Məhkəmə qərarları › İş №2-2(102)-42/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-42/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-42/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı2 vəkili M Ü Z oğlu, cavabdehlər İddiaçı1 və Cavabdeh2 vəkili Vəkil və Cavabdeh3 vəkili N F Ə oğlu iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)13/2019 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı1 və Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaç ı2 cavabdehlər Cavabdeh2 (VÖEN: **********) və İddiaçı1 (VÖEN: **********) qarşı iddia ərizəsi və ona əlavə və dəyişikliklər edilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, sonda cavabdehlərdən müştərək qaydada xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər dövr üzrə ödənilməmiş icarə haqqı olan 25.200 manat vəsaitin tutularaq İddiaçı2nə ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir (1-ci cild 2-5, 187-188; 2-ci cild, vərəq 20). İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 tərəfindən xx xxxxxx 2012-ci il tarixdə 9 saylı X8 verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh3 Əmirağa oğlu ilə Cavabdeh2 arasında müəssisənin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binanın 1-ci mərtəbəsində 438,3 kv.m qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsinin, aylıq icarə haqqı 2.800 manatdan olmaqla, sonuncuya 5 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən qeyri-yaşayış sahəsi Cavabdeh2 istifadəsinə verilmiş və xx.xx.2016-cı il tarixdə həmin müqavilə tərəflərin ərizələri əsasında 6 saylı Notariat Kontorunda ləğv edilmişdir. İddia ərizəsinin ilkin təqdim olunmuş variantında iddiaçı yalnız Cavabdeh2 tərəfindən son üç aylıq icarə haqqının ödənilmədiyini mübahisələndirərək, ondan 8.400 manat məbləğində icarə haqqının, bundan sonra iddianı dəyişdirərək icarə haqqının ödənilmədiyi aylar göstərilmədən, cavabdehlər Cavabdeh2 və İddiaçı1 237.732 manat məbləğində icarə haqqının (və 59631 manat əldən çıxmış faydanın) müştərək qaydada tutulmasını, daha sonra isə yenidən iddia tələbini dəyişərək, xx.xx.2 016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə «cavabdehin etiraf etdiyi borc kimi» göstərdiyi 25.200 manat məbləğində vəsaitin müəssisənin xeyrinə tutulmasını tələb etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-906/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı2 xeyrinə tutulması, cavabdeh İddiaçı1 münasibətdə isə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Cavabdehlər apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd edilməsinə dair yeni qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-179/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Cavabdeh2 və onun nümayəndəsi (və vəkili) Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-491/17 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-179/2017 saylı xx xxxxx 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-128/2018 saylı xx xx xx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-906/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, yəni, Cavabdeh2 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı2 xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə İddiaçı2 iddia tələbi rədd edilmiş, qətnamə iddianın cavabdeh İddiaçı1 münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-35 5/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-128/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-915/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər İddiaçı2 və Cavabdeh3 qarşı müqavilələrin etibarsız sayılması, çəkilmiş xərclərin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırı lmışdır. Belə ki, iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər İddiaçı2nə və Cavabdeh3 qarşı «müqavilənin etibarsız sayılması, obyektin təmirinə xərclənmiş vəsaitin, dəymiş zərərin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Adil oğlu və Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinin aylıq icarə haqqı 7.500 manat olmaqla 5 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı1 öz vəsaiti hesabına həmin obyektdə əsaslı təmir işləri aparılmışdır. Sonradan İddiaçı1 həmin qeyriyaşayış sahəsinin 70 kv.m hissəsinin də aylıq icarə haqqı 2.000 manat olmaqla ona icarəyə verilməsi barədə başqa müqavilə də bağlayaraq, 70 kv.m ölçüdə olan həmin obyekti də öz vəsaiti hesabına təmir etdirmişdir. Beləliklə, İddiaçı1 tamamilə yararsız vəziyyətdə olan həmin qeyri-yaşayış sahəsinin fəaliyyət göstərmək üçün yaxşı vəziyyətə gətirilməsinə 400.000 manat pul vəsaiti xərcləmişdir. Hazırkı iddianın qaldırılmasından 3 ay əvvəl Cavabdeh3 obyektə gələrək icarə haqqının 2 dəfə artırıldığını bildirmiş, əks halda obyektin boşaldılmasını tələb etmiş, eləcə də İddiaçı1 çəkdiyi xərcin qaytarılmasından imtina etmişdir. Tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən onlara vaxtından əvvəl xitam verildiyi halda, təmir üçün çəkilmiş bütün xərclər icarəyə verən tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquq larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, qeyd edilən obyektin təmirinə xərclənmiş 400.000 manat vəsait “Ümid” müəssisəsindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Sonradan aparılan araşdırma nəticəsində aydın olmuşdur ki, qeyd olunan obyekt Cavabdeh3 məxsus deyildir. O, həmin ünvandakı 438,3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə X7 adından Cavabdeh2lə xx.xx.2012-ci il tarixd ə notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi bağlamışdır. Lakin həmin tarixdən müəyyən müddət keçdikdən sonra Cavabdeh3 Cavabdeh2 bildirmişdir ki, yeni icarə müqaviləsi bağlanması vacibdir. xx.xx.2012-ci il tarixdə onlar arasında binanın birinci mərtəbəsindəki 438,3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə notarial qaydada başqa müqavilə bağlanmışdır. Cavabdeh2 həmin müqavilənin bağlanmasının mahiyyətini dərk etməsə də, bu təklifi Cavabdeh3 təkidi ilə qəbul etmişdir. 438,3 kv.m ölçüdə həmin qeyri-yaşayış sahəsinə aid sənədlərlə tanış olduqdan sonra isə məlum olmuşdur ki, obyekt “Ümid” müəssisəsinə məxsusdur. Aydın olmuşdur ki, Cavabdeh3 əvvəlki icarə müqavilələrini vergi orqanlarına təqdim etmədiyindən, xx.xx.2012-ci il tarixdə notarial qaydada təsdiq olunmuş saxta icarə müqavilə bağlanmasını təmin etmişdir. xx.xx.2012-ci il tarixdə həmin obyektin fiziki şəxsə məxsus olması əks olunmuşdur. Bununla həmçinin, “Ümid” müəssisəsi ötən müddət (4 il) ərzində aylıq icarə haqqı 9.500 manat olmaqla əldə etdiyi mənfəəti üzrə dövlət büdcəsinə 91.200 manat vergi ödənilməsindən yayınmışdır. Həmçinin həmin məbləğin 50% həcmində maliyyə sanksiyası da ödənilməlidir. Müəyyənləşmişdir ki, Cavabdeh3 “Ümid” müəssisəsinin faktiki rəhbəridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sa yılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə, Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012ci il tarixli 3M/1031 reyestr nömrəli icarə müqaviləsi etibarsız sayılmalıdır. İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 kv.m hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla Cavabdeh3 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çək diyi və ya çəkməli olduğu xərcləri əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərəri) habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələnin 23-cü maddəsinə görə fiziki şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzunun müdafiəsi nəzərdə tutulur. Həmçinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delkt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzun a vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh3 bir obyekt üzrə dörd müqavilə bağlaması və onları (iddiaçı tərəfi) obyektdən çıxarmaq və aldatmaq və bu istiqamətdə digər hərəkətləri nəticəsində İddiaçı1 və Cavabdeh2 dəymiş mənəvi zərərin həcmi (hər birinə) 30.000 manat qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsinin icarəyə verilməsi haqqında Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin obyektin təmirinə xərclənmiş 400.000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, həmçinin iddiaçılar İddia çı1 və Cavabdeh2 hər birinə 30.000 manat məbləğində dəymiş mənəvi zərərə görə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Daha sonra iddiaçılar iddia tələbinə dəqiqləşdirmə təqdim edərək iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələri etibarsız sayılması, qeyd edilən qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472 246 manat vəsaitin və əldən çıxmış faydaya görə 18 000 manat vəsaiti cavabdehlərdən müştərək qaydad a tutularaq İddiaçı1 ödənilməsi, həmçinin iddiaçılar İddiaçı1 və Cavabdeh2 hər birinə 30.000 manat məbləğində dəymiş mənəvi zərərə görə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişlər. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər Cavabdeh3 və İddiaçı2nə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələri etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər İddiaçı2ndən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, qalan 15 manatın iddiaç ılara aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatının iddiaçılara, qalan 100 manatının cavabdehlərə aid edilməsi qət edilmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsinin qismən iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, iş üzrə ekspertiza xərcinin bütövlükdə cavabdehlərdən müştərək qaydada tutulmasını, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar və cavabdeh İddiaçı2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-141/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının icraatında olan iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər Cavabdeh3 və İddiaçı2nə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş ilə İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş birlikdə baxılması üçün 2(103)-13/2019 nömrəsi altında bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. Həmçinin İddiaçı2 cavabdehlər İddiaçı3 MMC-nə, İddiaçı1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlərin zəbt etdikləri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi olaraq hər bir cavabdehdən 5000 manat olmaqla, cəmi 15000 manat pulun müştərək qaydada tutularaq İddiaçı2nə verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək, x x.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan icarə haqqı borcu 22.400 manat pulun tutularaq İddiaçı2nə verilməsi, cavabdehlərdən ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq İddiaçı2nə verilməsi, Cavabdeh2 və İddiaçı1 məxsus "Toshiba" markalı 10 ədəd kondisionerin (3 ədəd kondisioner pultu), 61 ədəd asma işiqların, 26 ədəd videokameranın, 6 ədəd böyük divanın, 15 ədəd kiçik kreslonun, 3 ədəd dairəvi stolun (jurnal stolu) və 9 ədəd kvadrat stolun ünvan 1 ünvanından çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-466/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-53/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-466/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının icraatında olan İddiaçı2 cavabdeh İddiaçı3 MMC-nə, İddiaçı1 və Cavabdeh2 qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş ilə İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş birlikdə baxılması üçün 2(103)-13/2019 nömrəsi altında bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər S.S.Seyidova, V.M.Məmmədov və İ.B.Əhmədov) 2- 2(103)-13/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-906/16 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-906/16 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı2 və Cavabdeh3 Əmirağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində yəni, iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər İddiaçı2ndən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçılar Cavabdeh2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsi qismən ləğv edilmi ş, iddia İddiaçı2 cavabdeh İddiaçı3 MMC-nə, İddiaçı1 və Cavabdeh2 qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan icarə haqqı borcu 22.400 ( iyimi iki min dörd yüz ) manat pulun tutularaq İddiaçı2nə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, ekspertiza xərci – Cavabdeh2 və İddiaçı1 müştərək qaydada tutularaq 200(iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər İ ddiaçı1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)-13/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər İddiaçı1 və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)-13/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən onun qismən - İddiaçı2 cavabdeh İddiaçı3 MMC-ə, X3 və Cavabdeh2 qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməyən, yəni “əldən çıxmış faydanın və işgüzar nüfuzun ləkələnməsinin əvəzinin ödənilməsi və İddiaçı1 məxsus əşyaların çıxarılmasının təmin edilməm əsi” hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilməsi, İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasının tamamilə rədd edilməsi, iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər İddiaçı2nə və Cavabdeh3 Əmirağa oğluna qarşı iddiaçı Cavabdeh2 və Cavabdeh3 Əmirağa oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M- 02/471 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M/1031 reyestr nömrəli icarə müqavilələrin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı yerləşən onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 472246,90 manatın cavabdehlər İddiaçı2ndən və Cavabdeh3 Əmirağa oğlundan müştərək qaydada tutularaq İddia çı1 ödənilməsi barədə iddiasının tam təmin edilməsi, İddiaçı2 cavabdeh İddiaçı3 MMC-ə, X3 və Cavabdeh2 qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının tamamilə rədd edilməsi, iş üzrə 200 manat olan ekspertiza xərcinin, birinci instansiya məhkəməsində iddia qaldırılması, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün İddiaçı1 və Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzinin İddiaçı2ndən və Cavabdeh3 Əmirağa oğlundan müştərək qaydada tutularaq Cavabdeh2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2 (nümayəndəsi Cavabdeh3 Əmirağa oğlu) ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binan ın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 kvm-lik hissəsinin aylıq icarə haqqı 7500 (yeddi min beş yüz) manat olmaqla 5 il müddətinə icarəyə götürülməsi barədə xx xxxxxx 2012-ci il tarixdə icarə müqaviləsi bağlayaraq obyektin həmin hissəsində öz vəsaiti hesabına əsaslı şəkildə təmir işləri aparmış, əşya və avadanlıqlar quraşdırmışdır. Daha sonra İddiaçı1 qeyd edilən obyektin 70 kvm-lik hissəsinin (üzbəüz dayandıqda obyektin sol tərəfi) də 2000 (iki min) manata icarəyə götürülməsi barədə İddiaçı2 (nümayəndəsi Cavabdeh3 Əmirağa oğlu) ilə xx xxxxxxxx 2012-ci il tarixdə icarə müqaviləsi bağlayaraq obyektin 70 kvm-lik hissəsini də öz vəsaiti hesabına əsaslı şəkildə təmir etdirmiş, əşya və avadanlıqlar quraşdırmışdır. İddiaçı2 nümayəndəsi Cavabdeh3 tərəfindən 2015-ci ilin noyabr ayın ın əvvəllərində xx xxxxxx 2012-ci il tarixli icarə müqaviləsinin şərtləri pozularaq qeyri-yaşayış sahəsinin 400 kvm.-lik hissəsindən 70 kvm.-lik hissənin (üzbəüz dayandıqda obyektin sağ tərəfi) açarları İddiaçı1 alınmış və obyektin həmin hissəsindən İddiaçı1 istifadə edə bilməmişdir. Bundan sonra İddiaçı2 X1 ilə xx.xx.2015-ci il tarixli icarə müqaviləsi bağlayaraq obyektin həmin hissəsini R.R.Babayevə icarəyə vermişdir. Halbu ki, obyektin qeyd edilən 70 kvm.-lik hissəsi üçün xx.xx.2015-ci il tarixdən sonrakı dövr üzrə də İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2012-ci tarixli icarə müqaviləsi qüvvədə olmuşdur. 2016-cı ilin dekabr ayından etibarən obyektin sözügedən 70 kvm.-lik hissəsi “Pizza-life” adı ilə fəaliyyət göstərmişdir (fotoşəkillər iş materiallarına əlavə edilmişdir). 2016-cı ilin əvvəllərindən İddiaçı2 nümayəndəsi Cavabdeh3 tərəfindən xx xxxxxxxx 2012-ci il tarixli icarə müqaviləsinin şərtləri pozularaq qeyri-yaşayış sahəsinin həmin 70 kvm.-lik hissənin (obyektin sol tərəfi) açarları bəhanə ilə İddiaçı1 alınmış obyektin həmin 70 kvm.lik hissəsi (üzbəüz dayandıqda obyektin sol tərəfi) başqa şəxsə icarəyə verilmiş və “Qapı aksessuarları” adı ilə fəaliyyət göstərmişdir. İddiaçı2 direktoru İ.S.Vəliyevin və nümayəndəsi Cavabdeh3 hərəkətləri nəticəsində İddiaçı1 qeyd edilən obyektin sonuncu dəfə onun (İddiaçı1) istifadəsində qalan 298,3 kvm-lik hissəsində də xx xxxx 2016-cı il tarixdən etibarən öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur və daha sonra Cavabdeh3 tərəfindən obyektin həmin hissəsinin qapısının kilidi qırılaraq yeni kilid quraşdırılmışdır. Bund an əlavə, xx xxxxxx 2012-ci il tarixli və xx xxxxxxxx 2012-ci il tarixli icarə müqavilələri əmlak vasitəçisi X2 tərəfindən müvafiq tarixlərdə hər birindən 1 ədəd hazırlatdırılmış və həmin müvafiq tarixlərdə İddiaçı1 tələbi ilə qeyd edilən müqavilələrin hər birindən 2 yeni nüsxə kompyuterdə yığılaraq və print edilərək E.Ş.Şahbəddinov tərəfindən təqdim edilmiş və İddiaçı1, Cavabdeh3 və E.Ş.Şahbəddinov tərəfindən müvafiq olaraq xx xxxxxx 2012-ci il və xx xxxxxxxx 2012-ci il tarixli icarə müqavilələri hər birindən 3 nüsxə imzalanaraq qüvvəyə minmişdir. Odur ki, sözügedən müqavilələrin bütün nüsxələrində Cavabdeh3 atasının adı Əmrağa əvəzinə səhvən “Əmirağa” yazılmışdır. Eyni zamanda, X2 tərəfindən xx xxxxxx 2012-ci il və xx xxxxxxxx 2012-ci il tarixli icarə müqavilələrinin ilk hazırlatdırılmış nüsxələrində əmlak vasitəçisi Eldar Şərəfəddin oğlunun soyadı Şahbəddinov qeyd edilsə də, sonradan hazırlatdırılmış müqavilə nüsxələrində Eldar Şərəfəddin oğlunun soyadı səhvən “Şahbəddinov” kimi yazılmışdır. İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış sözügedən icarə müqavilələrinə uyğun olaraq bütün icarə haqqları İddiaçı2nə ödənilmişdir. Belə ki, 2016-cı ilin fevral ayında İddiaçı2n nümayənsdəsi Faiq Nəcəfov tərəfindən imzalanmış pretenziya məktubunda və iddia ərizəsində xx xxxxxx 2012-ci tarixli icarə müqaviləsinin ləğv edildiyi və sadəcə son 3 aylıq icarə haqqının ödənilmədiyi qeyd edilir (müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir). Eyni zamanda, Faiq Nəcəfov iş materiallarının 118-ci və 152-ci səhifələrində İddiaçı2 (nümayəndəsi Cavabdeh3) ilə İddiaçı1 arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin müxtəlif hissələrinin icarəyə götürülməsi barədə xx xxxxxx 2012-ci il tarixli və xx xxxxxxxx 2012-ci il tarixli icarə müqavilələrinin bağlandığını etiraf edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehlər İddiaçı1 və Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili Məmmədov Ülvi Ziyadxa n oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsini qismən ləğv, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-cı il tarixli qətnaməsini ləğv edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin xx.xx.2003-cü il tarixli «Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarış»a əsasən İddiaçı2 yeni təsisç isi kimi X16 göstərilmişdir, həmin sənəddə təsisçinin 100% paya malik olmağı, təsisçiliyin hüquqi əsasi kimi notarius tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli müqavilə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2003-сü ildə dövlət qeydiyyatına alınmış İddiaçı2 nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Nizamnamənin 1-ci bölməsinin 1.3-cü bəndində təsisçi kimi X16, 1.5-ci bəndinə edilmiş dəyişikliyə əsasən hüquqi ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 göstərilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin «Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında» arayışa əsasən İddiaçı2 ünvan 3 mərtəbə 1 ünvan üzrə uçota alınmışdır və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» xx.xx.2001-ci il tarixli, 001046 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən on mərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 kv metr qeyri-yaşayış sahəsini İddiaçı2 satın almışdır. Alınmış əmlakın tərkibi 438,3 kv metr qeyri-yaşayış sahəsidir. Bakı şəhəri 9-cu notariat kontorunda xx.xx.2009-cu ildə təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən 10 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 438,3 kv metr qeyri-yaşayış sahəsinə forma-1 almaqla sərəncam verməyi Cavabdeh3 etibar etmiş, etibarnamə 20 il müddətinə verilmişdir. Bakı şəhəri 9-cu X17 tərəfindən xx.xx.2009-cu ildə verilmiş etibarnamə əsasında çıxış edən Cavabdeh3 (İcarəyəverən) ilə Cavabdeh2 (İcarəçi) arasında bağlanmış icarə müqaviləsinə əsasən İcarəyəverən ona məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 kv metr olan qeyri-yaşayış sahəsinin 368,3 kv metr hissəsini müqavilənin notariat qaydasında təsdiq edildiyi gündən 5 il müddətinə İcarəçiyə icarəyə verməyi, icarəçi isə hər ayın əvvəlindən gec olmamaq şərti ilə aylıq 2800 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür, icarə müqaviləsi 6 saylı Notariat Kontorunda notariat qaydasında xx.xx.2012-ci ildə təsdiq edilmişdir. Bakı şəhəri 6 saylı X9 Araz Əmrağa oğluna ünvanlanmış xx.xx.2016-cı il tarixli, 7-326 nömrəli m əktubuna əsasən onunla Cavabdeh2 arasında ünvan 4 Kontorunda rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli, 3M/1031 reyestr nömrəli icarə müqaviləsi tərəflərin xx.xx.2016-cı il tarixli ərizələrinə əsasən ləğv edilmişdir. xx.xx.2012-ci il tarixli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə”yə əsasən Cavabdeh2 pərakəndə ticarət növündə fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, 22 ünvanda 1-ci mərtəbədə yerləşən ərzaq mağazasında həyata keçirir. İddiaçı2 nümayəndəsi tərəfindən Cavabdeh2 ünvanlanmış məktuba əsasən həmin şəxsdən 3 aylıq icarə haqqının – 8400 manat məbləğinin 5 gün müddətində ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələb olunmuşd ur. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş icarə müqaviləsinə əsasən İcarəyə verən – İddiaçı2 təsisçisi X16 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 kv metr olan qeyri-yaşayış sahəsindən 368,3 kv metr hissəsini bu müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 5 il müddətinə xx.xx.2017-ci ilədək icarəçi Cavabdeh2 icarəyə vermişdir, İcarəçi hər ayın 08-dən gec olmamaq şərtilə aylıq 2800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. «Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat»a əsasən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 22-də ərzaq məhsullarının pərakəndə satışı növündə fəaliyyət göstərən ərzaq mağazasının rəhbə ri kimi Cavabdeh1 qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 04/114 nömrəli, xx.xx.2015-ci il tarixi arayışına əsasən Ələkbərov X5 rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən 368 kv metr obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi kimi Nərimanov Bələdiyyəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin «Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat sübyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında» arayışa əsasən xx.xx.2012-ci il tarixdə İddiaçı2 ünvan 6 mərtəbə 1-də qeyri-yaşayış sahəsi ünvanda uçota alınmışdır, təsərrüfat subyektinin adı kimi «icarə obyekti» göstərilmişdir. İş materiallarından görünür ki, iş üzrə cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsinə 2012-ci il tarixli, xx. xx.2012-ci il tarixli, xx.xx.2015-ci il tarixli icarə müqavilələrinin surətlərini təqdim etmişdir, 2012-ci il tarixli icarə müqaviləsində göstərilmişdir ki, icarəyə verən Cavabdeh3 Əmirağa oğlu ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov 22-də yerləşən 70 kv metr qeyri-yaşayış sahəsini İcarəyə götürən İddiaçı1 icarəyə verir, danışıq əsasında icarə haqqı 2000 manat razılaşdırılıb, təmirdən qabaq 1 aylıq icarə haqqı ödənilmişdir (15 oktyabr – 15 noyabr), müqavilə icarəyə verən Cavabdeh3 Əmirağa oğlu, icarəyə götürən İddiaçı1, şahid X2 tərəfindən imzalanmışdır, həmin sənədin fotosurətinin düzgünlüyü Xızı rayon X8 təsdiqlənmişdir, xx.xx.2012-ci il tarixli icarə müqaviləsində göstərilmişdir ki, Cavabdeh3 Əmirağa oğlu ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov kü çəsi, 22 –də yerləşən 400 kv metr qeyriyaşayış sahəsini İddiaçı1 icarəyə vermişdir, danışıq əsasında icarə haqqının 1 ayı 7500 manat razılaşdırılmışdır, icarə müqaviləsi 5 illik müddətə bağlanmışdır. Müqavilə icarəyə verən Cavabdeh3 Əmirağa oğlu, icarəyə götürən İddiaçı1, şahid X2 tərəfindən imzalanmışdır. Həmin sənədin fotosurətinin düzgünlüyü Xızı rayon X8 təsdiqlənmişdir. xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı2 direktoru X16 İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 saylı ünvanda yerləşən on mərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 kv metr qeyri-yaşayış sahəsinin 60 kv metr olan hissəsini X10 xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər icarəyə vermişdir, aylıq icarə haqqının məbləği 500 manat təşkil edir. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, 2003-cü ildən təsisçisi X16 olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 22-də yerləşən, sahəsi 438,3 kv metr olan qeyri-yaşayış sahəsi 2001-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının nizamnaməsinə əsasən müəssisənin direktoru vəzifəsini təsisçi də icra edə bilər. xx.xx.2009-cu ildə təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı2 təsisçisi qismində X16 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən 10 mərtəbəli binanın 1ci mərtəbəsindəki 438,3 kv metr qeyri-yaşayış sahəsinə forma-1 almaqla sərəncam verməyi 20 il müddətinə Cavabdeh3 etibar etmişdir. Həmin etibarnamə əsasında çıxış edən Cavabdeh3 ilə Cavabdeh2 Adil oğlu arasında bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhər i, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 kv metr olan qeyri-yaşayış sahəsinin 368,3 kv metr hissəsi 5 il müddətinə hər ay 2800 manat məbləğində icarə haqqı ödənilməsi şərtilə xx.xx.2012-ci ildə Cavabdeh2 Adil oğluna icarəyə verilmişdir. Həmin müqavilə tərəflərin xx.xx.2016-cı il tarixli ərizələrinə əsasən ləğv edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda qeydə alınmış icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 kv metr olan qeyri-yaşayış sahəsindən 368,3 kv metr hissəsini bu müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 5 il müddətinə xx.xx.2017-ci ilədək icarəçi Cavabdeh2 icarəyə vermişdir. İcarəçi hər ayın 08-dən gec olmamaq şərtilə aylıq 2800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, İddiaçı2müəssisəsi cavabdeh İddiaçı1 İddiaçı2 qarşısında öhdəliklərinin olmasını və icarə haqqının tutulmasına əsasın yaranmasını təsdiq edən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı2 və İddiaçı1 arasında imzalanmış müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər Cavabdeh3 və İddiaçı2nə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi v ə mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iş materiallarına 4 icarə müqaviləsi əlavə edilmişdir: 1) Cavabdeh3 ilə İddiaçı1 arasında ünvan 8 ünvanda yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 7500 manat olmaqla icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsi; 2) Cavabdeh3 ilə İddiaçı1 arasında həmin ünvanda 70 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2012-ci ilin sentyabrında (müqavilənin bağlanma tarixi göstərilməyib) bağlanmış icarə müqaviləsi; 3) İddiaçı2 təsisçisi X7 adından Bakı şəhəri 9 saylı X17 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 7-e-61/22215 nömrəli etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən Cavabdeh3 ilə “icarəçi” Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 438.3 kv.m olan qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin, müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli müqavilə; 4) Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, eyni məzmunlu icarə müqaviləsi. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən 438.3 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı onu təmsil etmək səlahiyyəti Cavabdeh3 verilmişdir. İddiaçılardan İddiaçı1 iddia tələbində Cavabdeh3lə bağladığı icarə müqavilələrinə (yuxarıda 1-ci və 2-ci sırada qeyd edilən müqavilələr) istinad edərək, icarəsinə verilmiş qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görü lməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472.246 manat və əldən çıxmış faydaya görə 18.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini, həmçinin 30.000 manat mənəvi zərərin tutulmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələrini etibarlı əqd kimi qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı1 iddia ərizəsində qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 kv.m hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla Cavabdeh3 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödədiyini bildirsə də, iş materiallarına icarə haqqının ödənilməsi barə də sübut əlavə edilməmişdir. Bundan əlavə, İddiaçı1 iddia tələbində fərdi sahibkar olaraq icarəyə götürdüyü sahədə 04 il müddətdə fəaliyyət göstərdiyini bildirsə də, bu barədə vergi orqanında heç bir məlumat qeydə alınmamışdır. Buna baxmayaraq Cavabdeh3 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində bildirmişdir ki, Cavabdeh2 onunla notarial qaydada bağlanmış xx.xx.2012ci il tarixli icarə müqaviləsinə əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələrinin əsilləri və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin iş m ateriallarında olmamasına baxmayaraq bu əqdləri etibarlı əqd sayıla bilməz. Çünki həmin müqavilələrin iş materiallarında yalnız fotosurəti mövcuddur və bu müqavilələrin arxa tərəfində aparılmış qeyddən də görünür ki, Xızı rayonu X17nun dövlət notariusu bu fotonun düzgünlüyünü təsdiq etmişdir. Bununla da elə olan halda, məhkəmə kollegiyası həmin müqavilələri sübut kimi qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1 və 89.3 maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununa əsasən notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sən ədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda notarius qeyd edilən müqavilələrin fotosunu təsdiq etməklə qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı xx.xx.2019-cu il tarixdə İddiaçı1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki qeyri-yaşayış sahəsinə dair onunla Cavabdeh3 Əmirağa oğlu arasında bağlanılmış xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli icarə müqavilələri təqdim edilmişdir. Lakin İddiaçı1 tərəfindən təqdim olunmuş icarə m üqavilələri notariat qaydasında bağlanmadığından və həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından sübut qismində qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-/02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız hesab etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 9 saylı X17 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli icarə müqavilənin surətindən görünür ki, “icarəyə verən” qismində İddiaçı2, icarəçi qismində isə Cavabdeh2 çıxış edir. Həmin icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən onmərtəbəli binanın birinci mərtəbəsind ə yerləşən 438.3 kv.m olan qeyri - yaşayış sahəsindən 368.3 kv.m-lik hissəsi İddiaçı2 tərəfindən 5 il müddətinə, ayda 2.800 manat icarə haqqı ödənilməsi şərti ilə iddiaçı Cavabdeh2 icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 3M-/02/471 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri 9 saylı X17 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 7-e61/22215 nömrəli etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən Cavabdeh3 ilə “icarəçi” Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsindəki sahəsi 438,3 kv.m olan qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsi müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilir. Məhkəmə kollegiyası bir daha qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli icarə müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmadığından iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M/02/471 reyestr nömrəli icarə müqavilələri notarial qaydada bağladığından etibarsız hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notaria t qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası sözügedən qeyri-yaşayış sahəsində aparılmış təmir xərcinin, ona əşya və avadanlıqların quraşdırılması barədə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində ekspert baxışına təqdim edilmiş malların təzə vəziyyətdə 2012-ci ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50.254 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qiymətləndirmə zamanı həmin malların daşınması, quraşdırılması və sair ortaya çıxacaq xərcləri nəzərə alınmamışdır. Bakı şəhəri, Nərimanov ray onu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyəri 149.498 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci tarixli icarə müqavilələrində qeyd edilmişdir ki, icarəçi icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı etməməyi öz öhdəsinə götürür. İş materiallarına əsasən icarəçi tərəfindən sözügedən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılması müəyyən olunsa da, həmin işlərə çəkilmiş xərclər İddiaçı2 və Cavabdeh3 Əmirağa oğlundan tutula bilməz. Çünki digər iddia tələblərindən də göründüyü kimi İddiaçı2 tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci tarixli ica rə müqavilələrinin şərtləri pozulmamışdır. Belə ki, həm İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1, həm də cavabdehlər İddiaçı3 MMC-nə, İddiaçı1 və Cavabdeh2 qarşı olan iddia tələbləri məhz icarə haqqının və vurulmuş ziyanın ödənilməsindən ibarətdir. Yəni İddiaçı2 hüququ olduğu halda cavabdehlərin vaxtında əvvəl qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb etməmişdir. Bununla da tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliklərinə İddiaçı2 tərəfindən riayət edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2017-ci il tarixdə İddiaçı1, Cavabdeh2 və X18 tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki “Ümid” müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirərkən h əmin obyektin içərisinə daxil olmaq mümkün olmamışdır. Qeyri-yaşayış sahəsinin pəncərəsindən içəri baxarkən aşkar edilmişdir ki, İddiaçı1 ilə “Ümid” müəssisəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı1 icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin 70 kv.m-lik hissədə (obyektin sağ tərəfi) və qeyd edilən obyektin 298,3 kv.m-lik hissəsində (obyektin orta hissəsi), həmçinin onlar arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı1 icarəyə götürdüyü obyektin 70 kv.m-lik hissəsində (obyektin sol tərəfi) İddiaçı1 tərəfindən quraşdırılmış avadanlıqların çox hissəsi qeyripeşəkar şəkildə sökülüb yararsız hala salınmış və bu avadanlıqlar obyektdə toplu halda bir yerə yığılmışdır. Həmin vaxt obyektdə qalan avadanlıqların sökmə işləri ilə məşğul o lan və adını təqdim etməyən şəxs bu avadanlıqların sökülməsinin “Ümid” müəssisəsinin müdiriyyətinin və Araz müəllimin göstərişi ilə aparıldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixldə AR VN yanında Bakı şəhəri lokal Gəlirlər Departamentinin əməkdaşı X13, İddiaçı2 rəhbəri X16 və müşahidəçi qismində çıxış edən X11 tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, araşdırma zamanı yuxarıda qeyd olunan aktın tərtibi tarixinə İddiaçı2nə məxsus obyektdə heç bir fəaliyyətinə və vergi orqanı tərəfindən əvvəlki icarəyə götürənin borcu ilə əlaqədar siyahıya alınmış əmlak, mal-material, avadanlığın olmadığı müəyyən olundu. Obyektin boş olmasını təsdiq edən fotoşəkillər akta əlavə olunur. Məhkəmə kollegiyası həmin aktlara əsasən bu nəticəyə gəlmişdir ki, tərəflər arasında ba ğlanılmış müqavilənin müddətinin bitməsinə və cavabdelər tərəfindən obyektin boşaldılmasına baxmayaraq yenidən cavabdehlər Cavabdeh2 və İddiaçı1 tərəfindən iddiaçıya məxsus olan qeyri- yaşayış sahəsindən mülki qanunvericiliyin tələblərinə zidd olaraq istifadə etmələrini davam etdirmişlər. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər Cavabdeh3 və İddiaçı2nə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində yəni, iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələri etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər “Ümid” müəssisəsindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qalan hissədə q ətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materillarına və tədqiq olunmuş sübutlara əsasən Cavabdeh2 tərəfindən İddiaçı2 müəssisənin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binanın 1-ci mərtəbəsində 438,3 kv.m qeyri-yaşayış sahəsinin 368, 3 kv.m hissəsinindən xx.xx.2017-ci ilədək istifadə etməsi və xx.xx.2016-cı il tarixindən müqavilə müddətinin bitmə tarixinədək müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını ödəməməsi sübuta yetirildiyindən İddiaçı2 cavabdeh İddiaçı3 MMC-nə, İddiaçı1 və Cavabdeh2 qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şik ayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan icarə haqqı borcu olan 22.400 manat pulun tutularaq İddiaçı2nə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1- ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər Cavabdeh3 və “Ümid” müəssisəsinə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbi təmin edilmədiyindən birinci instansiya məhkəmə si baxışı zamanı keçirilmiş ekspertiza xidmətinin dəyəri olaraq 200 (yüz) manat Cavabdeh2 və İddiaçı1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X4, KOD 210005 hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki,İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 2-2(82)-906/16 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-906/16 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçılar Cavabdeh2 və İddiaçı1 cavabdehlər Cavabdeh3 və “Ümid” müəssisəsinə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər tərəfindən verilmiş apellyas iya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində yəni, iddiaçı Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələri etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər “Ümid” müəssisəsindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qətnamə dəyişdi rilmədən saxlanılmalı, eləcə də İddiaçı2 cavabdeh İddiaçı3 MMC-nə, İddiaçı1 və Cavabdeh2 qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilərək xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan icarə haqqı borcu 22.400 manat pulun tutularaq İddiaçı2nə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkə məsinin yuxarıda gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilidiyindən, kassasiya şikayətinin qismən təmin edilməklə qətnamənin ləğv edilərək, işə yenidən baxılmalı olması qənaətinə gəlir. Kassasiya kollegiyası qeyd edir ki, bir-biri ilə bağlı olan 3 ayrı-ayrı iş üzrə irəli sürülmüş tələblər üzrə mübahisənin həlli məqsədilə ilk növbədə “Ümid” müəssisəsinin mülkiyyətində olan sahənin faktiki olaraq hansı icarə müqaviləsi əsasında icarəyə verilməsi müəyyən edilməli, daha sonra isə işdə olan digər icarə müqavilələrinin etibarsızlığına, əsas icarə müqaviləsi üzrə tərəflərin öhdəliklərinin nədən ibarət olmasına, bu öhdəliklərin kimin tərəfindən pozulmasına, öhdəliyin pozulmasına görə zərərin mövcud olub olmamasına və ən nəhayət təmir işlərinin müqavilə şərtlə rinə əsasən, yaxud özgə işlərin tapşırıqsız icrası qaydasında aparılmasından asılı olaraq ona çəkilmiş xərclərin tutulması imkanına qiymət verilməlidir. Müqavilələrdən hansının real olaraq tərəflər arasında mövcud olan icarə münasibətlərini ehtiva etməsinin müəyyən edilməsi zamanı ilk növbədə iddia tələblərinin əsasını təşkil edən bütün müqavilələrə işin digər halları ilə yanaşı müfəssəl qiymət verilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli icarə müqavilələri ilə bağlı yuxarıda sərgilədiyi əsaslandırma ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 nümayəndəsinin İddiaçı1 ilə aralarında hər hansı icarə münasibətlərinin olmadığı ilə bağlı bildirdiklərini qəbul etsə də, bunun əksini bildirən işdə olan aşağıdakı halları nəzərə almamışdır. Belə ki, elə İddiaçı2 cavabdehlər Cavabdeh2 və İddiaçı1 qarşı ödənilməmiş icarə haqqı tələbi ilə bağlı olan 1-ci iş üzrə iddia ərizəsinə əlavədən (tom 1a, v.52-54) görünür ki, «İddiaçı2 » müəssisəsi onun adından İddiaçı1la icarə müqaviləsinin bağladığını qəbul etmiş və bu səbəbdən də həmin iş üzrə icarə haqqı tələbini ona qarşı da yönəltmişdir. Digər, yəni İddiaçı2 qeyri-yaşayış sahəsindən çıxarılma və s. tələblər üzrə 2-ci işin də hallarından görünür ki, iddiaçı həmin tələb üzrə də İddiaçı1 cavabdeh qoymaqla faktiki olaraq onunla icarə münasibətlərinin olduğunu qəbul etmişdir. Kassasiya kollegiyası hesab edir ki, tərəflərin hər ikisinin, yəni «İdd iaçı2 » müəssisəsi ilə İddiaçı1 aralarında icarə münasibətlərinin olduğunu (sonradan inkar etməsinə baxmayaraq) qəbul etdiyi halda, cavabdeh tərəfin təqdim etdiyi müqaviləni prosessual qanunvericiliyin tələb etdiyi şəkildə tədqiq etmədən onun mötəbərliyinin qəbul edilməməsi yolverilməzdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 sonuncu apellyasiya baxışında təqdim etdiyi müqavilədəki imzaların adları qeyd edilən şəxslər tərəfindən imzalandığını yoxlamadan mötəbərliyini, sadəcə olaraq məzmununu sübut əhəmiyyəti kəsb etməyən daha əvvəl işdə olan surətlə müqayisə edərək tam autentik olmaması əsası ilə istisna etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normat iv hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş ç ıxarış təqdim edilir; 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, «İddiaçı2 » müəssisəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin öz təsdiqini tapdığı halda həmin icarə müqaviləsinin vergi orqanında qeydə alınmaması, habelə İddiaçı1 vergi ödəməməsi kimi hallar özü-özlündə məsuliyyət yaradan hal hesab edilsə də, hazırki mübahisənin onlar arasında bağlanmış icarə müqaviləsinə uyğun həllini istisna etmir. O da qeyd edilməlidir ki, hətta xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli icarə müqavilələrinin bağlanması öz təsdiqini tapmadığı halda belə, «Ümid» müəssisəsi və Cavabd eh3 İddiaçı1 həmin sahəni əsaslı təmir etməsini inkar etmədiklərindən təmir xərclərinin tutulması tələbinə Mülki Məcəllənin 57-ci fəsli ilə tənzimlənən özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun olaraq həll edilməlidir. İddiaçı2 qəbul etdiyi müqavilə istisna olmaqla digər icarə müqavilələrinin onun adından deyil, onun təmsil etdiyi Cavabdeh3 öz adından bağlanması ilə bağlı dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, müəssisənin qəbul etdiyi müqavilə ilə yanaşı qəbul etmədiyi müqavilələrə də onlardakı söz və ifadələrin yalnız hərfi mənası baxımından deyil, aşağıdakı maddi hüquq normalarında əks olunmuş halların ağlabatan mühakiməsi əsasında qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həq iqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3-cü maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük ver ilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Digər tərəfdən işin hallarından göründüyü kimi, İddiaçı2 İddiaçı1la icarə münasibətlərində olmasını qəbul etdiyindən, habelə iddialarında hazırda Cavabdeh3 öz adından bağlaması əsası kimi qəbul etmədiyi müqavilələrdən məlumatlı olmaqla həmin münasibətlərə 4 ildən artq müddətdə etirazsız davam etməsinə imkan verdiyindən bu məsələyə də ümumən müqavilələrin bəyənilməsi prizmasından da qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) a dından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. İşdə olan icarə müqavilələrinə prosessual qanunvericiliyin tələb etdiyi qaydada hərtərəfli tədqiqi ilə yanaşı onlardan hansının etibarsız olması məsələsinə də irəli sürülmüş tələblər həddində qiymət verilməlidir. O da xüsusilə qeyd edilməl idir ki, iddia tələbində əks olunmuş əqdlərin etibarsızlığı tələbinə qiymət verilərkən həmin əqdlərə Mülki Məcəllənin 340.2-ci maddəsi ilə tənzimlənən yalan deyil, 340.1-ci maddəsində əks olunmuş uydurma əqd kontekstindən qiymət verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəf hüquq norması kimi yalan əqdi tənzimləyən normaya istinad etsə də, iddia tələbinin faktiki əsasları uydurma əqdlə bağlı olmuşdur. Bunu nəzərə alan məhkəmə iddiaçı tərəfin hüquqi əsaslandırılması ilə bağlı olmayaraq, işin faktiki hallarına uyğun gələn normanı tətbiq etməklə mübahisəni həll etməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin «İddiaçı2 » müəssisəsi ilə İddiaçı1 arasında olan müqavilənin notarial qaydada bağlanmaması əsası ilə etibarsızlığı üzrə gəldiyi qənaətlə də razılaşmayaraq, qeyd edir ki istinad edilən müqaviləyə dair bağlanma forması ilə bağlı qanunvericilik bu şəkildə məcburi tələb nəzərdə tutmadığından, habelə Müki Məcəllənin 348-ci maddəsi (məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı) hüquq münasibətlərinin yarandığı tarixdə artıq qüvvədə olmadığından, müqavilənin yalnız bu əsasla etibarsız əqd kimi qiymətləndirilməsi yolverilməzdir. Ödənilməmiş icarə haqqı tələbi ilə bağlı iddiaya münasibətdə isə kollegiya təkrarən qeyd edir ki, bu tələbin təmin edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud münasibətlərin hansı icarə müqaviləsi əsasında qurulması aydınlaşdırılmalıdır. Kassasiya kollegiyası hesab edir ki, bu məsələnin aydınlaşdırılması zamanı işdə olan ayrı-ayrı icarə müqavilələrində əks olunmuş icarə haqqların ın məbləğinin həmin ərazidə olan əmlakların icarə haqqları ilə müqayisədə daha real olanına da üstünlüyün verilməsi imkanı diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, icarə haqqının ödənilməsi tələbinə qiymət verilərkən apellyasiya instanisyası məhkəməsi cavabdeh tərəfin icarə haqqı ödəmək öhdəliyini rəsmi qaydada icra etməsini sübuta yetirmədiyini əsas gətirərək, Mülki Prosessual Məcəlləninin 77.1-ci maddəsinə istinad etməklə iddianı təmin etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, hazırki işin mühüm əhəmiyyət kəsb edən hallarını nəzərə almadan sübutetmə yükünün bu şəkildə cavabdehin üzərinə qoyulmnası düzgün olmazdı. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından göründüyü kimi, icarə haqqını tələb edən tərəf istinad etdiyi dövr üzrə icarə haqqının ödənil mədiyini bildirir, bunun əksinə olaraq cavabdeh tərəf icarə haqqının qeyri-rəsmi şəkildə ödənildiyini qeyd edir. Bu baxımdan kassasiya kollegiyası qeyd edir ki, cavabdeh tərəfin icarə haqqının rəsmi surətdə ödənilməsinə dair sübutun tələb edilməsindən öncə məhkəmə icarə müqaviləsi üzrə icarə haqqının ödənildiyi dövr ərzində tərəflər arasında icarə haqqının ödənilməsinə dair formalaşmış işgüzar münasibətləri nəzərə almalıdır. Yəni, məhkəmə tərəflər arasında mövcud münasibətlərin olduğu müddətin mübahisə yaratmayan əvvəlki 4 illik dövrü ərzində icarə haqqlarının rəsmi yaxud qeyri-rəsmi şəklildə ödənildiyini aydınlaşdırmalıdır. Yalnız icarə haqqının əvvəllər rəsmi şəkildə ödənildiyinin müəyyən edildiyi halda, cavabdehdən mübahisələndirilən dövr üzrə də rəsmi ödənişlərin təqdim edilməsi mümkün ola bilər. Əvvəlki dövr üzrə ödənişlərin qeyri-rəsmi şəkildə ödənildiyinin müəyyən edildiyi halda isə cavabdeh tərəfin izahatlarına bu prizmadan qiymət verilməklə buna dair şifahi sübut təqdim etmə imkanı yaradılmalıdır. Ən nəhayət icarə haqqının və təmir xərclərinin tutulması tələblərinə qiymətin verilməsi üçün tərəflər arasında mövcud münasibətlərin hansı icarə müqaviləsi əsasında qurulmasının aydınlaşdırılmasından sonra hansı tərəfin həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri pozduğu dəqiqləşdirilməldir. Öhdəliyin kim tərəfindən pozulmasının müəyyən edilməsi zamanı müqavilənin 5 illik müddətə bağlanması, bu 5 illik müddət keçmədən, yəni xx.xx.2015-ci il tarixli müqavilə ilə icarəyə verilmiş sahənin (60 kv.m hissəsinin) Rüfət Babayev adlı şəxsə verilməsi icarəyə verilməsindən iba rət hal, habelə icarəyə götürənin vergi yoxlaması nəticəsində fəaliyyətini dayandırması ilə bağlı əsaslı dəlillərə qiymət verilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bir nemə işin birləşdirildiyi mülki iş üzrə sübutların mümkünlüyü, qiymətləndirilməsi məsələlərində istinad edilən prosessual qanunvericiliyin normalarının, habelə yuxarıda istinad edilən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhk əməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Resp ublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qis mən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər İddiaçı1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 22(103)-13/2019 nömrəli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar