Məhkəmə qərarları › İş №2-2(102)-434/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-434/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-434/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(104)-121/2024 nömrəli qərardadından Cavabdeh4 kassasiya şikayətinə 22 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli 2-2(115)-421/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Gəncə filialı ilə Cavabdeh1 a rasında bağlanmış 2020-ci il 13 avqust tarixli kredit limitinin ayrılmasına dair müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə 66.462,53 manat əsas borcu, 18.737,78 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 85.500,31 manat kredit borcu, 2021-ci il 3 fevral tarixli №10-BİZG2Z-1-0-17-20(K2) saylı kredit müqaviləsi üzrə isə 20.138,38 manat əsas borcu, 5.468,60 manat faiz borcu, 2023-cü il 3 fevral tarixindən 2023-cü il 16 mart tarixinədək illik 5 faizlə hesablanmış 121,05 manat əldən çıxmış fayda və 100 manat cərimə borcu olmaqla, cəmi 25.828,01 manat kredit borcu, 390,23 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 137 ünvanında yerləşən, 3 otaqlı, 160,50 kv.m ümumi, 84,8 kv.m yaşayış, 75,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat həddində müəyy ən edilməsi, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 54,9 kv.m ümumi, 31,6 kv.m yaşayış, 23,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, fərdi yaşayış evlərinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2 fərdi yaşayış evlərindən çıxarılmaları və fərdi yaşayış evlərinin boşaldılması, iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir. (hakim Gülnaz Quliyeva) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, onun borclular siyahısından çıxarılması, bu mümkün olmasa, borcun azaldılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(104)-121/2024 nömrəli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), İslam Həsənov, Loğman Süleymanov).

6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarının 185-ci səhifəsində olan poçt qəbzinə görə Cavabdeh4 birinci instansiya məhkəməsinin 2023-cü il 14 aprel tarixli qətnaməsini 2023cü il 28 dekabr tarixində almış, buna baxmayaraq, apellyasiya şikayətini 2024-cü il 09 aprel tarixində vermiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 135.2, 135.3, 357.1, 360, 361.1.3, 364 və 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri

8. Cavabdeh4 kassasiya şikayəti verərək, qərardadın ləğv, şikayətin icraata göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi şikayəti geri qaytararkən MPM-in 128.1. 134.1.5 və 360.1-ci maddələri üzrə mülki işdə (185-ci vərəqə) olan qəbzə əsaslanaraq qeyd etmişdir ki, Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsini 2023-cü il 28 dekabr tarixində almışdır. Halbuki həmin qəbz kuryer şirkəti tərərfindən məktub şəklində tərəfə göndərilən zərfin alınması barədə qəbzdir. Lakin iddiaçının nümayəndəsi sistemə yerləşdirdiyi ərizədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 28 dekabr tarixində tərəfə qəbz vasitəsilə bankın ofisində təqdim edilmişdir. İstinad edilən prossesual normalara əsasən, məhkəmənin yekun qəra rı tərəflərə rəsmi qaydada, elektron kabinet, poçt vasitəsi ilə göndərməklə, ya da müvafiq qəbzə imza atdırmaqla təqdim edilməlidir. Cavabdeh4 həmin vaxt elektron kabineti olmamış, ona məhkəmə tərəfindən göndərilən qətnamə isə məhkəməyə geri qaytarılmışdır. Həmçinin qətnamə tərəfə məhkəmə tərəfindən göndərilməlidir. Ola bilsin ki, bank həqiqətən qətnamənin sürətini cavabdehə göndərib (halbuki, tərəf israrla qeyd edir ki, belə hal olmayıb), lakin bu hal qətnamənin alınması anlamına gəlmir. Ən azı ona görə ki, bankdan gələn məktubla məhkəmədən gələn məktub fərqli məktublardı və vətəndaşların çoxu heç bankdan gələn məktubları açmadan tullayır. Bundan başqa, bankın qətmamə qəbul ediləndən 8 ay sonra qətnamənin surətini tərəfə göndərməsindəki marağı da aydın deyil. Bütün bunlar ona dəlalət etmi şdir ki, məhkəmə qeyd edilən prossesal hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məh kəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan so nra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanı lmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının həd ləri

11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

12. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.

13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual müddətin ötməsinə istinad etmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

16. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir. Belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş prosessual müddət daxilində verilməsidir. Əks halda, şikayət mümkün sayılmamalıdır.

17. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından da görünür ki, poçt qəbzinə görə Cavabdeh4 birinci instansiya məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsini 28 dekabr 2023- cü il tarixində almış, buna baxmayaraq, apellyasiya şikayətini 2024-cü il 09 aprel tarixində vermiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür.

18. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur və hazırki işdə də prosessual müddət ötüb, belə olan hallda apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən apellyasiya şikayətini qeyri-mümkün sayarkən düzgün nəticəyə gəlmişdir.

19. Qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olsa da, Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə bi ləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət verilməsi müddətidir. Məhkəmə aktının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi hüququ hüdudsuz deyil və bu hüquq qanunla nəzərdə tutulmuş yuxarıda göstərilən tədbirlərlə məhdudlaşdırıla bilər ki, hazırki işdə də bu hal prosessual müddətin ötməsi ilə bağlı olmuşdur.

20. Bundan əlavə, prosessual qanunvericilik ötürümüş müddətin bərpası imkanını da nəzərdə tutmuşdur. Bu isə müvafiq vəsatətin verilməsi yolu həyata keçirilir. İşdən görünür ki, cavabdeh belə bir vəsatət də verməmişdir.

21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 aprel tarixli 2-2(104)-121/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar