Məhkəmə qərarları › İş №2-2(102)-422/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-422/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-422/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (Ali Məhkəmənin Mülki Kollegiyası) və Kərimov Səyyad Əli oğlundan (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarş ı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Tovuz Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinə və Cavabdeh2 ASC-yə (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Notariat Ofisi” və “Bank”) qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Notariat Ofisi tərəfindən verilmiş 2023-cü il 22 noyabr tarixli 8İ-21952 nömrəli və 2023-cü il 22 noyabr tarixli 8İ23953 nömrəli icra qeydlərinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Tovuz Rayon Məhkəməsinin 2024-cü il 19 mart tarixli 2(062)-705/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılm ası üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Zaur Hünmətov).

3. İş materiallarına əlavə edilmiş bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021-ci il 8 fevral tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/8178 nömrəli 2021-ci il 19 fevral tarixli razılaşmanın 1-ci hissəsindən görünür ki, iddiaçı ********* nömrəli VÖEN-ə malikdir.

4. Maliyyələşdirmə üzrə ərizədən görünür ki, kreditin məqsədi dövriyyə vəsaitinin artırılmasından ibarətdir.

5. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərə istinadən qeyd etmişdir ki, iş üzrə tərəflər arasında razılaşma (müqavilə) mövcuddur, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdir. Belə olan halda iddia ərizəsi üzrə iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 32.7-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11 və 12-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Gəncə Kommersiya məhkəməsindəki icraat

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 24 may tarixli 2-2(115)-1049/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Məmmədov).

8. Məhkəmə işin faktiki hallarına istinadən qeyd etmişdir ki, Bank ilə fərdi sahibkar iddiaçı arasında kredit müqaviləsi bağlanılmış, kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilmişdir. Borcun tutulması barədə Notariat Ofisi icra qeydləri vermişdir. İddiaçı Notariat Ofisi tərəfindən verilmiş icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində Bank iş üzrə cavabdeh qismində qeyd edilsə də, banka qarşı heç bir tələb yönəlməmiş, iddiaçının tələbi Notariat Ofisi tərəfindən verilmiş icra qeydlərinin etibarsız hesab edilməsindən ibarətdir. Mübahisənin subyekti olan iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, Notariat Ofisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəx s statusuna malik deyildir. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının 11, 12 və 26-cı bəndlərinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsa s məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstə rilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılm ası üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyat a keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıl dığı halı aid etmək olar....” 12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Bənd

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcə llənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin....”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaq ədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” Ali Məhkəmənin mövqeyi

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

16. MPM-in 24.2, və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

17. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, mübah isənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır. 18. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrini n tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak kredit i üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

19. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibk arlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

20. İddia ərizəsindən görünür ki, tələb xüsusi notariusun icra qeydlərinin etibarsız hesab edilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdehlərdən Notariat Ofisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir.

21. Bu baxımdan qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə subyektiv tərkib baxımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir.

22. Bundan başqa “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 8-ci bəndi ilə notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyənləşdirilmişdir.

23. Bu isə ona dəlalət edir ki, mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir.

24. Digər tərəfdən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusi yyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.

25. Bu baxımdan qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırki işə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

26. Beləliklə, qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydlərinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar