Məhkəmə qərarları › İş №2-2(102)-438/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-438/2023

05.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-438/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh 1, Cavabdeh 2-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehlərə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 aprel tarixli 2-2(103)-316/2023 saylı qətnaməsindən cavabdeh 2 tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icra at qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Alıcı İddiaçı ilə satıcı Cavabdeh 2 arasında bağlanmış 2021-ci il 27 may tarixli GMRKM-001 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqaviləyə əlavə edilmiş əlavələrdə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə alıcını təchiz etməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə imzalandıqdan sonra alıcı hesab-fakturada göstərilən ümumi məbləğin 100 faizi əvvəlcədən köçürmə yolu ilə ödəyir. 2. 2021-ci il 28 iyul tarixli qaimə fakturaya əsasən, Əmrahov Şəhriyar tərəfindən cəmi məbləği 41.000 manat məbləğində olan mal-material İddiaçınə təhvil verilmişdir. Həmin qaimə fakturada sendviç panelin alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olaraq qeyd edilmişdir.

3. Sifarişçi İddiaçı ilə icraçı Əmrahov Şəhriyar Əlif oğlu arasında bağlanmış 2021-ci il 2 avqust tarixli 01/2021 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən obyektdə müqaviləyə əlavədə qeyd edilmiş işlərinin görülməsini icraçıya sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd edilən işləri etməyi öhdəsinə götürmüşdür. 4. 2021-ci il 2 avqust tarixli 1/2021 saylı müqaviləyə əlavə 1-ə əsasən, tərəflər görülmüş işlərin dəyərinin 4.300 manat məbləğində olması ilə bağlı razılığa gəlmişlər. 5. 2021-ci il 2 avqust tarixli 1/2021 saylı müqavilə üzrə təhvil-təslim aktına əsasən, görülmüş işlərin dəyəri 4.300 manat təşkil etmişdir. 6. 2021-ci il 7 avqust tarixli, EBBG seriyalı, 050612 nömrəli elektron qaiməyə əsasən, Cava bdeh2 MMC tərəfindən İddiaçınə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 36.744,01 manat (ƏDV daxil) təşkil etmişdir. 7. 2021-ci il 30 avqust tarixli, GİF/4 seriyalı, 704203 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı tərəfindən Əmrahov Şəhriyar Əlif oğluna 1.800 manat məbləğində ödəniş edilmişdir. 8. 2021-ci il 11 sentyabr tarixli, EBBH seriyalı, 974349 nömrəli elektron qaimədəyə əsasən, Əmrahov Şəhriyar Əlif oğlu tərəfindən İddiaçınə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4.300 manat təşkil etmişdir.

9. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 1 dekabr tarixli “X1”nin mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçınə məxsus bir mərtəbəli anbar tikintisinin üzərinə döşənmiş dam örtüyü Ş əhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 15 aprel tarixli 2 saylı qərarı ilə təsdiq olunmuş “Dam örtükləri Layihələndirmə normaları”na uyğun quraşdırılmamışdır. Tədqiq olunan anbar tikilisinin üzərinə döşənmiş sendviç panelinin alt və üst hissəsində yapışdırılmış metal təbəqənin qalınlığı təqdim edilmiş 2021-ci il 28 iyul tarixli qaimə fakturada qeyd olunan üst – 0,32 mm, alt – 0,28 mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2 mm-dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə 2021-ci il 25 yanvar tarixində Cavabdeh 1 və Ca vabdeh 2-yə (bundan sonra – “cavabdehlər”) qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada saxta materiallar nəticəsində ona dəymiş 41.000 manat məbləğində maddi ziyanın, 2.500 manat mənəvi ziyanın, vəkilə ödənilmiş 1.000 manat və 301 manat dövlət rüsumu olmaqla, cəmi 44.801 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanındakı anbar satış obyektininin dam örtüyünün vurulması və materialların alınması üçün Ş.Əmrahov və MMC-dən materialların alınması ilə bağlı 2021-ci il 27 may tarixli GMRKM001 saylı müqavilə və usta xidmətlərinin göstərilməsi haqqında 2021ci il 2 avqust tarixli 1/2021 saylı müqavilə bağlanmışdır. B undan sonra dam örtüyünü quraşdırmaq üçün Ş.Əmrahov tərəfindən materiallar əraziyə gətirilmiş və öz ustaları tərəfindən qeyd olunan obyektin dam örtüyü vurulmuş, görülən işlərə zəmanət verilmişdir. Bu işlərin görülməsi üçün iddiaçı tərəfindən ümumilikdə Ş.Əmrahova qəbzlərdən də göründüyü kimi, 41.000 manat pul ödənilmişdir. Lakin az müddət keçdikdən sonra yağış yağması nəticəsində vurulan dam örtüyünün 80 yerindən su dammağa başlamışdır. Bununla bağlı Ş.Əmrahova məlumat verilsə də, uzun sürən mübahisədən sonra o, öz işçilərini və 40 ədəd yapışqanı göndərmişdir. Lakin verilən yapışqan çatmadığı üçün işçilər 300 manat dəyərində yapışqanı iddiaçı tərəfindən alınmasını və pulunu Ş.Əmrahovun verəcəyini bildirmişlər. Bundan sonra yağış yağması nəticəsində dam örtüyü yenidən təkrar dammağa başlam ışdır. İddiaçı tərəfindən dam örtüyünün yenidən düzəlməsi üçün dəfələrlə Ş.Əmrahova bildirsə də, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu günə kimi dam örtüyü düzəlməmiş, verilən 41.000 manat pul geri qaytarılmamışdır. İddiaçı tərəfindən başqa ustalar dəvət edilmiş, dam örtüyünün düzgün vurulmaması və materialların keyfiyyətsiz olması nəticəsində dam örtüyünün korlandığı, təzə materiallarla yenidən vurulmalı olduğu bildirilmişdir. Təqdim edilən sənədlərlə cavabdehin iddiaçıya vurduğu maddi ziyan aşkardır, zərərin məbləği kifayət qədər yüksəkdir və buna görə də cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "xxxx") 21.1, 21.2, 1096-cı maddələrinə istinad edilmi şdir.

13. MMC tərəfindən 2022-ci il 25 aprel tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisə mövcuddursa belə, bu iddiaçı ilə Ş.Əmrahov arasındadır. MMC-nin hazırkı mübahisəyə hansı formada aidiyyətinin olması, onun tərəfindən hansı hüquq pozuntusuna yol verilməsi iddia tələbində qeyd olunmamış, yalnız iddianın bir hissəsində tərəf hansısa ustaları dəvət etdiyini və həmin ustaların materialların keyfiyyətsiz olmasını demələrini qeyd etmişdir. MMC-nin tərəf olaraq hazırkı iddiaya cavabdeh kimi cəlb edilməsi və 44.801 manat pulun müştərək qaydada ondan tələb olunması absurddur və heç bir hüquqi əsası yoxdur. MMC ilə iddiaçı arasında 2021-ci il 27 may tarixində bağlanmış GMRKM-001 saylı müqavilə əsasında nəzərdə tutulmuş məhsul qarşı tərəfə verilmişdir. Həmin mü qavilənin şərtlərində qeyd olunan müddət ərzində iddiaçı tərəfindən cavabdeh MMC-yə məhsulun keyfiyyətsiz olması ilə bağlı hər hansı irad və ya etiraz nə şifahi, nə də yazılı şəkildə bildirilmişdir. Məhkəməyə təqdim edilmiş, iş materiallarında olan 2021-ci il 1 dekabr tarixli 596 saylı mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “2021-ci il 28 iyul tarixli qaimə fakturada qeyd olunan üst 0.32 mm, alt 0.28 mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqəsinin qalınlığı - 0.2 mm-dir”. Bununla bağlı qeyd edilmişdir ki, MMC tərəfindən müqavilə şərtlərində iddiaçıya satılmış sendviç panellərin ölçüləri ilə bağlı hər hansı şərtlər əvvəlcədən razılaşdırılmamış, bu barədə heç bir qaimə verilməmişdir. Qeyd olunan “qaimə” usta xidməti göstərən Ş.Əmrahov t ərəfindən iddiaçıya təqdim edilmişdir. Qeyd olunanlara əsasən, MMC tərəfindən 2021-ci il 27 may tarixində bağlanmış GMRKM-001 saylı müqaviləyə tam olaraq əməl olunmuş, tərəf öz öhdəliklərini yerinə yetirmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 may tarixli e-2-2(113)-1064/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir (hakim – Z.Axundova).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 11 oktyabr tarixli 10/4064 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeraportunun qərb hissəsində, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu 3 ünvanında yerləşən iddiaçıya məxsus bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyü Şəhərsalma və Tik inti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 15 aprel tarixli 2 №-li qərarı ilə təsdiq edilmiş “Dam Örtükləri Layihələndirmə Normaları”na uyğun quraşdırılmamışdır.

16. Sözügedən dam örtüyündə aşkar olunmuş qüsurların, dam örtüyü sökülmədən aradan qaldırılması mümkün deyildir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat aeraportunun qərb hissəsində - Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu 3 ünvanında yerləşən iddiaçıya məxsus bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyünün düzgün quraşdırılmadığını və qüsurlu vəziyyətdə olduğunu, həmin qüsurların dam örtüyü sökülmədən aradan qaldırılmasının mümkün olmadığını nəzərə alaraq, dam örtüyünün sökülərək yenidən quraştırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41.263,0 manat məbləğində olduğu müəyyən olunur.

17. Tədqiq olunan anbar tikilisinin üzərinə döşənmiş sendviç panelinin alt və üst hissəsinə yapışdırılmış metal təbəqənin qalınlığı təqdim edilmiş 2021-ci il 28 iyul tarixli qaimə fakturada qeyd olunan üst - 0.32 mm, alt - 0.28 mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqəsinin qalınlığı – 0.2 mm-dir.

18. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə verərək, 41.263 manat vurulmuş zərərə görə məbləğin, 200 manat mediasiya xərcinin və 26 manat dövlət rüsumunun, cəmi 41.489 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.

19. MMC tərəfindən 2022-ci il 25 aprel tarixində “iddia tələbinin həcminin dəqiqləşdirilməsi və azaldılması” barədə ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin həcminin dəqiqləşdilməsi və azaldılması barədə ərizə rəqəmlərin dəqiqləşdirilməsi və məhkəmə tərəfindən təyin edilib keçirilmiş ekspertizaya istinad edilməsi hissəsini çıxmaq şərtilə ilkin iddia ərizəsini təkrarlamışdır. Hazırkı sənədlərdə də MMC tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın nədən ibarət olması, hansı səbəbə görə müştərək qaydada 41.489 manat pulun tutulması aydın deyildir. MMC ilə iddiaçı arasında 2021-ci il 27 may tarixində bağlanmış müqavilə əsasında nəzərdə tutulmuş məhsul qarşı tərəfə verilmişdir. Həmin müqavilənin şərtlərində qeyd olunan müddət ərzində iddiaçı tərəf indən cavabdeh MMC-yə məhsulun keyfiyyətsiz olması ilə bağlı hər hansı irad və ya etiraz nə şifahi, nə də yazılı şəkildə bildirilmişdir. İş materiallarında olan, tərəfin də dəfələrlə istinad etdiyi 2021-ci il 1 dekabr tarixli 596 saylı mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 2021-ci il 28 iyul tarixli qaimə fakturada qeyd olunan üst – 0,32 mm, alt – 0,28 mm ölçülərlə üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı – 0,2 mm-dir. MMC tərəfindən müqavilə şərtlərində iddiaçıya satılmış sendviç panellərin ölçüləri ilə bağlı hər hansı şərtlər əvvəlcədən razılaşdırılmamış, bu barədə heç bir qaimə verilməmişdir. Qeyd olunan qaimə usta xidməti göstərən Ş.Əmrahov tərəfindən iddiaçıya təqdim edilmiş, sonuncu da bunu MMC ilə razılaşdırmamışdır. İddiaçı tərəfindən eyni iddia tələbinə həm MMC, həm də Ş.Əmrahovu cavabdeh qeyd etməsi düzgün deyildir, iddia tələbində göstərilən predmetlər, tərəflər və tələblər tamamilə fərqlidir. MMC-dən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, Ş.Əmrahovdan isə vurulmuş ziyanın ödənilməsi tələb olunur. Cavabdehlərdən niyə görə müştərək qaydada vurulmuş ziyanın tutulması iddia ərizəsində əsaslandırılmamışdır.

20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli e-2-2(113)-1064/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ş.Əmrahovdan 41.263 manat məbləğində vurulmuş zərər, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,79 manat olmaqla, cəmi 41.476,79 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 10 0 manat pulun Ş.Əmrahovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı (alıcı) ilə MMC (satıcı) arasında 2021-ci il 27 may tarixli GMRKM-001 saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 2021-ci il 2 avqust tarixində iddiaçı (sifarişçi) ilə Ş.Əmrahov (icraçı) arasında podrat müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

22. İddiaçı hər iki müqavilə üzrə tərəf olmuşdur və podratçı satıcıdan alınan malmaterialdan istifadə edərək iddiaçı üçün podrat işlərini yerinə yetirmişdir. İddi açı həmin işlərin nəticəsi olaraq 41.263 manat məbləğində zərərə məruz qaldığını əsas gətirərək həmin məbləğin cavabdehlərdən tutulmasına dair iddia irəli sürmüşdür. Belə ki, iddiaçı hesab etmişdir ki, həm mal-material keyfiyyətsiz olmuş, həm də işlər qüsurlu görülmüşdür.

23. Əvvəla, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə mal-materiallar verilmiş və dəyəri ödənilmişdir. Görülən işlərdə istifadə olunan həmin mal-materialların təqdim olunmasına dair qaimə faktura 2021-ci il 28 iyul tarixində Ş.Əmrahov və iddiaçı tərəfindən imzalanmışdır. Həmin qaimə fakturada sendviç panelin alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olaraq qeyd edilmişdir. Ekspert rəyinə əsasən, anbar tikintisinin üzərinə döşənmiş sendviç panelin alt və üst hissəsində yapışdırılmı ş metal təbəqənin qalınlığının 2021-ci il 28 iyul tarixli qaimə fakturada qeyd olunan üst – 0,32 mm, alt – 0,28 mm ölçülərlə üst-üstə düşmədiyi, sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığının 0,2 mm olduğu müəyyən olunmuşdur. MMC-nin nümayəndəsi onlar tərəfindən məhz alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm olan sendviç panellərin satıldığını bildirməmiş, qalınlığın 0,2 mm olduğunun müəyyən olunması halını mübahisələndirməmişdir. Eyni zamanda, MMC-nin nümayəndəsi iddiaçı ilə metal təbəqənin qalınlığı ilə bağlı razılaşmalarının olmadığını qeyd etmişdir. Bundan başqa, MMC-nin öz öhdəliklərini pozması nəticəsində iddiaçıya zərərin vurulması, məhz metal təbəqənin müəyyən olunan qalınlığının iddiaçıya zərər vurulmasına səbəb olduğu müəyyən olunmamışdır.

24. Ona görə də iddia MMC-yə münasibətdə təmin olunmamalıdır.

25. Cavabdeh 2 və iddiaçı arasında bağlanan müqavilədə qeyd olunan işlər görülmüş və dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus göstərilən ünvanda yerləşən bir mərtəbəli anbar tikilisinin üzərinə döşənmiş dam örtüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2015-ci il 15 aprel tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “dam örtükləri, layihələndirmə normaları”na uyğun quraşdırılmamışdır. Dam örtüyündə aşkar olunmuş qüsurların dam örtüyü sökülmədən aradan qaldırılması mümkün deyildir. Dam örtüyünün düzgün quraşdırılmadığını və qüsurlu vəziyyətdə olduğunu, həmin qüsurların dam örtüyü sökülmədən aradan qaldırılmasının mümkün olmadığını nəzərə alaraq, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41.263 manat məbləğində olduğu müəyyən olunmuşdur.

26. Beləliklə, Ş.Əmrahov işi qüsurlu görmüş, nəticədə iddiaçıya 41.263 manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, iddiaçıya məxsus obyektin dam örtüyündə ferma adlanan dəmirlər aralı olduğundan iddiaçıya bildirmişdir ki, bu şəkildə dam örtüyünün vurulması qüsurların yaranmasına səbəb ola bilər. Lakin iddiaçı təkidlə dam örtüyünün göstərdiyi formada vurulmasını və özünün də bu sahədə biliklərinin olduğunu demişdir.

27. Həmin halla bağlı qeyd olunmalıdır ki, maddi hüquq normalarının məzmununa ə sasən, əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçının müqavilədən imtina etmək və vurulan zərərin əvəzini ödəməyi tələb etmək hüququ olmuşdur. Ona göə də cavabdeh məhz iddiaçının göstərişini nəzərə alaraq qüsurlu iş görməsinə haqq qazandıra bilməz.

28. Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Dam örtüyünün normalara uyğun quraşdırılmaması iş materiallarına əlavə olunmuş ekspert rəyi ilə öz təsdiqini tapmı şdır.

29. Beləliklə, Ş.Əmrahov öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir və ona görə də iddiaçı dəymiş zərərin ondan tutulmasını tələb etməkdə haqlı olmuşdur.

30. Belə ki, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməli, podratçı isə sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

31. Qeyd edilənlərə əsasən, Ş.Əmrahov iddiaçı ilə arasında bağlanmış 2021-ci il 2 avqust tarixli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya zərər dəymişdir. Ş.Əmrahovun öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində yaranmış qüsurların dam örtüyü sökülmədən aradan qaldırılması və eyni zamanda id diaçı tərəfindən digər cavabdehdən alınmış mal-materialın dam örtüyündə yenidən istifadə edilməsi mümkün deyildir. Bu hal ekspert rəyi və verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Ş.Əmrahov tərəfindən qüsurlu olaraq görülmüş iş nəticəsində iddiaçıya məxsus olan malmaterial yararsız hala düşmüşdür.

32. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə (41.263 manat) ödənilməli olan dövlət rüsumunun məbləği 213,79 manat təşkil etmişdir. İddiaçı mediasiya prosesi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödədiyindən həmin hissədə dövlət rüsumu ödəməkdən azad olunur və iddiaçı tərəfindən əlavə olaraq ödənilməli dövlət rüsumun məbləği 26 manat deyil, 13,79 manat təşkil edirdi.

33. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 448.1, 597, 752.1, 7 62.1, 762.2, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2-ci; "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci; "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh 2 2023-cü il 23 yanvar tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 aprel tarixli 2-2(103)-316/2023 saylı qətnaməsi ilə Ş.Əmrahovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndir ilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Ş.Əmrahov iddiaçıya məxsus obyektin anbarının 2021-ci il 2 avqust tarixli 1/2021 saylı müqavilə əsasında dam örtüyünü quraşdırmış, iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 1 dekabr tarixli “X1”ninin mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti texniki ekspertizasının 2022-ci il 11 oktyabr tarixli 10/4064 saylı ekspert rəyi ilə dam örtüyünün qusurlu quraşdırıldığı (su sızması) təsdiq edilmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, qüsurların aradan qaldırılması üçün dam örtüyü sökülərək yenidən quraşdırılmalı dır və bunun üçün 41.263 manat vəsait tələb olunur.

37. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarət olmuşdur ki, dam örtüyü üçün sifariş verilmiş mal satıcı MMC tərəfindən tələb olunan ölçüdə verilmədiyindən malın dəyəri olaraq ödənilmiş 36.744,01 manat MMC-dən tutulmalıdı.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanın satıcı MMC-dən tutulması üçün qanuni əsaslar yoxdur. Belə ki, tərəflərin izahatlarından aydın olmuşdur ki, iş materiallarının 115-ci vərəqinə əlavə edilmiş “X2 Örtükləri” blankında çap edilmiş, iddiaçıya məxsus obyektə dam örtüyünün quraşdırılması üçün zəruri olan mal-materialın smetası Ş.Əmrahov tərəfindən tərtib edilmiş, həmin smetada dam örtüyü üçün tələb olunan sendviç panelin üst qalınlığı 0,32, alt qalınlığı 0,28 mm qeyd edilmişdir. Ekspert rəyinə əsasən, quraşdırılmış, yəni MMC tərəfindən satılmış sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığının 0,2 mm olmuşdur. MMC-yə sifariş edilən malın məhz Ş.Əmrahov tərəfindən tərtib edilmiş smetada qeyd edilmiş ölçüdə olduğu barədə iş materiallarında hər hansı sübut yoxdur. MMC tərəfindən təqdim edilmiş 2021-ci il 7 avqust tarixli elektron qaimədə isə satılmış dam örtüyünün metal panelinin qalınlığı qeyd edilməmişdir. Məhkəmə qeyd edilənləri, o cümlədən ekspert rəyində dam örtüyündən su sızmasının məhz örtüyün metal təbəqəsinin qalınlığının tələb olunan ölçüdə və ya lazımi keyfiyyətdə olmaması ilə bağlı hər hansı qeyd olmadığından nəzərə alaraq hesab etmişdir ki, MMC tərəfindən iddiaçıya ziyan vurulduğu müəyyən edilmir.

39. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus obyektin (marketin) hazırda fəaliyyət göstərdiyini məhkəmə yerli baxış keçirməklə müəyyən edə bilər və dam örtüyündə qüsur olmadığı müəyyən olunar. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, dam örtüyü obyektin anbarında quraşdırıldığından iddiaçıya məxsus marketin hazırda fəaliyyət göstərib-göstərməməsinin araşdırılması mübahisənin həlli üçün əhəmiyyətli deyil. Bundan əlavə, cavabdehin gördüyü işin qüsurlu olduğu iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiq edildiyi halda, cavabdeh iddiaya etirazının əsaslı olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir.

40. Ş.Əmrahov apellyasiya şikayətində dam örtüyü söküldükdən sonra materiallar ın istifadəyə yararlı olub-olmasının müəyyənləşdirilməsi üçün iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, MPM-in 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspert rəyindən görünür ki, rəy kifayət qədər əsaslandırılmış, ekspert tədqiqat obyektinə baxış keçirmiş, eksperiment keçirilərək iddiaçıya məxsus tikilinin dam örtüyünə su boruları vasitəsi ilə su axıdılmış, bir neçə dəqiqədən sonra tikilinin daxildən döşəməsinə və perimetr boyu daxili və fasad divarlarına suyun sızması müşahidə olunmuşdur. Rəydə qeyd edilmişdir ki, dam örtüyünün və suyun kənarlaşdırılması üçün novların düzgün quraşdırılmadığı, sendviç panel fermalar üzərinə döşənmiş tirlərə bərkitmə zamanı şurup yerlərini dəqiq seçmədikləri üçün müxtəlif yerlərdən dəliklər açılmış, həmin dəliklər müxtəlif yapışdırıcılar vasitəsi ilə doldurulsa da, xeyri olmamışdır. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, anbar tikilisinin dam örtüyünün bərkidilməsi üçün istifadə olunmuş şurupların kənarından anbarın daxilinə bütün sahələrdən su sızması baş vermişdir. Ekspert rəyinə damdan su sızması zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Göründüyü kimi, ekspert rəyində dam örtüyündə şurup yerlərinin düzgün açılmadığı və həmin deşiklərdən su sızdığı qeyd edildiyindən müəyyən olunmuşdur ki, həmin örtüklər yenidən istifadə üçün yararlı deyil. Ekspert məhz bu səbəbdən dam örtüyünün sökülərək yeni materiallarla quraşdırılması üçün 41.263 manat vəsait tələb olunduğunu qeyd etmişdir.

41. Cavabdeh ekspert rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas göstərə bilməmişdir. İş üzrə verilmiş ekspert rəyinin tərəflərdən hər hansı birinin mənafeyinə uyğun olmaması isə təkrar ekspertiza təyin edilməsi üçün əsas ola bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 442, 443.1, 443.2, 448.1, 752.1, 762.1, 762.2, 768.1, 768.1.1 768.1.2, 768.1.3, 768.2-ci; MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. Həmin qətnamə 2023-cü il 3 may tarixdinə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

44. Cavabdeh 2 2023-cü il 3 iyul tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, Ş.Əmrahova münasibətdə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. MM-in 21.1, 621 və 624-cü maddələri üzrə – MMC smetada nəzərdə tutulmuş sendviç panelin alt qalınlığı 0,28 mm, üst qalınlığı isə 0,32 mm əvəzinə 0,2 mm qalınlıqda sendviç panellərini iddiaçıya təhvil vermişdir. Yəni dam örtüyünə yarasız panellər vermişdir. Göründüyü kimi, 36.744,01 manatı iddiaçı MMC-yə ödədiyindən həmin məbləği ondan tələb etməlidir. Lakin məhkəmə düzgün hüquqi qiymət verməyərək həmin məbləği Ş.Əmrahovdan tutulmasını qət etmişdir. Baxmayaraq ki, iddiaçı Ş.Əmrahova xidmətə görə yalnız 4.300 manat ödəmişdir. Bundan başqa, ekspert rəyinə əsasən, 2021-ci il 28 iyul tarixli qaimə fakturada qeyd olunan üst-0,32 mm, alt-0,28 mm ölçüləri üst-üstə düşmür. Sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı 0,2 mm-dir. Ekspert rəyindən müəyyən olunmuşdur ki, MMC tərəfindən keyfiyyətsiz mal verilmişdir, mm-tir düzgün gəlməmişdir. Birinci instansiya məhkəməsi isə qətnaməsinin əsaslandırıcı hissəsində göstərmişdir ki, guya qalınlığı 0,2 mm olduğunun müəyyən olunması halını MMC-nin nümayəndəsi mübahisələndirmir, apellyasiya instansiya məhkəməsi isə bunları təstiq etmişdir.

46. MPM-in 102.2-ci maddəsi üzrə – Ekspert rəyində göstərilmişdir ki, dam örtüyünün sökülərək yenidən quraşdırılması üçün aparılmalı təmir-tikinti və yenidən quraşdırılma işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 41.263 manat məbləğində olduğu müəyyən etmişdir. Lakin ekspert həmin 41.263 manatın smetasını və ya hansı xərclər hara getməsini konkret göstərməmişdir, sadəcə bazar dəyəri 41.263 manat göstərilməklə kifayətlənmişdir. Halbuki həmin materialların yenidən istifadəyə yararlı olduğu halda, bunları göstərməmişdir. Ş.Əmrahov hesab etmişdir ki, ekspertin rəyi ziddiyətli və mötəbər olmadığından təkrar ekspertiza keçirilməlidir. Buna baxmayaraq apellyasiya məhkəməsi vəsatəti təmin etməmişdir. Bundan başqa, hazırda həmin ərazi “Super market” kimi fəaliyyət göstərir əgər dam örtüyü axıtsaydı, həmin sahəni market kimi istifadə edilməsi mümkün olmazdı. Lakin məhkəmə yerli baxış keçirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçı 2023-cü il 18 iyul tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavab deh kassasiya şkayətində özü-özünü təkzib edən ifadələr işlədmiş, işdə olan çoxsaylı sübutları öz fərziyyələri ilə təkzib etməyə və öz üzərinə düşən məsuliyyətini MMC-nin üstünə atmağa çalışmışdır. İş üzrə materiallarla tanış olduqda açıq aydın məlum olmuşdur ki, onun istinad etdiyi dəlillərin bu işə heç bir aidiyyəti yoxdur.

48. Cavabdeh kassasiya şikayətində həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Məhkəmələrdə işə baxılarkən Ş.Əmrahova bir sıra iş üzrə konkret suallar verilmişdir:

1. Damın üstünə quraşdırılan materialların özünüz ölçüb sifarişini vermisiniz və siz özünüz gətiribsinizmi ? Cavab: Bəli, mən dam üstündə ölçünü zavoda sifariş verib zavoddan mən özüm ölçmüşəm və gətirmişəm dam üstünə qaldırmışam.

2. Siz malı özünüz vurubsunuzmu ? Cavab: Bəli, mən özüm vurmuşam.

3. Siz dey irsiniz ki, mal qusurlu idi, onda siz bilə-bilə ki mal qüsurludur, niyə görə həmin malı quraşdırırdınız? Bu suala cavabdeh heç bir tutarlı cavab verə bilməmişdir.

49. Cavabdeh 2 hər dəfə bir bəhanə gətirmiş, lakin nəzərə almamışdır ki, iddiaçıya zərər vurulub, smeta tutulub, bununla bağlı ekspert rəyləri vardır. Cavabdeh kassasiya şikayətində göstərilənləri hər hansı sübutlarla təsdiq edə bilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ma ddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etm əyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hi ssə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

597. Satılan əş yanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 597.2. Qiymət əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirildikdə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir. 597.3. Alğı-satqı müqaviləsində əşyanın qiymətini şərtləndirən göstəricilərdən (maya dəyəri, məsrəflər və i.a.) asılı olaraq onun qiymətinin dəyişdirilməli olduğu nəzərdə tutulduqda, lakin qiymətin dəyişdirilməs i üsulu müəyyənləşdirilmədikdə, qiymət müqavilənin bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Satıcı əşyanı vermək vəzifəsinin icrasını gecikdirdikdə qiymət müqavilənin bağlandığı an və əşyanın verilməsinin müqavilədə nəzərdə tutulan anı üçün, müqavilədə həmin an nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etmə lidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır....” “Maddə

768. Podratçının sifarişçini vaxtında xəbərdar etmək vəzifəsi 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqd a. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.”

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. İddiaçı podrat müaviləsi ü zrə işləri yerinə yetirmiş cavabdehdən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini iddianın təmin edilməsi hissəsində dəyişdirmədən saxlamışdır.

56. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus obyektə dam örtüyünün quraşdırılması üçün zəruri olan mal-materialın smetası Ş.Əmrahov tərəfindən tərtib edilmiş, həmin smetada dam örtüyü üçün tələb olunan sendviç panelin üst qalınlığı 0,32, alt qalınlığı 0,28 mm qeyd edilmişdir. Ekspert rəyinə əsasən quraşdırılmış, yəni MMC tərəfindən satılmış sendviç panelin alt və üst hissəsində metal təbəqənin qalınlığı 0,2 mm olmuşdur. MMC-yə si fariş edilən malın məhz Ş.Əmrahov tərəfindən tərtib edilmiş smetada qeyd edilmiş ölçüdə olduğu barədə iş materiallarında hər hansı sübut yoxdur. MMC tərəfindən təqdim edilmiş 2021-ci il 7 avqust tarixli elektron qaimədə isə satılmış dam örtüyünün metal panelinin qalınlığı qeyd edilməmişdir. Məhkəmə qeyd edilənləri, o cümlədən ekspert rəyində dam örtüyündən su sızmasının məhz örtüyün metal təbəqəsinin qalınlığının tələb ölunan ölçüdə və ya lazımı keyfiyyətdə olmaması ilə bağlı hər hansı qeyd olmadığından nəzərə alaraq hesab etmişdir ki, MMC tərəfindən iddiaçıya ziyan vurulduğu müəyyən edilməmişdir.

57. Həmçinin apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin gördüyü işin qüsurlu olduğu iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiq edildiyi halda c avabdeh iddiaya etirazının əsaslı olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir.

58. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

59. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

60. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən M PM-in 88-ci maddəsinin (bax yuxarıda § 54) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 54) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 aprel tarixli 2-2(103)-316/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh 2-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 aprel tarixli 22(103)-316/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar