Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-44/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-288/2024 nömrəli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 2020-ci il 31 avqust tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 17.570 ABŞ dolları məbləğində krеdit vеrilmişdir.
2. Krеdit müqaviləsinin təminatı оlaraq tərəflər arasında bağlanmış 2020-ci il 31 avqust tariхli 2020/00200-01İP nömrəli X1 əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC (bundan sonra – “idd iaçı”) iddia ərizəsi, iddia tələbinin həcminin artırılması və azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2020-ci il 31 avqust tarixli 2020/00200-01 nömrəli kredit müqaviləsinin (bundan sonra – “kredit müqaviləsi”) ləğv edilməsi, Cavabdeh (bundan sonra – “cavabdeh”) kreditin əsas borcu üzrə 16.018,10 ABŞ dolları məbləğində qalığın, ona hesablanmış 3.301,48 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7.660,52 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 26.980,10 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 19,16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 125 saylı mənzilə (bundan sonra – “ipoteka pred meti”) yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 68.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun, dövlət rüsumu kimi ödənilmiş 19,16 manat pulun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Belə ki, 2022-ci il 27 iyul tarixində “taxes.gov.az” elektron portalının iddiaçıya məxsus şəxsi kabinetindən cavabdehə elektron qaydada pretenziya məktubu göndərilmişdir. O, müqavilənin şərtlərini pozaraq kreditdən təyinatı üzrə istifadə etmədiyinə görə məsuliyyət daşıması, həmçinin borcunu ödəmədiyi təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir və ona 2022-ci il 8 avqust tarixinə qədər vaxt verilmişdir. Buna baxmayaraq cavabdeh müəyyən edilmiş vaxt ərzində müraciətə heç bir münasibət bildirməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 noyabr tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-müh asibatlıq ekspertizasının 2023-cü il 21 fevral tarixli rəyində müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 2022-ci il 11 noyabr tarixinə əsas borc üzrə 17.457,41 manat, faiz borcu üzrə 2.124,38 manat olmaqla cəmi 19.581,79 manat borcu vardır.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixli e-2-2(113)-227/2023 saylı qərardadı ilə iddianın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli e-2-2(113)-227/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, kreditin əsas borcu üzr ə 11.314,82 ABŞ dolları məbləğində qalıq, 2.838,49 ABŞ dolları məbləğində faiz borcu, 565 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 14.718,31 ABŞ dolları borcun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, dövlət rüsumuna görə 96,04 manat və mediasiya xərci kimi ödənilmiş 200 manatın tutulması, tutmanın ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq yuxarıda qeyd edilən borcların iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışın müqayi səli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borclarının tələb edilməsi hissələrində əsaslıdır və həmin borclar cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini icra etmədiyindən iddiaçının kredit müqaviləsinin ləğvi ilə və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı olan tələblərini əsaslı hesab etmişdir.
11. Məhkəmə iddiaçının dəbbə pulu ilə bağlı tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərim ə azaldılmalı, 565 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 2020-ci il 31 avqust tariхli 2020/00200-01İP nömrəli Sonrakı İpoteka müqaviləsindəki 68.000 manat müəyyən edilməlidir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertizalar təyin edilsə də, tədqiqat obyektinin baxışa təqdim edilməməsi səbəbindən ekspertizaların keçirilmələrindən imtina edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MPM”) 5.3, 317.1, 319.1, 421.1, 421.2, 425, 462.1, 467, 739.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1, 59.3.2-cü, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-288/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın əsas, faiz və dəbbə borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddianın qismən təmin edilməsi, cavabdehdən 14.327,08 ABŞ dolları məbləğində əsas borc, 49 8,23 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 15.325,31 ABŞ dolları məbləği (ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə) tutularaq iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti (likvid) 105.000 manat müəyyən edilməklə ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 15.325,31 ABŞ dolları məbləğində borcun iddiaçıya ödənilməsi qət edilmişdir (ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə) (sədrlik edən – Z.Şirinov və məruzəçi, hakimlər – V.Baxışova və R.Qurbanov).
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçıya olan borcdan 16.528 ABŞ dolları ödədiyini şikayətdə qeyd etmişdir. Həmçinin bildirmişdir ki, ipoteka predmetinin ilkin dəyərinin 68. 000 manat müəyyən olunması ağlabatan deyil və yenidən mübahisəli mənzilin qiymətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsinə ehtiyac vardır. Birinci instansiya məhkəməsi isə bu hala əhəmiyyət verməmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədilə iş üzrə kompleks mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin etmiş və 2024-cü il 3 sentyabr tarixli ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin iddiaçıya 2024-cü il 1 aprel tarixinə olan əsas borcu 14.327,08 ABŞ dolları, faiz borcu 498,23 ABŞ dollardır.
18. Ədliyyə Nazirliyinin 2024-cü il 25 iyun tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ipoteka predmetinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 117.000 manat (66 kv.m x 1.780 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (117.000-10%) 105.000 manatdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ləğv edilməsi barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Lakin məhkəmə əsas və faiz borcunu iddia ərizəsinə və əldə etdiyi ekspert rəyinə uyğun olmayan məbləğdə cavabdehdən tutmuş, ipoteka predmetinin isə ilkin satış qiymətini müəyyən etməmiş, yalnız ipoteka müqaviləsində qeyd edilən qiyməti nəzərə almışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əsas borc və faiz borcu dəyişildiyi üçün dəbbə pulu məbləği də dəyişilməli və 500 ABŞ dollar müəyyən edilməlidir.
21. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 307.1-ci maddəsi üzrə - Tərəflər arasında kredit müqaviləsi bağlanılarkən ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti barədə cavabdehə heç bir məlumat verilməmişdir. Cavabdehin iddiaçının qarşısında heç bir öhdəliyi olmamışdır. İddiaçı vaxtı çatmış və icranı qəbul etməyə çalışırsa, borclunun öz öhdəliyini icra etməməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. İş materiallarına diqqət yetirdikdə cavabdehin iddiaçıdan 17.500 ABŞ dolların götürülməsi aydın görsənir. Həmin borcdan 16.528 ABŞ dolları ödənilmişdir. Təqribən 9-10 min ABŞ dolları borc cavabdehdən iddiaçıya ödənilməlidir. Bu məbləğə görə bir ailəni yaşadığı mənzildən məhrum etmək qanun və ədalət prinsiplərindən çox-çox u zaqdır.
23. Digər tərəfdən cavabdeh öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra cavabdehin qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyrimümkün olsun. Cavabdeh hal-hazırda qalan məbləği hissə-hissə ödəməyə hazırdır. Digər tərəfdən, ipoteka predmetinin ilkin dəyərinin 68.000 manat müəyyən olunması ağlabatan deyil və yenidən mübahisəli mənzilin qiymətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsinə ehtiyac vardır. Lakin apellyasiya məhkəməsi bu hala qiymət verməmişdir.
24. MM-in 422.1-ci maddəsi üzrə - Cavabdehin iddiaçı ilə müqavilə bağlayarkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə heç bir razılığa gəlmədikləri və tərəflər arasında imzalanmış müqavilədə bu məsələyə dair xüsusi bir qayda nəzərdə tutulmadığı halda, bu, cavabdeh ilə iddiaçı ar asında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yaradır. İddiaçı şəraitin dəyişməsini ağlabatan şəkildə əvvəlcədən görə bilərdi və belə olduqda cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı.
25. MPM-in 14.1, 77.1, 88.1, 217 və 218-ci maddələri üzrə - Apellyasiya məhkəməsi qeyd edilən maddələrin tələblərini pozaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkə məsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öh dəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
742. Borcun qaytarılması... 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digə r ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);...” 30. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsa s öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsasız hesab edir.
33. Təqr ibən 9-10 min ABŞ dolları borcun olmasına, borclunun öz öhdəliyini icra etməməsini sübut etmək yükünün iddiaçının üzərinə düşməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş üzrə alınmış ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya 2024-cü il 1 aprel tarixinə olan əsas borcu 14.327,08 ABŞ dolları, faiz borcu 498,23 ABŞ dollardır. Cavabdeh tərəfindən bunu təkzib edən hər hansı sübutun MPM-in 77.1-ci maddəsinin (bax § 31) tələbinə uyğun olaraq işə baxan məhkəmələrə təqdim etməsi isə iş materiallarından görünmür.
34. Bu məbləğə görə bir ailəni yaşadığı mənzildən məhrum etmənin qanun və ədalət prinsiplərindən çox-çox uzaq olmasına, cavabdehin hal-hazırda qalan məbləği hissə-hissə ödəməyə hazır olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, əvvəla, cavabdehin iddiaçıdan aldığı 17.570 ABŞ do lları məbləğində krеditin, yuxarıda qeyd olunduğu kimi, 14.327,08 ABŞ dollarını (əsas borc), yəni böyük hissəsini kreditin müddəti bitdikdən sonra hazıradək qaytarmadığı mübahisələndirilən qətnamədən aydın olur. “İpoteka haqqında” Qanunun 34.1 və 34.1.1-ci maddələrinə (bax § 30) görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsasdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbini müvafiq hissədə əsaslı hesab edərkən hər hansı hüquq pozuntusuna və ədalətsizliyə yol verməmişdir.
35. Qeyd olunan səbəblərdən, məhkəmə kollegiyası cavabdehin iddiaçının qarşısında heç bir öhdəliyinin olmaması na dair dəlillə də razılaşmır.
36. Kredit müqaviləsi bağlanılarkən ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti barədə cavabdehə heç bir məlumat verilməməsinə dair dəlillə əlaqədar qeyd olunur ki, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən subyekt kimi, kredit və ipoteka müqavilələrini bağlayarkən həmin müqavilələrin şərtləri ilə yaxından tanış olaraq, öz riski ilə üzərinə hansı öhdəlikləri götürməsini və daşıya biləcəyi mümkün məsuliyyəti əvvəlcədən göz önünə almalı idi. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, sözügedən dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. İpoteka predmetinin ilkin dəyərinin 68.000 manat müəyyən edilməsinin ağlabatan olmamasına və yenidən mübahisəli mənzilin qiymətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsinə ehtiyac olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər ümumiyyətlə həqiqətə uyğun olmamaqla formal xarakter daşıyır. Belə ki, iş materiallarından və mübahisələndirilən qətnamədən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən dəlilin yoxlanılması məqsədilə əmtəəşünaslıq ekspertizası təyin etmiş və məhz həmin ekspertizanın rəyinə əsasən öz qətnaməsində ipoteka predmetinin likvid dəyərini artıraraq 105.000 manat məbləğində müəyyən etmişdir.
38. Cavabdehin iddiaçı ilə müqavilə bağlayarkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə heç bir razılığa gəlmədiklərinə, iddiaçının şəraitin dəyişməsini ağlabatan şəkildə əvvəlcədən görə bilməsinə və belə olduqda cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlaya bilməsinə və ya ümum iyyətlə bağlamamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, məhkəmə kollegiyası həmin dəlilləri də formal xarakterli dəlillər kimi qiymətləndir. Əvvəla, ona görə ki, nə iddia ərizəsində, nə də iş üzrə qəbul etmiş qətnamələrdə “müqavilə bağlayarkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” barədə halın mövcudluğuna istinad edilmişdir. İkincisi isə, cavabdeh sözügedən dəlilin hazırkı işin həlli üçün hansı hüquqi əhəmiyyət kəsb etdiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.
39. O da qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri ilə eyniməzmunlu olan dəlillər apellyasiya instansiyası məhkəməsində də bildirilmiş və kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əlavə tutarlı dəlillərlə təkzib etməyə müvəffəq olmamışdır.
40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəm ə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 31) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-288/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-288/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.