Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-433/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Daşkəsən Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65.560 manat və ödənilmi ş 286,68 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daşkəsən Rayon Məhkəməsinin 2024-cü il 14 may tarixli, 2(030)-20/2024 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – K.Vəliyev).
3. Məhkəmə hesab etmişdir ki, iş məhkəmə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işə əlavə edilmiş vergi məlumatlarına əsasən, iddiaçı sahibkar kimi 2018-ci il 24 dekabr tarixində (VÖEN: 4********), cavabdeh isə 2018-ci il 4 yanvar tarixində (VÖEN: **********) qeydiyyatdan keçmişdir. Göründüyü kimi hər iki tərəf vergi orqanında qeydiyyatda olmaqla sahibkar statusuna malikdir. Tələb pul tələbi olmaqla onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməs i ilə əlaqədar olaraq yaranmışdır.
4. Məhkəmə bildirmişdir ki, çayxana sahibkarlıq fəaliyyəti göstərilən obyektdir. İddia tələbində göstərildiyi kimi mənzillər də istifadə üçün deyil, kirayəyə verilib qazanc əldə etmək məqsədilə alınmışdır. Tərəflərin hər ikisi mənzillərin kirayə verilməklə qazanc əldə etmək məqsədilə alınmış olduğunu təsdiq edirlər. Odur ki, tələb mənzil mübahisəsi sayılmır. Qaraj isə qeyri-yaşayış binasıdır. Həmçinin iddiaya çayxanaya aid pul tələbinə dair hissədə xitam verilməsi işin ümumi məhkəmədə baxılmalı olmasına əsas yaratmır. Çünki, Daşkəsən Rayon Məhkəməsinin 2021-ci il 14 oktyabr tarixli 2(030)-16/2021 saylı qərardadı ilə iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, həmin sazişə uyğun olaraq iddiaçı və cavabdeh Daşkəsən şəhəri, İsmət Qayıb ov küçəsində yerləşən cavabdehə məxsus 114 m² qeyri yaşayış sahəsi olan 5 saylı çayxanaya dair icarə müqaviləsi bağlamışlar. Razılaşmanın şərtlərinə görə obyekt 10 il müddətinə, yəni 2021-ci il 1 noyabr tarixindən 2031-ci il 1 noyabr tarixinədək aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilməli idi.
5. Həmçinin məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin də məzmununda tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gələn məsələlər yer almışdır. Yəni hər iki tərəfin məqsədi gəlir əldə etmək olmuşdur. Razılaşmanın şərtlərinə görə bu münasibətlər hal-hazırda da davamlı olmaqla, 2031-ci il 1 noyabr tarixinədək davam etdirilməlidir.
6. Bundan başqa, tələblər bir-biri ilə bağlı şəkildə icraata qəbul edilmiş, ərizə icraata qəbu l edildikdən sonra tələbin bu hissəsi iddiaçı tərəfindən azaldılmamış, sonradan məhkəmə tərəfindən xitam verilmişdir. İşin bu halı ilə bağlı məhkəmə onu qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 30-cu maddəsinə görə, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13-cü maddəsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11, 12-ci bəndlərinə, MPM-in 24.1, 25.1, 26.1, 26.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
8. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyun tarixli, 2-2(115)-1233/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Quliyeva).
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin çayxananın tikintisinə çəkilmiş xərclə bağlı hissədə iş üzrə icraata xitam verilmiş, iki mənzilin alınması (birinə münasibətdə tam, digərinə münasibətdə qismən), təmiri, mebellərinə, habelə mənzilin yerləşdiyi binanın həyətində qaraj tikintisinə çəkilmiş xərclər hissəsində iddia tələbinə baxılması davam etdirilmişdir.
10. Məhkəmə bildirmişdir ki, baxılması davam etdirilən tələblərlə (mənzillərin alınması, təmiri, mebellərinə, habelə mənzilin yerləşdiyi binanın həyətində qaraj tikintisinə çəkilmiş xərclər) bağlı mübahisənin hər iki tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməsi müəyyən edilmir. Belə ki, mənzillərin kirayəyə verilməsi məqsədi ilə alınması həmin mənzillərlə bağlı, həmçinin mənzilin yerləşdiyi binanın həyətində inşa edilmiş qarajın qeyri-yaşayış sahəsi olması həmin qarajla bağlı hər iki tərəfin ayrı-ayrılıqda və ya birgə sahibkarlıq fəaliyyəti həyata keçirməsi, qazanc əldə etmələri anlamına gəlmir. Başqa sözlə, mübahi sənin tərəflərin ayrı-ayrılıqda və ya birgə sahibkarlıq fəaliyyətindən yaranması iş materialları ilə təsdiq edilmir.
11. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olması mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmaması hazırkı mübahisənin kommersiya mübahisəsi hesab edilməsinə və kommersiya məhkəməsində baxılmalı olmasına əsas vermir.
12. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 12, 26-cı bəndlərinə, MPM-in 24.2, 24.3, 25.1, 26.1, 31.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəməl ərinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələri nə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər i ki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
26. Nəz ərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....”
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiy yəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyi şdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” Ali məhkəmənin mövqeyi
15. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş araşdırılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
17. Subyektiv tərkiblə əlaqədar iş materiallarından, eyni zamanda int ernet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışlardan müəyyən edilmişdir ki, hazırkı iş üzrə həm iddiaçı (VÖEN: 4********), həm də cavabdeh (VÖEN: **********) fərdi sahibkar kimi uçota alınmışlar.
18. Plenum qərarının 11-ci bəndinə əsasən, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiy a məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
19. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə Plenum Qərarının 12-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən də aydın olur ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasi bətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.
20. Qarışıq məhkəmə tərkibi hazırkı işin materialları əsasında belə qənaətə gəlir ki, subyekt tərkibi baxımından mübahisə tərəfləri sahibkarlıq statusuna malik şəxslərdir.
21. Digər tərəfdən zahirən barəsində mübahisə edilən əmlaklar təyinatına görə şəxsi tələbatın ödənilməsi üçün bağlılıq təəssüratı yaratsa da məhkəmə iclaslarında iddiaçı və cavabdeh həmin əmlakların kirayə verilməklə qazanc götürülməsi məqsədi ilə əldə edildiyini göstərmişlər. Bu cür əmlakların da sahibkarlıq fəaliyyətində təyinatı üzrə istifadə edilməklə gəlir (mənfəət) götürülməsinin məhdudlaşdırılması və istisna edilməsi ilə əlaqədar qanunvericilikdə hər hansı tənzimləmə nəzərdə tutulmur.
22. Belə olan təqdirdə həmin münasibətlərin məhz sahibkarlıq fəaliyyətindən əmələ gəlməsi və bundan doğan mübahisənin məhz kommersiya məhkəmələrində baxılması MPM-in və Plenum qərarının yuxarıda göstərilən maddə və bəndləri baxımından öz təsdiqini tapır.
23. Beləliklə göstərilənlərə əsasən, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 4031.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin.