Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-424/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, tutmanın ipoteka predmetinə yönəldilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə pulun tutulması, borc un ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 mart tarixli 2-2(103)-31/2024 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 2019-cu il 31 yanvar tarixli 110085-1-31884 nömrəli; 2019-cu il 10 sentyabr tarixli 271874-1-35031 nömrəli və 2019-cu il 29 noyabr tarixli 271874-1-36162 nömrəli kommersiya kredit müqavilələrindən (bundan sonra birlikdə - “kredit müqavilələri”) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 müqavilələrdə və razılaşmalarda müəyyən edilmiş şərtlərlə cəmi 85.000 manat (2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 75.000 manat, 201 9-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 7.500 manat və 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 6.000 manat) kredit verilmişdir.
2. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 2019-cu il 31 yanvar tarixli 110085-NEDVİJ-4603 nömrəli, 2019-cu il 10 sentyabr tarixli 110085-NEDVİJ-4603/2 nömrəli və 2019-cu il 29 noyabr tarixli 110085-NEDVİJ-4603/3 nömrəli daşınmaz əmlakın sonrakı ipotekası müqavilələrinə (bundan sonra birlikdə “ipoteka müqavilələri”) və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi barədə 2020ci il 24 aprel tarixli 1 nömrəli əlavə razılaşmalara əsasən: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 ap rel tarixli 1 nömrəli; - 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli; - 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli əlavə razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32 a nömrəli evin 62 nömrəli mənzili (bundan sonra – “ipoteka predmeti”) ipoteka ilə yüklü edilmişdir. 3. 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsinə əsasən həmin hesaba 2019-cu il 31 yanvar tarixində 75.000 manat pul daxil olmuş, sonuncu ödəniş tarixi 2021-ci il 5 yanvar olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir (Cavab deh1 2019-cu il 31 yanvar - 2022-ci il 20 may dövrlərini əhatə edən 2022-ci il 20 may tarixli bank hesabı çıxarışı). 4. 2019-cu il 10 sentyabr tarixli və 2019-cu il 29 noyabr tarixli kredit müqavilələrinə əsasən həmin hesaba müvafiq olaraq 2019-cu il 10 sentyabr tarixində 7.500 manat və 2019-cu il 29 noyabr tarixində 6.000 manat pul daxil olmuş, sonuncu ödəniş tarixi 2020-ci il 10 dekabr olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir (Cavabdeh1 2019-cu il 10 sentyabr - 2022-ci il 20 may dövrlərini əhatə edən 2022-ci il 20 may tarixli bank hesabı çıxarış).
5. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 2021-ci il 26 may tarixli pretenziya məktubundan görünür ki, 2021-ci il 25 may tarixinə 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 50.652,18 manat əsas borc, 10.040,18 manat faiz b orcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 60.692,36 manat; 2021-ci il 25 may tarixinə 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 6.324,03 manat əsas borc, 1.285,46 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 7.609.49 manat; 2021-ci il 25 may tarixinə 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 5.475,12 manat əsas borc, 1.128,85 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 6.603,97 manat borcun yarandığı bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 10 aprel tarixində Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli razılaşmasına əsasən 2022-ci il 19 yanvar tarixinə iddiaçıya borclu olduğu 50.652,18 manat əsas borc, 15.080,07 manat faiz borcu olmaqla, ümumilikdə isə 65.732,25 manat pul; - 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli razılaşmasına əsasən 2022-ci il 19 yanvar tarixinə iddiaçıya borclu olduğu 6.324,03 manat əsas borc, 1.914,70 manat faiz borcu olmaqla, ümumilikdə 8.238,73 manat pul; - 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli razılaşmasına əsasən 2022-ci il 19 yanvar tarixinə iddiaçıya borclu olduğu 5.475,12 manat əsas borc, 1.673,62 manat faiz üzrə borcu olmaqla, ümumilikdə 7.148,74 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 270 manat dövlət rüsumu və 400 manat mediasiya xərcinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması; - ipoteka predmetinin ilkin satış qiymətini 110.000 manat müəyyən olunmaqla Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü (qeydiyyatda olan Cavabdeh2) yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin ş əxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqavilələri, əlavə və razılaşmalar bağlanmış, Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə iddiaçıya ümumilikdə 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 65.732,25 manat, 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 8.238,73 manat, 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 7.148,74 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Cavabdeh1 xəbərdarlıq ed ilməsinə baxmayaraq, bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra olunmamışdır. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ mövcuddur.
8. Cavabdeh1 "xxxx" MMC-nin 2022-ci il 7 oktyabr tarixli 02-134/22 nömrəli mütəxəssis rəyini məhkəməyə təqdim etmiş və həmin rəydə göstərilmişdir ki, ipoteka predmeti olan mənzil 10 mərtəbəli, leninqrad layihəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, yaxşı təmirlidir, çıxarışa əsasən 5 otaqlıdır, faktiki 2 otaq birləşdirilərək 4 otağa düzəlib və mənzilin mövcud vəziyyəti, yerləşdiyi ər azi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla, mənzilin 2022-ci il 7 oktyabr tarixinə hazırki bazar dəyəri 231.000 manat, likvid dəyəri 220.000 manat təşkil edir.
9. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 10 avqust tarixli 9/5449 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Cavabdeh1 2022-ci il 19 yanvar tarixinə (maliyyə arayışının verildiyi tarixə) 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli əlavə razılaşma üzrə əsas kredit borcu 50.652,18 manat, faiz borcu 14.808,44 manat; - 2019-cu il 10 sentyabr tarixli kredit müqa viləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli əlavə razılaşma üzrə əsas kredit borcu 6.324,03 manat, faiz borcu 1.879,81 manat; - 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli əlavə razılaşma üzrə əsas kredit borcu 5.475,12 manat, faiz borcu 1.645,95 manat müəyyən edilir.
10. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC-nin 2022-ci il 5 sentyabr tarixli LP-119/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki, ipoteka predmeti olan mənzilin çıxarışa əsasən 58,03 m2 yaşayış sahəsi nəzərə alınaraq real bazar qiyməti 148.000 manat, likvid qiyməti 140.000 manat, mənzilin faktiki ölçüsü (ümumi sahəsi 132 m2) nəzərə alınaraq real bazar qiyməti 187.000 manat, likvid qiyməti 173.000 manat təşkil edir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 aprel tarixli e-2-2(113)-86/2023 nömrəli qərardadı ilə “əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmiş (hakim – L.Əliyeva), həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(102)-632/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 aprel tarixli e-2-2(113)-86/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - Cavabdeh1 2019-cu il 31 yanvar tarixli k redit müqaviləsi üzrə 2022-ci il 19 yanvar tarixinə olan 50.652,18 manat əsas borc, 14.808,44 manat faiz borcu, cəmi 65.460,62 manat; - 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 2022-ci il 19 yanvar tarixinə olan 6.324,03 manat əsas borc, 1.879,71 manat faiz borcu, cəmi 8.203,74 manat; - 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 2022-ci il 19 yanvar tarixinə olan 5.475,12 manat əsas borc, 1.645,95 manat faiz borcu, cəmi 7.121,07 manat pul olmaqla, ümumilikdə 80.785,43 manat pulun, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 270 manat və mediasiya xərclərinin əvəzi olaraq 400 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 173.000 manat müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
13. Məhkəmə iddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli kredit müqavilələri və əlavə razılaşmalar üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı nı təşkil etdiyindən, həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 10 avqust tarixli 9/5449 nömrəli rəy verilmişdir. Hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmamış və həmin rəy iş üzrə sübut qismində qəbul edilmişdir.
14. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka predmetinin ipoteka ilə yüklü edildiyi müəyyən olunmuşdur. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiyməti və likvid dəyərinin (bax yuxarıda § 10) müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
15. Cavabdeh1 tərəfindən is ə məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin qiymətləndirmə rəyi elektron işə əlavə edilməmişdir. Belə olan halda qanunvericiliyin tələbləri nəzərə alınaraq, həmin sənəd məhkəmə tərəfindən sübut qismində nəzərə alınmamışdır. Digər tərəfdən, həmin rəy tərəflərdən birinin - cavabdehin sifarişinə əsasən verildiyindən ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən alınmış "xxxx" MMC-nin qiymətləndirmə rəyi əsasında müəyyən edilməsi daha ədalətli və məqsədəmüvafiq olmuşdur.
16. Məhkəmə ilkin satış qiymətinin ipoteka predmeti olan mənzilin çıxarışda qeyd olunmuş sahəsi və ya faktiki sahəsinə əsasən müəyyən edilməli olması məsələsinə münasibətdə qeyd etmişdir ki, ilk növbədə məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mübahisəli mənzilin yalnız yaşayış sahə sinin qeyd olunduğunu, mənzilin yardımçı və ümumi sahəsinin isə qeyd edilmədiyini vurğulayaraq, həmin çıxarışda göstərilmiş sahə əsas götürməklə cavabdeh tərəfindən mənzilin ümumi sahəsinin artırılması, eləcə də artırmanın həcmi barədə əsaslı nəticəyə gəlməyin qeyrimümkün olduğunu bildirmişdir.”
17. Digər tərəfdən, mənzilin ümumi sahəsinin artırılması ehtimal edilsə belə, həmin artırma tutma yönəldilərək hərracda satılacaq mənzillə vahid əmlak təşkil edir və mənzilin həmin artırmadan ayrı şəkildə satılması qeyri-mümkündür. Odur ki, məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin həmin mənzilin faktiki sahəsi nəzərə alınmaqla müəyyən edilməsi qənaətinə gəlmişdir. Qeyd olunanları halları və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə "xxxx" MMC-nin ipoteka predmetinin f aktiki sahəsini nəzərə almaqla (ümumi sahəsi 132 m2) müəyyən etdiyi likvid dəyərinin (173.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən olunmasını məqsədə müvafiq hesab etmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 41.1 və 47.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9, 34.1.1 və 39.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələs inə dair” 2020-ci il 20 iyul tarixli qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun “ipoteka predmetinin ilkin satış qiymətinin 173.000 manat məbləğində müəyyən edilməsi hissəsində” dəyişdirilməsini, həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsini və yeni müstəqil qiymətləndiricinin rəyi əsasında ilkin satış qiymətinin (likvid dəyəri) çıxarışa əsasən müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Apellyasiya məh kəməsi tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 5 fevral tarixli 3-16-16/2-10/7189-9/7274 nömrəli ekspert rəyində göstərilmişdir ki, ipoteka predmetinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 292.000 manat, 10 % azalma əmsalı tətbiq etməklə həmin mənzilin likvid dəyəri təqribən 262.000 manat müəyyən edilir.
22. Apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 oktyabr tarixli 9/7312 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitləri nə dair cari hesabdan çıxarış məlumatları, 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələrin edilməsi barədə 2020ci il 24 aprel tarixli 1 nömrəli “əlavə razılaşma”nın şərtlərinə müvafiq olaraq Cavabdeh1 iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: 2021-ci il 1 iyun tarixinə (sualda qeyd olunan tarixə): əsas borc üzrə 50.652,18 manat, faiz borcu üzrə 9.034,09 manat. 2022-ci il 19 yanvar tarixinə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 50.652,18 manat, faiz borcu üzrə 14.808,44 manat. 2022-ci il 26 fevral tarixinə (sualda qeyd olunan tarixə): əsas borc üzrə 50.652,18 manat, faiz borcu üzrə 15.745,50 manat. - 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödən ilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları, 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələrin edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli “əlavə razılaşma”nın şərtlərinə müvafiq olaraq Cavabdeh1 iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: 2021-ci il 1 iyun tarixinə (sualda qeyd olunan tarixə): əsas borc üzrə 6.324.03 manat, faiz borcu üzrə 1.158.87 manat. 2022-ci il 19 yanvar tarixinə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 6.324,03 manat, faiz borcu üzrə 1.879,81 manat. 2022-ci il 26 fevral tarixinə (sualda qeyd olunan tarixə): əsas borc üzrə 6.324,03 manat, faiz borcu üzrə 1.996,80 manat. - 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəf indən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları, 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələrin edilməsi barədə 2020-ci il 24 aprel tarixli 1 nömrəli “əlavə razılaşma”nın şərtlərinə müvafiq olaraq Cavabdeh1 iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: 2021-ci il 1 iyun tarixinə (sualda qeyd olunan tarixə): əsas borc üzrə 5.475,12 manat, faiz borcu üzrə 1.021,79 manat. 2022-ci il 19 yanvar tarixinə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 5.475,12 manat, faiz borcu üzrə 1.645,95 manat. 2022-ci il 26 fevral tarixinə (sualda qeyd olunan tarixə): əsas borc üzrə 5.475,12 manat, faiz borcu üzrə 1.747,24 manat.
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 mart tarixli 2-2(103)-31/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya instansiya məhkəməsinin qətnaməsi “faiz, cəmi, ümumilikdə borcun tutulması və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində dəyişdirilərək: - iddiaçının xeyrinə tutulmalı faiz borcunun 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 9.034,09 manat, cəmi borcun 59.686,27 manat; 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 1.158,87 manat, cəmi borcun 7.482,9 manat; 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 1.021,79 manat, cəmi borcun 6.496,91 manat, ümumilikdə 73.666,08 manat müəyyən olunması və tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin 262.000 manat müəyyən olunması qət edilmiş; - qətnamə qala n mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, 250 manat ekspertiza xərcinin Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etməklə düzgün nəticəyə gəlmişdir.
25. Faiz borcu məbləğinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 2021-ci il 26 may tarixli pretenziya məktubu göndərməklə kredit müqavilələri üzrə öhdəliklərin vaxtından əvvəl icra olunmasına və belə olan halda mübahisəli kredit müqavilələrinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişd ir.
26. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan, kollegiya mübahisəli kredit müqavilələri üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun 2021-ci il 1 iyun tarixinə olan faiz borcu əsas götürülməklə 2023-cü il 18 oktyabr tarixli ekspert rəyində göstərilmiş məbləğlərdə müəyyən edilməsi qənaətinə gəlmişdir.
27. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 5 fevral tarixli 3-16-16/210/7189-9/7274 nömrəli ekspert rəyində müəyyən olunan halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmadığından, məhkəmə kollegiyası sözügedən ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.
28. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi, ekspert rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin 262.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 280, 293.2, 385.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9 və 39.3.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına, MPM-in 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən - “kredit müqavilələri üzrə kredit borcu məbləğinin, habelə ipoteka predmetinin likvid dəyərinin müəyyən olunması” hissələrində ləğv edilərək, təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
32. MM-in 385.1-ci maddəsi üzrə - Kredit müqavilələrinin şərtlərinə əsasən, borclu kredit vəsaitindən istifadə edilmə sinə görə ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu borcu vaxtında və lazımi miqdarda ödəmədiyi üçün müqavilə şərtləri pozulmuş, iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İddiaçı məhkəməyə müraciət etdikdə ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmədiyi üçün gecikdirilmiş günlər üzrə əsas, faiz və cərimə borcu hesablanmışdır. Məhkəmə isə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən əsas, faiz və cərimə borcunu nəzərə almayaraq, ekspert rəyini əsas götürmüşdür.
33. MM-in 460.1 və 462.1-ci maddələri üzrə - Kredit müqavilələrinin 9.2-ci bəndinə əsasən gecikdirilmiş borc üzrə hər tam və ya natamam 100 manat üçün 2 manat cərimə borcu hesablanmışdır. Beləliklə də iddiaçının təqdim etdiyi m aliyyə arayışına əsasən hər müqavilə üzrə cərimə borcu hesablanmışdır. İşə əlavə edilmiş ekspert rəyindən də göründüyü kimi, rəydə cərimə borcu və onun miqdarına münasibət bildirilməmiş, nəticədə ümumi borcun hesablanmasında yanlışlığa yol verilmişdir. 34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsi üzrə - Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka müqavilələri bağlanılmaqla həmin əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 110.000 manat dəyərində qiymətləndirilmiş, ipoteka qoyan və ipoteka saxlayan ipoteka predmetinin 110.000 manat dəyərində olan qiymətinin onun ilkin satış qiyməti olmasını qəbul etmişlər.
35. MPM-in 88 və 103.1-ci maddələri üzrə - Məhkəmə iş materiallarını hərtərəfli araşdırmadan, yəni tərəflər arasında bağlanmış müqavilə şərtlərinə fikir vermədən ekspert rəyini mötəbər sübut olaraq qəbul etmiş və ekspertin yanlış hesablaması nəticəsində borcludan tutulmalı olan məbləğ barədə yanlış nəticəyə gəlmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş maliyyə arayışlarına əsasən Cavabdeh1 borcu aşağıdakı kimidir: 2019-cu il 31 yanvar tarixli kredit müqaviləsi üzrə 50.652,18 manat əsas, 15.080,07 manat faiz, cəmi 65.732,25 manat; 2019-cu il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 6.324,03 manat əsas, 1914.7 manat faiz, cəmi 8.238,73 manat; 2019-cu il 29 noyabr tarixli kredit müqaviləsi üzrə 5.475,12 manat əsas, 1.673,62 manat faiz, cəmi 7.148,74 manat. 36. 2019-ci il 31 yanvar tarixli kredit müqaviləsinə əsasən alınmış kredit vəsaitinə ödənilməli olan faizin həcmi ödəniş cəd vəlinə əsasən və ekspert rəyində qeyd olunduğu kimi 22.486,26 manat təşkil edir. 2019-cu il 6 fevral tarixində isə müştəri müraciəti və bankın daxili protokoluna əsasən kredit qrafikində ödəniş tarixi hər ayın 10-na keçirilmiş, bundan sonra ödənilməli olan faizin həcmi 23.043,38 manat təşkil etmişdir. Bu barədə ekspert rəyində heç bir qeyd mövcud deyil.
37. Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 18 oktyabr tarixli 9/7312 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində faiz borcu hissələrində hesablamalar düzgün aparılmamış və nəticədə ekspert yanlış nəticəyə gəlmişdir. Həmin ekspert rəyinin kredit borcunun hesablanmasında ziddiyyətli olduğu və məhkəmə-mühasibatlıq ekspertizası rəyinin bu növ işlər üçün mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla kredit borcunun hesablanması üzrə əl avə və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir.
38. MPM-in 63.2-ci maddəsi üzrə - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2024cü il 5 fevral tarixli 3-16-16/2-10/7189-9/7274 nömrəli ekspert rəyini nəzərdən keçirərkən aydın olur ki, ipoteka predmeti olan mənzilin dəyərini müəyyən etmək üçün müqayisəli metoddan istifadə edilmişdir. Belə ki, həmin mənzil ilə eyni ünvanda yerləşən analoji mənzillərin bazar dəyəri əsas götürülməklə orta bazar qiyməti tapılmışdır. Həmin analoji mənzillərin orta bazar qiymətlərinə uyğun olaraq 1 m2 dəyəri çıxarılmış və sözügedən 1 m2 dəyərinin ipoteka predmetinin sahəsinə vurmaqla yekun məbləğ müəyyən olunmuşdur. Bu metodla hesablama apararkən ipoteka predmeti olan mənzilin sahəsi 130.3 m2 olaraq hesablanmışdır. Halbuki, həmin yaşayış sahəsinə dair dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən mənzilin ümumi sahəsi ümumiyyətlə göstərilməmiş, yaşayış sahəsi isə 58.03 m2 olaraq qeyd edilmişdir. İş materiallarında olan 83 nömrəli MKİS tərəfindən verilmiş arayışa əsasən isə mənzilin artırmaları ilə birlikdə sahəsi 76.89 m2 olaraq göstərilmişdir. Göründüyü kimi, ipoteka predmeti olan mənzilin real sahəsi 76.89 m2-dən çox ola bilməz. Ekspert isə əsassız olaraq sahəni 130.3 m2 olaraq nəzərə almışdır. Nəticədə isə sözügedən mənzilin həm orta bazar qiymətlərinə uyğun ümumi dəyəri, həm də likvid dəyəri qat-qat çox hesablanmışdır. Əmlakın qiymətinin həddindən artıq şişirdilməsi səbəbindən gələcəkdə keçiriləcək açıq hərracın alıcı tapılmaması nəticəsində baş tutmaması ilə yekunlaşmasına gətirib çıxaracaq. Yekunda həm kreditor, həm də ipoteka saxlayanın olaraq tələbləri ödənilməmiş qalacaqdır. Odur ki, işdəki ekspertiza rəyi mötəbər sübut olaraq qəbul edilə bilməz, mübahisənin düzgün və ədalətli həlli üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı idi. b) Cavabdeh1 kassasiya şikayətinin dəlilləri
39. Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125 və 127-ci maddələri üzrə - Cavabdeh1 yuxarıda qeyd edilən konstitusion hüquqları pozulmuş və qəbul olunmuş məhkəmə qətnaməsi ilə əsassız olaraq maddi məhrumiyyətlərə məruz qalmışdır.
40. Cavabdeh1 Konstitusiyanın 125-ci maddəsi üzrə həmçinin qeyd edir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının rəyi tam əsassız olduğundan iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməli olduğu halda təyin edilməmiş, nəticədə cavabdehlərin kredi t müqaviləsinə əsasən nə qədər qalıq borclarının qalması ədalətli şəkildə aydınlaşdırılmamış, həmçinin mənzilin dəyəri dəqiq müəyyən olunmamışdır.
41. MM-in 422.1-ci maddəsi üzrə - Məhkəmə tərəfindən qeyd olunun maddi hüquq norması tətbiq edilməmiş və nəticədə cavabdehlərin mülkiyyət hüquqları pozulmuş, icrası mümkün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, koronavirus infeksiyası ilə əlaqədar yaranmış ümumi vəziyyətlə bağlı olaraq cavabdehlər tərəfindən öhdəliklərin icra edilməsində müəyyən çətinliklər yaranmışdır. Tərəflər bu halın baş verəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, ümumiyyətlə müqavilə bağlamazdılar.
42. MPM-in 2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin hüquq və mənafeləri təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, nəticədə mülk iyyət hüquqlarını pozan əsassız qətnamə qəbul olunmuşdur. Bu da özlüyündə mülki məhkəmə icraatının vəzifələrinin, qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsi, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə olunmasına rəvac verməsi prinsipinə ziddir.
43. MPM-in 88 və 102-ci maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, nəticədə isə cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur.
44. MPM-in 103.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması pozulmuş və tətbiq edilməmiş, nəticədə isə cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi ekspert rəyində mənzilin likvid və bazar dəyərləri arasın da kəskin fərq olmasına baxmayaraq, məhkəmə bununla bağlı əlavə və yaxud təkrar ekspertizanın keçirilməsi imkanlarını nəzərdən keçirtmədən göstərilən ziddiyyətlərə və digər xüsusatlara heç bir hüquqi qiymət verməmişdir. Bu isə məhkəmə qətnaməsinin qüvvədə qalacağı halda cavabdehlərin mülkiyyət hüquqlarının pozulacağını göstərir.
45. MPM-in 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, nəticədə cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur.
46. MPM-in 372-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən prosessual normaların tələbləri də pozulmuş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
47. Apellyasiya məhkəməsi pretenziya məktubu göndərildiyi tarixi, yəni 202 1-ci il 26 may tarixini deyil, 2021-ci il 1 iyun tarixini kredit müqaviləsinə birtərəfli qaydada xitam verilməsi tarixi kimi qəbul etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 oktyabr tarixli 9/7312 nömrəli ekspert rəyində müəyyən edilmiş 2021-ci il 1 iyun tarixinə olan faiz borclarını əsas götürməklə qətnaməni əsaslandırmışdır. Hazırki halda kredit müqavilələri üzrə 2021-ci il 26 may tarixinə olan faiz borcları əsas götürülməklə ədalətli qətnamə qəbul edilməlidir.
48. Apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 262.000 manat müəyyən edilməsi hissəsində ədalətsizdir. Məlum olduğu kimi, Bakı şəhərində mənzillərə tələb təklifdən daha çox olduğundan mənzillərin likvid dəyərinə adətən bazar dəyərinin ən çoxu 3-5 faizi miqdarında azalma əmsalı tətbiq olunur. Yəni hazırki halda ekspert tərəfindən ipoteka predmetinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 292.000 manat müəyyən edilməsi nəzərə alındıqda və həmin qiymətə 5 % azalma əmsalı tətbiq edildikdə mənzilin likvid dəyəri təqribən 277.400 manat olardı. Göründüyü kimi, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 262.000 manat deyil, 277.400 manat müəyyən edilməklə ədalətli qətnamə qəbul olunmalıdır.
49. Bundan başqa, koronavirus infeksiyasının bütün dünyada sürətlə yayılması ilə əlaqədar olaraq dövlətlərin əksəriyyəti ciddi tədbirlər görmüş, dövlətlər arasında hava və quru sərhədləri bağlanmış və ticarət əlaqələri məhdudlaşdırılmışdır. Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olunmuş, insanların hərəkəti məhdudlaşdırılmış və əksər müəssisələrin fəaliyyəti m üvəqqəti dayandırılmışdır. Xüsusi karantin rejimi çərçivəsində görülən tədbirlər nəticəsində yaranmış ümumi vəziyyətlə bağlı olaraq cavabdehlər tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə bağlı müəyyən çətinliklər yaranmışdır. Bu halın baş verəcəyini isə cavabdehlər ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, ümumiyyətlə müqaviləni bağlamazdılar. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxla nılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
53. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
280. Girov müqaviləsi 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra m üddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.” “Maddə
293. Girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrası və girov qoyulmuş əmlaka tutmanın yönəldilməsi... 293.2. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilm əməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytar mağı öhdəsinə götürür (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür). 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (2023-cü il 24 fevral tarixli 822-V İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər)....” 54. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ip oteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” 55. “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdi rilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb mü qavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İ kitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənil məsini tələb etmək hüququna malikdir.”
56. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol ve rilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə ondan ibarətdir ki, məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən əsas, faiz və cərimə borcunu nəzərə almayaraq ekspert rəyini əsas götürmüş, ekspert rəyində faiz borcu üzrə hesablamalar düzgün aparılmamış, hər müqavilə üzrə cərimə borcu hesablansa da, rəydə cərimə borcuna münasibət bildirilməmiş və nəticədə ümumi borcun hesablanmasında yanlışlığa yol verilmiş, ipoteka predmeti olan mənzilin real sahəsi 76.89 m2-dən çox olmasa da, ekspert əsassız olaraq sahəni 130.3 m2 olaraq nəzərə almış, məhkəmə tərəfindən isə təkrar məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilməmişdir.
59. C avabdeh də kassasiya şikayətində məhkəmə tərəfindən qalıq borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəlinmiş nəticəni mübahisələndirərək, təkrar məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının təyin edilməməsinə istinad etmişdir. Cavabdeh həmçinin koronovirus pandemiyası ilə əlaqədar müqavilə üzrə ödənişlərin edilməsində çətinliklər yaranmasının məhkəmələr tərəfindən nəzərə alınmadığını bildirmişdir.
60. Məhkəmə kollegiyası kassatorların qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
61. Belə ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 oktyabr tarixli rəyi alı nmış, apellyasiya instansiyası məhkəməsi iddiaçının yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq, mübahisəli kredit müqavilələri üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun 2021-ci il 1 iyun tarixinə olan faiz borcu əsas götürülməklə həmin ekspert rəyində göstərilmiş məbləğlərdə müəyyən edilməsi qənaətinə gəlmişdir. İddiaçının kassasiya şikayətində istinad etdiyi maliyyə arayışlarında qeyd edilən məbləğlər isə 2022-ci il 19 yanvar tarixinə hesablanmış məbləğlər olmuşdur. Bundan başqa, iddiaçı cavabdehə cərimə borcunun hesablanmasına istinad etsə də, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 26 mat tarixli pretenziya məktubunda, eləcə də iddiaçının istinad etdiyi maliyyə arayışların da cavabdehə mübahisəli kredit müqavilələri üzrə hesablanmış cərimə borcunun məbləği 0 manat olmuşdur.
62. İddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin mənzilin çıxarışda qeyd olunmuş sahəsinə əsasən müəyyən edilməli olması ilə bağlı dəlilini aşağı instansiya məhkəmələrində də bildirmiş, məhkəmələr həmin əmlakın artırılan hissələrinin mənzillə vahid əmlak təşkil etdiyi və mənzilin həmin artırmadan ayrı şəkildə satılmasının qeyri- mümkün olduğu qənaətinə gələrək, mənzilin ilkin satış qiymətinin həmin mənzilin faktiki sahəsi nəzərə alınmaqla müəyyən edilməli olduğunu hesab etmişlər. İddiaçı isə hazırkı kassasiya şikayətində məhkəmələrin həmin mövqeyini təkzib edən tutarlı dəlillərə istinad etməmişdir. Bundan başqa, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş məhkəmə əmtəəşünaslı q ekspertizasının müvafiq rəyinə əsasən ipoteka predmeti olan mənzilin ümumi sahəsi 130,3 kv.m müəyyən olunmuş, habelə iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş rəydə də ipoteka predmetinin faktiki sahəsi 132 m2 müəyyən edilmişdir.
63. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən ekspert rəyləri digər sübutlarla yanaşı qiymətləndirilərək, ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməsinə dair nəticə əsaslandırılmış, kassatorlar isə hazırkı şikayətlərində məhkəmənin həmin mövqeyini təkzib edən dəlillərə istinad etməmişlər.
64. Cavabdehin koronovirus pandemiyası ilə əlaqədar müqavilə öhdəliklərinin icra edilməməsinə dair dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmı ş müqavilə şərtlərinə əsasən fors-major halını qeyd edən tərəf dərhal bu barədə qarşı tərəfi yazılı surətdə məlumatlandırmalı olsa da (müqavilənin 10-cu bəndi), iş materiallarından cavabdehin iddiaçıya belə bir müraciət etməsi müəyyən olunmur.
65. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının və cavabdehin kassasiya şikayətlərində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şi kayətləri isə əsassız olduğundan təmin edilməməlidir.
66. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 mart tarixli 22(103)-31/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.