Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-434/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Qurbanov Emil Cavanşir oğlunun, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı “borc məbləğinin və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iqtisa di iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2-2(103)-421/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək 1.811.080 ABŞ dolları məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun, 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcunun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclər inin tutulub iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sifariş verərək iddiaçıdan müxtəlif adda inşaat texnikaları almışdır. Qeyd edilən texnikaların bir hissəsinin dəyəri ödənilsə də, cavabdehin 1.036.053.00 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin texnikalar aşağıdakı adda, hesab-fakturalara əsasən satılmışdır: - X nömrəli proforma-invoysa əsasən 590.885,00 ABŞ dolları dəyərində 2 ədəd S210W, 1 ədəd DX300LCA, 1 ədəd S255LC, 1 ədəd S420LC markalı texnikalar; - X nömrəli proforma-invoysa əsasən 141.864,00 ABŞ dolları dəyərində 3 (üç) ədəd SD300N markalı yükləyici; - X nömrəli proforma-invoysa əsasən 472.880,00 ABŞ dolları dəyərində 10 ədəd SD300N markalı texnikalar. Borc məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdeh şirkətin rəhbərliyi ilə danışıqlar aparılmış, 2016-cı il 11-12 oktyabr tarixdə Bakıda keçirilmiş görüş zamanı iddiaçı tərəfdən cənab Rho və cavabdeh tərəfindən cənab Rüfət Məcidovun tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə əsasən aylıq 35.000 ABŞ dolları hissələri ilə ödəniş barədə razılığa gəlinsə də, cavabdeh tərəf bu razılığa əməl etməmiş, 2 ödəniş istisna edilməklə, ödənişləri həyata keçirməmişdir. Belə ki, cavabdeh X nömrəli invoys üzrə 2013-cü il 11 iyun tarixdə 66.203,20 və 28.372,80 ABŞ dolları, 2016-cı il 23 fevral tarixdə 35 000 ABŞ dolları, 2016cı il 29 aprel tarixdə 15.000 ABŞ dolları və 2016-cı il 19 may tarixdə 15.000 ABŞ dolları ödəniş həyata keçirmiş, qalan məbləği ödəməkdən yayınmaqla bu günə 1.036.053,00 ABŞ dolları borcu qalmışdır. İddiaçı tərəfin do stcasına həll üçün sərf etdiyi zaman boşuna getmiş, uzun müddətli danışıqlar nəticə verməmişdir. Sonuncu dəfə borcun ödənilməsi barədə 2017-ci il 4 iyul tarixdə cavabdehə göndərilən pretenziya məktubu cavabsız qalmışdır. Malların göndərilməsi, Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi və cavabdeh tərəfindən qəbul edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Gömrük Komitəsində mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 598 və 600-cı maddələrinə əsasən, cavabdeh öhdəliyini icra etməli və gecikdirilmiş ödəməyə görə cərimə və faizlər ödəməlidir. MM-in 598.3 və 600.5-ci maddələri gecikmə faizləri ilə bağlı həmin Məcəllənin 449-cu maddəsinə yönləndirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2016-cı il 14 sentyabr tarixindən illik bank uçot faiz dərəcəsi 15% olaraq müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 1.036.053 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. 2013-cü ildən etibarən danışıqlar bəhanəsi ilə pulun ödənilməsini yubadan cavabdeh 60 aydan çoxdur ki, özgəsinin vəsaitlərini qanunsuz saxlamaqla istifadə edirlər. Ona görə də, (15%/12=1.25% aylıq, 60 ay*1.25%=75%, 1.036.053,00*75%=777.039,75 ABŞ dolları məbləğində faiz cavabdehdən tutularaq əsas məbləğin üzərinə gəlinib iddiaçıya ödənilməlidir. Razılaşmaya əsasən cavabdeh aldığı malların dəyərini 10 gündən gec olmayaraq ödəmək vədi verdiyi halda, borc məbləğinin ödənişini qanunsuz olaraq müxtəlif bəhanələrlə bu günə qədər gecikdirmişdir. Bundan əlavə, MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borc lu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı göstərilənlərə və MM-in 385, 442, 449.1, 598.1, 598.2, 598.3, 600.1, 600.4 və 600.5-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, tərəflər arasında bu günədək heç bir müqavilə münasibətləri mövcud olmamış, cavabdeh iddiaçıdan heç bir texnika almamış və iddiaçıya heç bir ödəniş etməmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə məhkəmənin 2017-ci il 21 noyabr tarixli sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sorğuda qeyd olunan malların idxalı ilə bağlı məlumatlar məhkəməyə göndərilmişdir. Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı 2013-cü il 1 yanvar tarixdən 2013-cü il 31 dekabr tarixədək gömrük bəyannamələri üzrə ümumi məlumatdan da görünür ki, sorğuda göstərilən texnikalardan 13 ədədi Azərbaycan Respublikasında MMC-nin adına rəsmiləşdirilmişdir. Həmin texnikalar “xxxx LLC” şirkəti ilə cavabdeh arasında bağlanmış aşağıdakı alğı-satqı müqavilələrinə əsasən ölkə ərazisinə gətirilmiş və cavabdeh tərəfindən rəsmiləşdirilmişdir: - 2013-cü il 20 may tarixli,X nömrəli alğı-satqı müqaviləsi; - 2013-cü il 13 iyun tarixli, X nömrəli alğı-satqı müqaviləsi; - 2013-cü il 14 iyun tarixli, X nömrəli alğı-satqı müqaviləsi; - 2013-cü il 25 iyun tarixli, X nömrəli alğı-satqı müqaviləsi; - 2013-cü il 13 iyun tarixli, X nömrəli alğı-satqı müqaviləsi. Bundan başqa, gömrük orqanının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məlumatda göstərilən yük gö mrük bəyannamələrində göndərən/ixracatçı sütununda birbaşa göstərilmişdir ki, mallar “xxxx LLC”-nin tapşırığı ilə iddiaçı tərəfindən ölkə ərazisinə gətirilmiş cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. Həmçinin yük gömrük bəyannamələrinin əlavəsi olan hesab-fakturalarda da tərəflərin statusu birmənalı olaraq göstərilmiş və gömrük orqanının, o cümlədən vergi orqanına təqdim olunmuşdur. Hesab-fakturalarda “Satıcı” qismində “xxxx LLC”, yükgöndərən qismində iddiaçı, “Alıcı” qismində isə cavabdeh göstərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında heç bir müqavilə münasibətləri mövcud olmamış, adıçəkilən mallar cavabdehlə “xxxx LLC” şirkəti arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən respublika ərazisinə gətirilmişdir. Bütün bunlardan əlavə ola raq isə göstərilən texnikaların hamısının dəyəri cavabdeh tərəfindən “xxxx LLC” şirkətinə ödənmişdir. Cavabdeh göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 9.3, 14.2, 77.1, 88, 106.1 və 217-ci maddələrinə istinad edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 aprel tarixli 2-2(81)-105/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehdən 1.036.053 ABŞ dolları məbləğində əsas borcun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlər bir-biri ilə uyğunluq təşkil etməklə yanaşı, cavabdehlə aralarında olan münasibətlərin mövcud olmasının sübuta yetirilməsində bir-birini tamamlamaqdadır. Məhkəmə iddia tələbinin “cavabdehdən 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin ona məxsus pul məbləğini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair sübut təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “cavabdehdən 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulması” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı həmin məbləğlə əlaqəda r məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2-2(103)-421/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apel lyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi olmamış, cavabdeh mübahisə predmeti olan malları “xxxx” LLC Şirkəti ilə bağladığı alğı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmənin qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məh kəmə mübahisəli vəziyyətə yekun hüquqi qiymət verərkən iş materiallarında olan halları birtərəfli qiymətləndirmiş, işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş və iş üzrə qeyri-obyektiv, birtərəfli və ədalətsiz nəticəyə gəlmiş, iddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirməmişdir. Belə ki, tərəflər arasında yazışmalar olduğu və cavabdeh həmin yazışmaların onun tərəfindən aparıldığını etiraf etdiyi halda, məhkəmə bu sübutlara qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilm ədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassızlığı ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İddiaçı tərəf cavabdehlə aralarında olan alğı-satqı müqaviləsi üzrə yeni razılığın əldə olunduğunu və cavabdehin malların dəyərini hər ay 35 000 ABŞ dolları olmaqla 01.12.2015-ci il tarixdən 01.03.2020-ci ilə qədər ödəyəcəyi barədə öhdəlik götürdüyünü qeyd etmiş və bununla bağlı ödəniş qrafikini (payment plan) məhkəməyə təqdim edilmişdir. Həmin ödəniş qrafiki birtərəfli qaydada tərtib olunmuş və kserosurət olmaqla əsli məhkəməyə təqdim edilməmişdir. Ödəniş qrafiki cavabdeh tərəfindən təsdiq olunmamışdır.”. Məhkəmə kollegiyası a pellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə bağlı aşağıdakıları qeyd edir. MPM-in 76-cı maddəsinin müddəalarına əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(76.2). Normaların məzmunundan göründüyü kimi, qanunverici işdə iştirak edən şəxslərin izahatlarını sübutetmə vasitələrinə, həmin izahatlardakı məlumatları isə iş üzrə sübut lara aid etmişdir. MPM-in 106.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 106.4-cü maddəsinə əsasən, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməs inə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İşdən göründüyü kimi cavabdehin nümayəndəsi 2017-ci il 03 oktyabr tarixli məhkəmə iclasında verdiyi izahatında “tərəflərin nümayəndələri arasında razılıq olduğuna və aylıq 35.000 ABŞ dolları ödənilməsinin razılaşdırıldığına, bir neçə iş üzrə ödəniş olduğuna..” dair faktları təsdiq etmiş, eyni zamanda, bildirmişdir ki, “lakin bu iş üzrə bizdə münasibət olmayıb. Heç bir ödəniş olmayıb.” (İ cild, iş v.121). Məhkəmə kollegiyası MPM-in 106.3-cü maddəsinin tələblərinə əsasən nəzərə alır ki, faktın etirafı məhkəmə iclasının protokoluna yazılmalı, bu barədə etiraf edən tərəf protokola imza etməli, yaxud faktın etirafı yazılı ərizədə ifadə olunmalı və həmin ərizə işə tikilməlidir. Hazırkı halda, cavabde hin nümayəndəsi tərəfindən faktın etirafı məhkəmə iclasının protokoluna yazılmışdır. Lakin protokol həmin hissədə faktı etiraf edən şəxs tərəfindən imzalanmamış, bunun səbəbləri protokola qeyd edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatında faktın etirafına MPM-in yuxarıda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla münasibət bildirməli, tərəflər arasındakı mübahisənin düzgün həlli üçün, ən azından həmin faktla bağlı iddiaçının dəlillərini cavabdehin nümayəndəsinin izahatında göstərilənlərlə birgə yoxlamalı və qiymətləndirməli idi (MPM-in 106.1-ci maddəsi). Belə ki, faktın etirafının MPM-in 106.3-cü maddəsinin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməməsi həmin faktı etiraf edən tərəfin izahatındakı məlumatların sübut qüvvəsinə və onların digər sübutlarla yanaşı qiymətləndirilməsinə dair qanunun tələbinə təsir etmir. Qeyd olunanların MPM-in 88-ci və 106.1-ci maddələrinin tələbinə uyğun olaraq tam və hərtərəfli araşdırılması və qiymətləndirilməsi həm də ona görə mühüm əhəmiyyət kəsb edir ki, onlar tərəflər arasında (eyni zamanda) həm əvvəllər (iddia olunan məzmunda) öhdəlik-hüquq münasibətlərinin mövcud olduğunu, həm də yeni məzmunda müqavilə (öhdəlik-hüquq) münasibətlərinin yarandığını müəyyən edir. Belə ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi proforma invoyslarda da məhz “...bu müqavilənin (...of this contract)” şərtlərinə istinad edilir və “tərəflər...hazırkı müqaviləni bağladı” qeyd edilir (İİİ cild, iş v.96-122). Yəni, qeyd olunanların təsdiqindən çıxış edərək proforma invoyslardakı məlumatların həqiqiliyi qəbul edildikdə, həmin sənəd öz formasına və məzmununa görə MM-in 406-cı maddəsinin dispozisiya şərtlərini ödəyir. MM-in 406-cı maddəsinin (Müqavilənin forması) müddəalarına görə: 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. İddiaçı bəyan və təsdiq edir ki, iddiaçı müqaviləni imza və möhürlə təsdiq etdikdən sonra onun skan edilmiş mətnini elektron poçtla cavabdehə göndərmiş, sonuncu da öz növbəsində göndərilən müqaviləni imza və möhürlə təsdiq edərək eyni üsulla cavabdehə göndərmişdir. İddiaçının həmin dəlilləri işdəki digər sübutlarla birgə yoxlanılmamış, onlara qiymət verilməmişdir. Cavabdehin etirazının və apellyasiya şikayətinin məzmununa görə, iddiaçının göndərdiyi texnikaların cavabdeh tərəfindən qəbul edildiyi mübahisəsizdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ixracatçının (mülkiyyətçinin) iddiaçı (İddiaçı) olduğu halda, özgə əmlakı barədə alğı-satqı müqaviləsinin “xxxx LLC” şirkəti ilə bağlanmasının səbəbl ərini (buradan da, əqdin hüquqi əsasını) yoxlamalı və tərəflərin bununla bağlı dəlillərinə münasibət bildirməli idi. Cavabdeh bəyan edir ki, “...müqavilə və ona əlavə olunmuş razılaşma sənədləri malların bəyan edilməsi üçün əsas şərtdir və hesab-faktura (invoys) və bank ödəniş sənədləri yalnız tərəflər arasında bağlanmış müqaviləyə uyğun olduğu təqdirdə gömrük orqanı tərəfindən qəbul edilir. Cavabdeh də öz növbəsində həmin Malları “xxxx LLC” Şirkəti ilə bağladığı alğı-satqı müqavilələrinə əsasən Azərbaycan Respublikası ərazisinə idxal etmiş və rəsmiləşdirmişdir...” (bax: İİİ cild, iş v. 129). Cavabdeh öz etirazının əsası kimi “xxxx LLC” şirkəti ilə bağladığı alğı-satqı müqaviləsinə əsaslanırsa, bu halda, o, həmin müqavilənin satıcı qismində tərəfi kimi göstərilən “xxxx LLC” şirkətinin mü qavilə üzrə satılan əşyalara mülkiyyət hüququnun olduğunu, yaxud hüquq sahibinin tapşırığı ilə hərəkət etdiyini sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Hazırkı işdə “xxxx LLC” şirkətinin satılan əşyalara dair sərəncam hüququna, o cümlədən hüquq sahibinin tapşırığı ilə hərəkət etdiyinə dair məlumat yoxdur. Cavabdehin istinad etdiyi alğı-satqı müqavilələrində də “xxxx LLC” şirkətinin İddiaçı adından çıxış etdiyinə dair qeyd/göstəriş yoxdur. Cavabdehin etirazında istinad etdiyi hesab-fakturalarda “xxxx LLC” şirkətinin “satıcı” qismində göstərilməsi isə özü-özlüyündə həmin şirkətə ixrac olunan əmlaka münasibətdə mülkiyyətçi hüququ vermir. Belə olan halda (xüsusən də, məhz iddiaçının göndərdiyi texnikaların cavabdeh tərəfindən qəbul edildiyinin mübahisəsiz olduğu vəziyyətdə), məhkəmə cavabdeh in etirazında əsas sübut kimi əsaslandığı, məhkəmənin isə qətnamənin əsasına qoyduğu – cavabdehlə “xxxx LLC” şirkəti arasında, Azərbaycan Respublikasının ərazisində (Bakı şəhərində) bağlanmış alğı-satqı müqavilələrinin (ən azından, sübutetmə vasitəsi kimi) mötəbərliyini (yararlılığını), həmin müqavilələrin əqdlərin etibarsızlığına dair MM-in imperativ normalarının (hazırkı halda, 337.3 və 340.1-ci maddələrinin) tələbləri nəzərə alınmaqla, həm də (sübutun saxtalığına dair ərizədən fərqli olaraq) tərəflərin bunu bildirməsindən asılı olmayaraq (hərçənd, iddiaçı həmin əqdin formal olaraq bağlandığını iddia edir) yoxlamalı idi. Belə ki, mübahisələndirilən etibarsız əqdlərdən fərqli olaraq, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd edir ki, iddiaçı ilə “xxxx LLC” şirkəti arasında “işgüzar münasibətlər, konkret olaraq broker müqaviləsi üzrə mülki münasibətlər” olmuşdur (bax: İİİ cild, iş v.32). MM-in 787.1-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Normanın məzmunundan göründüyü kimi, broker vasitəçilik xidmətini məhz “sifarişçiyə” göstərir. Buradan, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilini yoxlamalı, “xxxx LLC” şirkətinə münasibətdə “sifarişçi”nin iddiaçı, yoxsa cavabdeh olduğunu müəyyən etməli idi. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin istinad etdiyi alğısatqı müqavilələrində “xxxx LLC” şirkətinin İddiaçı adından və onun tapşır ığı ilə hərəkət etdiyinə dair məlumat yoxdur. Eyni ilə, Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələri üzrə ümumi məlumat”ında da cavabdehə münasibətdə xarici tərəfdaş kimi “xxxx LLC” şirkəti deyil, İddiaçı göstərilmişdir. MM-in 787.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. MM-in 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-in 433-cü maddəsinin (Tələbin ixtiyarlı şəxsə icra edilməsi) müddəalarının tələbinə görə: 433.
1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Apellyasiya instansiyası məhkəməsi MPM-in 217-ci maddəsinin tələblərinin təmin olunması üçün tərəflərin dəlillərini MM-in yuxarıda qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir. İddiaçının birinci instansiya məhkəmə si tərəfindən rədd edilən digər tələblərinin 777.039,75 ABŞ dolları məbləğində Mərkəzi Bankın illik uçot dərəcəsi ilə 5 illik faiz borcun və 2.000 ABŞ dolları məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin cavabdehdən tutulması hissələrinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrdə dəyişdirilmədən saxlasa da, iddiaçının həmin hissələrə dair apellyasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə araşdırmasının predmeti olmadığından şikayət həmin hissələrə münasibətdə də əsaslıdır. Beləliklə, yuxarıda qeyd edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən b axılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2-2(103)-421/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev