Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-438/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X1 və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-277/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh tə rəfindən imzalanmış 2021-ci il 11 iyun tarixli yazılı iltizama görə, cavabdeh iddiaçıdan 77.000 manat pulu götürdüyünü və həmin məbləği ona 2022-ci ilin yanvar və fevral aylarında qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 49.000 manat əsas borcun, 12.375 manat faiz məbləğinin, cəmi 61.375 manat pul vəsaitinin, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 274,15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27,42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 638,82 manat məhkəmə xərclərinin cavabdehdən tutulara q iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin oktyabr ayında cavabdeh biznesinə kömək üçün iddiaçıdan 77.000 manat borc almışdır. Borcun qaytarılma müddəti müəyyən edilməmişdir. Yəni iddiaçı nə vaxt istəsə, cavabdeh pulu qaytarmalı idi. Eyni zamanda o pulun onda qaldığı müddətdə əldə etdiyi qazancından iddiaçıya pay verməli idi. İlk aylar cavabdeh bir neçə ay qazancından iddiaçıya pul vermiş, bir müddət sonra koronavirus pandemiyası ilə əlaqədar qazanc olmadığı üçün pul verilməsi dayandırılmışdır. İddiaçı buna görə heç nə tələb etməmiş, daha sonra cavabdehin pulu qaytarmaqdan yayındığını düşünüb, pulu qaytarmasını tələb etmişdir. 2021-ci ilin iyun ayının 11-də cavabdeh iddiaçının cib dəftərçəsində ona 77000 manat borcunun olduğunu və həmin borcu 2022-ci ilin yanvar-fevral aylarında qaytaracağını öhdəsinə götürdüyü barədə yazılı iltizam verib imzası ilə təsdiq etmişdir. Bundan sonra cavabdeh iddiaçıdan birlikdə işləməyi davam etdirməyi və birlikdə gəlir əldə etməyə davam etmələrini xahiş etmişdir. Ceyhun adlı şəxsi ona qardaşı kimi tanıtmış, borcu hissə-hissə qaytaracağını və qazancından pay verəcəyini bildirmişdir. İddiaçı bu təkliflə razılaşmasa da, cavabdeh 2021-ci ilin dekabr ayından başlayaraq ona bəzən iki ayda bir dəfə 1000 manatdan 2000 manata qədər pul vermiş, həmin pulun hansı hissəsinin borc, hansının isə qazancdan pay olduğu açıqlanmamışdır. İddiaçı bu ödənişləri borc kimi qəbul edir. Beləliklə cavabdeh 2021-ci ilin dekabr ayından 2023-cü ilin may ayına kimi cavabdehə 28000 manat pul qaytarmış, 49000 manat borcu qalmışdır. Cavabdeh 2023-cü ilin may ayından sonra heç bir ödəniş etməmiş, müxtəlif bəhanələrlə bundan yayınmışdır.
4. İddiaçı 2024-cü il 3 noyabr tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş 77.000 manat mayanın, habelə vəkil xidmətinə görə 320 manat, məhkəməyə iddia verilməsinə görə 321,15 manat və müvəqqəti təminat tədbiri seçilməsi məsələsinə baxılmaq üçün ödənilmiş 27,42 manat dövlət rüsumunun, etibarnamənin təsdiqi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 685,82 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5. 2024-cü il 24 oktyabr tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 idd ia ərizəsinə etiraz edib iddia tələbini 18.400 manat məbləğində qəbul etdiklərini nəzərə alıb iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 2019-cu ildə iddiaçıdan 77.000 manat borc pul götürmüş, həmin ilin oktyabr ayından 5 ay müddətində iddiaçıya 1100 manat olmaqla ümumilikdə 5.500 manat pul ödəmiş, 2020-ci ilin mart, aprel və may aylarında pandemiyaya görə iş olmadığı üçün ödəniş edə bilməmiş, 2020-ci ilin iyun ayından hər ay 800 manat olmaqla 2021-ci ilin noyabr ayınadək ümumilikdə 13.600 manat ödəniş etmişdir. 2021-ci ilin dekabr ayında 2023-cü il 15 may tarixinə qədər cəmi 32.500 manat məbləğində ödəniş olunmuşdur. Daha sonra 2021-ci il 19 dekabr tarixində 1000 manat, 2022-ci il 10 yanvar tarixində 1000 manat, 2022-ci il 10 yanvar tar ixində 1500 manat, 2022-ci il 11 mart tarixində 1500 manat, 2022-ci il 12 aprel tarixində 1500 manat, 2022-ci il 12 may tarixində 2000 manat, 2022-ci il 12 iyun tarixində 2000 manat, 2022-ci il 12 iyul tarixində 2000 manat, 2022-ci il 12 avqust tarixində 2000 manat, 2022-ci il 12 sentyabr tarixində 2000 manat, 2022-ci il 12 oktyabr tarixində 2000 manat, 2022-ci il 12 noyabr tarixində 2000 manat, 2022-ci il 12 dekabr tarixində 2000 manat, 2023-cü il 25 yanvar tarixində 2000 manat, 2023-cü il 26 fevral tarixində 2000 manat, 2023-cü il 29 mart tarixində 2000 manat, 2023-cü il 12 aprel tarixində 2000 manat, 2023-cü il 15 may tarixində 2000 manat daha sonra son olaraq 2023-cü ilin avqust ayında 2000 manat vəsait ödənilib. Sonuncu ödənişi iddiaçı özü də etiraf edir. Ümumilikdə 58.600 manat ödəni ş olunub. 6. 2024-cü il 7 noyabr tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili M.Meybulla iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə etdiyini, hazırda mübahisəyə kommersiya fəaliyyətindən əmələ gələn mübahisə kimi baxılırsa, cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayının sonuna qədər ödənilmiş məbləğləri biznes fəaliyyətindən əldə edilmiş gəlirlərdən iddiaçıya verilən pay kimi qiymətləndirdiklərini, faiz borcu barədə tələblərinin olmadığını, tələblərinin əsas vəsaitin (77000 manat) qaytarılması olduğunu bildirmişdir.
7. İddiaçı 2024-cü il 5 dekabr tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək 2024-cü il 3 noyabr tarixdə verdiyi iddia ərizəsinə dair əlavənin təmin edilməsi, cavabdehdən 77.000 manat pulun tu tulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, pulu cavabdehə gəlir əldə etməsi üçün vermişdir. Hazırda 12.000 manat faiz hissədə tələbi yoxdur, ancaq 77000 manatı tələb edir. 2019-cu ildə cavabdeh ondan 77000 manat pulu borc olaraq almış, həmin vəsaitdən fərdi sahibkar kimi istifadə edib qazanc əldə edəcəyini, əldə edəcəyi qazancdan ona da vəsait ödəniləcəyini bildirmiş, o həmin təkliflə razılaşmış, cavabdeh bir müddət ona qazanc adı ilə müxtəlif məbləğlərdə vəsaitlər ödəmişdir. Lakin daha sonra cavabdeh ona hər hansı qazanc ödəməyi dayandırmış, bu səbəbdən o, cavabdehdən 77.000 manat pulun birdəfəlik qaytarılmasını tələb etmiş, cavabdehə pulun qaytarılacağı ilə bağlı notarial qaydada müqavilə bağlanmasını təklif etmiş, cavabdeh bunun əvəzində öz əli ilə iddiaçıya məxsus olan kitabçaya borc kimi aldığı 77000 manat pulun hamısını 2022-ci ilin yanvar və fevral ayında qaytarmağı üzərinə götürməsi ilə bağlı qeyd yazmışdır. Həmin iltizamdan sonra cavabdeh ona ümumilikdə 30.000 manat pul qaytarmış, qalan 47.000 manat pulu qaytarmamışdır. Bu səbəbdən ilkin olaraq həmin 47000 manat pulun qaytarılması barədə iddia ərizəsi vermiş, daha sonra ödənilmiş həmin 30000 manat pulun qazanc kimi qiymətləndirilməli olduğu üçün 77.000 manat əsas vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini hazırda məhkəmədən xahiş etmişdir. Belə ki, 2019-cu ildə 77000 manat pul verilmiş, hazırda həmin tarixdən 5 il keçmişdir. Bu müddət ərzində pulun dəyəri düşdüyü üçün iltizamdan sonra qaytarılmış 30.000 manat pul qazanc adı ilə ödənilmiş vəsaitlər kimi qiymə tləndirilməlidir. Tələbin həcminin artırılması barədə ərizə verdikdən sonra cavabdehdən əlavə olaraq 12.375 manat faiz borcunun tutulması ilə bağlı tələbi yoxdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 dekabr tarixli 2-2(113)-7145/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 47.000 manat məbləğində pulun, 231 manat dövlət rüsumu, 320 manat vəkil xərci, ümumilikdə 47551 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qalan məhkəmə xərclərinin (454,82 manat dövlət rüsumu) iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
9. Birinci instansiya məhkəməsi iddianın faktiki əsasını təşkil edən müqaviləyə biznes ortaqları olmuş sahibkarlar arasında korporativ hüquq münasibətləri çərçivəsində bağlan mış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət vermişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və bir müddət birgə biznes fəaliyyətləri olmuşdur. İddiaçı tərəfindən cavabdehə 2019-cu ildə 77000 manat vəsait ödənilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, ödənilən vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir. İddiaçı həmin razılaşmanın tələbləri cavabdeh tərəfindən pozulduğu üçün, 2021-ci il tarixdə tərəflər arasında olan şifahi razılaşmadan birtərəfli qaydada imtina edərək 77.000 manat pulun bütünlüklə geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh həmin vəsaiti 2022-ci ilin yanvar və fevral aylarında tam həcmdə qaytarmağı öz öhdəsinə götürmüşdür.
11. İddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş ödənişlər barədə cədvəldən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 14 dekabr tarixindən 2023-cü il 13 may tarixinə qədər ümumilikdə 28.000 manat vəsait ödənilmiş, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında verdikləri izahatlarında həmin siyahıda göstərilənlərdən əlavə cavabdeh tərəfindən 2023-cü il 30 avqust tarixində iddiaçıya əlavə olaraq 2000 manat ödənildiyini təsdiq etmişlər.
12. Məhkəmə iddia tələbini cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 77.000 manat vəsaitdən 30000 manatın qaytarıldığı nəzərə alınmaqla qalan 47000 manat hissədə təmin edərək qeyd etmişdir ki, cavabdeh qalıq borcun hazırda 18400 manat olmasını i ddia etsə də, məhkəməyə 2021-ci il 11 iyun tarixli aktı imza etdikdən sonra iddiaçının qaytarılmasını etiraf etdiyi ödənişlərdən əlavə ödənişlər edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 390.1, 399.1, 442 və 428.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra-“MPM) 14.1, 14.2, 77.1, 106.3 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində dəyişdirmədən saxlamaqla, cavabdehdən əlavə olaraq 12.375 manat faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Cavabdeh tərəfindən həmin qətnamədən ve rilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-277/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı 12.375 manat faiz borcunun tutulması ilə bağlı tələbini müdafiə etməməsi, sonradan qətnamə qət edildikdən sonra həmin faiz bor cunun tutulmasını tələb etməsi əsaslı ola bilməz. Çünki, işə baxan birinci instansiya məhkəməsi işə iddiaçının müdafiə etdiyi tələbə münasibətdə baxmış və müvafiq tələb üzrə qətnamə qət etmişdir.
18. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra iddiaçının fikrini dəyişməsi və yenidən 12.375 manat faiz borcunun tutulması ilə bağlı tələbini müdafiə edərək tələb etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.
19. Məhkəmə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “İddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə borcunun olduğunu sübut etməmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu vəzifəsini yerinə yetirməmiş, məhkəmə isə MPM-nin 77-ci maddəsinin tələbini pozaraq iddia tələbini sübut olmadan təmin etmişdir.” dəlilni əsassız hesa b edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddia tələbini 18.400 manat məbləğində qəbul etdiklərini nəzərə alıb iddianın qalan hissədə rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh 2019-cu ildə iddiaçıdan 77.000 manat borc pul götürmüşdür. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-in 106.3-cü maddəsi).
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 385.1, 390.1, 399.1, 390.1, 442 və 428.4-cü maddələrinə, MPM-in 106.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
21. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayət ində qətnamənin iddianın təmin edilmiş hissəsində dəyişdirmədən saxlamaqla, cavabdehdən əlavə olaraq 12.375 manat faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri İddiaçının kassasiya şikayətinin dəlilləri
23. MM-in 449.1-ci maddəsi üzrə-iddiaçı ilkin olaraq cavabdehdən 49.000 manat borc qalığını tələb edərkən 12.375 manat faiz məbləğinin ödənilməsini də tələb etmişdir. İddia tələbini artırıb 77.000 manat mayanın qaytarılmasını tələb etdikdə isə ona görə faiz məbləğini tələb etməmişdir ki, belə vəziyyətdə faiz tələb edil ə bilməzdi. Çünki, o, həmin ərizədə cavabdehdən aldığı məbləğləri gəlirdən pay kimi qiymətləndirmişdir. İşə baxan məhkəmələr tutulan məbləği borc qalığı kimi qiymətləndirirdisə, onda həmin məbləğə görə faiz məbləğinin tutulmasını da təmin etməli idilər.
24. MPM-in 217.1-ci maddəsi üzrə - hazırki işdə maddi hüquq normalarının tətbiqində və şərh edilməsində yol verilmiş səhvlər və düzgün olmayan yozumlar nəticəsində kifayət qədər qanuni və əsaslı olmayan natamam qətnamə çıxarılmışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
25. MM-in 448, 386-cı maddələri üzrə - cavabdeh yalnız qaytarmadığı məbləğə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İşdən isə görünür ki, cavabdeh iddiaçıya müxtəlif vaxtlarda ümumi olaraq 58.600 manat pul qaytarmış, 18.400 manat isə ödənilməmiş borc qalmı şdır. Cavabdeh qaytarılan vəsaitlərlə bağlı dəqiq məlumatlar vermiş, iddiaçının bu ödənişləri etiraf etdiyini də sübut etmişdir. Lakin işə baxan məhkəmə işin bu hallarını dəqiq və ətraflı araşdırmamış, həmin hallara dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
26. Tərəflər arasında verilən pula görə əlavə qazanc, xeyir verilməsinə dair hər hansı müqavilə öhdəliyi yoxdur. İşə baxan məhkəmə işin bu halını nəzərə almamış, cavabdehin ödədiyi məbləğləri nəzərə almamışdır. Belə ki, iddiaçı 2021-ci ilin fevral ayında cavabdehdən təcili olaraq 5.000 manat pul istəmişdi. Bu barədə iddiaçı 24 fevral 2021-ci il tarixli “vatsap” yazışmasında cavabdehə xatırlatma da etmiş, həmin pul verilməsə, “biabırçılıq olacağını” bildirmişdi. Cavabdeh həmin vaxt qeyd olunan 5.000 manat məbləği iddiaçıya v ermişdi. Lakin nə iddiaçı bu faktı tədqiq etmiş, nə də işə baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır. Halbuki həmin 5.000 manat pulun iddiaçıya ödənilməsini iddiaçı başqa vaxt telefon yazışması zamanı cavabdehə dolayı yolla təsdiqləmişdir. Belə ki, 2021-ci il 22 iyun tarixli yazışmada iddiaçı cavabdehə bildirmişdir ki, ona verilən pulların arasında 1 ədəd 100 manatlıq əskinaz saxta çıxmışdır. Cavabdeh yazışmada qeyd etmişdir ki, “siz gətirdiyiniz pulun içindən çıxdı, gətirmişdiz, deyəsən 5 minin, onları mən yığırdım, oğlumun ev məsələsinə görə xərcləmirdim”. Bu telefon (“vatsap”) yazışması bir daha təsdiq edir ki, iddiaçıya əlavə olaraq 5.000 manat da verilmiş, lakin iddiaçı bunu nə etiraf etmiş, nə də nəzərə almamışdır. Lakin bu fakt öz təsdiqini tapır və dəyişməz olaraq qalır: iddiaçıya məhkəmədə 5000 manat əlavə pul da verilmişdir. Lakin işə baxan məhkəmə bunu nəzərə almamış, düzgün olmayan nəticəyə gəlmişdir.
27. MPM-in 9, 14, 77-ci maddələri üzrə-işə baxan məhkəmə tələbin əsaslı olubolmamasını hərtərəfli araşdırmamış, işin faktiki hallarını müəyyən etməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda pullar ödənilməsini nəzərə almamış, cavabdehin təqdim etdiyi şahidlərin dindirilməsini təmin etməmiş, bununla da çəkişmə prinsipini pozmuşdur. Nəticədə işə baxan məhkəmə iddiaçının tələbləri ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Əksinə, iddiaçı özü etiraf etmişdir ki, ona müxtəlif vaxtlarda cavabdeh tərəfindən pullar ödənilmiş, müəyyən şəxslər vasitəsilə göndərilmişdir. İddiaçı bunu telefon yazışmalarında da etiraf etmişdir. Lakin iş ə baxan məhkəmə bu halları nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə borcunun olduğunu sübut etməmişdir. Sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu vəzifəsini yerinə yetirməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayark ən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq ir adəsi onun rəftarından məlum olur....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilmə məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”
32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə d üzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
35. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətlərində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
36. Cavabdehin kassasiya şikayətinin iddia olunan borcun 5.000 manat hissəsinin iddiaçıya qaytarılmasının telefon (“vatsap”) yazışması ilə təsdiq olunmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə əlaqədar olan bu hala cavabdeh işə mahiyyəti üzrə baxılarkən istinad etməmişdir. Odur ki, cavabdehin həmin dəlili hüquqi məsələlərin qiymətləndirildiyi hazırki mərhələdə irəli sürməsi MPM-nin 407.1ci maddəsinin tələbləri ilə uyğunluq təşkil etmir. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)
37. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegi yası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-277/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.