Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-429/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-51/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh2 arasında 2019-cu il 20 noyabr tarixli 002L**********98 nömrəli uzunmüddətli kredit müqaviləsi ilə bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 5.000.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsini açmağı öhdəsinə götürmüşdür.
2. Həmin kredit xətti müqaviləsi üzrə 2021-ci il 15 fevral tarixli 999R********** nömrəli kredit razılaşması ilə bank məbləği 100.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.3333 % olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan bu razılaşmanın ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.
3. İddiaçı QSC ilə Cavabdeh2 arasında 2021-ci il 14 sentyabr tarixli 999R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır.
4. İddiaçı QSC ilə borclu Cavabdeh2 və zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələri ilə borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti və borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
5. İpoteka qoyan İddiaçı QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış 2021-ci il 11 fevral tarixli 999 M**********01 nömrəli ipoteka müqaviləsi ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 138,8 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (39 nömrəli mağaza, bundan sonra – “ipoteka predmeti”) 2019-cu il 20 noyabr tarixində Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 002L**********98 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin olunması məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.5-ci bəndində əsasən, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 105.000 manat təşkil edir. 6. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış).
7. İddiaçı QSC tərəfindən veril miş maliyyə arayışında Cavabdeh2 2021-ci il 15 fevral tarixli 05R**********99R********** nömrəli kredit razılaşması üzrə 2023-cü il 31 iyul tarixinə olan borcunun əsas məbləğ üzrə 31.515,89 manat, faiz üzrə 1.981,36 manat, cərimə üzrə 3.918,04 manat olmaqla, cəmi 37.415,29 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 27 oktyabr tarixində Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh2”, “Cavabdeh4”, “Cavabdeh5”, “Cavabdeh1”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 999R********** nömrəli krеdit razılaşması üzrə 31.51 5,89 manat krеdit bоrcu, 1.981,36 manat faiz bоrcu və 3.918,04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 37.415,29 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 37.415,29 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0.10 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 210 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 2021-ci il 15 fevral tarixli krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 manat krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 2021-ci il 14 sentyabr tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə gecikdirmiş, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2022-ci il 15 dekabr tarixindən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 68.484,11 manat ödəmiş, onun 31.515,89 manat kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 31 iyul tarixinə 226 gün üçün hesablanmış faiz borcu 1.981,36 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 2023-cü il 31 iyul tarixinə 226 gün üçün hеsablanmış cərimə 3.918,04 manat təşkil emtişdir. Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı 2021-ci il 11 fevral tarixli ipoteka müqaviləsi əsasında ipoteka predmetini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir.
10. Məhkəmə-tikinti-texniki ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 21 fevral tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ipoteka predmetinin bazar dəyəri 263.000 manat, likvid dəyəri 237.000 manat müəyyən edilmişdir.
11. Təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 22 aprel tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ipoteka predmetinin bazar dəyəri 350.0 00 manat, likvid dəyəri 280.000 manat müəyyən edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 30 may tarixli e-2-2(113)-389/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 30 may tarixli e-2-2(113)-389/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək (birgə) qaydada 999R********** nömrəli krеdit razılaşması üzrə 31.515,89 manat krеdit bоrcu, 1.981,36 manat faiz bоrcu və 1.500 manat cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,10 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 210 manat olmaqla, ümumilikdə 35.207,35 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə - ilkin satı ş qiyməti 280.000 manat olmaqla yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 35.207,35 manat borcun tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi, cavabdehlərdən aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 300 manat xərcin müştərək (birgə) qaydada tutularaq "xxxx" MMC-yə, 500 manat xərcin müştərək (birgə) qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
14. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişlər. Belə olan təqdirdə, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun əsas borclu və zaminlərdən birgə qaydada tutularaq iddiaçıya (31.515,89 manat əsas, 1.981,36 manat faiz borcu) ödənilməsi qənaətinə gəlmişdir.
15. Tələb olunan cərimə məbləğinə gəldikdə məhkəmə onun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğin azaldılaraq 1.500 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
16. İşin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 34.997,25 manat borcunun olması müəyyən edildiyindən, məhk əmə borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməsi, ilkin satış qiymətinin "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müəyyən edilməsi qənaətinə gəlmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 319.1, 319.5, 470.1, 472.1, 472.2, 478, 489.1, 739.1, 739.2 və 741ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3 və 41.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 280.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və tərəflər arasında 2021-ci il 11 fevral tarixində bağlanmış ipoteka müqaviləsində qarşılıqlı razılığa əsasən müəyyən edilmiş qiymət də nəzərə alınmaqla yenidən qiymətləndirmə keçirilərək əmlakın ilkin satış qiymətinin müəyyən olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il 7 yanvar tarixli 9/80xx-xx/7765 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 138,8 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair analoji birja məlumatları olmadığı üçün həmin qeyri-yaşayış sahəsinin b azar dəyərini müəyyən etmək mümkün olmamışdır.
20. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 2025-ci il 5 fevral tarixli 23/QYS/25 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin gəlir yanaşması ilə bazar dəyəri 310.000 manat, likvid dəyəri 240.000 manat müəyyən edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-51/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “ilkin satış qiyməti 280.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 252.000 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfin dən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən ipoteka predmetinin dəyərini analoji məlumatlar əsasında müəyyən etmək mümkün olmamışdır. Belə olan halda iddiaçı məhkəməyə "xxxx" MMC-nin 2025-ci il 5 fevral tarixli rəyini təqdim etmişdir. Həmin rəydən müəyyən edilmişdir ki, ipoteka predmetinin real bazar dəyəri 310.000 manat, likvid dəyəri isə 240.000 manat təşkil edir.
23. Birinci instansiya məhkəməsində "xxxx" MMC tərəfindən verilmiş 2024-cü i l 21 fevral tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 237.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 22 aprel tarixli mütəxəssis rəyinə əsasən likvid dəyəri 280.000 manat, "xxxx" MMC tərəfindən verilmiş 2025-ci il 5 fevral tarixli mütəxəssis rəyinə əsasən likvid dəyəri 240.000 manat müəyyən edilmişdir.
24. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək üçün hər 3 rəydəki əmlakın likvid dəyərinin toplanılması, 3 yerə bölünməsi və orta qiymətin çıxarılaraq (237.000+280.000+240.000):3=252.000, ipoteka predmetinin ilkin satış qiymətinin 252.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 319.5, 470.1, 472.1, 472.2, 478 və 489.1, həmçinin zamana görə qüvvədə olan redaksi yada 739 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 34, 39.3 və 41.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MPM-in 9.3, 64.1, 88 və 103.2-ci maddələri üzrə - ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyri-müəyyənlik yaranmış, müqavilədə və sonrakı mütəxəssis rəylərində qiymət uyğunsuzluğu aradan qaldırılmamışdır. Buna görə də məhkəmə tərəfindən məhz xüsusi bilik sahəsi olduğuna görə məhkəmə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2025 -ci il 7 yanvar tarixli rəyinə əsasən ipoteka predmeti olan əmlaka dair analoji birja məlumatları olmadığı üçün həmin qeyri-yaşayış sahəsinin bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Kollegiya bir tərəfdən öz qərardadında xüsusi bilik tələb edən sahə olduğundan işi ekspertizaya göndərilməsinin zəruriliyini əsaslandırmış, digər tərəfdən isə müvafiq ekspert rəyi olmadan öz mülahizəsinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətini cavabdehin mənafeyinə zidd formada aşağı məbləğdə qiymətləndirərək ziddiyyətli qətnamə qəbul etmişdir. İpoteka predmetinin qiymətinin müəyyən olunması bu sahənin ekspertinin müəyyən edə bilmədiyi halda, kollegiyanın bunu necə müəyyən etməsi sual olunur. Rəylərin qiymətləndirməsinə bu cür yanaşma hüquqa və ixtisaslaşmaya ziddir. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri
28. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Cavabdehlar apellyasiya məhkəməsində keçirilmiş iclaslarda iştirak etməmiş, qiymətləndirmə rəyinə etiraz etməmiş, hər hansı sübut təqdim etməmiş və heç bir münasibət bildirməmişlər. Apellyasiya məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə iş üzrə apellyasiya baxışında 3 qiymətləndirici rəyini müqayisəli şəkildə təhlil etmiş, düzgün olaraq ipoteka predmetinin ilkin satış qiymətini dəyişdirmişdir. İş üzrə ipoteka qoyan Cavabdeh2 deyil, Cavabdeh1dır va ipoteka qoyan tərəfindən qətnamə ümumiyyət lə mübahisələndirilməmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin istinad etdiyi qiymətləndirici rəyini mübahisələndirsə də, onların doğruluğunu inkar edan mötəbər sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəmə aktını qismən – “ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 280.000 manat müəyyən edilməsi” hissəsində yoxlamışdır. Cavabdeh2 da kassasiya şikayətində yalnız ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini mübahisələndirmişdir.
30. Bu baxımdan hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yox lanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur....” 33. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmd ə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutu lur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunm uş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki h allarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
39. Belə ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək üçün hər 3 rəydəki əmlakın likvid dəyərinin toplanılması, 3 yerə bölünməsi və orta qiymətin çıxarılaraq ipoteka predmetinin ilkin satış qiymətinin 252.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
40. MPM-in 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. Normanın məzmunundan da aydın olur ki, təkrar ekspertizanın keçir ilməsinə səbəb olan hallardan biri ekspert rəyinin əsassızlığıdır. Hazırkı iş üzrə isə təqdim olunmuş rəylərin əsassızlığına səbəb ola biləcək yetərli dəlillər irəli sürülməmişdir. Qeyd olunmalıdır ki, ekspert rəyinin əsassızlığı yalnız subyektiv şübhə ilə deyil, faktlara və dəlillərə əsasən sübut olunmalıdır. Lakin kassator yalnız formal mülahizələri ilə hazırkı iş üzrə verilmiş rəylərin doğru olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola biləcək dəlillər gətirməmişdir.
41. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
42. Kassasiya şikayətinin prosessual hüquq nor malarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 22(103)-51/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.