Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-426/2022 22.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “X7 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi, icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş pulun geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-756/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 1 may tarixli icarə müqaviləsinə (bundan sonra – “müqavilə”) əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən özünəməxsus 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə aylıq 2.000 manat olmaqla “X4» MMC (bundan sonra iddiaçı) tərəfindən «X7 Şirkətlər Qrupu» MMC-yə (bundan sonra cavabdeh) icarəyə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə bir il müddətinə bağlanmışdır; 9.1-ci bəndə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə bir il müddətinə uzadılmış hesab edilir.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 6 mart tarixli, 98 saylı “Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240,16 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçının balansına verilməsi haqqında” sərəncamı ilə Bakı şəhər MKD-nin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçının balansına verilməsi qərara alınmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 7 aprel tarixli, 145 saylı “Bakı şəhər İcra Hakimiyyəti başçısının layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, iddiaçıya ofis binası, anbar və kassaların tikintisinə icazə verilməsi haqqında” sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün iddiaçıya icazə verilməsi qərara alınmışdır.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının 2018-ci il 2 mart tarixli, “ofis binası, anbar və kassaların istismara qəbul edilməsi haqqında” sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 6 mart tarixli, 98 saylı sərəncamı ilə iddiaçının balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m. ümumi sahəsi 511.36 kv.m. qeyri-yaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqlarının istismara qəbul edilməsi qərara alınmışdır.
5. Bakı şəhər İcra Hakimiyyəti başçısının Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 2018-ci il 20 aprel tarixli, 7-181/21g saylı məktubunda Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 6 mart tarixli, 98 saylı sərəncamı ilə Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsi iddiaçının balansına verildiyi, qeyri-yaşayış sahəsi cəmiyyət tərəfindən tam təmir edildiyi və həmin qeyri-yaşayış sahəsinin Bakı şəhər MKTD-nin balansında çıxarılmasını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsinə və cəmiyyətin adına DƏDRX-dən çıxarışın verilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur.
6. İddiaçının cavabdehə ünvanlandığı 2020-ci il 17 f evral tarixli pretenziya məktubuna əsasən, 12.000 manat borcun ödənilməsi tələb olunmuşdur.
7. Cavabdehin 2021-ci il 22 yanvar tarixli iddiaçıya ünvanlandığı pretenziya məktubuna əsasən, müqavilə əsasında ödənilmiş 24.000 manat icarə haqqı, həmin icarə haqqına dair 4.320 manat ƏDV və müqavilənin qanunsuz olduğuna görə iddiaçının vergiyə təqdim etmədiyi üçün, cavabdeh tərəfindən ödənilmiş 4.320 manat vergi, ümumilikdə 32.640 manat pulun geri qaytarılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki ilk icraat
8. İddiaçı cavabdehə qarşı 2020-ci il 24 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilənin ləğv edilməsi və 6 ay ərzində icarə haqqına görə yaranmış 12.000 manat borcun ödənilməsi öhdəliyinin ca vabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən özünə məxsus 280 kv.metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə müqaviləyə əsasən, aylıq 2.000 manat olmaqla (ƏDV-siz) cavabdehə icarəyə vermişdir. Müqavilə bağlanan gündən cavabdeh 18 ay müddətində orada fəaliyyət göstərməsinə baxmayaraq, icarə haqqından yalnız 12 ay ödəmiş, qalan 6 ay icarə haqqı olan 12.000 manat (ƏDV-siz) vəsaiti bu günə qədər ödəməmişdir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1-ci maddəsinə istinad olunmuşdur. b) Birinci instansiya məhkəməsindəki ikinci icraat
11. Cavabdeh iddiaçıya qarşı 20 21-ci il 15 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilənin etibarsız hesab edilməklə, müqavilə üzrə ödənilmiş 32.640 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən 280 kv.metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə müqaviləyə əsasən, aylıq 2.000 manat olmaqla (ƏDV-siz) cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsi bağlanan gündən 12 aydan da qısa müddətdə orada fəaliyyət göstərmiş, icarə haqqının 12 ayı ödənilmişdir. Müqavilə müddəti başa çatdığı vaxt icarəyə verən müəssisənin sahibi, Qanuni nümayəndə1 ilə münasibətlər pozulmuş, göstərilən təşkilatın rəhbəri olaraq bütün əməkdaşlarla birl ikdə ofis binası tərk edilmiş və artıq 2019cu il 16 oktyabr tarixində yeni ofis binasının təmirini başa çatdıraraq həmin ofislə icarə müqaviləsi bağlamaqla orada fəaliyyət göstərmişdir. İddiaçı subyektiv hüququ olmadığı halda, bağlamış olduğu icarə müqaviləsinə rəsmi şəkildə xitam verilmədiyi üçün bu şəraitdən istifadə edərək əlavə pul tələb edir. Halbuki, qeyd olunan əlavə 6 ay ərzində həmin ofis binasının cavabdeh olaraq icarələrində olmasını təsdiq edən, heç bir sübut təqdim etməmişdir. X5 Xidmətinin sayəsində məlum olmuşdur ki, iddiaçı icarə müqaviləsi bağlayaraq icarəyə verdiyi obyekt ona məxsus deyildir və bu səbəbdən, həmin icarə müqaviləsi üzrə onlar əlavə olaraq 4.000 manatdan çox vergi ödəmişlər. Qeyd olunan hadisədən sonra məlum olmuşdur ki, iddiaçı həmin obyekt üzərində heç bir hüquqa sahib olmamış, müqavilə bağlamaq üçün heç bir qanuni və hüquqi əsası mövcud deyildir. Bağlanmış qanunsuz müqavilə əsasında icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsini ləğv etməmişdir. Müqavilənin etibarsız hesab edilərək müqavilə əsasında ödənilmiş 24.000 manat icarə haqqı, həmin icarə haqqında dair ödənilmiş 4.320 manat ƏDV və müqavilənin qanunsuz olduğuna görə vergiyə təqdim etmədiyi üçün, tərəflərindən ödənilmiş 4.320 manat vergi, ümumilikdə 32.640 manat pulun geri qaytarılmasını təmin etməsi barədə pretenziya məktubu göndərilmiş, lakin nəticə olmamışdır.
13. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 424.2, 424.3, 697.2, 700.2, 705, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 81, 88, 106.1, 337.5, 346-cı maddəsinə istinad olunmuşdur. c) Birləşdirilmiş kommersiya icraatı
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 mart tarixli e-2-2(113)-1435/2021 saylı qərardadı ilə hər iki kommersiya işi ilə bir icraatda birləşdirilmiş və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 icraatına verilmişdir (hakim K.Hüseynov).
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 mart tarixli e-2-2(113)-105/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi barədə iddiası qismən təmin edilmiş, 12.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddiaçının iddiası qalan hissədə təmin edilməmiş, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaç ıya ödənilməsi qət olunmuş, cavabdehin iddiaçıya qarşı icarə müqaviləsinin etibarsız sayılması və onun əsasında ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiası təmin edilməmiş və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir (hakim F.Qasımov).
16. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş (bax yuxarıda § 1-7) və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən özünə məxsus 280 kv.metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə aylıq 2.000 manat olmaqla cavabdehə 1 illik icarəyə verilmiş və müqavilənin 9.1-ci bəndinə əsasən, müqavilənin xitam verilməsi barədə tərəflər 1 ay öncədən niyyət bildirmədiklərinə görə müqavilə növbəti b ir il müddətinə uzadılmış hesab edilmişdir. Cavabdeh tərəfindən 12 aylıq müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqı ödənilmiş, lakin 2019-cu ilin may ayından 2019-cu ilin noyabr ayına kimi olan icarə haqqı ödənilməmişdir. Cavabdeh tərəfindən bu halın əksini təsdiq edən, yəni, qismən də olsa icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi, icarə müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və bununla bağlı ona xəbərdarlıq edilməsinə baxmayaraq icarə haqqı ödənilmədiyinə görə müqaviləyə xitam verilmişdir. Tərəflər arasında icarə müqaviləsi üzrə cavabdeh tərəfindən götürülmüş öhdəliklərə tam əməl edilməmişdir.
17. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi üzrə cavabdeh tərəfindən götürülmüş öhdə liklərə tam əməl edilməmşdir.
18. Məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinin müddəti bitdiyi üçün, yenidən məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmamış, buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir.
19. Məhkəmə cavabdehin iddia ərizəsində qeyd olunmuş 12 aydan az müddətə istifadə etməsi tələbi ilə bağlı göstərmişdir ki, cavabdeh cəmiyyət bununla bağlı, o cümlədən müqavilənin 9.1-ci bəndində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir.
20. Bundan əlavə, cavabdehin iddia ərizəsində tələbinin (ikinci icraat üzrə) əsası kimi istinad etdiyi hallardan biri də iddiaçının icarə müqaviləsinin bağlamağa subyektiv hüququnun olmaması ilə bağlı olmuşdur. Lakin məhkəmə araşdırması zamanı təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin mü xtəlif tarixli sərəncamlarından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məktubundan göründüyü kimi icarə obyekti olan qeyri-yaşayış sahəsi iddiaçının balansına verilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 675, 684.1, 700.1, 700.3-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddiaçının iddia tələbinin təmin olunmaması, cavabdehin isə tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etm işdir. d) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-756/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Məmmədov və İ.Kərimli).
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İşin sənədlər və tərəflərin izahatları əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 01 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.5 ünvanda yerləşən 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə aylıq 2000 manat olmaqla İddiaçı MMC tərəfindən cavabdeh “X7 Şir kətlər Qrupu” MMC-yə bir il müddətinə icarəyə vermişdir.
25. Qeyd edilən müqavilənin ləğv edilməsi barədə İddiaçı MMC-nin iddia tələbi müqavilə artıq qüvvədə olmadığından məhkəmə tərəfindən rədd edilmiş, bu hissə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
26. İddiaçı MMC iddia ərizəsində “X7 Şirkətlər Qrupu” MMC tərəfindən 12 ay üçün (xx.xx.2018-xx.xx.2019) icarə haqqı ödənildiyini, sonrakı 6 ay üçün (xx.xx.2019xx.xx.2019) 12.000 manat (ƏDV-siz) icarə haqqının isə ödənilmədiyini qeyd etmiş, həmin məbləğin ödənilməsi üçün qarşı tərəfə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilmişdir. 27. “X7 Şirkətlər Qrupu” MMC iddiaya etirazında və apelyasiya şikayətində qeyd etmişdir ki, icarə müqaviləsi bir il müddətinə bağlanmış, bir ildən sonra obyekti boşaltmış və yeni obyekt icarəyə götü rülmüşdür. Müqavilənin müddəti bitdikdən sonra “X7 Şirkətlər Qrupu” MMC tərəfindən obyektdən istifadə edilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur.
28. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin xitam verilməsi barədə tərəflər 1 ay öncədən niyyət bildirmədiklərinə görə müqavilə növbəti bir il müddətinə uzadılmış hesab edilir. Qeyd edilən bəndin tələbinə uyğun olaraq “X7 Şirkətlər Qrupu” MMC müqavilə müddətinin bitməsinə bir ay qalmış xx.xx.2019-cu il tarixdən sonra icarə müqaviləsinin müddətini uzatmaq niyyəti olmadığı barədə qarşı tərəfə yazılı məlumat verməli idi. “X7 Şirkətl ər Qrupu” MMC-nin nümayəndəsi və vəkili işə apelyasiya qaydasında baxılarkən izahatında cəmi 6 ay obyektdə fəaliyyət göstərdiklərini göstərsə də, “X7 Şirkətlər Qrupu” MMC-nin iddia ərizəsində müqavilə müddəti ( bir il) bitdikdən sonra obyekti tərk etdikləri qeyd edilmişdir. 29.İddiaçı MMC-nin nümayəndəsi buna etiraz edərək “X7 Şirkətlər Qrupu” MMC-nin icarəyə götürülmüş obyekti 2019-cu ilin dekabr ayında boşaltdığını göstərmişdir.
30. Həmin məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq göstərmişdir ki, icarə müqaviləsinə 2019-cu il 01 may tarixindən xitam verildiyi barədə məhkəməyə sübut təqdim etmək vəzifəsi, yəni sübutetmə yükü hazırkı iş üzrə icarəyə verənin deyil, bunu iddia edən icarəçinin üzərinə düşdüyü halda icarəçi bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də birinci instaniya məhkəməsinin 12.000 manat icarə haqqı borcunun “X7 Şirkətlər Qrupu” MMC-dən tutulması hissəsində iş üzrə gəldyi nəticə əsaslı hesab edilir. 31.“X7 Şirkətlər Qrupu” MMC-nin iddia ərizəsində və apelyasiya şikayətində İddiaçı MMC-dən icarəyə götürülmüş obyekt təhvil verildikdən sonra digər obyekt icarəyə götürüldüyü qeyd edilmiş, bununla bağlı iş materiallarına sübut olaraq “X7 Şirkətlər Qrupu” MMC ilə X2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. Şikayətdə MMC-nin icarəyə götürülmüş yeni obyekt təmir edildikdən sonra həmin obyektdə fəaliyyətə başladığı qeyd edildiyindən müəyyən olunur ki, “X7 Şirkətlər Qrupu” MMC yeni ofisdə 2019-cu ilin oktyabr-noyabr aylarından əvvəl fəaliyyət göstərə bilməzdi. 32.İddiaçı MMC-nin icarəyə verilmiş qeyri-yaşayış sahəsi üzərində subyektiv hüquqa malik olmaması, bu əsasla tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməli olduğuna dair apelyasiya şikayətinin dəlilləri də məhkəmə tərəfindən əsassız hesab edilərək qeyd edilmişdir ki, sahə üzərində icarəyəverənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da işdəki Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 98 saylı, xx.xx.3018-ci il tarixli sərəncamlarından, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ƏMDK-ya ünvanladığı xx.xx.2018-ci il tarixli, 7-181/21g saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin balansında və qanuni ist ifadəsində olmuş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun özəlləşdirilməsinə və cəmiyyətin adına DƏDRX-dən çıxarışın verilməsinə razılıq verilmişdir.
33. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız əqd olduğuna dair apellyasiya şikayətinin dəlilləri bağlı məhkəmə qeyd etmişdir ki, MM-nin 337-ci maddəsinin tələbləri baxımından mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. “X7 Şirkətlər Qrupu” MMC icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində obyektin icarəyəverənin mülkiyyətində olmaması əsası ilə həmin müqavilənin etibarsız əqd hesab edilməsi ilə bağlı qarşı tərəfə iradə ifadəsini bildirməmişdir. Apellyatorun nümayəndəsi və vəkili bu barədə icarəçinin əvvəllər məlumatı olmadığını bildirsə də, məhkəmə hesab etmişdir ki, obyekt üzərində icarəyəverənin hüquqlarını müəyyən edən sənədlər müqavilə bağlanarkən araşdırılmalı və tələb edilməli olduğundan icarəçi bu halı bilməyə borclu idi. “X7 Şirkətlər Qrupu” MMC müqavilə bağlandıqdan sonra MM-nin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət ərzində iddia ərizəsində qeyd etdiyi əsasla icarə müqaviləsini mübahisələndirmədiyindən bu hüququ xitam olunmuşdur. İcarə müqaviləsinə xitam verildikdən sonra ödənilmiş icarə haqlarının qarşı tərəfdən tutulması barədə tələbin qanuni əsası olmadığından “X7 Şirkətlər Qrupu” MMC-nin iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir.
34. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. 35.Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 27 aprel tarixli 2-2(103)-756/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, şikayət baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Məmmədov və R.Qurbanov). KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 36.MM-in 425.1-ci maddəsinin tələbi pozulmuşdur-cavabdeh iddiaçını 6 ayın sonunda obyektdən daha istifadə etməyəcəyini sivil qaydada şəxsən məlumatlandırmış, iddiaçı bunu qəbul etmiş, aylar keçsə də haqlı olaraq icarə haqqı tələb etməmiş, tələb irəli sürməmiş, sonradan isə bu qarşılıqlı razılaşmanın rəsmiləşdirilməməsindən sui-istifadə etm əyə başlamışdır. 37.MM-in 337-339-cu maddələrinin tələbləri pozulmuşdur-MM-in tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Məhkəmə araşdırmaları zamanı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd olunan halların heç birinin mövcud olması sübuta yetirilməmişdir. MM-in müvafiq maddələrinin tələblərinə əsasən, əqdin etibarlı olması üçün həmin Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçü n onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 38.“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarının tələbləri pozulmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi suby ektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, ”subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Halhazırki məhkəmə işində məhkəmə iddiaçının belə bir tələblərlə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasını nəzərə almamışdır. Belə ki, iddiaçının icarə obyektinin üzərində istifa də, icarə və ya sahiblik hüquqlarına dair ona bu tələblərlə çıxış etmək hüququ vermir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində bu məsələlərə ümumiyyətlə münasibət bildirməmişdir. Başqa sözlə, iddiaçının bu tələblərlə çıxış etməsi üçün subyektiv hüququ olmadığı halda, məhkəmə bu hala əhəmiyyət verməmişdir. 39.MPM-in 13-cü maddəsinin tələbi pozulmuşdur-qeyd olunan maddənin məzmununa görə məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən, həll etm əlidir. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Lakin yuxarıda sadalanan faktlardan da görünür ki, apellyasiya instansiyası məhkəməsi bu maddənin tələblərini gözləməməklə prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə torpaq üzərində iddiaçının hüququnun mövcudluğunu heç də özündə ehtiva etməyən məhkəmə aktlarına istinad edərək hüquqların yaranması və onların dövlət qeydiyyatının məcburiliyi ilə bağlı müvafiq qanunlarla qəbul edilmiş məcəllələrdə əks olunmuş normaları sözügedən mübahisədə tətbiq etməmişdir. Eyni zamanda, məhkəmə mübahisəni həll edərkən daşınmaz əmlaklar, o cümlədən, torpaq sahələri üzərində hüquqların yaran ması və qeydiyyatdan keçməmiş hüquqlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlum qərarlarında verilmiş şərhləri də nəzərə almayaraq prosessual pozuntuya yol vermişdir. 40.MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur-Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırkı işdə məhkəmə iş materiallarında olan sənədlərə, o cümlədən mübahisələndirilən torpaq sahəsi ilə bağlı daha əvvəl çıxarılmış məhkəmə aktlarına münasibət bildirərkən bu normanın tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçının qeyri-yaşayış sahəsi üzərində hüququnun olması barədə qənaətə gəlsə də, bununla əlaqədar hər hansı araşdırma aparmamış, hər hansı mötəbər dəlilə istinad etməmi şdir. Məhkəmə sübutları müqayisəli, tam və qərəzsiz şəkildə qiymətləndirmədən, obyektiv və hərtərəfli araşdırma aparmadan onlara sübut kimi müvafiq qiymət verməklə aşkar səhv nəticəyə gəlmişdir. 41.MPM-in 152.6-cı maddəsinin tələbi pozulmuşdur-İddiaçı obyektin boşaldılması barədə rəsmi bildiriş göndərməməsindən cavabdehə ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. 42.MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur-Məhkəmənin çıxardığı qətnamə qanuni və əsaslı olmalı, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, çıxarılmış məhkəmə qətnaməsi qanuni və əsaslı olmadığı k imi, iş üzrə müəyyən edilmiş həqiqi hallarla da əsaslandırılmamışdır. Çünki, məhkəmə iddiaçının qeyri-yaşayış obyekti üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada yaranmamış hüququnun pozulduğunun müəyyən olunduğu barədə əsassız nəticəyə gəlmişdir. Halbuki, bu, məhkəmə materiallarında olan hər hansı sübutlarla öz təsdiqini tapmamış və yuxarıda sadalanan maddi hüquq normaları ilə də təkzib olunmuşdur. Bundan başqa, iddiaçının təqdim etmiş olduğu sənədlərin həqiqiliyini müəyyən etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sorğulara isə hələ də cavab verilməmişdir. 43.İddiaçının qeyd olunan icarə obyekti üzərində subyektiv hüquqların olub-olmaması barədə tərəflərindən verilmiş sorğulara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməmiş məhkəmə həmin sənədlərin saxta olması b arədə kifayət qədər əsas olmasına baxmayaraq həmin sərəncamlara istinad etmişdir. Bundan başqa, məhkəmə zamanı iddiaçının nümayəndəsi işin faktiki halları ilə bağlı əhəmiyyətli sualları cavablandıra bilməməsinə və həmin sualların açıq qalmasına baxmayaraq yekun qənaətə gəlmiş, yanılmışdır. Belə ki, iddiaçı ilə bağlanmış müqavilə sona çatdığı müddətdən etibarən həmin ofisdən istifadə edilməsi konkret olaraq dayandırılmış, heç bir formada həmin ofisdən istifadə edilməmişdir. İddiaçı müqavilə müddəti bitmiş, istifadə edilməmiş ofis icarəsinin haqqını tələb etmiş, məhkəmə isə bu əsassız iddianı təmin etmişdir. İddiaçı qeyd olunan ofisin 6 aylıq icarə haqqını tələb etdiyi dövrdə cavabdeh artıq başqa ofisdə təmir işlərini başa çatdıraraq fəaliyyət göstərmişdir ki, bunu təsdiq edən notarial müqav ilə məhkəməyə də təqdim olunmuşdur. 6 ay mütəmadi olaraq icarə haqqı ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən hansı səbəbdən cavabdehə xəbərdarlıq edilməməsi məlum olmamış, iddiaçı xəbərdarlıq etməsinə dair sübutları təqdim etməmişdir. Həmin ayların icarə haqqının ödənilməsinə dair nə yazılı, nə də ki elektron hesab-faktura göndərilməməsi araşdırılmamışdır. 44.İddiaçı tərəfin nümayəndəsinin qeyd olunan obyektin cavabdeh tərəfindən 2019-cu ilin dekabrına qədər istifadə etməsi və dekabr ayında obyekti boşaltması barədə şifahi ifadəsini mötəbər sübut kimi qəbul edilmiş, cavabdehin eyni vaxtda başqa bir obyekti icarəyə götürmüş olması, oranı təmir edərək artıq 2019-cu ilin sentyabr ayından həmin ofisdə fəaliyyət göstərməsinə dair təqdim etdiyi notarial müqaviləni belə sübut kimi qəbul edilməmi şdir. 45.Bundan başqa, ilk 6 ayın icarə haqqının ödənilməsi ilə bağlı elektron hesab-faktura göndərmiş iddiaçı nədənsə sonradan müqavilə üzrə nəzərdə tutulan icarə haqqının ödənilməsinə dair heç bir faktura (elektron hesab-faktura) göndərməmiş, aylarca bu ödənişin edilmədiyi halda, icarə haqqının tələbinə dair heç bir müraciət və ya hüquqi hərəkət etməmişdir. Cavabdehin rəhbərinin iddiaçı hüquqi şəxsin sahibi barəsində Baş Prokurorluğa müraciət etməsindən, 6 aydan sonra istifadə edilməmiş, lakin bu barədə rəsmi məlumat verməməsini səbəb göstərərək hazırkı iddianı qaldırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 46.Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti MPM-lə müəyyən e dilmiş tələblərə uyğun verildiyindən mümkün hesab edilmişdir. 48.Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır. 49.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 50.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq mü ddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” 51.Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir;...” 52.Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” İV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 54.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 55.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin § 36-da göstərilən dəlilinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, MM-nin 425-ci maddəsi öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edir. Baxılan iş üzrə cavabdehin iddiaçını icarə müddətinin 6 ayının sonunda icarə obyektindən istifadə etməyəcəyinə dair məlumatlandırması barədə mötəbər sübutlar işə mahiyyəti üzrə baxılarkən təqdim edilməmişdir. Həmin dəlil işə apellyasiya qaydasında baxılarkən də cavabdeh tərəfindən irəli sürülmüş və həmin dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmİşdir (bax yuxarıda §27-31). Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 425- ci maddəsinin pozulmasına dair cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.
56. Kassasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına, eləcə də iddiaçının subyektiv hüququnun olmamasına dair dəlilləri (bax §37-38) apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 32-33).
57. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 58.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 59.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli, 2-2(103)-756/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli