Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-42/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi, pul öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə ödənilməmiş pul məbləğinin tələbi”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 avqust tarixli 2-2(104)-195/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasın da baxılmışdır. İşin halları 1. "xxxx" MMC (sentyabr ayından İddiaçı MMC) ilə “X1" MMC arasında 2019cu il 1 fevral tarixində bağlanmış “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, icraçı isə sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürmüş, xidmətin dəyərinin müştəri və ya sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə sifarişçi və icraçı arasında razılaşdırılması müəyyən edilmişdir. - Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, müştəri” çıxdıqdan sonra icraçı sifarişçiyə ödəniş üçün so n hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. - Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, icraçının təqdim etdiyi hesabın ödənişi 1.1-ci bəndə uyğun olaraq müştəri və ya sifarişçi tərəfindən onu aldığı gündən 15 bank günü ərzində manatla həyata keçirilməsi nəzərdə tutulmuşdur. - Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə 2019-cu il 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2. 2023-cü il 11 yanvar tarixli MŞG/1-06672 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-yə sessiyanın tarixi, saatı və yeri barədə 15 gün öncə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində vəsait ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 27 yanvar tarixində iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2019-cu il 1 fevral tarixli müqavilə üzrə 17.108,32 manat pul vəsaitinin və ödənilmiş 200 manat mediasiya xərcinin, ümumilikdə 17.308,32 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 1 fevral tarixində "xxxx" MMC ilə cavabdeh arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanılmışdır. "xxxx" MMC 2019-cu il 27 sentyabr tarixindən İddiaçı MMC olaraq fəaliyyət ini davam etdirməkdədir. Müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının iddiaçının mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, icraçı isə sifarişçinin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin müştəri və ya sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə sifarişçi və icraçı arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, müştəri çıxdıqdan sonra icraçı sifarişçiyə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq icraçı sifarişçiyə göstərilmiş 29.639,76 manat məbləğində mehma nxana xidmətlərinin dəyərini özündə əks etdirən 32 ədəd elektron qaimə göndərmişdir. Cavabdeh tərəfindən 29.639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərindən yalnız 12.531,44 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 17.108,32 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. 2022-ci il 7 dekabr tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəf 17.108,32 manat məbləğində pul vəsaitini ödəməmişdir.
5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 59, 60, 80, 125, 129-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13, 14, 21, 425, 427, 442, 445, 448-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26, 35, 150-ci maddələrinə istinad etmişdir.
6. Cavabdehin nümayəndəsi 2023-cü il 16 may tarixli məhkəmə iclasında iddia ərizəsinə qarşı izahat verərək bildirmişdir ki, ərizədə göstərilən rəqəmlər iddiaçının şəxsi mənafeyinə uyğun olaraq qeyd etdiyi rəqəmlər olmuşdur. Mübahisə ilə bağlı cavabdehin məlumatı məhkəmə iclası barədə digər təsisçiyə sms bildiriş göndərildikdən sonra olmuşdur. İddiaçı mediasiya barədə təklifi vergi orqanında olan elektron kabinet vasitəsi ilə göndərmişdir. Lakin cavabdehin VÖEN-i həmin müddətdə dayandırılmışdır.
7. Cavabdehin nümayəndəsi 2023-cü il 24 may tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilərək iş üzrə iddianın təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş dir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 may tarixli e-2-2(115)280/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – G.Quliyeva).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı üzərinə götürmüş olduğu öhdəlikləri icra etmiş, xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə cavabdehə 2019-cu il 25 mart tarixdən 2020-ci il 10 yanvar tarixədək elektron qaimələr göndərilmiş və sonuncu tərəfindən elektron qaimələr təsdiq olunmuşdur. Həmçinin iddiaçı cavabdehə 23 ədəd elektron qaimə göndərmiş, bir qaimə üzrə (2020-ci il 10 yanvar tarixli 901574 nömrəli) ödəniş qismən həyata keçirilmiş, yəni 4.470 manatdan 1.536 manat ödənilmiş, 11 ədəd qaimə (2019-cu il 3 avqust tarixli 055408 nömrəli elektron qaiməyə əsasən 1.425,24 manat, 2019-cu il 3 avqust tarixli 053780 nömrəli elektron qaiməyə əsasən 671,20 manat, 2019-cu il 3 avqust tarixli 054218 nömrəli elektron qaiməyə əsasən 673,32 manat, 2019-cu il 16 avqust tarixli 582380 nömrəli elektron qaiməyə əsasən 413,72 manat, 2019-cu il 16 avqust tarixli 582436 nömrəli elektron qaiməyə əsasən 309 manat, 2019-cu il 21 avqust tarixli 782268 nömrəli elektron qaiməyə əsasən 359 manat, 2019-cu il 23 avqust tarixli 888130 nömrəli elektron qaiməyə əsasən 148,92 manat, 2019-cu il 23 avqust tarixli 887932 nömrəli elektron qaiməyə əsasən 376,72 manat, 2019-cu il 12 sentyabr tarixli 738481 nömrəli elektron qaiməyə əsasən 3.219,84 manat, 2019-cu il 12 sentyabr tarixli 740517 nömrəli elektron qaiməyə əsasən 6.135,36 manat, 2020-ci il 7 yanvar tarixli 736505 nömrəli el ektron qaiməyə əsasən 442 manat) üzrə ödəniş edilməmiş, digər 11 qaimə üzrə ödənişlər həyata keçirilmişdir. Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam olaraq yerinə yetirməmiş və sonuncunun iddiaçıya 17.108,32 manat borcu qalmışdır.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə 2019-cu il 1 fevral tarixdə bağlanılmış, xidmətlərin göstərilməsinə dair qaimə 2019-cu il 25 mart tarixdən başlayaraq 2020-ci il 10 yanvar tarixidə daxil olmaqla ötürülmüşdür. İddiaçı müqavilə üzrə ən son qaiməni 2020-ci il 10 yanvar tarixində göndərmiş, cavabdeh isə ödənişi 2020-ci il 27 yanvar tarixində etmişdir. İddiaçı tərəfindən 2022-ci il 24 dekabr tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən 2023-cü il 11 yanvar tarixdə ilkin mediasiya sessiyası nda iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2023-cü il 27 yanvar tarixdə müraciət etmişdir ki, qanunla müəyyən olunmuş 3 illik müddəti ötürülməmişdir.
11. Məhkəmə öz mövqeyini MM-in 372.1, 373.2, 373.3, 377.1, 377.2, 379.4, 379.4-1, 375.2, 385.1, 386.1, 442-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 avqust tarixli 2-2(104)-195/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. (səd rlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – R.Muradov və A.Hüseynzadə).
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, müqavilənin tələblərinə uyğun olaraq iddiaçı cavabdehə göstərilmiş 29.639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərini özündə əks etdirən 32 ədəd elektron qaimə göndərmişdir. Cavabdeh tərəfindən 29.639,76 manat məbləğində mehmanxana xidmətlərinin dəyərindən yalnız 12.531,44 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Müqaviləyə əsasən, göstərilmiş mehmanxana xidmətlərinin 17.108,32 manat məbləği isə cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmiş, iddiaçı tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 17.108,32 manat məbləğ cavabdeh tərəfindən ödənilməmiş və müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur.
15. Müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və iddia müddətinin başlanğıcı 2019-cu il 31 dekabr tarixdən, yəni müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablandığından və iddiaçı mediasiya təşkilatına 2022-ci il 10 dekabr tarixdə müraciət etdiyindən, mediasiya müddətində iddia müddətinin axımı dayandığından və iddiaçı müddəti ötürmədən birinci instansiya məhkəməsinə müraciət etdiyindən birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Cavabdeh göstərilmiş mehmanxana xidmətləri ilə bağlı yaranmış borcun məbləğini yox, iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin buraxıldığını mübahisələndirmişdir. Halbuki məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının müvafiq iddia ilə məhkəməyə iddia müddəti başa çatmamış müraciət etdiyi təsdiq olunmuşdur.
16. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 443.1, 445.1, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 375, 377, 379, 390, 425-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mediasiya təklifi alınmadığından məhkəmənin iddia müddətinin ötürülmədiyinə dair gəldiyi nəticə qanuni olmamış və MM-in 377-ci maddəsi düzgün tətbiq edilməmişdir. 19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2015-ci il 14 iyul tarixli Qərarında göstərilən tələblər pozulmuşdur. Həmin qərarda qeyd olunan hüquqi mövqeyə məhkəmə tərəfindən əməl olunmamışdır. 20. "xxxx" MMC-nin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2018-ci il 11 iyun tarixli Qərarında göstərilən tələblər pozulmuşdur. Qərarda göstərilən hüquqi mövqeyə apellyasiya məhkəməsi tərəfindən riayət edilməmişdir.
21. MPM-in 87.2, 88-ci maddələrinin tələbləri pozulmuşdur. 20 19-cu il 1 fevral tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilənin 3.7-ci bəndinə əsasən “müştəri” çıxdıqdan sonra “icraçı” “sifarişçi”yə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Son hesab və qarşılıqlı hesablaşmaya dair akt təqdim olunmamasına baxmayaraq məhkəmə bu halı nəzərə almadan iddianı əsaslı hesab edərək təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında müqavilə 2019-cu il 1 fevral tarixində bağlanılmış, xidmətlərin göstərilməsinə dair qaimə 2019-cu il 25 mart tarixindən başlayaraq 2020-ci il 10 yanvar daxil olmaqla ötürülmüşdür. İddiaçı müqavilə üzrə ən son qaiməni 2020-ci il 10 yanvar tarixind ə göndərmiş, cavabdeh isə ödənişi 2020-ci il 27 yanvar tarixində etmişdir. İddiaçı tərəfindən 2022-ci il 24 dekabr tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, mediator tərəfindən 2023-cü il 11 yanvar tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2023-cü il 27 yanvar tarixində müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Kassasiya baxışının hədləri
23. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müq avilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Mad də
379. İddia müddəti axımının dayandırılması... 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məs uliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”
26. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh tərəfindən mediasiya təklifi alınmadığından məhkəmənin iddia müddətinin ötürülmədiyinə dair gəldiyi nəticə qanuni olmamışdır.
29. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcud deyildir.
30. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə cavabdehin mehmanxana xidmətləri müqaviləsinə əsasən göstərilən xidmətlərə görə 17108,32 manat borcu ödəmədiyi öz təsdiqini tapmış, cavabdeh tərəfindən isə göstərilmiş mehmanxana xidmətləri ilə bağlı yaranmış borcun məbləği yox, iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət ediməsi üçün iddia müddətinin buraxıldığı mübahisələndirmişdir.
31. Bununla bağlı qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə görə tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayanır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. (MMin 379.1.6, 379.4-1-ci maddələri). 32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
33. MM-in 373.2-ci maddəsinə əsasən isə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırkı halda, iddia müddətinin başlanğıcı 2019-cu il 31 dekabr tarixdən, yəni müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablandığından və iddiaçı mediasiya təşkilatına 2022-ci il 10 dekabr tarixdə müraciət etdiyindən, mediasiya müddətində iddia müddətinin axımı dayandığından iddiaçı tərəfindən məhkəməyə 2023-cü il 27 yanvar tarixdə iddia ərizəsi ilə müraciət olunaraq iddia müddəti ötürülməmiş və aşağı instansiya məhkəmələrinin iddia müddətinin ötürülmədiyinə dair gəldiyi nəticə qanuni olmuşdur.
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edi lməməlidir.
38. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "X1” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 avqust tarixli 2-2(104)-195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.