Məhkəmə qərarları › İş №2-2(102)-42/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-42/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-42/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR Açar sözlər: kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, C avabdeh5 və Cavabdeh4 qarşı 7621,75 manat əsas borc, 652,78 manat faiz borcu, 574,71 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1116,18 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tutulması, tutmanın fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və s. tələbinə dair kommersiya işi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 sentyabr tarixli, 2-2(107)-91/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Biri nci instansiya məhkəməsində icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra – “cavabdehlər”) qarşı “7621,75 manat əsas borc, 652,78 manat faiz borcu, 574,71 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1116,18 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tutularaq ödənilməsi, tutmanın Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətində olan Yevlax rayonu Nəmərli kəndində 0,1993 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satı şdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tutularaq ödənilməsi və əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbi üzrə məhkəməyə müraciət etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 09 iyun tаrixli, 2-2(117)-302/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh5 7621,75 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətində olan Yevlax rayonu Nəmərli kəndində 0,1993 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməs i, ipoteka predmeti olan Yevlax rayonu Nəmərli kəndində 0,1993 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ilkin satış (likvid dəyəri) qiyməti 31000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh5 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh5 tutularaq "xxxx" MMC-nin “Günay Bank“ ASC-də olan bank hesabına ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).

3. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia 652,78 manat faiz borcu, 574,71 manat cərimə borcu, 1.116,81 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunun cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməsi hissədə də təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 sentyabr tarixli, 2-2(107)-91/2021 saylı qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən), E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçının apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 09 iyun tаrixli, 2-2(117)302/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işə yenidən bax ılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 dekabr tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti icraata qəbul edilmişdir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 dekabr tarixli, 2-2(102)-680/2021 saylı qərardadı ləğv edilməli, kommersiya işi kassasiya baxışından çıxarılmalıdır.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin“ 402.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində id dianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

9. Məcəllənin“ 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

10. Beləliklə, mülki prosessual qanunvericiliklə kommersiya mübahisələrinə dair işlər üzrə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kass asiya şikayəti verilməsi nəzərdə tutulmadıgından, iddiaçı tərəf isə qətnamənin yalnız mübahisələndirilən 1.116,81 manat hissəsindən kassasiya şikayəti verdiyindən, istinad olunan prosessual hüquq normalarının tələblərinə görə iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.

11. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiy a məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407, 408 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

13. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 dekabr tarixli, 2-2(102)-680/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı 7621,75 manat əsas borc, 652,78 manat faiz borcu, 574,71 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1116,18 manat faiz məbləği, tutmanın qeydiyyata alınması üçün 40 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tutularaq ödənilməsi, tutmanın Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və s. tələbinə dair kommersiya işi kassasiya baxışından çıxarılsın. İş Şəki Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar