Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-423/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli 2-2(103)-350/2023 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC(bundan sonra-“iddiaçı”) 2022-ci il 7 dekabr tarixində Cavabdeh MMCyə(bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 236.458,76 manat məbləğində zərərin və ödənilmiş 127 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli, e-2-2(113)-489/2023 saylı qərardadı ilə hazırkı iş üzrə icraata xitam verilmişdir (hakim Ü.Həsənova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 22(103)-350/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şik ayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər- A.Hüseyn və R.Qurbanov).
4. Həmin qərardad 2023-cü il 10 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, həmçinin iddiaçı tərəfin elektron poçt ünvanına göndərilmişdir.
5. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 22 may tarixində Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin buraxılmasının üzürlü hesab edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Sergio Purin uzun müddət ərzində Azərbaycan Resp ublikasından kənarda Tbilisi şəhərində ezamiyyətdə olmuş və hal-hazıra kimi də Tbilisi şəhərindədir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli 22(103)-350/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməmiş, kassasiya şikayəti qaytarılmışdır(sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).
8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli, 2-2 (103)-350/2023 nömrəli qərardadı 2023-cü il 10 mart tarixində iddiaçının nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yüklənmiş, qərardaddan kas sasiya şikayəti vermə müddəti 2023-cü il 27 mart tarixində bitmişdir.
9. İddiaçının ərizəsində qeyd edilmiş hallar (qanuni təmsilçinin uzun müddət ölkə xaricində olması) prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, qanuni təmsilçi ölkə xaricinə gedərkən, olmadığı müddət ərzində sənədləri onun əvəzinə imzalamaq səlahiyyətini hüquqi şəxsin digər vəzifəli şəxsinə həvalə edə bilərdi. Bundan əlavə ərizəyə bu halı təsdiq edən hər hansı sübut əlavə edilməmişdir.
10. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, iddiaçının ərizə ilə birgə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Belə olan halda hətta buraxılmış prosessual müddət bərpa edilsə belə kassasiya şikayətinə qanunda nəzərdə tutulmuş sə nəd əlavə edilmədiyindən şikayət qaytarılmalıdır.
11. Məhkəmə qərardadını MPM-in 133.1, 133.3, 407.4, 408.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 19 iyun tarixində kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və Bakı Kommersiya məhkəməsində iş üzrə icraatın bərpa olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
13. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsi pozulmuşdur- həmin maddəyə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı MMCnin direktoru uzun müddət ərzində Azərbaycan Respublikasından kənarda Tbilisi şəhərində ezamiy yətdə olmuş və hal-hazıra kimi də Tbilisi şəhərindədir. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün zəruri vəkil orderinin vaxtında rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı MMC-nin uzun müddət (bir neçə il) ərzində fəaliyyətinin olmadığı səbəbindən qanuni təmsilçisi (direktoru) Sergio Purindən başqa işçisi yoxdur və elə bu səbəbdən sənədləri onun əvəzinə imzalamaq səlahiyyətini iddiaçı MMC-nin digər vəzifəli şəxsinə həvalə etmək mümkün olmamışdır. Prosessual müddət buna görə buraxıldığından bu səbəbin üzürlü sayılması mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
15. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri). Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.... 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqd im edilməli və s.)....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
19. İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı MMC-nin direktoru uzun müddət ərzində Azərbaycan Respublikasından kənarda Tbilisi şəhərində ezamiyyətdə olmuş və hal-hazıra kimi də Tbilisi şəhərindədir.
20. İddiaçının ötürülmüş müddətin bərpası haqqında vəsatətinin analoji dəlilinə qiymət verərkən apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, qanuni təmsilçinin uzun müddət ölkə xaricində olması prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, qanuni təmsilçi ölkə xaricinə gedərkən, olmadığı müddət ərzində sənədləri onun əvəzinə imzalamaq səlahiyyətini hüquqi şəxsin digər vəzifəli şəxsinə həvalə edə bilərdi. Bundan əlavə ərizəyə bu halı təsdiq edən hər hansı sübut əlavə edilməmişdir.
21. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı MMC-nin qanuni təmsilçisi (direktoru) Sergio Purindən başqa işçisinin olmamasına dair sübutlar, apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır.
22. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilinə qiymət verərkən onu da nəzərə alır ki, iddiaçı tərəfindən 2022-ci il 12 avqust tarixində, 6 il müddətinə hazırki kassasiya şikayətini imzalayan vəkilə etibarnamə verilmiş, etibarnamədə məhkəmə aktlarından şikayət vermək səlahiyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 1 mart tarixində qəbul etdiyi qərardadından, iddiaçının nümayəndəsinin şikayət vermək imkanı olmuşdur.
23. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilava sitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı).
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan pro sessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Gəlinən nəticə MPM-nin 133-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olduğundan qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edlməməlidir.
25. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 7 iyun tarixli, 2-2(103)-350/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov İ.Ə.Şəfiyev