Məhkəmə qərarları › İş №2-2(102)-429/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-429/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-429/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iş üzrə QƏRAR 2-2(102)-429/2023 Açar sözlər: kredit borcu, ödənilmiş borc, vəsaitdən yenidən istifadə edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 may tarixli 22(105)-73/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraa t qaydasında baxılmışdır. I.İŞİN HALLARİ

1. ASC “Xalq” Bankı – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “Borc alan” olmaqla, bağlanmış 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit Müqaviləsinə əsasən “yeni obyektin tikintisi” məqsədilə borcalan Cavabdeh 36 ay müddətinə, yəni 2015-ci il 20 iyul tarixinədək illik 19% dərəcəsi ilə 25.000 manat məbləğində kredit verilmişdir (həmin kreditin müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda Banka ödənilməsini nəzərdə tutan ödəniş cədvəlini (1 saylı Əlavəni) borcalan Cavabdeh da imzalamışdır və həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 2015-ci il 20 iyul müəyyən olunmuşdur). Eyni zamanda, 2012-ci il 20 iyul tarixli, ******** **12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit verən ASC “Xalq” Bankı ilə ipoteka qoyan (borcalan) Cavabdeh məxsus Quba rayonunun Amsar–Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə 2012ci il 20 iyul tarixli, 172001/0085/12/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. 2. 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit Müqaviləsinin “36 aylıq” icra müddəti bitdikdən sonra borcalanın əsas və faiz borclarının ödənilməsi üzrə icra olunmamış öhdəlikləri qaldığından, kredit verən ASC “Xalq” Bankı müvafiq iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, “2012-ci il 20 iyul tarixli, 172001/0085/1 2/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh Quba rayonu Amsar-Palasa kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 57,6 kv.metr yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi və 2012-ci il 20 iyul tarixli, **********12 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında 9.595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 2015-ci il 20 iyul tarixdən 2015-ci il 11 dekabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 2015-ci il 11 dekabr tarixinə qədər vaxtı keçmiş əsas borc məb ləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1.003,18 manat məbləğində cərimə faizləri, cəmi 12.230,05 manat və 2015-ci il 11 dekabr tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30,2 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 37 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğindən dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçın ın xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin 2012-ci il 20 iyul tarixli, 172001/0085/12/09 №-li İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı ASC “Xalq” Bankının həmin iddia tələbi üzrə qəbul edilmiş Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankının pul tələbinin 2012-ci il 20 iyul tarixli, 172001/0085/12/09 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Quba rayonu Amsar-Palasa kən dində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9.000 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 38.000 manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə ediləcək vəsaitdən 2012-ci il 20 iyul tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh ASC “Xalq” Bankına olan 9.595,31 manat məbləğində əsas borcu, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10.553,4 manat borcun və 25,89 manat dövlət rüsumunun ASC «Xalq» Bankının xeyrinə tutulması, satışdan əldə olunan vəsa itin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi və iddianın qalan hissələrdə isə təmin olunmaması qət edilmişdir.

4. Yəni, həmin Qətnamə ilə iddia tələbi “2015-ci il 20 iyul tarixindən 2015-ci il 11 dekabr tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması” və “2015-ci il 11 dekabr tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissələrində təmin olunmamış, “2015-ci il 11 dekabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1.003,18 manat məbləğində cərimə faizlərinin tutulması” hissəsində isə qismən təmin edilərək “cəmi 3 manat cərimə növündə dəbbə pulu” tutulmuşdur (qeyd olunan Nəticə Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsində ətraflı şərh olunmuş və əsaslandırılmışdır).

5. Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq, qətnamənin Nəticə hissəsi qətnamədə müəyyən edilmiş qaydada icra olunmamışdır. Yəni, 2015-ci ildə 20 iyul müddəti bitmiş 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit müqaviləsi üzrə “ödənilməmiş 9.595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 3 manat dəbbə pulu olmaqla, cəmi 10.553,4 manat məbləğində borc” qanuni qüvvəsini almış məhkəmə qətnaməsində qət edilmiş qaydada həmin kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmamış və həmin qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üsulu ilə tutulmalı olan borc məbləği kredit alan Cavabdeh tərəfindən hissə-hissə olmaqla ödənilmiş və onun borcalan olaraq 2015-ci il 20 iyul tarixində müddəti bitmiş 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcları - yəni, məlum məhkəmə qətnaməsi ilə tutulan pul vəsaitləri üzrə icra olunmamış öhdəlikləri qalmamışdır.

6. Bundan sonra isə iddiaçı ASC “Xalq” Bank Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə zərərin, yəni əldən çıxmış faydanın əvəzinin hesablanmasının başa çatdığı 2015-ci il 11 dekabr tarixindən həmin qətnamə ilə tutulan əsas və digər borcların tam şəkildə qaytarıldığı 2021-ci il 18 noyabr tarixinədək Cavabdeh 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə iddiaçı xxxx qarşısında 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 5.990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 5.573,79 manat məbləğində penya olmaqla, cəmi 11.564,68 manat məbləğində pul vəsaitinin tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə mürac iət etmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 8 dekabr tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 5.990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə qədər vaxtı keçmiş əsas b orc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 5.773,79 manat məbləğində penya olmaqla, cəmi 11.564,68 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 125,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh (borc alan) arasında bağlanmış 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 19% ödənilməsi şərtilə 25.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında sonuncunun Quba rayonunun Amsar-Palasa kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən birmərtəbəli, 57,6 kv.m yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 2012-ci il 20 iyul tarixli, 172001/0085/12/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Borc alan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli 2(027)-32/2016 saylı qətnaməsi ilə iddiaçı nın tələbi 2012-ci il 20 iyul tarixli, 172001/0085/12/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehə məxsus Quba rayonu Amsar-Palasa kəndindəki 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən birmərtəbəli, 57,6 kv.metr yaşayış, 37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 90.000 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 38.000 manat məbləğində müəyyən edilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsaitdən cavabdehin iddiaçıya olan 9.595,31 manat məbləğində əsas borcunun, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun və 3 mana t cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10.533,4 manat borcun və 25,89 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Həmin Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh yuxarıda göstərilən borc məbləğini 2021-ci il 18 noyabr tarixində tam şəkildə ödəmişdir. Lakin buna baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəlikləri heç də tam həcmdə icra edilməmişdir. Belə ki, Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəməlidir. Borc alan tərəfindən müvafiq öhdəliklərinin icrası pozulduğuna görə 2015-ci il 11 dekabr tarixindən (Quba Rayon Məkəməsinə müraciət edilən tarixdən) kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı 2021-ci il 18 noyabr tarixədək hesablanmış penyanın məbləği 5.773,79 manat təşkil etmişdir. Həmin tarixindən sonra cavabdeh tərəfindən ümumilikdə 200 manat məbləğində ödəniş həyata keçirilmişdir ki, həmin ödənişlər kredit müqaviləsinin 2.9-cu bəndi ilə müəyyən edilmiş ardıcıllığa uyğun olaraq penyanın ödənilməsin ə yönəldilmişdir. Beləliklə, 2022-ci il 1 dekabr tarixinə borcalanın bank qarşısında penya borcunun məbləği 5.573,79 manat təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklə rin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında öz təsdiqini tapmışdır. X1 məhkəməsi qeyd etmişdir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununl a əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin Qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pu l vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin Qərarda göstərmişdir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Kons titusiya Məhkəməsi yuxarıda qeyd edilmiş Qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinədək olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, iddiaçıda daşınmaz əmlakın girovu ilə verilən istehlak krediti bank məhsulunun Pasportu üzrə bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 16 % təşkil etmişdir. Qeyd olunana əsasən Bank Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə zərərin (əldən çıxmış faydanın) əvəzinin hesablanmasının başa çatdığı tarixindən (2015-ci il 11 dekabr) əsas borcun tam şəkildə qaytarıldığı 2021-ci il 18 noyabr tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Müvafiq hesablanma aparıldıqdan sonra 2015-ci il 11 dekabr tarixindən (ipoteka predmetinə tutmanın yönəldilmə si barədə ilkin iddi tələbləri ilə Quba Rayon Məhkəməsinə müraciət edildiyi tarix) əsas borcun tam şəkildə qaytarıldığı 2021-ci il 18 noyabr tarixinədək olan dövr üçün müvafiq məbləğ 5.990,89 manat təşkil etmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş olsa da, cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçı tərəfindən 2023-cü il 10 yanvar tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkə məyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, cavabdehin 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 5.990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 5.573,79 manat məbləğində penya olmaqla, cəmi 11.564,68 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 125,30 manat məbləğind ə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - "2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 5.573,79 manat penya borcu olduğu halda, iddia tələbində yanlışlıqla 5.773,79 manat qeyd edilməsi" ilə əsaslandırılmışdır.

9. İddiaçı tərəfindən 2023-cü il 10 yanvar tarixndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, cavabdehin 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 5.990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 5.573,79 manat məbləğində penya olmaqla, cəmi 11.564,68 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 125,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - "2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 5.573,79 manat penya borcu olduğu halda, iddia tələbində yanlış lıqla 5.773,79 manat qeyd edilməsi" ilə əsaslandırılmışdır.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 399.3, 443.2, 462, 465.2, 528-ci, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına; ”İpoteka haqqında” Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli Qanunun 47.5-ci bəndinə istinad edilmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 23 fe vral tarixli e-2-2(119)-88/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim-Z.Sadiqov).

13. Məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən edilmişdir ki, kreditor iddiaçı ilə borc alan cavabdeh arasında 36 ay müddətinə bağlanmış 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsinin 2015-ci il 20 iyul tarixində müddətinin bitməsinə baxmayaraq, sonuncu tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş və buna görə də, 2015-ci ildə iddiaçı tərəfindən cavabdehə qarşı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq, müddəti bitmiş həmin kredit müqaviləsi üzrə “9.595,31 manat məbləğində əsas borcun və 955,09 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 2015-ci il 20 iyul tarixindən (müqavilə müddətinin bitdiyi tarixdən) 2015-ci il 11 dekabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanmış 676,47 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin, 2015-ci il 11 dekabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1.003,18 manat məbləğində cərimə faizlərinin, 2015-ci il 11 dekabr tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin məlum kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilər ək ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmin iddia tələbi üzrə qəbul edilmiş Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə “2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan 9.595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10.553,4 manat borcunun Quba rayonu Amsar-Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilib, qeyd olunan ipoteka predmetlərinin açıq hərracda satışından əldə olunan vəsait hesabına həmin borcun iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasınd an artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi” qət edilmiş olmasına baxmayaraq, qanuni qüvvəsini almış və hamı üçün məcburi olan həmin Qətnamə məhkəmənin müəyyən etdiyi qaydada icra edilməmiş və qətnamə ilə tutulması müəyyən edilmiş “9.595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10.553,4 manat borc” cavabdeh tərəfindən nağd pul şəklində hissə-hissə ödənilmiş və iddiaçı olan kreditor (tələbkar) isə buna heç bir etiraz etməyərək, həmin qaydada icranı sonadək qəbul etmişdir. Yəni, məhkəmə qətnaməsinə əsasən məlum ipoteka predmetləri qanunvericiliyin müəyyən etdiyi qaydada satılaraq, cavabdehin 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsinin təmin edilməsi əvəzinə, məlum qətnamə əsasında müəyyən edilmiş borc məbləğinin ödənilməsi nağd pul şəklində hissəhissə olmaqla icra edilmiş və iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmişdir.

14. Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə cavabdehin ipotekaya qoyulmuş əmlakları hesabına ödənilməli olması müəyyən edilən borc məbləği - qətnamədə nəzərdə tutulan qaydada ipoteka predmetlərinin satılması hesabına deyil, cavabdehin (borclunun) bilavasitə ödədiyi pul vəsaiti hesabına hissə-hissə olmaqla ödənilmiş və iddiaçı (tələbkar-kreditor) tərəf öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, icra müddəti bitmiş kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc mə bləğinin qətnamədə nəzərdə tutulduğu üsulla deyil, başqa cür icra olunmasının şərtləri və nəticəsi ilə əlaqədar tərəflər arasında hər hansı bir yeni öhdəlik yaradan saziş imzalanmamış və qətnamənin icrasını tələb etməyən tələbkarın razılığı ilə bu üsulla icra yekunlaşdıqdan sonra hazırkı iddia tələbində qeyd olunan “zərər və penya” tələb olunur. Borcverən iddiaçı ilə borcalan cavabdeh arasında 36 ay müddətinə bağlanmış 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit Müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) yoxdur.

15. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, ilk olaraq həmin m üqavilədən irəli gələn “öhdəlik” hüquq münasibətləri yaranmış olsa da, sonradan iddiaçı icra müddəti bitmiş həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə mövcud borcun ipoteka predmetinə yönəldilməklə tutulması qət edilmişdir. Ona görə də, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə “borcalan” kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə “borclu” kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan qaydada “hissə-hissə” olmaqla, 2021ci il 18 noyabr tarixədək icra olunmasında cavabdehin (borclunun) təqsiri müəyyən edilmir. Yəni, Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyu n tarixli, 2(027)-32/2016 saylı qətnaməsi əsasında “ipoteka predmetləri satılmaqla” borcun ödənilməməsinə görə cavabdeh məsuliyyət daşımır və yuxarıda qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun başqa üsulla ödənilməsinə (borcun borclu tərəfindən hissə-hissə olmaqla ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir. Halbuki, iddiaçı tələbkar olaraq, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə tutulan borcun yuxarıda qeyd olunan qaydada icrasını qəbul etməyə və qətnamənin nəticə hissəsinin qət olunmuş qaydada icra olunmasını tələb edə bilərdi.

16. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 4 0 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Lakin, hazırkı iş üzrə iddiaçı “məhkəmə qətnaməsi ilə borcun yönəldiyi” ipoteka predmetinin sonrakı taleyi barədə hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən və eyni zamanda, iddiaçı öz iddiasını bu halla əsaslandırmadığından məhkəmə, iddiaya bu hissədə ətraflı münasibət bildirməyi zəruri hesab etməmişdir.

17. Bununla belə, işin hallarına görə məhkəmə, bu xüsusata da qiymət verərək hesab etmişdir ki, əgər iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etməyibsə, onun “Azərbaycan Respublikası MM-in 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satıla bilməməsi və ya ipoteka saxlayan tərəfindən əldə edilməməsi - ipoteka qoyan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu - ondan asılı olmayan haldan irəli gəlmişdir.

18. Beləliklə də, Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş borcun qətnamədə qət olunan qaydada deyil, başqa qaydada ödənilməsinin iddiaçı (tələbkar) tərəfindən qəbul olunmasına baxmayaraq, 2021-ci il 18 noyabr tarixinədək icra olunmasına görə hazırkı iddia tələbində qeyd olunan “2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 5.990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 1 5 % dərəcəsi ilə hesablanmış 5.573,79 manat məbləğində penya olmaqla, cəmi 11.564,68 manat məbləğində pul vəsaitinin tutulmasının” tələb olunması – iddiaçının (tələbkarın) hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin müvafiq qaydada icra olunmamasına görə cavabdehin təqsirinin olması müəyyən olunmamış və məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin, yəni “illik 16 % dərəcəsi ilə hesablanmış 5.990,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin və 2015-ci il 11 dekabr tarixindən 2021-ci il 18 noyabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 5.773,79 manat məbləğində penyanın” ödənilməli olmasının əsaslılığı təsdiq olunmamışdır.

19. Məhkəmə öz mövqeyini MM-in 317.1, 319.1, 385.1, 421, 427.3, 527.1, 528, 529.2, 529.4, 739.1-ci; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 39.1, 41.2, 43.1.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 88, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı 2023-cü il 3 aprel tarixində apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 23 fevral tarixli, e-2-2(119)-88/2023 saylı qətnaməsini ləğv edərək, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin verilməsinə görə 62.65 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 may tarixli 2-2(105)-73/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 23 fevral tarixli, e-2-2(119)-88/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – A.Süleymanova və M.Rzayev).

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə “2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit Müqaviləsi üzrə cavabdehin iddiaçıya olan 9.595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10.553,4 manat borcunun Quba rayonu Amsa r-Palasa kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilib, qeyd olunan ipoteka predmetlərinin açıq hərracda satışından əldə olunan vəsait hesabına həmin borcun iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi”nin qət edilməsinə baxmayaraq, qanuni qüvvəsini almış qətnamə məhkəmənin müəyyən etdiyi qaydada icra edilməmiş və qətnamə ilə tutulması müəyyən edilmiş “9.595,31 manat məbləğində əsas borc, 955,09 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10.553,4 manat borc” cavabdeh tərəfindən nağd pul şəklində hissə-hissə ödənilmiş və iddiaçı olan Kreditor (tələbkar) i sə buna heç bir etiraz etməyərək, həmin qaydada icranı sonadək qəbul etmişdir. Yəni, məhkəmə qətnaməsinə əsasən məlum ipoteka predmetləri qanunvericiliyin müəyyən etdiyi qaydada satılaraq, cavabdehin 2012-ci il 20 iyul tarixli, **********12 nömrəli Kredit Müqaviləsi üzrə yaranmış borcunun ödənilməsinin təmin edilməsi əvəzinə, həmin qətnamə əsasında müəyyən edilmiş borc məbləğinin ödənilməsi nağd pul şəklində hissə-hissə olmaqla icra edilmiş və iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmişdir.

23. Başqa sözlə, Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə cavabdehin ipotekaya qoyulmuş əmlakları hesabına ödənilməli olması müəyyən edilən borc məbləği - qətnamədə nəzərdə tutulan qaydada ipoteka pred metlərinin satılması hesabına deyil, cavabdehin (borclunun) bilavasitə ödədiyi pul vəsaiti hesabına hissə-hissə olmaqla ödənilmiş və iddiaçı (tələbkar-kreditor) tərəf öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, icra müddəti bitmiş kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin qətnamədə nəzərdə tutulduğu üsulla deyil, başqa cür icra olunmasının şərtləri və nəticəsi ilə əlaqədar tərəflər arasında hər hansı bir yeni öhdəlik yaradan saziş imzalanmamış və qətnamənin icrasını tələb etməyən tələbkarın razılığı ilə bu üsulla icra yekunlaşdıqdan sonra hazırkı iddia tələbində qeyd olunan “zərər və penya” tələb olunur.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, borcverən iddiaçı ilə borcalan cavabdeh arasında 36 ay müddətinə bağlanmış 2012-ci il 20 iyul tarixli, ** ********12 nömrəli Kredit Müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu yoxdur.

25. Kollegiya MM-in 529.2-ci maddəsinin tələbləri baxımından qeyd etmişdir ki, qətnamə ilə tutulan borcun başqa üsulla ödənilməsinə (borcun borclu tərəfindən hissə-hissə olmaqla ödənilməsinə) iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir. Halbuki, iddiaçı tələbkar olaraq, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə tutulan borcun yuxarıda qeyd olunan qaydada icrasını qəbul etməyə və qətnamənin nəticə hissəsinin qət olunmuş qaydada icra olunmasını tələb edə bilərdi. Belə ki, həmin iş üzrə kreditorun öhdəliyin icrası kimi təklif olunmuş hərə kəti qəbul etməmək və onu öhdəliyin icrası kimi təsdiq etməmək niyyəti var idisə, sübut etməli idi ki, həmin hərəkət icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. İş materiallarında həmin qətnamə üzrə borcun borclu tərəfindən ödənilməsi üsulu ilə bağlı kreditorun hər hansı narazılığının olduğu müəyyən olunmamışdır. 26. “İpoteka haqqında qanun”un tələbləri ilə müəyyən olunmuşdur ki, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (bankın) ipoteka predmetini satış dəyərindən 25 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Əgər iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifad ə etməyibsə, onun “Azərbaycan Respublikası MM-in 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satıla bilməməsi və ya ipoteka saxlayan tərəfindən əldə edilməməsi - ipoteka qoyan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yer inə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu - ondan asılı olmayan haldan irəli gəlir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borcun ödənildiyi, 2021-ci il 18 noyabr tarixədək tam şəkildə qaytarıldığı mübahisələndirilmir. Mübahisələndirilən hal məhkəmə tərəfindən Azərbaycan Respublikası MM-in 399.3-cü maddəsinin tələblərinin pozulmasıdır. Bununla bağlı apellyasiya şikayətində Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına istinad olunmuşd ur.

28. Məhkəmə kollegiyası bu dəlillə razılaşmamışdır. Belə ki, X1 Məhkəməsi qeyd etmişdir ki, “...konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər....Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.”

29. Kollegiya qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsinin çıxarıldığı tar ixindən sonrakı dövr üzrə cavabdeh tərəfindən müntəzəm ödənişlər edilməklə borc məbləği tam ödənilmişdir, kreditor isə vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 421, 427.3, 442, 527.1, 528, 529.2, 529.4, 739.1, 739.2-ci; "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39, 43.7, 43.8-ci; MPM-in 14.1, 14.2, 77.1, 82.3, 88, 233.3, 372.6, 372.7, 376.2, 384.0, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Həmin qətnamə 2023-cü il 4 may tarixdinə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

32. İddiaçı 2023-cü il 19 iyun tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 1 may tarixli, 2 -2(105)-73/2023 saylı qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 399.3-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarının tələbləri pozulmuşdur - kommersiya mübahisəsinə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2016-ci il 7 iyun tarixli, 2(027)-32/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə 9.595,31 manat məbləğində əsas borcdan, 955,09 manat m əbləğində adi faizlər üzrə borcdan, 3 manat məbləğində penyadan ibarət olan cəmi 10.553,4 manat məbləğində borcun ödənilməsi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə bank tərəfindən tələb edilən borc məbləği 2015-ci il 11 dekabr tarixinədək (həmin mülki iş üzrə iddia tələbi həcminin artırılması barədə ərizənin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixindən əsas borcun tam olaraq ödənildiyi 2021-ci il 18 noyabr tarixinədək hesablanmış əldən çıxmış faydanın və penyanın cavabdehdən tutulması ilə bağlıdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt MM-in 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir.

34. MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarının tələbi pozulmuşdur - kredit müqaviləsinin 1.1, 2.4, 5.1 və 6.2-ci bəndlərinə əsasən, bank kredit müqaviləsi üzrə əsas borcun tam ödənildiyi 2021-ci il 18 noyabr tarixinədək hesablanmış əldən çıxmış faydanı və penyanı tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə bankın iddiasını rədd etməklə Konstitusiya Məhkəməsinin məhkəmələr üçün məcburi sayılan hü quqi mövqeyinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı r....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. [384] 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması i lə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür....” “Maddə

527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nətic əsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir....” “Maddə

528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir....” “Maddə

529. Öhdəliyin icrasının qəbulu... 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər işti rakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər....”

40. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərar dad çıxarır....” “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir ( maddə 43.7-1); İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlə rin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 may tarixli 2-2(105)73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, ipoteka predmetinin dəyərind ən tutulmalı olan kredit müqaviləsi üzrə 9.595,31 manat məbləğində əsas borcdan, 955,09 manat məbləğində adi faizlər üzrə borcdan, 3 manat məbləğində penyadan ibarət olan cəmi 10.553,4 manat məbləğində borcun ödənilməsi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə bank tərəfindən tələb edilən borc məbləği 2015-ci il 11 dekabr tarixinədək (həmin mülki iş üzrə iddia tələbi həcminin artırılması barədə ərizənin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur. Bankın hazırkı tələbi isə həmin tarixindən əsas borcun tam olaraq ödənildiyi 2021-ci il 18 noyabr tarixinədək hesablanmış əldən çıxmış faydanın və penyanın cavabdehdən tutulması ilə bağlıdır.

44. Məhkəmə kollegiyası kass asiya şikayətinin dəlili ilə razılaşmayaraq bildirir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli 2(027)-32/2016 nömrəli qətnaməsi ilə cavabdehin ipotekaya qoyulmuş əmlakları hesabına ödənilməli olması müəyyən edilən borc məbləği qətnamədə nəzərdə tutulan qaydada ipoteka predmetlərinin satılması hesabına deyil, cavabdehin (borclunun) bilavasitə ödədiyi pul vəsaiti hesabına hissə-hissə olmaqla ödənilmiş və iddiaçı (tələbkar-kreditor) tərəf öhdəliyin bu cür icrasını qəbul etmiş, bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə əsas borcun ödənildiyi, 2021-ci il 18 noyabr tarixədək tam şəkildə qaytarıldığı mübahisələndirilməmişdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərs ə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər....Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

46. Hazırkı halda, Quba Rayon Məhkəməsinin 2016-cı il 7 iyun tarixli, 2(027)-32/2016 nömrəli qətnaməsinin çıxarıldığı tarixdən sonrakı dövr üzrə cavabdeh tərəfindən müntəzəm ödənişlər edilmişdir.

47. Bununla yanaşı, işdən göründüyü kimi tərəflər arasında cavabdehdən kredit borcunun ipoteka predmetinə yönəldilməklə tutulmasına dair məhkəmə mübahisəsi olmuş, məhkəmə tərəfindən cavabdehin borcunun ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bununla da tərəflər iddiaçı və cavabdeh statusundan tələbkar və borclu statusuna keçmişdirlər. Lakin, işdən göründüyü kimi iddiaçının tələbkar kimi bununla əlaqədar hərəkətsizliyinin inkarı iş materialları ilə təsdiq edilmir. MM-in 5.3-cü maddəsinə əsasən isə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu baxımdan, iddiaçının məhkəmə qətnaməsi ilə tutmanın yönəldiyini ipoteka predmetinin əldə edilməsi istiqamətində yaranmış hüquqlarından istifadə etməyərək hazırkı halda faiz, penya və zərərin əvəzi kimi məbləğləri yenidən tələb etməsi MM-in 5.3-cü maddəsinin tələbləri baxımından onun əhatə dairəsinə düşmüşdür.

48. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edil məli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

49. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

50. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə o nun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub -olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

54. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğ un əsaslandırılmalıdır.

55. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2023-ci il 1 may tarixli 2-2(105)-73/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

57. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 may tarixli 2-2(105)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar