Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-428/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi və pul öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X2 Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-241/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X4 tərəfindən Cavabdeh MMC-yə 2023-cü il 28 mart tarixli EBDC309566 saylı e-qaimə üzrə 86.400 manat dəyərində, 2023cü il 30 mart tarixli EBDC405536 saylı e-qaimə üzrə 70.100 manat dəyərində və 2023-cü il 8 aprel tarixli EBDD181782 saylı e-qaimə üzrə 59.900 manat dəyərində məhsul satışına dair e-qaimələr göndərilmişdir. 2. 2023-cü il 13 iyun tarixli ödəniş qəbzinə əsasən, cavabdeh tərəfindən iddiaçıya EBCD309566 saylı e-qaimə üzrə - 50.000 manat dəyərində, 2023-cü il 21 iyun tarixli ödəniş qəbzinə əsasən EBCD309566 saylı e-qaimə üzrə - 36.400 manat dəyərində, 2023cü il 15 sentyabr tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə 30.000 manat, 2 024-cü il 20 fevral tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə - 10.000 manat və 2024-cü il 14 mart tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə isə 10.000 manat məbləğində ödəniş edilmişdir.
3. Cavabdeh MMC-nin 2023-cü il 9 oktyabr tarixli iddiaçıya ünvanladığı (imza və möhürlə təsdiqlənmiş) məktubunda bildirilmişdir ki, 2023-cü il 28 mart tarixində 216,400 manat məbləğində məhsul alışı edilmiş və alınmış məhsullar üzrə 116.400 manat məbləğində ödəniş edildiyi və 100.000 manat məbləğində ödənişin 2023-cü il 15 noyabr tarixində 25.000 manatı, 2023-cü il 30 noyabr tarixində 25.000 manatı, 2023-cü il 15 dekabr tarixində 25.000 manatı və 2023-cü il 29 dekabr tarixində 25.000 manatının ödənilməsini planlaşdırdıqları qeyd olunmuşdur.
4. Cavabdeh MMC-nin i ddiaçıya ünvanladığı məktubunda agentlik tərəfindən onlara təqdim edilmiş məhsullar yararsız olduğu üçün satılmamış və hələ də anbarlarında qaldığını, bununla bağlı dəfələrlə şifahi şəkildə məlumat verildiyi, indiyə qədər tərəflərindən edilən ödənişlər isə həmin məhsulların satışından əldə edilməmiş, öz büdcələrindən ödənildiyini, bununla da onlara kifayət qədər zərər dəydiyini, məhsulun yararsız halda olması həm agentliyin, həm də onların qurumuna zərər vurmuş olduğunu, bugünə qədər edilmiş məbləği nəzərə alaraq, qalıq 80.000 manat məbləğin 50 faizinin güzəşt edilməsini, qalan 50 faiz məbləğin isə cədvəl üzrə (2024-cü il 25 avqust tarixində 5.000 manat, 2024-cü il 25 sentyabr tarixində 5.000 manat, 2024-cü il 25 oktyabr tarixində 5.000 manat, 2024-cü il 25 noyabr tarixində 5.000 manat, 20 24-cü il 25 dekabr tarixində 5.000 manat, 2025-ci il 25 yanvar tarixində 5.000 manat, 2025-ci il 25 fevral tarixində 5.000 manat və 2025-ci il 25 mart tarixində 5.000 manat olmaqla) ödənilməsinə razılıq verilməsini iddiaçıdan xahiş etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. “Naxçıvan Muxtar Respublikasının X1” X3 (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 80.000 manat borc, vəkilə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş olan 1.000 manat, 333,50 manat dövlət rüsumunun, ümumilikdə isə 81.333,50 manat pulun Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü il 28 mart tarixində cavabdeh iddiaçıdan ü mumilikdə 216.400 manat məbləğində İran xurması, Zahidi xurması, sarı kişmiş və qızılı kişmiş almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2023-cü il 9 oktyabr tarixli məktubunda alınmış məhsullar üzrə ümumilikdə 116.400 manat ödəniş edildiyini bildirmişdir. Yerdə qalan 100.000 manat vəsaitin 2023-cü il 15 noyabr tarixindən 2023-cü il 29 dekabr tarixinədək 25.000 manat olmaqla qrafik üzrə icra etməyi üzərinə götürərək planlaşdırmışdır. Bu planlaşdırımadan sonra 2024-cü il 20 fevral tarixində 10.000 manat və 2024-cü il 14 mart tarixində isə 10.000 manat olmaqla iddiaçıya ödənişlər həyata keçirmişdir. Bundan sonra cavabdeh qalıq borc üçün ödənişləri həyata keçirməmişdir. İddiaçı tərəfindən 2024-cü il 23 may tarixində cavabdehə ünvanlanmış məktuba görə, yerdə qalan 80.000 manatın ödə nilməsi tələb edilmişdir. Lakin tələb edilən məbləğ cavabdeh tərəfindən ödənilməyərək qalmaqdadır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli e-2-2(113)-7056/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 80.000 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 333 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
8. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında müxtəlif məhsul satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən həmin elektron qaimələr ödənişin təyinatı olaraq göstərərək qismən ödənişlər həyata keçirilsə də, yaranmış borc məbləği bugünə kimi ödənilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, ödəniş qəbzləri və borcun mövcudluğuna dair cavabdehin məktubları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 80.000 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
9. Beləliklə, məhkəmə cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 80.000 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 80.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 443.1, 56 7, 568.1, 579.1, 600.1 və 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-241/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
13. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halla rını düzgün müəyyən etmiş, təqdim olunan dəlilləri tam və hərtərəfli araşdırmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı münasibətləri nəticəsində iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi, cavabdehin isə malları qəbul etməsinə baxmayaraq öhdəliyini yerinə yetirmədiyi müəyyən edilmişdir. Cavabdeh malların keyfiyyətsizliyinə dair sübut təqdim etməmiş, bu barədə iddiaçıya irad bildirməmiş, malların qəbulundan sonra heç bir prosedur yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehin irəli sürdüyü dəlillər əsassız sayılmışdır. Məhkəmə nəticə olaraq belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər formal xarakter daşıyır və işin nəticəsinə təsir göstərə biləcək əsas yaratmır.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 442, 567, 568.1, 579.1, 587, 589, 600.1 və 600.4-cü, MPM-in 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin həqiqi hallarına uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. MM-in 442-ci maddəsi üzrə - cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmamış, əksinə iddiaçının təqdim etdiyi məhsullar xarab olduğu üçün maddi ziyan görmüşdür. Bunun qarşılıqlı şəkildə aradan qaldırılması üçün dəfələrlə edilmiş müraciətə isə müsbət cavab verilməmişdir.
17. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə işin halları üzrə mövcud sübutları hərtərəfli və tam araşdırmamışdır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində ekspertiza təyin edilməsi barədə m əhkəməyə vəsatət təqdim olunsa sa də, həmin vəsatət təmin edilməmişdir ki, ədalətli məhkəmə araşdırılması prinsipi kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması z əruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdə sinə götürür. “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....” “Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1. 2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin....” “Maddə
589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənil məmiş malın qaytarılmasını tələb edə bilər....”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 24. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
27. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
28. Əlavə olaraq aşağı instansiya məhkəmələri tərəfindən iş üzrə ekspertiza təyin olunması barədə vəsatətin təmin edilməməsi barədə cavabdehin dəlillərini də kollegiya əsassız hesab edir. Belə ki, MPM-in 97.1-ci maddəsinə görə məhkəmə işə baxılarkən məhz xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər. Hazırki işdə isə işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri buna zərurət görməmişlər. Çünki cavabdeh vəsatətdə göstərilənlərə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəblə də birinci instansiya məhkəməsi vəsatəti rədd etmiş və bunu MPM-in 97.1-ci maddəsinin tələblərinə uyğun olaraq əlavə olaraq çıxardığı qəraddadda əsaslandırmışdır. Göründüyü kimi cavabdehin ekspertiza təyin olunması barədə vəsatətinə baxılması zamanı məhkəmə tərəfindən hər hansı prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
30. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 22(103)-241/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.