Məhkəmə qərarları › İş №2-2(102)-432/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-432/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-432/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə ilk, Cavabdeh3 "xxxx" X10 Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması, tələbin ipoteka predmetinə yönədilməsi, ipoteka müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İ lqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə ilk, Cavabdeh3 "xxxx" X10 Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 mart tarixli 2-2(104)-92/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" KB ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 2012ci il xx.xx tarixli xx saylı əsas kredit müqaviləsinə əsas ən borcverən borcalana 227.500 manat məbləğində 60 ay müddətinə, 2017-ci il xx.xx tarixinədək, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir. Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqavilələrində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanmasına dair şərt nəzərdə tutulmalıdır. 2. 2013-cü il xx.xx tarixli xx saylı "xxxx" KB ASC ilə X1 arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsa sən, müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Müzəffər Səfərovun adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka predmeti kimi çıxış edən Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası yenidən ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka saxlayanla borcalan arasında Şəmkir şəhərində bağlanmış 2012-ci il xx.xx tarixli xx saylı əsas kredit müqaviləsinə görə borcverən borcalana 227.500 manat məbləğində 60 ay müddətinə, 2017-ci il xx.xx tarixinədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verir, borcalan isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqavilələrində nəzərdə tutulmuş faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq borc verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.1-ci bəndinə əsasən nəzərdə tutulmuş ipoteka predmeti əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borclana neçə dəfə kredit verilməs indən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. 3. "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il xx.xx tarixli xx saylı zaminlik müqaviləsinə əsasən, zamin kreditor qarşısında borclunun 2012-ci il xx tarixli əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür.

4. Əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 2015-ci il xx.xx tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 2012-ci il xx.xx tarixli xx saylı əsas kredit müq aviləsinin 1.1-ci bənində nəzərdə tutulmuş kreditin məbləği 227.500 manatdan dəyişdirilərək 1.000.000 manat müəyyən edilmiş, kreditin müddəti dəyişdirilərək 2027-ci il xx.xx tarixədək 180 ay müəyyən edilmişdir. Əsas kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

5. İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 2015-ci il xx.xx tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 2013-cü il 13 iyun tarixli xx saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan kreditin müddəti dəyişdirilərək 2027-ci il xx.xx tarixədək 180 ay, nəzərdə tutulmuş kreditin məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilmişdir. 6. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 6 noyabr tarixli xx saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcal ana 36 ay müddətinə, 2018-ci il 6 noyabr tarixinədək illik 21% ödəmək şərti ilə 200.000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. 7. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il xx.xx tarixli xx saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə 2 ay güzəşt müddəti olmaqla 2020-ci il 8 fevral tarixədək illik 22% ödəmək şərti ilə 38.378 manat kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit məbləği bank qarşısındakı 2015-ci il xx.xx tarixli xx saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönələcəkdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-d ə yerləşən qeyri-yaşayış binasının (mağazanın) ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Müzəffər Səfərova məxsusdur.

10. Müzəffər Səfərovun şəxsi məlumat vərəqindən görünür ki, 1938-ci il xx.xx tarixində Şəmkir rayonunda anadan olmuş, 2015-ci il 7 oktyabr tarixində vəfat etmişdir. 11. 2021-ci il 20 oktyabr tarixli bildirişin sürətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. 12. 2020- ci il 3 fevral tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 2019-cu il xx.xx tarixli xx saylı kredit müqaviləsi üzrə banka 2020-ci il 3 fevral tarixinə 32.110 manat 80 qəpik məbləğində kredit borcu, 2.690 manat 39 qəpik məbləğində faiz borcu, 3.485 manat 63 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 38.286 manat 82 qəpik məbləğində borcu var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı "xxxx" KB ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra-“Cavabdeh1”), Cavabdeh2 (bundan sonra- “Cavabdeh2”), Cavabdeh3 (bundan sonra-“Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə əsas kredit borcu üzrə 32.110,80 manat, faiz borcu üzrə 2.690,39 mana t, cərimə borcu üzrə 3.485.63 manat olmaqla, cəmi 38.286,82 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun, 200 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4.188,9 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 2012-ci il xx.xx tarixli xx saylı əsas kredit müqaviləsi və 2015-ci il 13 mart tarixli Saziş çərçivəsində bağlanmış 2019-cu il 8 fevral tarixli xx saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 2 ay güzəşt müddəti olmaqla, 2020-ci il 8 fevral tarixədək, illik 22% ödəmək şərtilə 38.378 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində bağlanmış 2013-cü il 13 iyun tarixli 34-53 reyestr nömrəli ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 2015-ci il 12 mart tarixli, 34-02-344 reyestr nömrəli Sazişə əsasən Müzəffər Səfərovun mülkiyyətində olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də, 0,75 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4.188,9 kv.m olan qey ri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında 2014-cü il 16 aprel tarixli 073zm/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 iddiaçıya ödəməli olduğu kredit və faiz borclarının müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşdur. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan ipoteka qoyan 1938-ci il xx.xx təvəllüdlü Müzəffər Səfərov 2015-ci il 7 oktyab r tarixdə ölmüş və vərəsəlik məlumatları tapılmamışdır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Müzəffər Səfərovun mülkiyyətində olan ünvan 1 ünvanında X1, X5, X8, X4, X2, Zeynalova (Səfərli) Ayşən Dilqəm qızı və X3 qeydiyyatdadırlar. Bundan əlavə, Müzəffər Səfərovun qızı Cavabdeh3 da ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvanlanmışdır. İpoteka predmeti olan qeyri-yaşayış binası Cavabdeh3 həyat yoldaşı Cavabdeh1 tərəfindən fəaliyyətini davam etdirir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 279, 295, 385.1, 442, 445.1, 445.2.1, 472.1, 472.2ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3 4.1.1, 39.1, 39.3.3, 59.3-cü maddələrinə və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə sərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarına istinad edilmişdir.

16. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə iddiaçı arasında bağlanılmış 2013-cü il xx.xx tarixli xx saylı sonrakı ipoteka müqaviləsinə və 2015-ci il xx.xx tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə xitam verilməsini xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında 2012-ci il x x.xx tarixli 07m/12 nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227.500 manat məbləğində kredit verilmişdir. X9 ilə iddiaçı arasında 2013-cü il 13 iyun tarixli xx saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra Müzəffər Səfərov ilə iddiaçı arasında 2015-ci il 13 mart tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. X9 2015ci il 7 oktyabr tarixində vəfat etmişdir. Atasının vəfatından sonra Cavabdeh1 ilə iddiaçı arasında 2019-cu il 8 fevral tarixli xx nömrəli əlavə kredit müqaviləsi imzalanmış, ipoteka müqaviləsi üzrə heç bir əlavə razılaşma olmamış, vərəsələrə məlumat verilməmişdir. Ona görə də iddia ərizəsində iddianın əsası kimi 20 19-cu il 8 fevral tarixli xx nömrəli əlavə kredit müqaviləsinə münasibətdə 2015-ci il 13 mart tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə istinad edilməsi qanunaziddir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 8 fevral tarixli xx nömrəli əlavə kredit müqaviləsi ilə kreditdən istifadə müddəti, faiz dərəcəsi dəyişdirilmiş, lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda iddiaçının ipoteka hüququ yaranmamış hesab olunur. Bu baxımdan iddiaçı tərəfindən irəli sürülən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələbi təmin edilə bilməz. Digər tərəfdən ipoteka qoyan ilə bank arasında bağlanmış 2013-cü il 13 iyun tarixli sonrakı ipoteka müqaviləsi və 2015-ci il 13 mart tarixli ipoteka müqaviləsinə dəyişiklik edilmə si haqqında sazişdə kredit öhdəliyinin faiz dərəcəsi göstərilməmiş, müqavilənin zəruri şərti pozulmuşdur.

18. Cavabdeh2 tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və etirazda göstərilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında 2012-ci il xx.xx tarixli xx nömrəli əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227.500 manat məbləğində kredit verilmişdir. Onunla iddiaçı arasında 2014-cü il 16 aprel tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, zamin kreditor qarşısında borclunun 2012-ci il xx.xx tarixli əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredi t müqavilələri üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əlavə kredit müqavilələrinin müddəti və əsas borcun ümumi məbləği əsas kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən və müəyyən edilmiş kredit limitindən artıq ola bilməz. Tərəflər arasında əsas kredit müqaviləsinə əlavə olaraq 2014-cü il 16 aprel tarixdə kredit müqaviləsi bağlanmış, borcalana 36 ay müddətinə, 2017-ci il 16 aprel tarixədək illik 17% ödəmək şərti ilə 290.000 ABŞ dolları kredit verilmişdir. 2015-ci il 13 mart tarixli sazişə əsasən 2012-ci il xx.xx tarixli müqavilədə nəzərdə tutulmuş məbləğ və müddət dəyişdirilmişdir. Tərəflər arasında 2015-ci il 6 noyabr tarixli əlavə kredit müqaviləsi ba ğlanmışdır. Həmin müqaviləyə əsasən borcalana 26 ay müddətinə 21% ödəmək şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. Daha sonra isə tərəflər arasında 2019-cu il 8 fevral tarixli kredit müqaviləsi bağlanmış, borcalana 12 ay müddətinə 2 ay güzəşt müddəti olmaqla illik 22% ödəmək şərti ilə 38.378 manat kredit verilmişdir. 2012-ci il xx.xx tarixli kredit müqaviləsinə əlavə olaraq bağlanmış əlavə kredit müqavilələri və sazişlə bağlı onunla Bank arasında zaminlik müqaviləsi bağlanmamış, həmin müqavilələrin bağlanmasına dair məlumatı olmamışdır. Belə ki, sonradan bağlanılmış əlavə kredit müqavilələri və sazişlə kreditin məbləği, müddəti, illik faiz dərəcələri dəyişdirilmişdir.

19. Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən ona zərər vurulmuşdur. Belə k i, 2012-ci il xx.xx tarixli kredit müqaviləsi bağlanan zaman ondan 4.500 manat vəsait alınmışdır. 2014-cü il 16 aprel tarixli kredit müqaviləsi bağlanan vaxt kreditin valyutası manatdan dollara dəyişdirilmişdir. 600 ABŞ dolları komissiya tutulması əvəzinə 2.900 ABŞ dolları ondan alınaraq manatla olan kreditin bağlanmasına sərf edilmişdir. 2015-ci il 6 noyabr tarixli kredit müqaviləsinə əsasən ödəməli olduğu illik faiz dərəcəsi 17% dən 21% dərəcəsinə dəyişdirilmişdir.

20. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 24 avqust tarixli e-2-2(115)1543/2022 nömrəli qərardadları ilə məhkəmə mühasibatlıq və ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı ekspertizalar təyin edilmiş, ekspertizaların keçirilməsi müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və "xxxx" MMC-yə həvalə edilmişdir. 21. "xxxx" MMC-nin 2022-ci il 10 oktyabr tarixli xx saylı rəyindən görünür ki, Müzəffər Səfərova məxsus Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binasının hazırkı bazar dəyəri 310.000 manat, likvid dəyəri 250.000 manat təşkil edir.

22. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 oktyabr tarixli 9/6572 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 8 fevral tarixli xx saylı əlavə kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 2020-ci il 15 aprel tarixə əsas borc üzrə 32.612 manat 33 qəpik, faiz borcu üzrə 548 manat 51 qəpikdir.

23. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 20 dekabr tarixli e-2-2(115)1543/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 8 fevral tarixli xx saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 32.110 manat 80 qəpik kredit borcu, 548 manat 51 qəpik məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 32.859 manat 31 qəpik məbləğində borcun, ödənilmiş 200 manat mediasiya xərci, və 10 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 178 manat 58 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesa bına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 120 manat xidmət haqqı kimi ödənilmiş məbləğin iddiaçıya aid edilməsi, ilkin iddianın qalan hissəsinin və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim G.Quliyeva)

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı əlavə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 32.110 manat 80 qəpik kredit borcu, 548 manat 51 qəpik faiz borcu vardır.

25. Belə ki, iddia tələbində iddiaçı Cavabdeh1 2019-cu il 8 fevral tarixli kredit müqaviləsi üzrə 2020-ci il 3 fevral tarixinə ba nka 32.110 manat 80 qəpik məbləğində kredit borcu, 2.690 manat 39 qəpik məbləğində faiz borcu, 3.485 manat 63 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 38.286 manat 82 qəpik məbləğində borcunun olmasını göstərmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 oktyabr tarixli 9/6572 saylı rəyi ilə isə müəyyən edilir ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 8 fevral tarixli əlavə kredit müqaviləsi üzrə borcalanın 2020-ci il 15 aprel tarixinə banka ödənilməli olan kredit borcu 32.612 manat 33 qəpik, faiz borcu 548 manat 51 qəpikdir.

26. İddiaçı tərəfindən iddia tələbinin həcmini artırılması ilə bağlı hər hansı ərizə verilmədiyindən, Cavabdeh1 2019-cu il 8 fevral tarixli əlavə kredit müqaviləsi üzrə banka 32.110 manat 80 qəpik məbləğində kredit borcu vardır. Həmçinin iddiaç ı iddia tələbində Cavabdeh1 banka 2.690 manat 39 qəpik məbləğində faiz borcunun olmasını qeyd etsə də, ekspert rəyi ilə faiz borcunun 548 manat 51 qəpik olması müəyyən edilmişdir.

27. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 3.485 manat 63 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.

28. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması, həmçinin tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı hissəsində təmin edilməməli dir.

29. Belə ki, 2019-cu il 8 fevral tarixində bağlanmış əlavə kredit müqaviləsi yalnız borcverən və borcalan arasında bağlanmış və onların iradəsini ifadə etmişdir. İpoteka müqaviləsi isə əlavə əşya hüququ olaraq əsas öhdəliyin təminatı qismində çıxış etdiyindən əlavə kredit müqaviləsi bağlanılarkən ipoteka qoyanın razılığı alınmalı idi. Lakin işin materiallarından görünür ki, ipoteka qoyan 2015-ci il 7 oktyabr tarixində vəfat etmiş və əlavə kredit müqaviləsi bağlanarkən sağ olmamışdır.

30. Bundan başqa əsas kredit müqaviləsinə 2015-ci il 13 mart tarixli sazişlə dəyişiklik edilmiş, əsas kredit müqaviləsində nəzərdə tutulmuş kreditin məbləği 227.500 manatdan dəyişdirilərək 1.000.000 manat, kreditin müddəti dəyişdirilərək 2027-ci il xx.xx tarixinədək 180 ay müəyyən edilmişdir. Əsas kredit müqaviləsində nəzərdə tutulmuş kreditin məbləği və müddəti sazişlə dəyişdirilsə də, bununla bağlı zaminin razılığı alınmamışdır. Həmçinin əsas kredit müqaviləsində göstərilmədiyi halda əlavə kredit müqaviləsində kreditin faiz dərəcəsinin göstərilməsi onu zəruri edirdi ki, əlavə kredit müqaviləsi bağlanarkən zaminin razılığı alınsın.

31. Ona görə də məhkəmə hesab etmişdir ki, əsas kredit müqaviləsində, zaminlik və ipoteka müqavilələrində zəruri şərtlər (məsələn faiz dərəcəsi və s) göstərilmədiyindən və belə şərtlərin ancaq tərəflər arasında bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən edilməsi nəzərdə tutulduğundan, sonradan bağlanmış əlavə kredit müqaviləsi zamanı zaminin və ipoteka qoyanın razılığı alınmalı, onların da iradə ifadəsini əks etdirməli idi. Ona görə də 2019-cu il 8 fevr al tarixli əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklər zamin və ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu səbəbdən borc məbləğinin eyni zamanda zamindən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı ilkin iddia tələbinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

32. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. İş materiallarından isə ipotekaya xitam verilməsi üçün hər hansı əsas müəyyən edilmir.

33. Məhk əmə gəldiyi nəticəni MM-in 269.4, 269.5, 307.1, 307.4, 307.5, 385.1, 386.1, 442, 445, 445.7, 448.1, 470.1, 477.0.1, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində q ətnaməsinin qismən ləğv edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 mart tarixli 2-2(104)-92/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi, qiymətləndirmə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xərc hissələrində ləğv edilib həmin hissədə yeni qətnamə çıxarılmış, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, tutmanın ipoteka predmeti olan Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də 0,75 h ektar torpaq sahəsində yerləşən ümumi sahəsi 4188,9 kv.m olan qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinın hesabına tələbin təmin edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması, iş üzrə qiymətləndirmə keçirilməsi ilə bağlı 500 manat xərcin Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 120 manat xərcin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və R.Mamedov).

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarına istinad etməklə, əsas kredit və ipoteka müqavilələrində faiz dərəcəsinin göstərilməməsini, faiz dərəcəsinin ancaq tərəflər arasında bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən edilməsi nəzərdə tutulduğundan, sonradan bağlanmış əlavə kredit müqaviləsi zamanı ipoteka qoyanın razılığı alınmadığını əsas gətirərək iddia tələbini tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd etmişdir.

37. Həmin məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq göstərmişdir ki, 2013-cü il 13 iyun tarixli, xx saylı sonrakı ipoteka müqaviləsinin 1.2-ci bəndi ilə öhdəliyin mahiyyəti, ölçüsü v ə icra müddəti göstərilməklə, əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 2015-ci il 13 mart tarixli sazişə müvafiq olaraq da öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilərək, kreditin müddəti 180 ay olmaqla 2027-ci il xx.xx tarixədək, öhdəliyin ölçüsü isə 1.000.000 manat həddində müəyyən edilmiş və həmin dəyişiklik qeydiyyata alınmışdır. Müqavilə tərəfləri arasında razılaşmaya görə isə borc məbləğinin əlavə kredit müqavilələrinə əsasən verilməsi və kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlərin həmin əlavə kredit müqavilələri ilə tənzimlənməsi razılaşdırılmışdır. Bağlanmış 2019-cu il 8 fevral tarixli əlavə kredit müqaviləsində illik 22 faiz dərəcəsinin müəyyən edilməsi isə hazırkı işin faktiki halları baxımından öhdəliyin ölçüsünün artmasına səbəb olmamışdır. Belə ki, ipoteka ilə təmin edilmiş öhdəlik, 1.000.000 manat həddində olmuş, 2019-cu il 8 fevral tarixli əlavə kredit müqaviləsi ilə isə verilən borc məbləği 38.378 manat məbləğində olmuşdur. 38. 2019-cu il 8 fevral tarixli əlavə kredit müqaviləsində borc məbləği üzrə faiz məbləğinin müəyyənləşdirilməsi ilə bağlı ipoteka qoyanın razılığının alınmamasına və buna müvafiq olaraq isə ipoteka müqaviləsinin həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsinə dair məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə mübahisəyə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarını və buna müvafiq olaraq isə 2019-cu il 11 oktyabr tarixli qərardadını tətbiq etməli olduğu halda, tətbiq etməmiş və bununla da tutm anın ipoteka predmetinə yönəldilməsi hissəsində iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və müqavilədən irəli gələn öhdəliyin ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməməsi ilə bağlı hüquqi mövqe qeyd olunan qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Hazırkı işin hallarına görə isə ipoteka müqaviləsi 2013-cü il 13 iyun tarixində, həmin müqaviləyə edilmiş dəyişikliklər 2015-ci il 13 mart tarixində, o cümlədən əlavə kredit müqaviləsi isə 2019-cu il 8 fevral tarixdə bağlanmışdır. Yəni tərəflər arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarının qüvvəyə minməsindən əvvəl yaranmışdır.

39. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməsini tələb etsə də, iş üzrə əldə edilmiş müstəqil qiymətləndiricinin rəyi ilə ipoteka predmetinin likvid dəyərinin 250.000 manat məbləğində olması müəyyən edilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli və ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat məbləğində müəyyən edilməlidir.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.7, 317.1, 319.1ci maddəl ərinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36, 39.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli qərarının 1-ci bəndinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarının 2-ci bəndinə, 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlara dair 2019-cu il 11 oktyabr tarixli Qərardadına istinad etməklə əsaslandırmışdır.

41. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. MM-in 307.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14-cü maddələrinin tələbləri pozulmuşdur-ggər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi bar ədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.

43. İpoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Eyni zamanda, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində əlavə qeydiyyatın aparılmaması ipotekanın ilkin qeydiyyatının aparılmaması ilə eyni hüquqi nəticələrə səbəb olur, başqa sözlə ipoteka saxlayanın ipoteka hüququ yaranmır. Hazırkı halda, Cavabdeh1 ilə iddiaçı arasında 2012-ci il xx.xx tarixli xx nömrəli “Əsas kredit müqaviləsi” bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 227.500 manat məbləğində kredit xətti açmışdır. Müzəffər Səfərov ilə iddiaçı arasında 2013-cü il 13 iyun tarixli xx saylı “Sonrakı ipoteka müqaviləsi” bağlanılmışdır. Daha sonra Müzəffər Səfərov ilə iddiaçı arasında 2015-ci il 13 mart tarixdə “ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” Saziş bağlanılmışdır. Müzəffər Səfərovun vəfatından sonra Cavabdeh1 ilə iddiaçı ar asında 2019-cu il 8 fevral tarixli xx nömrəli “Əlavə kredit müqaviləsi” imzalanmış, ipoteka müqaviləsi üzrə heç bir əlavə razılaşma olmamış, vərəsələrə məlumat verilməmişdir. Həmçinin, ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda bankın ipoteka hüququ yaranmamış sayılır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 2019-cu il 11 oktyabr tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır- hüquqi müəyyənlik və məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi məsələlərlə bağlı artıq qanuni qüvvəyə min miş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə yenidən baxılması mexanizmi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 11 oktyabr tarixli qərardadının məqsədi də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarına əsaslanaraq yeni açılmış hal kimi artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələr üzrə yenidən məhkəməyə müraciət edilməsinin qarşısını almaqdır. Odur ki, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 2019-cu il 11 oktyabr tarixli Qərardadına əsaslanaraq iddiaçının apellyasiya şikayətinin ipoteka predmetinə tutmanın yönəldilməsi his səsində təmin etməsi qanunsuzdur.

45. MPM-in 4.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə əsassız olaraq ipoteka predmetinə tutma yönəldərək, cavabdehlərin hüquqlarını pozmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, işin hallarına istinadən göstərmişdir ki, tərəflər arasında bağlanmış 2013-cü il 13 iyun tarixli, xx saylı sonrakı ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmeti əsas kredit müqavi ləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq həmin müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzəri öhdəliklərə şamil olunur. 2012-ci il xx.xx tarixli əsas kredit müqaviləsi və ona dəyişiklik edilməsi haqqında 2015-ci il 13 mart tarixli Sazişə uyğun olaraq bağlanmış 2013-cü il 13 iyun tarixli, xx saylı sonrakı ipoteka müqaviləsi və ona dəyişikliklər edilməsi haqqında 2015- ci il 13 mart tarixli Sazişə əsasən, Şəmkir şəhəri, Şəmkir-Gəncə yolunun 20-ci km-də yerləşən qeyri-yaşayış binası (mağaza) daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 2013-cü il 22 iyun və 2015-ci il 17 mart tarixlərdə ipoteka və ipotekanın əlavə qeydiyyatı kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, 2015-ci il tarixdə rəsmiləşdirilmiş digər əlavə kredit müqaviləsi üzrə ödənilməyən borcun bağlanması məqsədilə verilmiş 2019-cu il 8 fevral tarixli xx saylı əlavə kredit müqaviləsi də 2012-ci il xx.xx tarixli xx saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olduğundan (bənd 7.2) ipotekanın yenidən qeydə alınmasına zərurət yoxdur. Belə ki, ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 2015-ci il 13 mart tarixli Sazişlə artıq tərəflər arasında bağlanmış 2013-cü il 13 iyun tarixli xx saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan kreditin müddəti dəyişdirilərək 2027-ci il xx.xx tarixədək 180 ay, nəzərdə tutulmuş kreditin məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli qərarına istinad etməklə, əsas kredit və ipoteka müqaviləsində faiz dərəcəsinin göstərilməməsini, faiz dərəcəsinin ancaq tərəflər arasında bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən edilməsi nəzərdə tutulduğundan, sonradan bağlanmış əlavə kredit müqaviləsi zamanı ipoteka qoyanın razılığı alınmadığını əsas gətirərək iddia tələbini tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd etməsinə baxmayaraq, apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə haqlı olaraq razılaşmamışdır. Apellyasiya məhkəməsinin ipoteka müqaviləsi üzrə əmlaka tutmanın yönəldilməsi hissəsində iddianın təmin edilməsi mülki qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019cu il 11 oktyabr tarixli Qərardadına uyğundur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu nəzərə alaraq, hazırkı iddia tələbinin həmin qərarların qüvvəyə minməsindən sonra, yəni 2022-ci il 14 iyul tarixində məhkəməyə təqdim olunması faktı da diqqətdən yayınmamalıdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 31 mart tarixli 2-2(104)-92/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Cavabdehin Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə ipoteka predmetinə tutmanın yönədilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əs aslılığı həmin hissədə yoxlanılacaqdır.

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 31 9.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....”

50. Azərbaycan Respublikası “İpoteka müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: haqqında” Qanununun müvafiq “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surət ini isə ona məlum olan sonrakı ipoteka saxlayana birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka p redmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron s ənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka p redmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....”

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Həmin qərarın 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqq ında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25 iyul 2019-cu il tarixli qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanma mış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respubl ikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

54. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

56. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edə rək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

57. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan (bax yuxarıda bu qərarın 51-53-cü bəndləri) qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla irəli sürdüyü dəlilləri apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında göstərilmişdir ki, sözügedən 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.

58. Baxılan iş üzrə tərəflər arasında ipotekanın yüklülüyü ilə bağlı münasibətlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamənin yoxlanılan hissəsində gəldiyi nəticə Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

59. Cavabdehin kassasiya şikayətinin ipotekanın əlavə dövlət qeydiyyatının aparılmamasına dair dəlilləri onunla əsaslandırılmışdır ki, iddiaçı ilə kassator arasında 2019-cu ilin 08 fevral tarixində əlavə kredit müqaviləsi imzalanarkən, ipoteka qoyanın vərəsələrinə məlumat verilməmişdir.

60. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edilmə sini zəruri hesab edir ki, baxılan iş üzrə ipoteka qoyanın vərəsəsi Cavabdeh3 eyni əsaslarla verdiyi qarşılıqlı iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmin qətnamə, habelə ipoteka predmetinə tutma yönədilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir.

61. Nəzərə alınmalıdır ki, «İpoteka haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzi fələri daşıyır; ipoteka predmeti bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır (maddə 30.3).

62. Cavabdeh1 kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, eləcə də qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

64. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 mart tarixli 2-2(104)-92/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar