Məhkəmə qərarları › İş №2-2(102)-42/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-42/2021

24.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-42/2021 24.02.2021 ALİ MƏHKƏMƏ DD Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-42/2021 Bakı şəhəri 2021-ci il 24 fevral Açar sözlər: siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqt isadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il xxxx tarixli 2-2(103)425/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İşin materialından, o cümlədən vergi ödəyicisi olan Cavabdeh MTK-nın şəxsi hesab vərəqəsindən görünür ki, sonuncunun 2019-cu il 28 yanvar tarixinə dövlət büdcəsinə 251.682,81 manat (170.241,09 manat vergilər üzrə, 45.499,58 manat m/sank, 35.942,14 manat faizlər üzrə) manat borcu mövcud olmuşdur.

2. Vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əsasən elektron qaydada Cavabdeh MTK-ya münasibətdə aşağıdakı hərəkətlər edilmişdir: - 2019-cu il 28 yanvar tarixdə yaranmış borca görə **********2 saylı bildiriş göndərilmiş; - 2019-cu il 15 mart tarixdə cavabdehin “xxxx” ASC-də olan hesabına 255.663,08 manat məbləğində sərəncam qoyulmuş; - 2019-cu il 22 aprel tarixdə əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuş; - 2019-cu il 15 iyul tarixdə borcunu ödəmədiyinə görə iddiaçı tərəfindən vergi orqanının vəzifəli şəxsləri X1, X2, cavabdeh MTK-nın sədr müavini X3-ün, müşahidəçilər X4 və X5 iştirakı ilə - cavabdehə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, xxx ünvanında yerləşən, 210 kv.m qeyri-yaşayış sahəsi 420.000,00 manat dəyərində siyahıya alınmış; - 2019-cu il 15 iyul tarixdə MTK-nın sədr müavini X3 də imzaladığı protokol tərtib olunmu ş; - 2019-cu il 15 iyul tarixdə akt əsasında siyahıya alınmış həmin əmlak MTK-nın sədr müavini V.Atakişiyevin saxlancına verilmiş və ona məsuliyyəti barədə xəbərdarlıq verilmiş; - 2019-cu il 18 iyul tarixdə MTK-ya **********883300 saylı xəbərdarlıq məktubu ünvanlanaraq əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq verilmişdir.

3. İşin materialından görünür ki, vergi orqanı tərəfindən MTK-nın vergi borcunun dövlət büdcəsinin nəfinə tutulmasının təmin edilməsi üçün, onun bank hesabına sərəncam qoyulması müsbət nəticə verməmiş, istehsalda iştirak etməyən digər əmlakı və hazır məhsullar və ya xammal aşkar olu nmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 4. 2019-cu il 3 oktyabr tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh MTK-ya qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2019-cu il 22 aprel tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 260.041 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 420.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi yuxarıda § 1-3-də göstərilmiş hallarla əsaslandırılmışdır. 6. 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 2019-cu il xxxx tarixli e-2-2(82)-1109/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin 2019-cu il 22 aprel tarixə dövlət büdcəsinə olan 260.041 (iki yüz altmış min qırx bir) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 420.000 (dörd yüz iyirmi min) manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 260.041 (iki yüz altmış min qırx bir) manat məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir (hakim – L.Əliyeva).

7. Məhkəmə hesab etmişdir ki, cavabdehin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca ic ra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus 420.000 manat dəyərində olan əmlakı qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınmasına baxmayaraq, sonuncu tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən, iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 73, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 avqust tarixli 2-2(103)-425/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, biribci instansiya məhkəməsinin 2019-cu il 2 dekabr tarixli e-2-2(82)-1109/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim-C.Yusifov).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vergi orqanı tərəfindən cavabdehin vergi borcunun dövlət büdcəsinin nəfinə tutulmasının təmin edilməsi üçün onun bank hesabına sərəncam qoyulmasının nəticəsi olmamışdır. Həmçinin, əmlakın siyahıya alınmasında iştirak edən cavabdehin nümayəndəsi (sədr müavini X3) MTK-nın digər əmla kının mövcudluğu barədə məlumat verməmiş, borcun miqdarına müvafiq olan digər əmlakını vergi orqanını əməkdaşlarına təqdim etməmiş, siyahıya alınmış qeyri-yaşayış sahəsi ilə razılaşmış, həm həmin siyahını, həm də protokolu imzalamış və MTK-nın möhürü ilə təsdiqləmişdir. 12. 2020-ci il 3 sentyabr tarixdə məhkəmənin qətnaməsi cavabdehə təqdim edilmişdir. 13. 2020-ci il 12 oktyabr tarixdə cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

14. Cavabdeh kassasiya şikayətində Vergi Məcəlləsinin 89.1, 89.5-ci mad dələrinə istinad edərək göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehin dövlət büdcəsinə ödənilməmiş 260.041 manat məbləğində borcunun olmasının qeyd edilməsinə baxmayaraq, MTK-ya məxsus dəyəri 420.000 manat olan əmlakın siyahıya alınması ilə həmin əmlakın borcdan artıq qalan hissəsinə sərəncam vermək hüququnun məhdudlaşdırılması nəticəsində qanunvericiliyin tələbləri pozulmuşdur.

15. Məhkəmə iş üzrə mövcud olan sübutları tam və düzgün araşdırmamaqla, sübutları tədqiq etməməklə maddi hüquq normalarının və MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandır ılmasına baxmayaraq, proses iştirakçıları yekun məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəasında nəzərdə tutulur: “Maddə

73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.”

21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergilər Məcəlləsinin müvafiq müddəalarında “Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəs inə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq;...” “Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;...borcludur” “Maddə

65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün mü ddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.” ““Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.... 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əml akın yerləşdiyi ünvan göstərilməlidir.... 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. « Maddə

90. Vergi ödəyicisinin ə mlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər».

22. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 6 avqust tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” Qərarında göstərilir ki, “... Dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pul mütəmadi olaraq dövlətə köçürməli dir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub.... vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.... Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifənin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi bir neçə növ hüquqi məsuliyyətə səbəb ola bilər.”

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” Qərarında göstərmişdir ki, “… Vergi ödəyi ciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müra ciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. … Belə ki, VM-in 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1- ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

26. Belə ki, Vergi Məcəlləsinin 89-90-cı maddələrinin tələblərinə əsasən (bax yuxarıda § 19) vergi ödəyicisi tərəfindən vergi öhdəlikləri qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirilmədikdə, yaranmış vergi borclarının, vergi borcu üzrə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakı siyahıya alına bilər. Bundan sonra vergi orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

27. Hazırki halda, işin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına əsasən (ətraflı bax yuxarıda § 1-3), cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun 2019-cu il 22 aprel tarixinə dövlət büdcəsinə 260.041,0 manat məbləğində olan vergi bocu yaranmış və vergi orqanı həmin borcun ödənilməsinin təmini məqsədilə cavabdehə məxsus əmlakı siyahıya alaraq, siyahıya alınmı ş əmlakın açıq hərracdan satılmasına dair hazırki iddianı qaldırmışdır.

28. Vergi orqanı tərəfindən tərtib edilmiş “Əmlakın siyahıya alınması haqqında” 2019-cu il 15 iyul tarixli Protokol cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir.

29. Cavabdehin əmlakının siyahıya alınmasından keçən müddət ərzində (2019-cu il 19 iyuldan) sonuncu tərəfindən, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinə yönələn hər hansı tədbirin görülməsi işin materiallarından müəyyən edilmir.

30. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, hazırki iddianın təmini üçün Vergi Məcəlləsinin istinad olunan normalarının dispozisiya şərtləri mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına vergi qanunvericiliyinin tələblərini düzgün tətbiq edərək, iddianı əsaslı hesab etmişdir.

31. Qeyd edilməlidir ki, həm işə mahiyyəti üzrə baxılarkən, həm də kassasiya şikayətində cavabdeh hazırki iddianın qaldırılmasına əsas olmuş vergi borcunu mübahisələndirməmişdir. Cavabdehin istinadı ondan ibarət olmuşdur ki, cari borcdan qat-qat artıq məbləğdə olan əmlakının qalan hissəsinə sərəncam vermək hüququ məhdudlaşdırılmışdır.

32. Cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə (bax mətndə yuxarıda § 12) razılaşaraq qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin vergi borcunun miqdarına müvafiq olan digər əmlakını siyahıya alınma üçün təqdim etməsi, lakin vergi orqanı tərəfindən qəbul edilməməsi işin materiallarından müəyyən edilmir.

33. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il xxxx tarixli 2-2(103)-425/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q ərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar