Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-430/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARDAD iş № 2-2(102)-430/2022 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-305/2021 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan 23.811,5 kv.m. qeyri-yaşayış sahəsindən istifadə etdiyinə görə 5.476.645 manat məbləğdə icarə haqqının alınaraq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-849/2020 nömrəli iş üzrə 2020-ci il 21 oktyabr tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli qətnaməsi ilə 2020-ci il 21 oktyabr tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.
5. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermiş, eyni zamanda ərizə təqdim edərək, qətnamədən kassasiya ş ikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 9 dekabr tarixli qərardadı ilə ərizə təmin edilməmiş, müddətin bərpasından imtina edilmişdir.
7. Qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 17 fevral tarixli qərardadı ilə kassasiya şikayəti, şikayət verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət ötürüldüyü üçün, qaytarılmışdır.
9. Qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli qərardadı ilə 2022-ci il 17 fevral tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülmüş olması əsası il qaytarılmışdır.
11. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və müddətin ötürülüb-ötürülməməsi məsələsinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 425.1-ci maddəsinə əsasən, şikayət, ərizə və protest bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. 14. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində də yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə bir sıra dəyişikliklər edilmiş (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş), yeni redaksiyada MPM-in 407-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə yuxarıda göstərilən Qanunla edilmiş “Əlavə 3”-də göstərilmişdir. 15. “Kassasiya şikayətinin forması” adlanan həmin “Əlavə 3”-də kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli olması müəyyən edilmişdir. Göstərilmiş hər bir normanın qarşı sında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Eyni zamanda kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
16. Göründüyü kimi kassasiya şikayəti verilərkən şikayət yalnız formanın Məcəllədə nəzərdə tutulmuş zahiri tərtibatının deyil, həmçinin onun məzmununun uyğunluğu tələblərinə də cavab verməklə vəhdət təşkil etməlidir. Hazırki halda isə, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən yuxarıda qeyd olunan forma (zahiri tərtibat və məzmun) ilə bağlı tələbə riayət edilməmiş, şikayət Məcəllədə nəzərdə tutulan forma ilə uyğunluq təşkil etməmişdir (şikayətin formada göstərilmiş cədvəllərə uyğun tərtib olunması, pozulmuş və ya düzgün tətbiq edilməmiş maddi və prosessual hüquq normalarının formaya uyğun sıralanması).
17. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, i mzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
18. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
19. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.1, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-305/2021 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin icra ata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.