Məhkəmə qərarları › İş №2-2(102)-425/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-425/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-425/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 mart tarixli, 2-2(103)-287/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsinə əsasən, bank borc alana 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 800.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsinə əsasən, bank borc alana 10 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 428.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüş, müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. 3. 2021-ci il 30 iyun tarixli, **********550 saylı maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin 2009-cu il 6 may tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2021-ci il 24 iyun tarixinə əsas borcu 402.094,48 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 85.193,30 manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 63.500,20 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 227.141,95 manat olmaqla, cəmi 777.929,93 manat təşkil edir. 4. 2021-ci il 30 iyun tarixli, **********553 saylı maliyyə aray ışına əsasən, Cavabdeh MMC-nin 2009-cu il 6 fevral tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24 iyun 2021-ci il tarixinə əsas borcu 500.000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 83.546,74 manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 100.818,39 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 288.592,64 manat olmaqla, cəmi 972.957,77 manat təşkil edir.

5. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 2021-ci il 1 iyul və 2021-ci il 2 iyul tarixli məktublarla borc məbləğlərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. 6. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-ci il 17 dekabr tarixli arayışdan görünür ki, Cavabdeh sessiyanın tarixi, saatı və yeri barədə m əlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500.000 manat əsas, 83.546,74 manat faiz, 100.818,39 manat cərimə, 288.592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 449.1-ci maddəsinə uyğun olaraq hesablanmaqla, cəmi 972.957,77 manat məbləğində kredit borcu, 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402.094 manat əsas, 85.193,30 manat faiz, 63.500,20 manat cərimə, 227.141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra MM-in 449.1-ci maddəsinə uyğun olaraq hesablanmaqla, cəmi 777.929,93 manat kredit borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 1.266 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə 800.000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehin banka ödənilməmiş 500.000 manat əsas, 83.546,74 manat faiz, 100.818,39 manat cərimə, 288.592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 972.957,77 manat borcu mövcud olmuşdur.

9. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2009-cu il 6 may tarixli, 119 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 428.000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, borcalan bankdan aldığı krediti və ona he sablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehin banka ödənilməmiş 402.094 manat əsas, 85.193,30 manat faiz, 63.500,20 manat cərimə, 227.141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən MM-in 449.1-ci maddəsinə uyğun olaraq hesablanmaqla, cəmi 777.929,93 manat borcu mövcud olmuşdur.

10. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500.000 manat əsas, 83.546,74 manat faiz, 100.818,39 manat cərimə, 288.592,64 man at kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmaqla, cəmi 972.957,77 manat məbləğində kredit borcunun, 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402.094 manat əsas, 85.193,30 manat faiz, 63.500,20 manat cərimə, 227.141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmaqla, cəmi 777.929,93 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və 1.265,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

11. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 472.1, 472.2, 739.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4, 36.2, 36.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad olunmuşdur.

12. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit xətti üzrə 2017-ci il 29 noyabr tarixində ödənilmiş pul məbləğinin iddiaçı tərəfindən iki hissəyə bölünərək həm 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi, həm də 2009-cu il 6 may tarixli, 119 saylı kredit müqaviləsindən silinməsi, daha sonra 2017-ci il 4 dekabr tarixli məktuba əsasən geri qaytarılması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, 2017-ci il 2 9 noyabr tarixli ödənişlərin 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə qanuna müvafiq qaydada silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 may tarixli, e-2-2(113)-1476/2022 saylı qərardadı ilə iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır (hakim – Z.Axundova).

14. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli, 2-2(103)- 709/2022 saylı qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim- R.Qurbanov, hakimlər- V.Baxışova və V.Məmmədov).

15. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyü üçün iddia tələbinin həmin kredit müqaviləsi üzrə borcun tutulması hissəsində rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdehin vəsatətinə əsasən, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 may tarixli, e-2-2(113)-1476/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 20 sentyabr tarixli, 9/5226 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İş materiallarında olan (i.v. 189-190) “Digər ödənişlər (CDB)” hesabına 2017-ci il 23 noyabr tarixində 380.000 manat məbləğində vəsait (əmanət bərpası) bərpa edilmişdir. 2017-c i il 29 noyabr tarixində həmin vəsaitin 180.000 manatı ******************** nömrəli hesaba (428.000 manat məbləğli kredit müqaviləsi üzrə), 200.000 manatı isə ******************** nömrəli hesaba (800.000 manat məbləğli kredit müqaviləsi üzrə) köçürülmüşdür. Bundan sonra 2017-ci il 29 noyabr tarixində 200.000 manat məbləğində ödəniş 800.000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 77.918,73 manat, faiz borcu üzrə 122.081,27 manat. 2017-ci il 29 noyabr tarixində 180.000 manat məbləğində ödəniş 428.000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 117.258,66 manat, faiz borcu üzrə 62.741,33 manat. - 2017-ci il 4 dekabr tarixində 180.000 manat və 200.000 manat məbləğində ödənişlər “Səhvən ödəniş məbləğin in geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına geri qaytarılmışdır. İş materiallarında 180.000 manatın ******************** nömrəli hesabdan (428.000 manat məbləğli kredit müqaviləsi üzrə), 200.000 manatın ******************** nömrəli hesabdan (800.000 manat məbləğli kredit müqaviləsi üzrə) “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən məktub, ərizə, sərəncam iş materiallarında öz əksini tapmamışdır. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən, 180.000 manatın ******************** nömrəli hesabdan (428.000 manat məbləğli kredit müqaviləsi üzrə), 200.000 manatın ******************** nömrəli hesabdan (800.000 manat məbləğli kredit müqaviləsi üzrə) “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinin əsaslı olub-olmamağına məhkəmə tərəfindən qiymət verilməlidir. - 2017-ci il 29 noyabr tarixində mədaxil edilmiş 200.000 manat məbləğində ödənişin 800.000 manat məbləğli kredit müqaviləsi üzrə silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, borcalanın banka olan borcu aşağıdakı kimi müəyyən olunur: cavabdehin 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 2021-ci il 24 iyun tarixinə İddiaçı ASC-yə olan borcu 253.890,68 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 0 manat (2.963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256.854,38 manat; cavabdehin 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 2022-ci il 4 fevral tarixinə İddiaçı ASC-yə olan borcu 253.890,68 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 0 manat (2.963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə fai z borcu 256.854,38 manat; cavabdehin 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin tərtib edildiyi 2022-ci il 20 sentyabr tarixinə İddiaçı ASC-yə olan borcu 253.890,68 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 0 manat (2.963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256.854,38 manat; - 2017-ci il 29 noyabr tarixində 180.000 manat məbləğində ödənişin 428.000 manat məbləğli kredit müqaviləsi üzrə silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, cavabdehin 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə cavabdehin 2021-ci il 24 iyun tarixinə İddiaçı ASC-yə olan borcu 236.351,03 manat məbləğində müəyyən edil ir, o cümlədən: əsas borcu 91.058,5 manat; faiz borcu 0 manat, 5% ilə faiz borcu 145.292,53 manat; cavabdehin 2022-ci il 4 fevral tarixinə İddiaçı ASC-yə olan borcu 239.133,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91.058,5 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 148.074,88 manat; cavabdehin ekspert rəyinin tərtib edildiyi 2022-ci il 20 sentyabr tarixinə İddiaçı ASC-yə olan borcu 241.991,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 910.58,5 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 150.933,1 manat; - Təqdim edilmiş hesabdan çıxarış məlumatları, 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin müqavilə müddətinin bitdiyi 2010-cu il 6 fevral tarixinə İddiaçı ASC-yə olan borcu 804.554,34 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 800.000 manat, faiz borcu 4.554,34 manat; cavabdehin 2022-ci il 24 iyun tarixinə İddiaçı ASC-yə olan borcu 489.240,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197.036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 292.204,3 manat; cavabdehin 2022-ci il 4 fevral tarixinə İddiaçı ASC-yə olan borcu 495.261,16 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197.036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 298.224,86 manat; cavabdehin ekspert rəyinin tərtib edildiyi 2022-ci il 20 sentyabr tarixinə İddiaçı ASC-yə olan borcu 501.445,94 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197.036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 304.409,61 manat; - Təqdim edilmiş hesabdan çıxarış məlumatları, 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin müqavilə müddətinin bitdiyi 2010-cu il 17 fevral tarixinə İddiaçı ASC-yə olan borcu 431.330,67 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 428.000 manat, faiz borcu 3.300,67 manat, cavabdehin 2021-ci il 24 iyun tarixinə İddiaçı ASC-yə olan borcu 448.476,08 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271.058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 177.417,54 manat; cavabdehin 2022-ci il 4 fevral tarixinə İddiaçı ASC-yə olan borcu 456.758,42 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271.058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 185.699,88 manat; cavabdehin ekspert rəyinin tərtib edildiyi 2022-ci il 20 sentyabr tarixinə İddiaçı ASC-yə olan borc u 465.266,65 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271.058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 194.208,11 manat məbləğində müəyyən edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 noyabr tarixli, e-2-2(113)1476/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 256.854,38 manat məbləğ, 5.000 manat cərimə, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189,25 manat olmaqla, cəmi 262.243,63 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manat pulun 200 manat hissəsinin iddiaçıdan, 150 manat hissəsinin c avabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı və 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

19. Məhkəmə ilk öncə qeyd etmişdir ki, cavabdeh tərəfindən 2017-ci ilin noyabr ayında 380.000 manat məbləğində pul vəsaitinin banka ödənilməsi işin mübahisəsiz halı olmuşdur. Mübahisəli məqam ondan ibarət olmuşdur ki, cavabdeh 380.000 (200.000+180.000) manat məbləğində pul vəsaitinin kredit borcuna görə banka ödənildiyini bildirmiş, iddiaçı isə həmin məbləğin bankın depozit hesabina qoyulduğunu, növbəlilik qaydasında gələcəkdə cavabd ehə həmin məbləğin qaytarılacağını qeyd etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin göstərilən məbləği depozitə qoymadığını, belə bir məqsədin olmadığını, bunun üçün müraciət etmədiyini, banka borcu olduğu halda, depozitə pul qoymağın, həm də ləğv olunmuş banka depozitə vəsait qoymağın hansı məntiqə sığdığını və nə dərəcədə ağlabatan olmasını vurğulamışdır.

20. Məhkəmə göstərilən məsələyə münasibətdə cavabdehin dəlilləri ilə qismən razılaşmışdır. Belə ki, “Digər ödənişlər (CDB)” hesabına 2017-ci il 23 noyabr tarixində 380.000 manat məbləğində vəsait (əmanət bərpası) bərpa edilmiş, 2017-ci il 29 noyabr tarixində həmin vəsaitin 180.000 manatı ******************** nömrəli hesaba (428.000 manat məbləğli kredit müqaviləsi üzrə), 200.000 manatı isə ******************** nömrəli hesaba (800.000 manat məbləğli kredit müqaviləsi üzrə) köçürülmüşdür. Bundan sonra 2017-ci il 29 noyabr tarixində 200.000 manat məbləğində ödəniş 800.000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 77918,73 manat, faiz borcu üzrə 122081,27 manat. 2017-ci il 29 noyabr tarixində 180.000 manat məbləğində ödəniş 428.000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 117.258,66 manat, faiz borcu üzrə 62741,33 manat. 2017-ci il 4 dekabr tarixində 180.000 manat və 200.000 manat məbləğində ödənişlər “Səhvən ödəniş məbləğinin geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına geri qaytarılmışdır.

21. İddiaçı tərəfindən 380.000 manat məbləğində pul vəsaitini “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə ödənilmiş 380.000 manat məbləğində pul vəsaitini hər iki müqavilə üzrə kredit ödənişi kimi qəbul etmişdir. Lakin, cavabdehin razılaşmaya əsasən həmin məbləğlərin məhz əsas məbləğdən silinməli olması dəlili ilə razılaşmamışdır. Belə ki, bununla bağlı hər hansı razılaşmanın olması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Eyni zamanda, məhkəmə şahid ifadəsini iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir.

22. Məhkəmədə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Tərəflər arasında 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci ilin noyabrında olmuş, iddiaçı iddia tələbi ilə məhkəməyə 2022-ci il 24 fevral tarixində müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia cavabdehdən 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə kredit borcun tutulması hissəsində rədd edilməlidir.

23. İddia tələbinin digər hissəsini cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500.000 manat əsas və 83.546,74 manat faiz borcunun tutulması təşkil etmişdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqavilələrə, təqdim olunmuş sənədlərə əsaslanaraq və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 sentyabr tarixli, 9/5226 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, ekspert rəyindən görünür ki, həmin müqavilə üzrə cavabdehin hazırkı vaxta iddiaçıya əsas və faiz borcu mövcud deyil.

24. İddia tələbinin digər hissəsini cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi ilə MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanan 288.592,64 manat məbləğin tutulması təşkil etmişdir. İddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlı olmuşdur və iddia həmin hissədə qismən təmin edilərək, 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 256.854,38 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra 5 faiz ilə hesablanmış faiz borcu 256.854,38 manat təşkil edir.

25. İddia tələbinin digər hissəsini cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 100.818,39 manat cərimə borcunun tutulması təşkil etmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilə də öhdəliklərin icra olunmasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, müəyyən olunur ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra olunmamış və öhdəliyin icrası uzun müddət gecikdirilmişdir. Məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 5.000 manat məbləğində müəyyən edilməlidir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 462.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına və MPM-in 107,115.0.1,119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun tam ləğv edilərək, iddia tələbinin tam təmin olunaraq cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500.000 manat əsas, 83.546,74 manat faiz, 100.818,39 manat cərimə, 288.592,64 manat kredit müqavil əsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 972.957,77 manat məbləğində kredit borcunun, 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402.094 manat əsas, 85.193,30 manat faiz, 63.500,20 manat cərimə, 227.141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 777.929,93 manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 1.265 manat və apellyasiya şikayətinin verilməsi üçün 833 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun iddianın təmin edilmiş hissəsində ləğv olunaraq h əmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 mart tarixli, 2-2(103)-287/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşmış və öz mövqeyini && 18-25-də qeyd olunanlarla əsaslandırmışdır.

31. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, MM-in 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsü z surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 5.000 manat məbləğində müəyyən edilməsi əsaslı olmuşdur.

32. Birinci instansiya məhkəməsi ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189,25 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manat pulun 200 manat hissəsi İddiaçı ASC-dən, 150 manat hissəsi cavabdehdən tutulara q Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində də düzgün nəticəyə gəlmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 372.1, 372.2, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Q ərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə və MPM-in 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 28 aprel tarixində iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

35. İddiaçı həmin qətnamədən 2023-cü il 14 iyun tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanması nda səhv nəticəyə gəlmişdir. Məhkəmə qərar qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 sentyabr tarixli, 9/5226 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Ekspert rəyində cavabdehin kredit öhdəliklərinin icra olunduğu və əsaslandırılmamış formada cavabdeh tərəfindən ödənilməyən 380.000 manat məbləğin borcdan silindiyi qeyd olunmuşdur. Ekspert rəyi ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir, iddiaçının təkrar ekspertiza təyin olunması xahişi təmin edilməmişdir. Bununla da apellyasiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır.

37. Ekspertizanın təyin olunması barədə qərardadda birinci sualda kredit hesablarına 200.000 manat və 180.000 manat pul vəsaitinin nağd və ya köçürmə yolu ilə mədaxil olması sualına cavab olaraq ekspert qeyd etmişdir ki, 2017-ci il 23 noyabr tarixində 380.000 manat məbləğində vəsait (CDB-a ödənilmiş qorunmayan əmanətin bərpası təyinatı ilə) ******************** saylı tranzit hesaba ödənilmişdir. 38. ******************** saylı hesab "X1" ASC-yə ödənilmiş qorunmayan əmanətin bərpası təyinatı ilə yaradılan hesabdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən həmin hesabın çıxarışından görünür ki, 2017-ci il ərzində müxtəlif vaxtlarda həmin hesaba mədaxillər olmuş və hazırda hesabın qalığı 3.000.000 manat təşkil edir. 2017-ci il 29 noyabr tarixində həmin ******************** (digər ödənişlər – CDB) nömrəli hesabda 2017ci il 23 noyabr tarixinə olan 1.305.000 manat bərpa edilən depozit vəsaitindən 180.000 man at məbləğində vəsait cavabdehin 380909431********** nömrəli hesabına (428.000 manat məbləğində olan kredit üzrə) köçürülmüşdür. Həmin 180.000 manat məbləğində daxil olan vəsait elə həmin gün kredit üzrə borca silinmişdir.

39. Bundan başqa, eyni gündə həmin ******************** (digər ödənişlər – CDB) nömrəli hesabda 2017-ci il 23 noyabr tarixinə olan 1.305.000 manat bərpa edilən depozit vəsaitindən əlavə olaraq 200.000 manat məbləğində vəsait cavabdehin 380909431********** nömrəli hesabına 800.000 manat məbləğində olan kredit üzrə) köçürülmüşdür. Həmin 200.000 manat məbləğində daxil olan vəsait elə həmin gün kredit üzrə borca silinmişdir.

40. Məhkəmə öz qətnaməsindən 2017-ci ilin noyabr ayında 380.000 manat məbləğində pul vəsaitinin banka ödənilməsini işin mübahisəsiz halı kimi qeyd etmi şdir. Lakin cavabdeh 380.000 manat məbləğində vəsaitin onun tərəfindən banka ödənilməsi barədə heç bir sübut təqdim etməmiş və məhkəmə bu hissədə vəsaitin kim tərəfindən ödənilməsini tam araşdırmamışdır. Cavabdeh öz ifadəsində həmin vəsaitin onun tərəfindən kreditləri üzrə ödənildiyini bildirmişdir. Tərəf həmin vəsaitin onun tərəfindən kredit üzrə ödənilməsi barədə mötəbər sübut sayıla bilən nə ödəniş qəbzinin, nə də ödəniş tapşırığın surətini təqdim etməmişdir.

41. Dördüncü sualda isə 2017-ci il 29 noyabr tarixində köçürmə yolu ilə vəsaitin geri qaytarılması və hansı qaydada qaytarılması sorğulansa da, ekspert həmin suala cavabda pul vəsaitinin köçürmə yolu ilə daxil olmasını və sonradan köçürmə yolu ilə geri qaytarılmasını əsaslandırmasına baxmayaraq, hansı qaydada qaytarılması barədə hə r hansı sənədin olmamasını əsas gətirib müəyyən edə bilməmiş, lakin buna rəğmən borcun olmamasını qeyd etmiş və məhkəmənin mülahizəsinə buraxmışdır. Köçürmə yolu ilə daxil olan vəsaitin geri qaytarılmasını təsdiqləyən ekspert borcun olmamasını əsaslandırmamış, kredit üzrə öhdəliyin hansı mənbələr hesabına icra olunmasına aydınlıq gətirməmişdir. Bundan başqa, həmin 200.000 manat və 180.000 manat pul vəsaitlərin ******************** (digər ödənişlər – CDB) nömrəli hesabdan cavabdehin kredit hesablarına köçürülməsi barədə onun tərəfindən imzalanan ödəniş tapşırığı təqdim etmişdir. Həmin ödəniş tapşırıqları cavabdeh tərəfindən təqdim edilə bilməzdi, çünki həmin hesab ona məxsus deyil.

42. Ekspert qarşısında məhkəmə qərardadı ilə qoyulmuş ikinci suala, yəni 2017-ci il 29 noyabr tarixində daxil olan vəsaitlər köçürmə yolu ilə daxil olduğu halda, hansı hesabdan köçürmə (hesab nömrəsi göstərilməklə) olduğuna dair ekspert birbaşa cavab verməmişdir.

43. Ekspert qarşısında qoyulan birinci və dördüncü suallara qismən, yəni ******************** (digər ödənişlər – CDB) nömrəli hesabdan daxil olan vəsaitlərin bank tərəfindən silinməsini düz qeyd edilmiş, lakin müştərinin hər iki krediti üzrə bu vəsaitləri nəzərə alınmaqla ümumi borcu barədə suala yanlış cavab verilmişdir.

44. Ekspert qarşısında məhkəmə qərardadı ilə qoyulmuş üçüncü suala ekspert cavab olaraq bank hesabında öz əksini tapan silinmələri birinci və dördüncü suallara cavabında qeyd etmişdir.

45. Məhkəmə öz qətnaməsində 380.000 manat məbləğində pul vəsaitini hər iki kredit üzrə ödəniş kimi qəbul etmiş və ekspert rəyinə əsaslana raq mübahisələndirilən qətnaməni qəbul etmişdir.

46. Cədvəldə iddiaçı tərəfindən müştərinin hər iki krediti üzrə aparılan ödənişlərin tarixləri, məbləğləri və hansı qaydada silinməsi qeyd olunmuşdur.

47. Ekspert rəyindən göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Zaur Məmmədov kredit müqavilələrinin müddəti bitən tarixindən sonra yalnız ona məlum əsaslar əsasında hər kredit üzrə müştəri tərəfindən daxil olan vəsaitləri mövcud olan faizlərdən silməmişdir. Ekspert öz rəyində müddət bitən tarixindən sonra əsas borca 5 faizlə faizlərin hesablanmasını aparsa da, daxil olan vəsaitləri ilkin olaraq faiz borcuna silmək əvəzinə qeyd etdiyimiz kimi əsas borca silmiş və nəticədə yanlış rəy vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, cavabdehin hesabına da xil olan vəsaitlər qanunvericiliyə və kredit müqavilələrinə əsasən ilkin olaraq faizlərdən, sonra isə əsas borcdan silinmişdir. Lakin ekspert hesaba daxilolmaları yalnız əsas borcdan silmişdir.

48. Ekspert qarşısında qoyulan beşinci və altıncı suallara səhv cavab verilmişdir. Belə ki, ekspert daxil olan vəsaitləri səhv silərək yanlış nəticəyə gəlmişdir. Nəticə olaraq məhkəmə qeyd olunan rəyi əsas götürərək öz qərarında yanlış qərar qəbul etmişdir.

49. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olduğu halda məhkəmə tərəfindən belə qərar qəbul edilməmişdir. Bu baxımdan mühasibatlıq ekspertizasının keçirilməsi mütləqdir. 2017-ci il 29 noyabr tarixində ödənilən 200.000 manat və 180.000 manat məbləğində vəsaitlər cavabdeh tərəfindən ödənilmədiyi üçün ödəniş kimi qəbul edilə bilməz. Həmin vəsaitlər ******************** (digər ödənişlər – CDB) nömrəli hesabdan cavabdehin hesabına köçürülməsi işin mübahisəsiz halıdır və bu səbəbdən həmin ödənişlər qəbul olunmamalıdır. Aparılan ödənişlər qanunvericiliyə və kredit müqavilələrinə əsasən ilkin olaraq ödəniş tarixinə mövcud olan faizlərə, sonra isə əsas borca silindiyi halda borc məbləğləri dəyişəcək.

50. Bundan başqa, cavabdeh ilə bank arasında bağlanmış kredit müqavilələrinə əsasən, borcalan kredit müqavilələri üzrə əsas borcun və faizlərin ödənilməsini gecikdirsə, hər gecikdirmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə iki qat cərimə ödəyir. Bu müqavilələrə əsasən, cavabdehə haqlı olaraq cərimə hesablanmışdır və bu hissədə də iddia tələbi haqlıdır və tam təmin olunmalıdır. Cavabdeh ilə İddiaçı ASC arası nda bağlanmış kredit müqavilələri üzrə cərimələr cavabdehden tam şəkildə tutulmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir.

51. MM-in 432.4-cü maddəsinin tələbi pozulmuşdur. Cavabdeh izahat və mülahizələrində bank qarşısında öhdəliklərin lazımınca icra olunmasını bildirməsinə, 380.000 manat vəsaitin hansı hesablara yönəldilməsi ekspert rəyində öz əksini tapmasına baxmayaraq, ekspert bütün daxil olan vəsaiti kredit müqavilələri üzrə yanlış olaraq ilk yaranmış əsas borc öhdəliyinə silinməsinə yönəltmişdir. Qanunvericiliyə əsasən, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəli yin hesabına daxil edilir. Bank da qanunvericiliyə əsaslanaraq silinməni göstərilən qaydada həyata keçirir və bu hesabdan çıxarışda öz əksini tapmışdır.

52. MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə cavabdehin hüquqi şəxs olmasını nəzərə almamışdır. Cavabdehin ifadələrində yer alan hallar yəni pulun banka təqdim olunmasına dair kassa mədaxil qəbzi və köçürmə sənədi onun tərəfindən təqdim edilmədiyi üçün sübuta yetirilməmişdir. Cavabdeh pul vəsaitləri ilə bağlı tədiyyə balansını, vergi hesabatlarını məhkəməyə təqdim etməmiş, məhkəmə isə öz növbəsində həmin sübutları tələb etməmişdir.

53. Əgər qeyd olunan məbləğ cavabdeh tərəfindən ödənilsəydi hüquqi şəxsin 2017ci il üçün təqdim olunmuş vergi hesabatında öz əksini tapmış olacaqdı. Həmin sənədlər ekspert tərəfindən araşdırılsa və üz ləşdirilsə bu zaman cavabdeh tərəfindən kredit üzrə ödənişlərlə bağlı vəziyyətin nə yerdə olması açıq-aydın görünərdi. Lakin, məhkəmə bu hissəyə əhəmiyyət verməmiş, təkrar ekspertizanın keçirilməsi ilə bağlı təqdim olunmuş vəsatəti təmin etməmişdir.

54. Bununla da cavabdehin verdiyi izahatları və mülahizələri təsdiq edən sübut və dəlillər təqdim olunmaması nəzərə alınaraq həmin sənədlərin tələb edilməsi zəruridir. Həmçinin, iddiaçının nümayəndəsi həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələrində izahatında əsas mübahisə olunan 380.000 manat pulun "X1" ASC-nin qorunmayan əmanəti ilə əlaqəli olduğunu bildirmişdir. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəmələri tərəfindən həqiqətən həmin məbləğin "X1" ASC-nin qorunmayan əmanəti ilə əlaqəli olduğunu ar aşdırmamışdır. Yəni həmin bankın həqiqətən İddiaçı ASC-də əmanəti olub-olmaması, əmanətin kreditora qaytarılıb-qaytarılmaması məhkəmə tərəfindən sorğu göndərilməklə aydınlaşdırıla bilərdi. Lakin məhkəmə işin bu halına hüquqi qiymət verməmişdir.

55. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

56. MPM-in 217, 218.1 və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsi qanuni və əsaslı deyildir. Məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikay ətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiril məsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

60. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tə ləb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “ “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kredito run həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri oby ektiv əsaslarla həll etmək imkanı yaradır.”

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.”

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məc əlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etmə mişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.... Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 mart tarixli, 2-2(103)-287/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, cavabdeh tərəfindən 2017-ci ilin noyabr ayında 380.000 manat məbləğində pul vəsaitinin banka ödənilməsi işin mübahisəsiz halıdır və bu hal iddiaçının apellyasiya şikayətində də işin mübahisəsiz halı olaraq etiraf edilmişdir (İİ cild, i.v. 191). Lakin iddiaçı tərəfindən 380.000 manat məbləğində pul vəsaitinin “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığına görə məhkəmə ödənilmiş 380.000 manat məbləğində pul vəsaitini hər iki müqavilə üzrə kredit ödənişi kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin razılaşmaya əsasən həmin məbləğlərin məhz əsas məbləğdən silinməli olması dəlili ilə razılaşmamışdır. Belə ki, bununla bağlı hər hansı razılaşmanın olması barədə məhkəməyə sübut təqdim olunmamışdır.

28. Bundan başqa, tərəflər arasında 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci ilin noyabrında olmuş, iddiaçı iddia tələbi ilə məhkəməyə 2022-ci il 24 fevral tarixind ə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuş, bununla yanaşı mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddianın, cavabdehdən 2009-cu il 6 may tarixli, 139 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində rədd edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı olmuşdur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

30. İddia tələbinin digər hissəsini cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500.000 manat əsas və 83.546,74 manat fai z borcunun tutulması təşkil etmişdir. İş materiallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 sentyabr tarixli, 9/5226 saylı ekspert rəyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi cavabdehdən 2009-cu il 6 fevral tarixli, 126 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin edilməməlidir.

31. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Ekspert rəyinin nəticələrinin yanlış olmasına, məhkəmənin sübutları şərh etməməsinə, təkrar ekspertiza təyin etməməsinə, sübutları əlaqələndirməməsinə dair dəlillərə münasibətdə qeyd olunmalıdır ki, kassasiya şikayətində bununla bağlı dəlilləri əsassız olmuşdur. İlk öncə qeyd olunmalıdır ki, ekspert rəyinin qiymətləndirilməsi onu təyin edən məhkəmə tərəfindən həyata keçirilmiş və bununla bağlı hər hansı maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İş üzrə təkrar ekspertizanın təyin edilməsi isə MPM-in 102-ci maddəsinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmə təkrar ekspertizanın təyin olunmasına dair hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verilməmişdir.

33. Bundan başqa məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı kassasiya şi kayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Digər tərəfdən MM-in 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda b ilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin cərimə məbləğinin azaldılması hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. İddiaçının kassasiya şikayətinin sözügedən dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olunmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, iddiaçının həmin dəlillərinə apellyasiya instansi yası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və iddiaçının dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 mart tarixli, 2-2(103)-287/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 mart tarixli, 2-2(103)-287/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar