Məhkəmə qərarları › İş №2-2(102)-438/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-438/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-438/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 mart tarixli, 2-2(108)-8/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən (bundan sonra-“cavabdeh”) 24 oktyabr 2012-ci il tarixli, ** saylı kredit müqaviləsinə əsasən 2022-ci il 28 oktyabr tarixə birinci tranş üzrə 45271.88 manat faiz borcu, 33402.97 manat cərimə borcu, cəmi 78674.85 manat, ikinci tranş üzrə 39991.15 manat faiz borcu, 46765.55 manat cərimə borcu, cəmi 86756.70 manat borc məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim E.Salmanov). Qətnamədən iddiaçı tərəfindən apel lyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 mart tarixli, 2-2(108)-8/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunması, iddia tələblərinin qismən təmin edilməsi, cavabdehdən 24 oktyabr 2012-ci il tarixli, ** saylı kredit müqaviləsinə əsasən 2022-ci il 28 oktyabr tarixə birinci tranş üzrə 21668,59 manat faiz borcu, 1670,14 manat cərimə borcu, cəmi 23338,73 manat, ikinci tranş üzrə 36820,09 faiz borcu, 2338,27 manat cərimə borcu, cəmi 3915 8,36 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim S.Bəylərli, hakimlər M.Allahverdiyev və Ə.Allahverdiyev). Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya sikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətin in maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən «3 saylı Əlavə» «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-yə dax il edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin sözügedən 3 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 407.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 408.1.1-ci maddəsi isə 407.1-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq qərara aldı: Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 mart tarixli, 2-2(108)-8/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar