Məhkəmə qərarları › İş №2-2(102)-43/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-43/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-43/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit borcu, iddia məbləği, kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(105)-96/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC-nin (hazırda ləğv prosesindədir) (bundan sonra – iddiaçı) Yevlax filialı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 2015-ci il 6 mart tarixli 2316 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borc alan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir.

3. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 2015ci il 16 mart tarixli 2316/i nömrəli ipoteka müqaviləsininin surətində göstərilmişdir ki, 2015ci il 6 mart tarixli 2316 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan cavabdeh mülkiyyətində olan Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın (iddiaçının) xeyrinə ipoteka ilə yüklü etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən cavabdehə məxsus Yevlax rayonu Aşağı Qarxun kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 2015-ci il 18 may).

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən Yevlax rayonu Aşağı Qarxun kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 52,67 kv.m yaşayış, 116,49 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mül kiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi 2011-ci il 12 avqust).

6. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 12 fevral 2021-ci il tarixli məktub ünvanlayaraq cavabdehə məxsus Yevlax rayonu Aşağı Qarxun kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş iddiaçı tərəfindən 2021-ci il 27 yanvar tarixdə ipoteka qoyan cavabdehə göndərilmiş və bildiriş onun tərəfindən alınmışdır. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı 2021-ci il 11 iyun tarixində iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək və sonradan 2021-ci il 17 iyun tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 14176,03 manat əsas borc, 2324,23 manat faiz borcu, 1235,68 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2074,41 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi, tutmanın cavabdehə məxsus Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi-yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi və həmin əmlakın açıq hərracda satılması, s atışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi və əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Yevlax filialı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 6 mart tarixli 2316 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 2021-ci il 28 yanvar tarixinə cavabdehin kredit üzrə cəmi borcu 19.810,35 manat təşkil edir. Bundan 14.176,03 manat əsas, 2.324,23 manat faiz, 1.235,68 cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına (bundan sonra – Qərar) əsasən hesablanmış 2.074,41 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəf indən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********260 saylı 2021-ci il 27 yanvar tarixli və **********195 saylı 2021-ci il 2 mart tarixli və bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Eyni zamanda sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əsasən tərəflərin razılığına uyğun olaraq verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 2011-ci il 12 avqust tarixli MA seriyalı, ******* nömrəli Çıxarışına ısasın tam mülkiyyət hüququ cavabdehə məxsus Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən 1 mərtəbələi, 2 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipotekaya qoyulması barədə bank ilə cavabdeh arasında 2015-ci il 15 mart tarixli 2316/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu səbəbdən qeyd olunan borc məbləğləri tutulmalı və tələbin ipoteka predmetinə yönəldilməlidir.

9. Şəki Kommersiya Məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə istinad edərək 2-2(117)-398/2021 saylı, 2021-ci il 24 iyun tarixli qərardadı ilə iddia tələbinin “əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq təhvil verilməsi” hissəsi üzrə icraatına xitam verilmişdir.

10. İşin həmin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş və 2021-ci il 22 iyul tarixində məhkəməyə daxil olmuş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 30.000 manat müəyyən edilmişdir.

11. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 22 iyul tarixli, 2-2(117)-398/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 14176,03 əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin cavabdehin mülkiyyətində olan Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 30000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdehin iddiaç ıya olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatının iddiaçıdan və 75 manatının cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim – Rüfət Məcidov).

12. Məhkəmə göstərmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 14176,03 manat borcu qalmışdır

13. Eyni zamanda məhkəmə Qərara, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmana (bundan sonra – Fərman) istinad edərək və həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq qeyd etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, iddiaçının Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Fərman hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, idd iaçı Fərmanın tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Bu baxımdan, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 2324,23 manat faiz borcu, 1235,68 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2074,41 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir.

14. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsi ni tələb etməkdə haqlıdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ilə bağlı məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti 30.000 manat müəyyən edildiyindən fərdi yaşayış evinin ilkin satış dəyəri 30.000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir.

15. Bu məhkəmə həmçinin onu da qeyd etmişdir ki, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur və belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilə n hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab etmişdir ki, iddia tələbi “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” hissəsində rədd edilməlidir

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 269.1, 385.1, 386.1, 445.7, 449.1, 470.1, 472.1, 739.2 -ci maddələrinə, Fərmanın 3, 5, 6, 7.1-ci bəndlərinə, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 47.5-ci maddələrinə, Qərara, MPM-in 115.0.1, 116.2, 117.1, 119.1cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsi 2021-ci il 22 iyul tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmin qətnamədən iddiaçı 202 1-ci il 6 avqust tarixində apellyasiya şikayəti verərək onun qismən - təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış məbləğ hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(107)-96/2021 saylı qətnaməsi ilə (sədrlik edən Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev və Vəzirxan Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onun əsaslandırılmadığı və ancaq formal mülahizələrdən ibarət olduğunu qeyd edərək, öz qətnaməsini iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, Mülki Məcəllənin 14.2.1, 442, 445.2.1, 448.1-ci maddələrinə, MPM-in 4, 14.2, 77.1, 88, 217.3, 217.4-ci maddələri ilə əsaslandırmış, həmin məhkəmənin gəldiyi nəticələrlə razılaşmışdır.

21. Apellyasiya instansiyası məhkəmənin qətnaməsi 2021-ci il 28 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, iddiaçı qətnamənin surətini 2021-ci il 29 sentyabr tarixdə almışdır.

22. Həmin qətnamədən iddiaçı 2021-ci il 17 noyabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

23. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunan hüquqdan istifadə edərək iddiaçı tərəfindən əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir.

24. Fərmanın icrasını təmin etm ək məqsədi ilə ləğvedici (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli, 2-1(103)-305/2019 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Bundan sonra ləğvedici bütün banklar üzrə, LPO İddiaçı ASC daxil olmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə həmin Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi me xanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsinin araşdırmasına başlamışdır və fərmanın təsirinə düşüb-düşməyən kreditlərin siyahısının hazırlanmasına başlamışdır. Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan şəxslərin adlarınımüəyyən etmək məqsədi ilə, yeni müqavilələrin bağlanması üçün ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Razılıq alınandan sonra Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 2019-cu il 27 may tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borcl arının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Cavabdeh 2015-ci il 6 mart tarixli, 2316 saylı kredit müqaviləsi restrukturizasiya olunması üçün Fərmanın təsir dairəsinə düşməmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsi kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşmədiyini nəzərə almamışdır. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur.

25. Həmçinin oxşar mübahisə üzrə iddiaçının cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 22 oktyabr tarixli 2(106)2546/2020 saylı qətnaməsindən ve rilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və həmin məhkəmə tərəfindən 2(102)-1472/2021 saylı, 2021ci il 14 aprel tarixli qərar qəbul olunaraq, iddiaçının kassasiya şikayətinə münasibətdə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcu hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmış və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2347/2021 saylı, 2021-ci il 25 avqust tarixli qətnaməsi ilə iddiaçının şikayəti illik 5% borcu hissəsində təmin edilmişdir.

26. Bundan başqa digər oxşar mübahisə üzrə iddiaçının cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2020-ci il 5 noyabr tarixli 2(106)2391/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, həmin məhkəmə tərəfindən 2(102)-2765/2021 saylı, 2021-ci il 25 may tarixli qərar qəbul olunaraq, iddiaçının kassasiya şikayətinə münasibətdə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcu hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2409/2021 saylı, 2021-ci il 14 iyul tarixli qətnaməsi ilə iddiaçının şikayəti illik 5% borcu hissəsində təmin edilmişdir.

27. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respubli kasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün. Yuxarıda qeyd olunanlar və məhkəmə təcrübəsinin vahidliyinin formalaşdıılması tələbləri nəzərə alınaraq kassasiya şikayəti təmin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətn amənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilməlidir.

32. Hazırkı halda, iddiaçı tələbinin həcmi ümumilikdə 19.810,35 manat təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi 14.246,03 manat hissəsind ə təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, iddia tələbinin təmin olunmayan və kassasiya qaydasında iddiaçı tərəfindən mübahisələndirilən məbləği 5.564,32 manat (19.810,35-14.246,03) təşkil etmiş, yəni prosessual qanunvericiliklə kassasiya qaydasında mübahisələndirilə bilən məbləğdən daha aşağı olmuşdur.

33. Bu isə, kommersiya mübahisələri üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş iddia qiymətindən daha az məbləği təşkil edir.

34. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz.

35. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli, 2-2(102)681/2021 saylı qərardad ləğv edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(107)-96/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti cavabdehə qaytarılmaq üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar