Məhkəmə qərarları › İş №2-2(102)-438/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-438/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-438/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxılmışdır. I. İŞİN HALLARİ.

1. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bərdə rayon Məhkəməsinin 2(021)-87/2020 saylı, 19.02.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-575/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(021)-87/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün Gəncə Kommersiy a Məhkəməsinə göndərilmişdir.

4. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və hakim tərəfindən işin baxılmağa hazırlanması mərhələsində iddiaçının hüquqi şəxs olması, cavabdehin isə vergi ödəyicisi kimi uçota alındığı, aralarındakı mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi nəzərə alınmamış, bununla da iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edilmiş və mübahisəyə mülki qanunvericiliyin müddəaları tətbiq edilməklə mahiyyəti üzrə baxılmış, nəticədə prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də Bərdə rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

5. Apellyasiya instansi yası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 44.2.2, 45.1, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

6. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 27 aprel tarixli 2-2(115)-329/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Vəliyev).

7. Gəncə Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh1 sahibkar statusu olsa da, həmçinin mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gələn olsa da, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi üzrə cavabdeh olan şəxslər Cavabdeh4, Cavabdeh3 sahibkar statusuna malik d eyillər. Tələb onlara münasibətdə kommersiya mübahisəsi hesab edilmir. Odur ki, iddia ərizəsi 2020-ci il yanvarın 1-dək olan müddət ərzində və aidiyyət qaydalarına riayət etməklə Bərdə rayon Məhkəməsində icraata qəbul edilmiş olduğundan, sonradan kommersiya məhkəməsinə aid olsa da belə, mübahisəyə kommersiya məhkəməsində baxılmalı deyildir.

8. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 30, 31.2, 32.7-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır. II. TƏTBİQ EDİL ƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, Bərdə rayon Məhkəməsinin 2(021)-87/2020 saylı, 19.02.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Gəncə Apellya siya Məhkəməsinin 2(104)-575/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

12. MPM-in 384.0.4-cü maddəsinin (bax yuxarıda § 9) məzmunundan aydın olur ki, məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən qətnamənin ləğv edilərək işin aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir.

13. Hazırkı halda da Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası məhz aidiyyət qaydalarının pozulduğu qənaətinə gəldiyindən MPM-in 384.0.4-cü maddəsinə istinad edərək işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə dair sö zügedən qərardadı qəbul etmişdir.

14. Tərəflərdən heç biri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadını mübahisələndirməmişdir.

15. Qarışıq məhkəmə tərkibinin qənaətinə görə, mübahisənin mahiyyəti üzrə qəbul olunmuş qətnaməni ləğv edən və işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini nəzərdə tutan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məlum qərardadını tərəflər mübahisələndirmədiklərindən, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi hazırkı vəziyyətdə qeyri-mümkündür, buna görə də iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

16. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7 və 403-1.9.2ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

17. İddiaçı Bank Olmaya n Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar