturaların surətləri vardır, onların əsilləri cavabdeh tərəfindən təqdim edilə bilməsə də, sonradan məhz həmin xüsusi nəqliyyat vasitələri iddiaçı tərəfindən 12 noyabr 2015-ci il tarixli, ÇBT73 seriyalı, 974452, 974453, 974454 və 974455 saylı qaimə-fakturalarla üçüncü şəxsə təhvil verildiyi, həmin qaiməfakturalar hər iki tərəfin möhürləri, müəssisə rəhbərləri, iddiaçı tərəfindən isə bilavasitə iddia ərizəsini və müvafiq müqavilələri imzalamış A.İsmayılov tərəfindən imzalandığı müəyyən edilmişdir. Beləliklə, cavabdeh qaimə-fakturaların əsillərini təqdim edə bilməsə də, sonradan yuxarıda qeyd edilən qaimələrlə məhz həmin texnikaların iddiaçı tərəfindən üçüncü şəxsə təhvil verilməsi müəyyən edilmişdir.
55. Beləliklə, tərəflər arasında müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutu lmuş formada xüsusi nəqliyyat vasitələrinin verilməsinə dair ayrıca təhvil-təslim aktları tərtib edilməmiş olsa da, iş materiallarına əsasən həmin nəqliyyat vasitələri cavabdeh tərəfindən qaimə-fakturalarla iddiaçıya təhvil verildiyini tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar adətlərini və təşəkkül tapmış praktikanı, həmçinin tərəflərin sonrakı hərəkətlərini nəzərə alaraq müəyyən etmək mümkündür. Bu hal həm də iddiaçı ilə üçüncü şəxs arasında tərtib edilmiş qaimə-fakturalarda əmlakların markası, modeli, sayı və dəyəri dəqiqliklə göstərilmiş, həmçinin həmin sənədlərdəki “təhvil verdim”, “təhvil aldım” hissələri müvafiq olaraq tərəflərin öz imza və möhürləri ilə təsdiq edilmiş qeydlərdən müəyyən olunur. Qeyd edildiyi kimi iş materiallarından həmin əmlakların cavabdehdən qaiməf aktura ilə təhvil alındığı, iddiaçı tərəfindən üçüncü şəxsə də eyni qaydada, yəni qaiməfaktura əsasında ötürüldüyü müəyyən edilir. Belə ki, qaimə-fakturalarının təhvil-təslim sənədi kimi qəbul edilməməsi üçün hər hansı əsas mövcud deyildir.
56. İddiaçı hazırkı mübahisə üzrə üçüncü şəxs LPO "xxxx" MMC-nin onunla hər hansı bir hüquqi bağlılığının olmadığını qeyd etsə də, onların arasında bağlanmış satınalma müqaviləsi, həmçinin iddiaçı tərəfindən məhz cavabdehdən alınmış xüsusi nəqliyyat vasitələrinin üçüncü şəxsin mülkiyyətinə rəsmi olaraq təhvil verilməsi, sonuncu tərəfindən isə bu əmlakların balansına qəbul edilməsi faktları ilə təkzib edilir. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC saylı 1.410.000 manat dəyərində bağlanmış qarışıq müqavilənin şə rtlərinə əsasən hazırkı iş üzrə iddiaçı üçüncü şəxs üçün xüsusi texnikaların və nəqliyyat vasitələrinin alınması öhdəliyini qəbul etmiş və həmin xüsusi texnika və nəqliyyat vasitələri hazırkı kommersiya işinin materiallarına əlavə edilmiş qaimə-fakturalarla 2015-ci ilin noyabr ayında üçüncü şəxsin balansına keçirilmişdir.
57. Bundan başqa, işdə olan iddiaçının direktoru A.İsmayılovun imzası ilə təsdiq edilmiş 2022-ci il 15 mart tarixli iddia ərizəsindən görünür ki, iddiaçı, ilkin olaraq, mübahisənin predmetini təşkil edən əmlakların cavabdehdən alındığını, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməyərək həmin əmlakların sənədlərinin onlara təqdim edilmədiyini bildirmişdir. Sonradan iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edər ək əslində həmin əmlakların özlərinin də onlara təqdim edilmədiyini, həmin əmlakların başqa bir müəssisəyə, yəni hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş LPO "xxxx" MMC-yə təhvil verildiyini qeyd etməklə, əmlakların və onların sənədlərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində də xüsusi texnikaların və nəqliyyat vasitələrinin üçüncü şəxsə verildiyini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı həmin xüsusi texnika və avadanlıqların cavabdeh tərəfindən iddiaçıya tərəflərin imza və möhürü ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında verildiyi, eyni qaydada isə həmin texnika və nəqliyyat vasitələrinin iddiaçı tərəfindən üçüncü şəxsə, iddiaçı və üçüncü şəxsin imza və möhürü ilə təsdiq edilmiş qaim ə-faktura əsasında təhvil verildiyi, mübahisə predmetini təşkil edən həmin texnika və nəqliyyat vasitələrinin təhvil-təsliminə dair hər hansı digər təhvil-təslim aktının olmadığı müəyyən edilmişdir.
58. Apellyasiya məhkəməsi həmçinin aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktların səlahiyyətsiz şəxs tərəfindən imzalanması, həmin sənədlərin saxta olması, bununla da hüquqi şəxs tərəfindən təsdiq edilməsi barədə birmənalı qənaətə gəlmək üçün əsasların olmamasına dair dəlillərə münasibətdə birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının irəli sürdüyü bu dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Hüquqi şəxsin möhürünü itirməsi və ya hər hansı şəxs tərəf indən saxtalaşdırılması barədə məsələlər hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı müzakirəyə çıxarılmamışdır. Belə olan halda apellyasiya kollegiyası qeyd etmişdir ki, hüquqi əhəmiyyətli sənəddə nümayəndənin imzasının olmaması belə hüquqi şəxsə məxsus möhürü ilə təsdiq olunmuş sənədin sübut dəyərini gözdən sala bilməz.
59. İddia müddətinin keçməsi barədə verilmiş ərizəyə gəldikdə apellyasiya kollegiyasının mövqeyinə görə, iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən olunmadığından və iddianın əsassız olması səbəbi ilə rədd edildiyindən iddia müddətinin məhkəmə tərəfindən tətbiqindən imtina olunmalıdır.
60. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 452.1, 567, 568, 569.1, 570.1.1, 575, 576 və 6 06.1-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 88, 217.1, 217.3 və 372.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun L.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli, H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
61. İddiaçı Gənclərin X3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq norma larının tələbləri pozulmuşdur: - Mülki Məcəllənin 385.1, 389, 390.1, 390, 427.3, 442, 443.1, 445.1, 448.1, 567.1, 568.1, 572.1 və 598-ci maddələri üzrə - 2015-ci il 12 noyabr tarixli ÇBT73 seriyalı 974452, 974453, 974454 və 974455 nömrəli qaimə-fakturalar üçüncü şəxs tərəfindən möhürlənsə də, sənədlər MMC-nin rəhbərliyi tərəfindən imzalanmamışdır. İddiaçı ilə cavabdeh arasında olan qaimə fakturalarda da iddiaçının möhürünün olmasına baxmayaraq, iddiaçının rəhbəri və ya hər hansı əməkdaşının imzası mövcud deyil. Qaiməfakturaların sadəcə birində imza mövcuddur, həmin imza da üçüncü şəxsin əməkdaşı Bayramov Mərdana məxsusdur, lakin bu hal məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Üçüncü şəxsin təqdim etdiyi müqavilənin iddiaçı ilə cavabdeh arasında olan müqavilə ilə hər hansı bağlılığ ının olmaması iddiaçı tərəfindən məhkəmə baxışlarında dəfələrlə bildirilmişdir. Müvafiq sübutedici sənədlər məhkəmə sisteminə yüklənməsinə baxmayaraq, kollegiya məhkəmə baxışında həmin sənədlər barədə hər hansı fikir bildirməmişdir. Məhkəmə baxışı zamanı 2017-ci ildən əvvəl təqdim edilmiş qaimə fakturaların pul ödənişi üçün tərtib olunaraq təqdim edilən sənəd olduğu və qaimə fakturalarda iddiaçıya aid imza olmadığı bildirilmişdir. Belə ki, təhvil verilməsi göstərilsə də iddiaçı tərəfindən axırıncı ödənişin 2018-ci ilin aprel ayında edilməsi qaimə fakturalarla texnikaların 2014-2015-ci illərdə təhvil verilməsinin müqavilənin şərtlərinə uyğun olaraq mümkün olmadığına sübutdur. Məhkəmə baxışı zamanı 01-14-MMC nömrəli müqavilə üzrə hər bir öhdəlikləyin yerinə yetirilməsi barədə bütün aidiyyəti sənədlər məhkəmə kollegiyasına təqdim edilmişdir. Bu barədə əlavə məlumat Azərbaycan Respublikası Əmlak Xidməti və üçüncü şəxsin ləğvetmə komissiyasına müraciət məktubu ilə göndərilmiş, onlara da bütün məlumatlar sübutlarla birlikdə təqdim olunmuşdur. Həmçinin iddia həcminin artırılması barədə müraciətin məhkəmə kollegiyası tərəfindən düzgün anlaşılmamadığı apellyasiya məhkəməsinin bu qərarın 47-ci bəndində qeyd edilən mövqeyindən aşkar şəkildə görünür. Belə ki, texnikaların üçüncü şəxsə verilməsi prosesində iddiaçının iştirakı olmamış, cavabdeh üçüncü şəxsə əmlakı birbaşa vermişdir. Məhkəmə kollegiyasının dəlil kimi əsaslandığı qaimə fakturada üçüncü şəxsin əməkdaşının imzasının olması bu faktı kifayət qədər təsdiqləyir. Cavabdeh tərəfindən verilməli olan texnikaların hansı əsasla üçün cü şəxsə verilməsi, müqavilə və sənədlər məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. - Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 9, 77.1, 81, 217.1 və 217.3-cü maddələri üzrə məhkəmə yanlış olaraq imzasız sənədi mötəbər sübut kimi qiymətləndirmişdir. Bundan başqa məhkəmə işə baxarkən tərəflərin iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipinə əməl olunmamışdır.
63. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
64. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
65. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
66. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini hə min qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bor clunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 567-ci maddəsinə əsasən alği-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud ol duğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
69. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və təqdim olunmuş sübutlara hüquqi qi ymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. (bax bənd 5260)
71. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsinə, işin faktiki hallarının müəyyən olunmamasına yönəldilmişdir.
72. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. İddiaçının iştirakının məhkəmə iclasında təmin olunmamasına dair dəlil isə açıq aydın əsassızdır. Belə ki, iş materiallarında olan protokola əsasən işə apellyasiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi Nümayəndə4 iştirak etmiş, iş üzrə izahatlar vermişdir.
74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Gənclərin X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 05 mart tarixli, 2-2(103)-195/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.