Məhkəmə qərarları › İş №2-2(102)-433/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-433/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-433/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 14.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “borcun və müqavilə öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-27/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh1-ə (bundan sonra - “Şirkət”) qarşı 2019-cu il 16 may tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 286.949 manat əsas borc və 172.169 manat əldən çıxmış faydanın Şirkətdən tulularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı nümayəndəsi 2020-ci il 17 fevral tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) işə cavabdeh qismində cəlb edilməsini və 286.949 manat əsas borcun, 172.169 manat əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Bakı Kommersiya Məhkəməsinin 2 020-ci il 18 mart tarixli e-2-2(113)-394/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Axundova).

4. İddiaçı 2020-ci il 21 avqust tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)27/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli e-2-2(113)-394/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Şirkətdən 286.949 manatın və dövlət rüsumları kimi ödənilmiş cəmi 45 manatın tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdi r (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

6. Həmin qətnamə 2021-ci il 22 aprel tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, eyni tarixdə məktubla tərəflərə göndərilmişdir.

7. Cavabdeh2 2022-ci il 14 aprel tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)27/2021 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməs i Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə baxılmadan kassasiya şikayəti ilə birlikdə geri qaytarılması qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 22(103)-27/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yalnız Şirkətə aid hissədə iddia qismən təmin edilmiş, Cavabdeh2 aid hissədə isə iddia rədd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 tələbini n təmin olunmadığı tərəf hesab edilə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə bilməz. Bu baxımdan kollegiya hesab etmişdir ki, prosessual müddətin bərpası barədə ərizə baxılmadan kassasiya şikayəti ilə birlikdə geri qaytarılmalıdır.

10. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 403.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh2 2022-ci il 4 may tarixində kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 22(103)-27/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin v ə ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

12. MPM 4.1-ci maddəsinin tələbləri pozulmuşdur - Qətnamə ilə Cavabdeh2 pul tutulmasa belə, qətnamənin mövcudluğu, onun əsaslandırma hissəsi, müəyyən edilmiş hallar, onun imzasının qətnamədə hallandırılması, bununla bağlı ekspertiza keçirilməsi, imza nümunələrimin götürülməsi, bununla bağlı rəy verilməsi, həmin rəyin sübut kimi istifadə edilməsi və ən nəhayət iş üzrə cavabdeh kimi seçilməsi qətnamədən kasasiya şikayəti vermək hüququ yaradır. Məhkəmə Cavabdeh2 kassasiya şikayətini geri qaytararkən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.

13. MPM 3.1-ci maddəsinin tələbləri pozulmuşdur - Məhkəmə kasasiya şikayətini MPM-nin konkret hansı maddəsinə əsasən qaytardığını açıqlamamış, ümumi olaraq 408-ci maddəyə istinad etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

17. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya ins tansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddiala r üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.” “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslə r, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyə n şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.5. Bu Məcəllənin 408.1.1 - 408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 12-13) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 22(103)-27/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, kassasiya şikayəti ilə müraciət etmək hüququ olan şəxslərin dairəsi MPM-in 403.1ci maddəsində (bax yuxarıda § 18) dəqiq müəyyən edilmişdir.

21. İstinad olunan normanın məzmunundan aydın olur ki, qətnamə və ya qərardadla tələbləri təmin olunan tərəf həmin qətnamə və ya qərardaddan kassasiya şikayəti vermək hüququna malik deyildir.

22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, hazırkı iş üzrə Şirkətə və A.Mahmudaova qarşı qaldırılmış iddia tələbi birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yalnız Şirkətə aid hiss ədə iddia qismən təmin edilmiş, Cavabdeh2 aid hissədə isə iddia rədd edilmişdir.

23. Odur ki, Cavabdeh2 MPM-in 403.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli 2-2(103)-27/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermək hüququna malik deyildir.

24. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi 2022-ci il 20 aprel tarixli 2-2(103)-27/2021 saylı qərardadı qəbul edərkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni qərardad qəbul etmişdir.

25. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)27/2021 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar