Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-431/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, cavabdeh MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə və 3-cü şəxs X5 qarşı sığortaçıya zərərin əvəzinin ödəniməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsi ilə (hakim A.Hüseyn; iş No 2-2(81)-52/2018) iddia tələbinin qismən təmin edilməsi; Cavabdeh MMC-dən 12.450 manat sığorta ödənişinin və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ASC-yə ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov, iş No 22(103)-436/2018) cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev, iş No 2-2(102)-25/19) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova, iş № 2-2(103)-290/2019) apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsinin qismən - iddianın təmin edildiyi hissədə dəyişdirilməsi; “Lexus” markalı, 90RA700 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 7.450 manat məbləğində vəsaitin cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdeh MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh MMC-yə və 3-cü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 28.000 AZN məbləğin, 30 AZN dövlət rüsumunun və 1.000 AZN nümayəndəyə çəkilən xərcin, cəmi 29.030 AZN vəsaitin cavabdeh MMC-dən iddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir ki, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə İddiaçı ASC-nin və 3-cü şəxs X4 nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin m ateriallarında olan Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat AC N240605 saylı Şəhadətnaməsinə əsasən “xxxx” markalı, H021156 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. İşin materiallarında olan, cavabdeh MMC tərəfindən verilmiş 4020 saylı yol vərəqəsinə əsasən, Azərbaycan Respublikası ərazisində həmin avtomobili 15 iyun 2015 15 iyul 2015-ci il tarixlərdə idarə etmək üçün 3-cü şəxs X5 icazə verilmişdir. İşin materiallarında olan 15.10.2014-cü il tarixli MV-B-14289 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nə əsasən X2 məxsus olan “Lexus GX460” markalı, 90RA700 dövlət qeydiyyat nişanlı avtomobil 25.10.2014-cü il tarixdən 24.10.2015-ci il tarixədək İddiaçı ASC-də 69.700 manat məb ləğində sığortalanmışdır. Həmin şəhadətnaməyə əsasən, sığortalanmış avtomobilə qismən zərər dəydiyi halda hər hadisə üzrə 500 manat şərti azadolma məbləği müəyyən edilmişdir. 3-cü şəxs R.Xəlilov cavabdeh MMC-nin mülkiyyətində olan “xxxx markalı, H0211150 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, 02.07.2015-ci il tarixdə, Z.Bünyadov prospektində normal sürət həddi seçməyərək yolun sağ kənarında dayanmış “Lexus” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən sonuncu avtonəqliyyat vasitəsi qarşıda olan VAZ markalı avtonəqliyyat vasitəsinə dəymişdir. İşin materiallarında olana “İnzibati xəta haqqında iş üzrə qərar”a əsasən, 3-cü şəxs R.Xəlilov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə edilmişdir. Həmin sığorta hadisəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” ilə təsdiq edilmişdir. İşin materiallarında olan 17.08.2015-ci il tarixli, MV 380/15 nömrəli sığorta aktına əsasən, sığortalı Ramidə Cabbarovaya məxsus olan “Lexus” markalı, 90RA700 dövlət qeydiyyat nişanlı avtomobilə 28.500 manat maddi zərər dəyməsi müəyyən edilmişdir və ümumi zərər məbləğindən 500 manat azadolma məbləği çıxılaraq cəmi 28.000 manat sığorta ödənişi sığorta aktına əsasən həyata keçirilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəy yən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi mübahisəyə belə qiymət vermişdir ki, bəhs edilən sığorta hadisəsinin törədilməsində cavabdeh MMC mülkiyyətində olan “xxxx” markalı, H021156 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, həmin MMC-nin işçisi olan 3-cü şəxs R.Xəlilov təqsirli, sığortalı Ramidə Cabbarova isə zərərçəkən olduğu üçün Mülki Məcəllənin 21-ci maddəsinə əsasən sığortalının cavabdehdən zərərin əvəzini tələb etmək hüququ yaranmış və sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.2017-ci il tarixli 13559 saylı və 27.02.2018-ci il tarixli 29196 saylı ekspertiza rəyləri ilə 12.950 manat məbləğində müəyyən edilmişdir. Odur ki, sığorta şəhad ətnaməsinə əsasən həmin məbləğdən 500 manat azadolma çıxılaraq 12.450 manat sığorta ödənişini cavabdeh \MMC-dən iddiaçı ASC-nin xeyrinə tutulmalıdır. 1-ci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, sığorta ödənişinin məbləğini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, sığorta hadisəsinin cavabdeh MMC-nin işçisi R.Xəlilovun törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində baş verməsi, bununla sığortalının əmlakına zərər dəyməsi, zərərvuran şəxsin idarə etdiyi avtomobilin cavabdeh MMC-nin mülkiyyətində olması, zərərçəkmiş şəxsin avtomobilinin iddiaçı ASC tərəfindən sığortalanması və sığorta ödənişinin sonuncu tərəfindən həyata keçirilməsi işin mübahisəsiz halları olduğundan sığortaçı İddiaçı ASC sığorta hadisəsin ə əsasən ödədiyi pul vəsaitini subroqasiya qaydasında zərərvuran şəxsdən tələb etməkdə haqlıdır: iddiaçı ASC dəymiş zərəri ödədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Cavabdeh MMC-nin əsas dəlili bundan ibarətdir ki, R.Xəlilov hadisə baş verən vaxt “xxxx markalı, H0211150 dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etdiyindən, sığorta hadisəsi baş verərkən nəqliyyat vasitəsini MMC-nin kommersiya məqsədləri üçün istifadə edilmədiyindən və hadisə R.Xəlilovla bağlanmış əmək müqaviləsində göstərilən iş saatlarından sonra baş verdiyindən məsuliyyəti 3-cü şəxs R.Xəlilov daşımalıdır. Lakin qeyd olunmalıdır ki, mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq u pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən (iddiaçı) iddiasının əsasını təşkil edən halları, yəni ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs (cavabdeh) isə iddiaya qarşı etirazını əsaslandıran faktları - hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Hazırkı işdə delikt öhdəliyində zərərvuranın təqsir prezumpsiyasına əsasən sübutetmə yükü cavabdeh MMC-nin olmuşdur. Lakin cavabdeh sığorta hadisəsi baş verən zaman işçisi R.Xəlilovun nəqliyyat vasitəsini qanuni əsasla etibarnamə əsasında idarə etməsi, sığorta hadisəsi baş verərkən nəqliyyat vasitəsinin Cavabdeh MMC-nin kommersiya məqsədləri üçün istifadə edilməməsini, hadisənin R.Xəlilovla bağlanmış əmək müqaviləsində göstərilən iş saatlarından sonra baş verməsini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bununla bağlı, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 22 may 2019-cu il tarixli məktubla bildirilmişdir ki, elektron sistemdə mövcud olan qeydə əsasən H021156 dövlət qeydiyyat nişanlı “Hyundai HD65” markalı nəqliyyat vasitəsinin sürücüsü 15.06.2015-ci il tarixli etibarnamə əsasında X6 olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin “xxxx” MMC-nin sorğusu na 20.05.2019-cu il tarixli cavab məktubunda isə göstərilmişdir ki, DİN-in Qeyriyyat İmtahan İdarəsinin kompyüter bazasına görə “xxxx markalı, H0211150 dövlət qeydiyyat nişanlı avtomobil 23.06.2014-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115a ünvanında yerləşən Cavabdeh MMC-nin adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə əsasında hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Göründüyü kimi, sorğuya hər iki cavab məktubunda qeyd olunanlar ziddiyyət təşkil etdiyindən zərərvuranın idarə etdiyi avtomobilə dair onun adına qanunla müəyyən edilmiş qaydada verilmiş etibarnamənin olmasına əsaslı şübhələr yaranır. Bununla yanaşı, Ramil Xəlilov “Hyundai HD65 markalı, H0211150 dövlət qeydiyyat nişanlı avtomobili avotmobili qanuni əsasla idarə etsə idi belə, iş üzrə müəyyən edilmişdir ki, O, həmin avotmobillə mütəmadi olaraq cavabdeh MMC-nin tapşırığına əsasən yük daşımaqla məşğul olmuş və hadisə də 3-cü şəxsin atomobili əmək funksiyalarının icrası məqsədilə istifadə edərkən baş vermişdir. İş üzrə aşıq-aşkar müəyyən olunur ki, R.Xəlilov (vəkalət alan) Cavabdeh MMC-nin (vəkalət verən) şifahi tapşırığı ilə, onun nəzarəti altında onun üçün yük daşımaqla, onun işini görən zaman yol-nəqliyyat hadisəsini törətmişdir. Odur ki, cavabdeh MMC-nin delikt öhdəliyində təqsirli olmaması sübut edilmədiyi üçün cavabdehin “iddianın ümumiyyətlə Cavabdeh MMC-yə qarşı yönəldilməli olmaması” ilə bağlı dəlili əsassızdır. Apellyasiya instansiya məhkəməsi, hazrki işə baxmış Ali Məhkəmənin 20. 02.2019-cu il tarixli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərərin məbləği ilə bağlı sübutların (qüsur aktları, ekspertiza rəylərinin) mötəbərliyi ilə əlaqədar araşırma aparmış və müəyyən etmişdir ki, işin materiallarında olan ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən rəyləri mötəbər sübut kimi qəbul edərək, “Lexus GX460” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş ziyanın 12.950 manat həddində müəyyən edilmiş məbləğini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir, iddiaçı ASC həmin məbləğin subroqasiya qaydasında ödənilməsi ilə razılaşmış, cavabdeh MMC isə avtomobilə dəymiş zərəri mübahisələndirmədən, iddianın ümumiyyət lə ona qarşı qaldırılmasına etiraz etmişdir. Belə olan halda, avtomobilin zədələnməsi nəticəsində dəymiş ziyanın 12.950 manat həddində müəyyən edilmiş məbləği ilə əlaqədar mübahisə olmadığından həmin hissədə sübutların mötəbər olmaması ilə bağlı dəlillərə qiymət verilməməlidir. Subroqasiya qaydasında tələb edilən sığorta məbləği ilə bağlı hissədə isə birinci inci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, işin materiallarına əlavə edilmiş 2016-cı il 25 aprel tarixli etibarnaməyə əsasən iddiaçı ASC onun xeyrinə qət edilmiş əmlakı və pul vəsaitini almaq hüququnu “xxxx” MMC-yə həvalə etmişdir. İşin materiallarına əlavə edilmiş (İ cild, iş v.v. 95-100) bank ödəniş tapşırıqlarına əsasən, H021156 dövlət qeydiyyat nişanlı Hyundai HD65 markalı nəqliyyat vasitəsinin sürücüsünü n mülki məsuliyyətinin icbari qaydada sığortalandığı “xxxx” ASC (sığortaçı) tərəfindən iddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi olan “xxxx” MMC-nin bank hesabına nağdsız qaydada ümumilikdə 5.000 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda, cavabdeh MMC-nin üzərinə sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyan məbləğindən (12.950 manat) azadolma məbləği (500 manat) və zərərvuranın idarə etdiyi avtomobilin sığortaçısı tərəfindən ödənilmiş məbləğ (5.000 manat) çıxılmaqla qalan məbləğ, yəni 7.450 manat iddiaçı ASC-yə ödənilməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayd ada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə müvafiq olaraq hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcl udurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə uyğun olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan mü qavilədir.Həmin Qanunun 52-1.1-ci maddəsinə görə, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52-1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52-1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Həmin Qanunun 52-1.3-cü maddəsinə uyğun olaraq yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödəni lməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 63.5-ci maddəsinə əsasən, bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə müvafiq olaranq nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərir. AR ƏN texniki vasitələrdən istifadə etməklə həmin məlumatı 3 gün müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında AR DİN üç gün müddətində nqəliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçir ir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 777.1-ci maddəsinə uyğun olaraq tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzg ündür, cavabdeh MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apell yasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-431/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-431/2019
29.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver