Məhkəmə qərarları › İş №2-2(102)-420/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-420/2020

28.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-420/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1” MMC-nin cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-2(102)-420/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 28.12.2020 Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünlüyü Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Sevda Hüseynova, iddiaçı “X1” MMC-nin cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna qarşı “bank hesabında qalan vəsaitlərin qaytarılması” tələbinə dair kommersiya işi üzrə iddiaçı “X1” MMC-nin vəki li Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-575/2020 saylı qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “X1” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bankın müflis elan olunduğu ana müvafiq AZ78AMRA******************** saylı avro hesabında olan 1563,45 avro, AZ06AMRA**********524533501 saylı azn hesabında olan 6191,15 azn, AZ98AMRA******************** saylı ABŞ dolları hesabında olan 23.553,36 ABŞ dolları məbləğində pul vəsaitlərinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommer siya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e2-2(113)-1951/2020 saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, əks təqdirdə şikayətin işlər birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e2-2(113)-1951/2020 saylı qərardadı ilə (hakim Zaur Pirverdiyev) şikayət təmin edilməmiş və işlər birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-575/2020 saylı qərardadı ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci inst ansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan kassasiya şikayəti verilə bilər; - 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət t əmin olunmamışsa kassasiya şikayəti qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır; - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qa nunvericiliyin bu tələblərindən göründüyü kimi, hüquqi şəxsin müvafiq şəxsi tərəfindən məhkəmə sənədinin göndərilməsinə dair qəbz imza edildikdən sonra məhkəməyə qaytarıldıqda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin gündən sonra 10 gün müddətində isə qərardaddan kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti müəyyən edilmiş bu müddət ötürülməklə verilmişdirsə, kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən qaytarılmalıdır. İşin 74-cü səhifəsində olan sifarişli məktubun çatdırılmasın dair “xəbərnamədən” göründüyü kimi, qərardad xx xxxxxx 2020-ci il tarixdə iddiaçının ünvanında imza olunmaqla təhvil alınmışdır. Qeyd olunmuş qərardadın göstərilmiş tarixdə alınmasına baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə apellyasiya məhkəməs inə çatdırılması üçün təqdim olunmuşdur. Lakin iddiaçı tərəfindən müddətin buraxılmasına baxmayaraq, onun bərpası barədə vəsatət təqdim olunmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-575/2020 saylı qərardadından iddiaçı “X1” MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci ma ddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar