Məhkəmə qərarları › İş №2-2(102)-433/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-433/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-433/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranan fikir ayrılıqlarına Ali Məhkəmədə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli 2-2(115)-1169/2025 nömrəli qərardadına əsasən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X4, X2 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi” tələbinə dair iş üzrə Goranboy Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Goranboy Rayon Məhkəməsindəki icraat

1. İddiаçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 2014-cü il 15 oktyabr tarixli 071 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 29 mart tarix inə banka 9.993,18 manat əsas borc, 954,28 manat faiz borcu, 355,89 manat cərimə borcu, 2017-ci il 15 oktyabr tarixindən başlayaraq Mərkəzi Bankın illik 5% uçot dərəcəsi ilə əsas borcun ödənilməsi anına kimi hər gün üçün 1,39 manat məbləğində hesablanmaqla 221,01 manat, ümumilikdə 11.524,36 manat pulun, dövlət rüsumunun, 31 manat rüsumun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehlər Cavabdeh1 məxsus olan ¼ hissədə torpaq, Cavabdeh2 məxsus olan ¼ hissədə torpaq, Cavabdeh3 məxsus olan ¼ hissədə torpaq, X3 məxsus Goranboy rayonu Nizami kəndində yerləşən tam və ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinin ¼ hissəsinə yönəldilərək hərrac yolu ilə satılması, əmlakın ilkin satış qiymətinin 17.500 manat məbləğində müəyyən edilməsi, əmlak satıldıqdan və mülkiyyətçi dəyişd ikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Goranboy Rayon Məhkəməsinin 2025-ci il 8 aprel tarixli e-2(045)-544/2025 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – T.Mustafayev).

3. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə hüquqi şəxslə (İddiaçı ASC) fərdi sahibkar (VÖEN-i olan Cavabdeh1) arasında yaranmışdır, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq (İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 15 oktyabr tarixli 071 nömrəli müqavilə) fəaliyyəti ilə bağlıdır. Yəni, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir).

4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37 və 33-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.3 və 44.2.2-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarınabaxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr 10 nömrəli Qərarının 11, 12 və 20-ci bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

5. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 22 may tarixli 2-2(115)-1169/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 2018-ci il 4 iyun tarixində Goranbaoy Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə məhkəmənin icraatına qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, sonradan iddia baxılmamış saxlanılmış, daha sonra iddianın baxılmamış saxlanılması ilə bağlı qərardadı həmin məhkəmənin qərardadı ilə ləğv edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra isə işin kommersiya məhkəməsinə aid olması səbəbindən iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdi.

7. İddia ərizəsinin verildiyi vaxt qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş Goranboy Rayon Məhkəməsində həll edilməlidir.

8. MPM-in 24.2, 25.1, 26.1, 31.2 və 32.7-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edil məsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr 10 nömrəli Qərarının 5-ci bəndinə istinad edərək məhkəmə hesab etmişdir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq

9. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri n əzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. (9 iyul 2019-cu il tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 30-cu maddədə “inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə” sözləri “kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində” sözləri ilə əvəz edilmişdir). “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” 31.2. Aidiyyət qaydalarına riayət et məklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, iddiaçı fiziki şəxslər olan cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipo teka predmeti üzərinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. İddianın əsasını 2014-cü il 15 oktyabr tarixli 071 nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri icrası təşkil edir. Həmin müqaviləyə görə, İddiaçı ASC tərəfindən bоrcаlаn Cavabdeh1 camışlıq təsərrüfatının genişləndirilməsi məqsədilə 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6% olmaqla 10.000 manat məbləğində krеdit vеrilmişdir. 13. “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh1 vergi uçotuna alınmışdır (VÖEN **********).

14. Digər cavabdehlər ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində çıxış edirlər və iddiaçı ilə onlar arasında olan hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətindən irəli gəlmir.

15. Beləliklə müəyyən olunur ki, bir-birilə əlaqədar olan tələblər in bir qismi (Cavabdeh1 aid hissədə) kommersiya məhkəməsinə, digərləri (digər cavabdehlərə aid hissədə) isə ümumi məhkəməyə aiddir.

16. İddiaçı tərəfindən hazırki iddia ərizəsi 2018-ci ilin iyun ayında verilmişdir.

17. MPM-in 30-cu maddəsinin həmin vaxt olan qüvvədə olan redaksiyasına görə birbiri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.

18. Qeyd olunanlardan müəyyən edilir ki, hazırkı iddia ərizəsi Goranboy Rayon Məhkəməsi tərəfindən icraata icraata götürüldüyü vaxt aidiyyat qaydalarına riayət olunmuşdur.

19. MPM-in 31.2-ci maddəsində isə təsbit edilmişdir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məh kəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

20. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, hal-hazırda (2019-cu il 9 iyul tarixli Qanunla MPM-ə edilmiş dəyişikliklərə əsasən) işin məhkəmə aidiyyatı kommersiya məhkəməsinə aid olması aidiyyətin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki hazırkı iş aidiyyat qaydalarına riayət etməklə məhkəmənin icraatına götürüldüyü üçün, hazırda başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə icraata götürüldüyü məhkəmədə həll edilməlidir.

21. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, məhkəmə aidiyyət üzrə işə baxmaq səlahiyyəti Goranboy Rayon Məhkəməsinə aiddir və ona görə də, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X4, X2 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmətinə yönəldilməsi” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar