Məhkəmə qərarları › İş №2-2(102)-43/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-43/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-43/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-43/21 Bakı şəhəri xx xxxxxx 2021-ci il Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhram Məmmədli və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil3 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlə rin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2-2(103)-317/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) Cavabdeh qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.100.000 manat əsas borc, 204.166,67 manat faiz borcu, 53.083,34 manat cərimə olmaqla, ümumilikdə 2.357.250,01 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdiril məsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 042 saylı kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən qalan 2.100.000 manat əsas borcun, 478.333,34 manat faiz borcunun, 472.500 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) əsasən hesablanan faiz məbləği olmaqla ümumilikdə 2.620.333,34 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 042 saylı kredit müqaviləsi bağlanmış, müqavi lənin tələblərinə görə iddiaçı tərəfindən cavabdehə istehlak məqsədi ilə illik 10 faiz dərəcəsi olmaqla 6 ay müddətinə 2.100.000 manat vəsait verilmişdir. Cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürsə də, edilmiş xəbərdarlıqlara baxmayaraq öz öhdəliklərinin icrasından yayınmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Cavabdeh ərizə təqdim edərək, kreditin təyinatının qeyri-yaşayış binasının tikintisi və təmiri olduğu əsası ilə mübahisənin inzibati-iqtisadi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(010)-2371/2018 saylı qərardadı ilə (hakim Ramil Həsənov) iş aidiyyəti üzrə baxı lması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-2(82)539/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 25233 saylı rəy tərtib olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)57/2019 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 042 saylı kredit müqaviləsi üzra maliyyə arayışına əsasən qalan 2.100.000 manat əsas borcun, 478.33,34 manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il t arixli qərarına əsasən hesablanan 472.500 manat faiz məbləği olmaqla ümumilikdə 2.620.333,34 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin məhkəmə hesab etrmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir və müqavilə üzrə yaranmış əsas borc məbləği, faiz borcu və kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(82)-59/2019 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iddiaçı tərəfindən verilmiş ərizə təmin olunmuş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilməklə qətnamənin giriş, əsaslandırıcı və nəticəvi hissəsində “cəmi 2.620.333,34 manat ” sözləri “cəmi 3.050.833,34 manat ” sözləri ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və borc məbləği düzgün hesablanmaqla yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-764/2019 saylı qətnaməsi ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsini və borc düzgün hesablanmaqla yeni qərar q əbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)58/2020 saylı qərarı ilə (sədrlik edən Rahib Nəbizadə, hakimlər Azər Hüseynov və İlqar Dadaşov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi faiz borcu və faiz məbləğinin tutulması hissəsində ləğv olunmaqla iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmış, qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olaraq ödəniş cədvəlində 6 aylıq müddət üçün hər ay üzrə faizlərin məbləği və cəmi məbləğ təsdiq edilmişdir. Müqavilədə faiz borcu üzrə ümumi məbləğin 61.673,57 manat müəyyən edildiyi halda, məhkəmə faiz borcun un 478.33,34 manat olması qənaətinə gəlmiş, lakin bununla bağlı hər hansı faktiki və hüquqi əsaslandırma aparmamışdır. Bundan başqa bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə borcalanın kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün 0% cərimə və tarixi keçmiş kredit üzrə 20% ödənilməsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tələb olunan 472.500 manat cərimənin yaranması əsasları ilə bağlı araşdırma aparmamış, habelə cərimənin cavabdehdən tutulması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-317/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalı Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov) c avabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılan hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcu və illik 5 faizlə faiz məbləğinin tutulması hissəsində ləğv edilmiş, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 478.333,34 manat faiz borcu, 472.500 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz məbləğinin tutulması hissəsində rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə illik 10% olmaqla 6 ay müddətində qaytarm aq şərti ilə qeyri yaşayış sahəsinin təmiri üçün 2.100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində ödənişlər qrafik üzrə həyata keçiriləcəyi təqdirdə cəmi 61.673,57 manat faiz borcu ödənilməli olduğu müəyyən edilmişdir. Müqavilənin 2.5-ci bəndində qeyd edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) ona hesablanmış faizlərin ödənilməsini ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 0% cərimə və vaxtı keçmiş kredit borcu üzrə 20 %-i ödəyir. Kredit müqaviləsində dəbbə pulu ödənilməsi nəzərdə tutulmadığı halda id dia ərizəsinə əlavə edilmiş x xxxxxx 2017-ci il tarixli maliyyə arayışında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin borcunun 2.357.250,01 manat (əsas borc2.100.000 manat, faiz borcu 204.166,67 manat, dəbbə pulu-53.083,34 manat) olduğu göstərilmişdir. İddiaçı tərəfindən verilmiş x xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehə xx xxxxxx 2014 – xx xxxx 2015-ci il müddətə 42 nömrəli kredit müqaviləsinə əsasən 2.100.000 manat kredit verilmiş, xx xxxx 2016-cı il tarixdə kredit üzrə 312.084 manat son ödəniş edilmişdir. Cavabdehin müddətin sonuna əsas məbləğ olaraq 2.100.000 manat, faiz borcu olaraq 105.000 manat borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 25233 nömrəli ekspert rəyinin tədqiqat hissə sində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 042 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya x xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan borcu 2,305.000,00 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 2.100.000,00 manat, faiz borcu üzrə 205.000 manat. Cavabdeh tərəfindən banka 312.084 manat vəsait ödənilmiş, bununla da cavabdeh müqavilə üzrə öhdəliyin icra müddəti bitdiyi tarixədək banka ödənilməli olan 210.000 manat faiz borcunu tam ödəmiş, hətta faiz borcu üzrə 102.084 manat artıq ödəniş etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kreditor müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən bankdan götürülmüş 2.100.000 manat kredit məbləğinin, öhdəliyin icra müddəti ərzində ödəniş qrafikində nəzərdə tutulmuş qaydada hissə-hissə qaytarılması təmin edilmədiyindən, ödəniş qrafikində nəzərdə tutulmuş 61.673,57 manat faiz borcu deyil, müqavilənin 2.5-ci bəndinə müvafiq olaraq kredit məbləğinə vaxtı keçmiş kredit üzrə illik 20 faiz (6 ay üçün isə 10 faiz) faiz hesablanmalı və cəmi 210.000 manat faiz cavabdehdən tutulmalı idi. Lakin cavabdeh həmin məbləğdən artıq ödənişlər apardığından, iddia tələbi cavabdehdən 478.333,34 manat faiz borcu tutulması hissəsində əsassız olmuşdur. Bundan başqa bildirilmişdir ki, işə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən və onun 472.500 manat faiz məbləğinin hansı qaydada hesablanması barədə yazılı izahatı daxil olmadığından işin qeyd edilən halını araşdırmaq mümkün olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39 9.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli” Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin bir faizi cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. Lakin, apellyasiya məhkəməsi müqavilənin göstərilən tələblərini nəzərə almadan əsassız olaraq eksper rəyinə əsaslanmaqla iddia tələbini 478.333,34 manat faiz borcu hissəsində təmin etməmişdir. Bundan başqa bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən hüququndan istifadə etməklə əsas və faiz borcundan başqa, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 472.500 manat borcun tutulmasını tələb etsə də, məhkəmə əsassız olaraq göstərilən tələbi də təmin etməmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli” Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 385.1, 442, 443, 739, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 103.1-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün h esab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ödəniş qrafikində nəzərdə tutulmuş faiz borcu deyil, müqavilənin 2.5-ci bəndinə müvafiq olaraq kredit məbləğinə vaxtı keçmiş kredit üzrə illik 20 faiz (6 ay üçün isə 10 faiz) faiz hesablanmalı və cəmi 210.000 manat faiz cavabdehdən tutulmalı idi. Lakin cavabdeh həmin məbl əğdən artıq ödənişlər apardığından, iddia tələbi cavabdehdən 478.333,34 manat faiz borcu tutulması hissəsində əsassız olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin bir faizi cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödəyir. Lakin, apellyasiya məhkəməsi müqavilənin göstərilən tələblərini nəzərə almadan ekspert rəyinə əsaslanmaqla iddia tələbini 478.333,34 manat faiz borcu hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsaəsn, borc müqaviləsinə gör ə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək q aytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Belə müqavilənin predmetini pul məbləği təşkil etdikdə, həmin müqavilə kredit müqaviləsi sayılır və müqavilədə borcun faizlərlə qaytarıması müəyyənləşdirilə bilər. İşin hallarına görə, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsində iddiaçı tərəfindən cavabdehə illik 10% olmaqla 6 ay müddətində qaytarmaq şərti ilə kredit verilmişdir. Lakin həmin müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavil ənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) ona hesablanmış faizlərin ödənilməsini ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 0% cərimə və vaxtı keçmiş kredit borcu üzrə 20 %-i ödəyir. Apellyasiya məhkəməsi qeyd edilmiş bəndə əsaslanmaqla iddia tələbinin 478.333,34 manat faiz borcunun tutulması hissəsində təmin etməmişdir, çünki qeyd edilmiş bənddə müəyyən edilmiş qayda üzrə hesablanan faiz borcunun məbləği 210.000 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən 312.084 manat vəsait ödənilmişdir. Cavabdeh tərəfindən qeyd edilmiş qaydada hesablanmış faiz borcunun məbləği mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası bu hissədə apellyasiya məhk əməsinin nəticəsini əsaslı hesab edir. Belə ki, iddiaçı tərəfindən istinad edilən qayda üzrə, yəni hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin bir faizi cərimə və vaxtı keçmiş kredit üzrə 44% ödənilməsi şərti tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır və belə qaydanın tətbiqinin hüquqi əsasları barədə iddiaçı kassasiya şikayətində bildirməmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin qeyd etdiyi məbləğin ekspert rəyi əsasında müəyyən olunmasına dair iddiaçının dəlilləri ilə məhkəmə kollegiyası razılaşmadığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəm ə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına r iayət olunmaqla keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. İş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmiş, apellyasiya instansiya məhkəməsi keçirilmiş ekspertiza nəticəsində təqdim olunmuş ekspert rəyində göstərilmiş faiz borcu məbləğini işin faktiki halı kimi müəyyən etmişdir. Cavabdeh isə həmin rəydə müəyyən edilmiş faiz borcu məbləği ilə bağlı məhkəməyə hər-hansı sübutu təqdim etməmiş və kassasiya şikayətini bu hissədə formal ifadələrlə və tərəflər arasında bağlanmış müqavilə şərtinə uyğun olmayan qaydada əsaslandırmışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə qənaətə gəlir ki, faiz borcunun hesablanmasına münasibətə apellyasiya məhkəməsinin nəticəsinin düzgün hesab olunmaması üçün hüquqi əsaslar mövcud deyildir. Apelllyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, işə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən və onun 472.500 manat faiz məbləğinin hansı qaydada hesablanması barədə yazılı izahatı daxil olmadığından işin qeyd edilən halını araşdırmaq mümkün olmamışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əs asən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən hüququndan istifadə etməklə əsas və faiz borcundan başqa, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 472.500 manat borcun tutulmasını tələb etsə də, məhkəmə əsassız olaraq göstərilən tələbi də təmin etməmişdir. Məhkəmə kollegiyası dəlilli əsaslı hesab etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarından göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilm əməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” İddiaçı faiz formasında zərərin ödənilməsi tələb edərkən hüquqi əsas kimi iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsaslanmışdır. Bununla yanaşı, kassasiya şikayətində həmin faiz məbləğinin tələb edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad etdiyi halda, maddənin mətni 449.1-ci maddəsinə uyğun olmuşdur. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi təşkil etməli idi və həmin maddə üzrə apellyasiya məhkəməsi öz hüquqi qiymətləndirməsini aparm alı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Kredit müqavilələrinə münasibətdə maddələrin tələbləri onu ehtiva edir ki, öhdəliklərini icra etməyən borclunun üzərinə əlavə faizlər hesablanmaqla maliyyə sa nksiyalarının qoyulması mümkündür. Bu halda həmin faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir və onların hesablanması üçün borclunun müvafiq vəsaətdən faydalandığı müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, “…Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan, MM-in «öhdəliklərin icra edi lməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu -cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449-cu 1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.” Qeyd edilən şərhə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının istinad etdiyi maddənin tətbiq ini zəruri edən şərtlərin mövcudluğu iş üzrə müəyyən edilməmişdir və bu hissədə məhkəmə kollegiyası apellaysiya məhkəməsinin nəticəni əsaslı hesab edir. Kommersiya mübahisə üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi hər hansı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. İddiaçının tələbinə münasibətdə pr osessual tələblər onu ehtiva edir ki, zərər formasında əlavə faizlərin tutumasını zəruri edən hallarla bağlı iddiaçı müvafiq sübutlarını məhkəməyə təqdim etməli olduğu halda, sübutetmə yükünü icra etməmişdir. Bu halda apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə uyğun olaraq qətnamə qəbul etmişdir. Həmin maddəyə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2-2(103)-317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar