Məhkəmə qərarları › İş №2-2(102)-442/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-442/2022

14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-442/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 14.09.2022 hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-114/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (icarəyə verən) ilə Cavabde h (icarəçi) arasında bağlanmış 2019-cu il 12 oktyabr tarixli Abşeron rayonu, Zirə Tərəvəzçilik sovxozu ünvanında yerləşən ümumi sahəsi 4.1 kv/m olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin bir il müddətinə icarəyə verilməsinə dair 3M-2583 reyestrli icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 2020-ci il 12 oktyabr tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir; icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 1000 manat icarə haqqı ödəyir (5-ci bənd); icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz (7-ci bənd); icarəçi(lər) icarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürü lən sahədə təmir-tikinti işləri apara bilməz (9-cu bənd); kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi(lər) tərəfindən ödənilir (12-ci bənd);

2. Tərəflər arasında bağlanmış icarə müqaviləsi 2021-ci il 28 aprel tarixli müqaviləyə əsasən ləğv edilmişdir. 3. **********00003 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı 2020-ci il 26 fevral tarixində quraşdırılmışdır. 2020-ci ilin fevral ayına abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2020-ci il yanvar ayının əvvəlinə isə abonentin borcu 36.515,01 manat təşk il etmişdir. Həmin borcun 18.094 manat hissəsi akt əsasında hesablanmışdır. 4. “Azəriqaz” İB Bakı Regional Qazın satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 2020-ci il 26 noyabr tarixli cavab məktubundan görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacları ilə sərf olunmuş təbii qaza görə 19.576,4 manat olmaqla, ümumilikdə 2020-ci il 24 noyabr tarixinə qeyri-yaşayış sahəsinin hesab kodunda 37.670,60 manat borc mövcud olmuşdur. 5. “Azəriqaz” İB Bakı Regional Qazın satışı Departamenti tərəfindən iddiaçının vəkili Nümayəndə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, fiziki şəxs İddiaçı təbii qaz istehlakçısı kimi 2020-ci il 9 yanvar tarixindən “Azəriqaz” İB-nin abonentlərinin uçotu bazasında qeydiyyatdadır, istifadə etdiyi təbii qazın sərfiyyatına görə 58.832,99 manat (o cüm lədən 2021-ci il 30 aprel tarixinə 36.520 manat edilən ödəniş daxil olmaqla) ödəniş edilmişdir və 2021-ci il 12 iyul tarixinə borcu 5.425,81 manat təşkil edir.

6. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 30 aprel tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı Azəriqaz İB-nin hesabına 36.520 manat məbləğində ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra mətndə iddiaçı) 2021-ci il 11 avqust tarixində Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 36.520 manat məbləğində pulun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında notarial qaydada bağlanmış 2019-cu il 12 oktyabr tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 4.1 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini (7322 kv.m.) cavabdehin icarəsinə vermişdir. Həmin müqavilənin 12-ci bəndinə görə kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilməlidir. Lakin cavabdeh tərəfindən müqavilənin həmin bəndi icra olunmamış, nəticədə “Azəriqaz” İB-yə cəmi 37.670,60 manat məbləğində təbii qazdan istifadəyə görə borc yaranmışdır. Borc səbəbindən qeyri-yaşayış sahəsinə verilmiş qazın nəqli uzun müddət dayandırılmışdır. Bundan sonra qarşılıqlı razılıq əsasında 2019-cu il 12 oktyabr tarixli icarə müqavi ləsi 2021-ci il 28 aprel tarixində notarial qaydada ləğv edilmişdir. Dəfələrlə qazın nəqlinin bərpa edilməsi üçün “Azəriqaz” İB-yə müraciət olunmuş, lakin hesablanmış borcun ödənilməməsi halında qazın bərpasının mümkünsüz olması bildirilmişdir. Bununla da, qeyri-yaşayış sahəsindən təyinatına uyğun olaraq istifadə edilməsi mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən qeyd edilən borc məbləği ödənilməmiş, məcburiyyət qarşısında qalaraq 2021-ci il 30 aprel tarixində “Azəriqaz” İB-nin hesabına tərəfindən 36.520,60 manat pul ödənilmiş və qazın verilişi bərpa olunmuşdur. Bundan sonra cavabdehə onun istifadə etdiyi və müqavilənin şərtlərinə görə ödəməli olduğu 36.520,60 manat pulun ona qaytarılması barədə bildiriş (pretenziya) göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır.

9. İddia tələbinin əsasland ırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 60, 80-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 21.1, 21.2, 560.1, 560.3.1, 560.3.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad olunmuşdur.

10. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, İddiaçı daha öncə Bakı Kommersiya Məhkəməsində “Azəriqaz” İB-yə qarşı iddia irəli sürərək, aktın ləğv edilməsini, əsassız borcun silinməsini və yenidən hesablanmasını xahiş etmişdir. Hətta həmin iş üzrə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək “Azəriqaz” İB tərəfindən qeyri-yaşayış sahəsinə qazın verilməsinin dayandırılmamasını xahiş etmiş və idd ianın təmini tədbiri barədə qərardad qəbul edilmişdir. Lakin “Azəriqaz” İB-nin məhkəmə qərardadının icrasını vaxtında təmin etməməsi ilə bağlı iddiaçı, icarəçiyə (hazırda iş üzrə cavabdehin) aid borcun ödənişini həyata keçirmiş və bundan sonra məhkəmə qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı borc məbləğini ödəyərək, borcu etiraf etmişdir. Cavabdehin borcu ödəməməsinin səbəbi isə ondan ibrətdir ki, borcun bir hissəsi “Qazdan istifadə qaydaları”nın pozulması barədə akta əsasən hesablanmış və cavabdeh tərəf həmin hesablama ilə razı deyil. Sonradan cavabdehin xahişi ilə əmlak sahibi olaraq, İddiaçı “Azəriqaz” İB-yə qarşı iddia irəli sürmüş, lakin iddia baxılmamış saxlanılmışdır. İddiaçı imkan yaratmalı idi ki, borc məbləği müəyyən edilsin və sonradan cavabdeh ödənişi həyata keçirsin. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini, cavabdehdən yalnız sayğac göstəricilərinə əsasən hesablanmış qaz borcuna görə ödənilmiş pulun tutulmasını xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 oktyabr tarixli, e-2-2(113)4200/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 36.520 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim- L.Əliyeva).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqların ödənilməsi icarəçinin (c avabdehin) öhdəliklərinə aid edildiyi halda icarəçi (cavabdeh) həmin öhdəliyi tam şəkildə icra etməmiş, nəticədə həmin borc icarəyə verən (iddiaçı) tərəfindən ödənilməklə icarəyə verənə (iddiaçıya) 36.520 manat məbləğində maddi zərər dəymişdir. Odur ki, iddiaçı cavabdehin müqavilədən irəli gələn öhdəliyi pozması nəticəsində ona dəymiş 36.520 manat məbləğində maddi zərərin tutulmasını tələb etməkdə haqlıdır.

13. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi - iddiaçının qazdan istifadəyə görə ödədiyi pul vəsaitinin bir hissəsinin “Qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanması və cavabdehin həmin borc ilə razılaşmaması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən akt əsasında hesablanmış borc da cavabdehin icarə obyektindən istifadə etdiyi müddət üçün hesablanmışdır. Odur ki, həmin borc da icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən ödənilməli idi. Digər tərəfdən sözügedən akt üzrə hesablanmış borcun əsassız hesab edilməsi və silinməsi barədə qanuni qüvvədə olan məhkəmə aktı mövcud deyildir. Belə olan halda isə cavabdehin istinad etdiyi göstərilən dəlillər həmin akta əsasən hesablanmış borca görə iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən tutulması hissəsində iddianın rədd edilməsi üçün əsas vermir.

14. İddianın ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbini əsaslandırmaq üçün hər hansı qanunvericilik normasına istinad etməmişdir. Mediasiya prosesi çərçivəsində çəkilən xərc lər MPM-nin normalarına əsasən məhkəmə xərclərinə də aid edilməmişdir. Odur ki, mediasiya xərclərinin cavabdehdən tutulması üçün qanuni əsasın mövcudluğu müəyyən edilmir.

15. Məhkəmə qətnaməsini MM-nin 443.1, 448.1, 448.2-ci, MPM-nin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsinin dəyişdirilməsi və iddiaçının iddiasının qismən təmin edilərək cavabdehdən əsas tələb üzrə 18.425,80 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-114/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsin in qətnaməsi qismən ləğv edilmiş, iddia 18.094,20 manat pulun cavabehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməmişdir (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Məmmədov və R.Qurbanov).

18. Apellyasiya instansiya məhkəməsi ilk növbədə MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdehdən iddiaçının xeyrinə 18.094 manat borcun tutulması hissəsində mübahisələndirilir.

19. Həmin məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin 18.094 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iş üzrə gəldiyi nəticə əsassızdır.

20. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə öz gəldiyi nəticəni əsaslandırmaq üçün MM-ni n 443.1, 448.1, 448.2-ci maddələrinə istinad etmiş, belə nəticəyə gəlmişdir ki, iddiaçının **********00003 saylı abonent kodu üzrə “Azəriqaz İB-nə olan borcunun 18.094 manat hissəsi “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablansa da, cavabdehin icarə obyektindən istifadə etdiyi dövr üçün hesablandığından icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi tərəfindən ödənilməli idi.

21. Tərəflər arasında bağlanmış və 2021-ci il 28 aprel tarixinədək qüvvədə olmuş icarə müqaviləsinin 12-ci bəndində nəzərdə tutulmuşdur ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir.

22. Müqavilənin qeyd edilən bəndinə əsasən cavabdehin icarəyə götürdüyü obyektdə qazdan istifadəyə görə hesablan mış borcları ödəmək öhdəliyi olmuşdur. Qeyd edilən bənddə icarəçinin eyni zamanda “Azəriqaz İB tərəfindən yoxlama aktları əsasında əlavə hesablanmış sərfiyyata görə yaranmış borcları ödəmək öhdəliyi nəzərdə tutulmamışdır.

23. İşdəki 2020-ci il 18 mart tarixində təsdiq edilmiş “Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” aktdan görünür ki, iddiaçıya məxsus obyektin qaz sayğacına baxış keçirilərkən göstəricilər arasında fərq müəyyən edilmiş, impuls ötürücüsünün şteykerinin nasaz olduğu müəyyən edilərək dəyişdirilmiş, xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, qeyd edilən əsaslarla 2020-ci ilin mart ayı üzrə 18.094,20 manat əlavə sərfiyyat hesablanmışdır.

24. İşin materiallarının 30-cu vərəqinə əlavə edilmiş abonent saldosundan görünür ki, 2020-ci ilin mart ayı üçün sayğac göst əricilərinə əsasən icarəyə götürülmüş obyektin özünün qaz sərfiyyatı 8.597,80 manat olmuş, həmin məbləğ aktla hesablanmış məbləğin üzərinə əlavə edilməklə həmin ay üçün 26.692 manat ödəniş tələb edilmişdir. Halbuki saldodan görünür ki, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə icarəçinin istifadə etdiyi aylıq qaz sərfiyyatı 8.597,80 manatdan artıq olmamışdır. İcarəyə verilmiş obyektin qaz sayğacında yaranmış qüsura görə icarəçinin təqsirli olduğu barədə iş materiallarında hər hansı sübut mövcud deyil.

25. Cavabdehin onun təqsiri olmadan icarəyə götürdüyü obyektin qaz sayğacında yaranmış qüsura görə “Azəriqaz İB tərəfindən iddiaçıdan tələb edilən 18.094,20 manat borcu ödəmək öhdəliyi olmadığından həmin məbləğin cavabdehdən tutulmasına dair hissədə iddiaçının tələbi əsassızdır.

26. Həmin q ətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

27. MM-nin 21-ci maddəsinin tələbi pozulmuşdur-müvafiq halda məhkəmənin hüquqi yanaşması MM-in 21-ci maddəsinin pozulması ilə şərtlənir. Əvvəla, nəzərə alınmalıdır ki, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi iddiaçıya vurulmuş maddi ziyanla nəticələnmişdir. Tərəflər arasında 2019-cu il 12 oktyabr tarixdə müqavilə bağlanarkən, obyekt iddiaçı tərəfindən cavabdehə heç bir kommunal haqq borcu olmadan təhvil verilmişdir. Bundan sonrakı aylar ərzində qeyriyaşayış sahəsindən (istixanadan) yalnız icar əçi (cavabdeh) tərəfindən istifadə edilmiş, istehlakçı funksiyasını (hüquq və vəzifələrdən istifadəni) yalnız icarəçi (cavabdeh) yerinə yetirmişdir. Bu zaman bütün kommunal xidmətlərdən istifadə edilmiş və təbii ki, istifadəyə görə haqları da müqaviləyə əsasən cavabdeh ödəməlidir. 2020-ci il 18 mart tarixli “Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” akt da məhz kommunal xidmətlərdən (müvafiq halda təbii qazdan) istifadəsinin nəticələri barədə tərtib edilmişdir. Həmin Akt tərtib edilərkən də cavabdeh obyektdən istifadə etmiş, həmin aktda qeyd edilən nəticələr məhz cavabdehin hərəkətləri və ya hərəkətsizliyindən qaynaqlanmış, başqa sözlə onun məsuliyyəti çərçivəsinə daxil olmuşdur. Qeyd edilən akt özündə yalnız mart ayını əks etdirir ki, həmin ayda da təbii qaza görə kommunal xidmətd ən cavabdeh istifadə etmişdir. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsinin mövqeyi anlaşılan deyildir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin mövqeyindən belə anlaşılır ki, baxmayaraq ki, “Azəriqaz” İB müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilməmişdir, məhkəmə belə hesab edir ki, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt şübhəlidir (qətnamənin 4-cü səhifəsi, 3-cü abzası), məhkəmə qaydasında mübahisələndirilməlidir. Fərz etsək ki, həqiqətən də həmin akt şübhəlidir və məhkəmədə mübahisələndirilməlidir, bu zaman əgər həmin akt məhkəmə qaydasında ləğv edilməsə, iddiaçıya vurulmuş ziyana görə məsuliyyəti kimi daşıyacaqdır?! Halbuki, əgər akt həqiqətən də şübhəlidirsə və cavabdehin hərəkət və ya hərəkətsizliyindən qaynaqlanmışdırsa, bu z aman məhz cavabdehin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 26-cı maddələrinə görə onu mübahisələndirmək hüququ vardır, hazırki iddia üzrə iddiaçı onun məsuliyyəti çərçivəsində olmayan məsələyə görə əlavə xərc çəkməməlidir.

28. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsi də anlaşılan deyildir. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qismən ləğv etsə də, qətnamənin hansı hissədə qüvvədə saxlanılması, kimdən nə qədər məbləğin tutularaq kimə ödənilməsi barədə heç bir qeyd aparmamış, bununla da gələcəkdə həmin qətnamə qüvvədə saxlanılacağı təqdirdə icra qaydasının müəyyən edilməsini (icra vərəqəsində icra edilməli tələbin nə olmasını) şübhə altında saxlamışdır. Halbuki, “Məhkəmə qətnaməsi haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 1 və 6.8-ci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

30. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanıl ması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycn Respublikası MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində ad ətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə v ə müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”

34. Azərbaycan Respublikası MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər “.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. “Maddə

254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xət a və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;...” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası ilk növbədə hazırki kassasiya baxışının hədləri, eləcə də iddiaçının kassasiya şikayətinin § 28-də göstərilən dəlilləri ilə bağlı bağlı qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamə bütövlükdə deyil, yalnız 18.094 manat pulun tutulması hissəsində mübahisələndirildiyindən, qətnamənin qalan hissəsi apellyasiya baxışının predmetini təşkil etməmiş, qanuni qüvvəyə minmişdir (bax yuxarıda § 18). Bu baxımdan hazırki kassasiya şikayətinə baxan məhkəmə kollegiyası tərəfindən də apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi yalnız cavabdehdən 18.094 manat pulun tutulması tələbinə aid hissədə yoxlanılacaqdır. 36.Baxılan hissədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış və 2021-ci il 28 aprel tarixinədək qüvvədə olmuş icarə müqaviləsinin 12-ci bəndinə əsasən cavabdehin icarəyə götürdüyü obyektdə qazdan istifadəyə görə hesablanmış borcları ödəmək öhdəliyi olmuşdur. İddia olunan 18.094,20 manat borc «Azəriqaz» İB tərəfindən tərtib olunmuş “Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” 2020-ci il 18 mart tarixli akta əsasən hesablanmışdır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 12-ci bəndində icarəçinin eyni zamanda “Azəriqaz İB tərəfindən yoxlama aktları əsasında əlavə hesablanmış sərfiyyata görə yaranmış borcları ödəmək öh dəliyi nəzərdə tutulmamışdır. Cavabdehin onun təqsiri olmadan icarəyə götürdüyü obyektin qaz sayğacında yaranmış qüsura görə “Azəriqaz İB tərəfindən iddiaçıdan tələb edilən 18.094,20 manat borcu ödəmək öhdəliyi olmadığından həmin məbləğin cavabdehdən tutulmasına dair hissədə iddiaçının tələbi əsassızdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

38. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, mübahisəli 18.094 manat məbləğində borc cavabdehin tərəflər arasında bağlanmış 2019-cu il 12 oktyabr tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus icarə obyektindən istifadə e tdiyi dövrdə «Azəriqaz» İB tərəfindən tərtib edilmiş “Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” 2020-ci il 18 mart tarixli akta əsasən hesablanmışdır.

39. Həmin akt üzrə borcun hesablanmasının qanuniliyinə qiymət verilməsi hazırki iddianın predmetini təşkil etmir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi həmin akt üzrə qiymətləndirmə apararaq, borcun hesablanmasında cavabdehin təqsirinin olmamasını müəyyən etmiş və cavabdehin 18.094,20 manat borcu ödəmək öhdəliyinin olmaması nəticəsinə gəlmiş, bununla da MPM-nin 218.3-cü maddəsinin tələblərini (bax yuxarıda § 34) pozmuşdur. Məhkəmə həmçinin mübahisəyə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.

40. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 12 ok tyabr tarixli icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları «İcarəçi»(lər) tərəfindən ödənilir.

41. Göründüyü kimi, tərəflər icarə müqaviləsinin istinad olunan bəndində icarə obyektində təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi öhdəliyini hər hansı istisna müəyyən etmədən cavabdehin öhdəliyinə aid etmişlər.

42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi «Azəriqaz» İB tərəfindən tərtib olunmuş “Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında” 2020-ci il 18 mart tarixli akta əsasən mübahisəli borcun məhz cavabdehin icarə obyektindən təbii qa zdan istifadə etdiyi dövrdə hesablanmasına, eləcə də tərəflər arasında bağlanmış müqavilənin 12-ci bəndinə əsasən qazdan istifadəyə görə yaranmış borcun cavabdeh tərəfindən ödənilməli olmasına MM-nin 404-cü maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir (bax yuxarıda § 33).

43. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh də tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan bəndi ilə müəyyən edilmiş şərtlərə əsaslanaraq, apellyasiya şikayətində «Azəriqaz» İB-nə qarşı qeyd olunan borcla bağlı ayrıca iddia tələbini irəli sürmək hüququnun olduğunu göstərmiş, daha sonra işə apellyasiya qaydasında baxılarkən, cavabdeh məhkəməyə vəsatət verərək, «Azəriqaz» İB-nə qarşı sözügedən 18.094 manat borcun silinməsi barədə iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyini və bu sə bəbdən həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

44. İşə əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia verərək, aktın ləğv edilməsi və 2020-ci il mart ayı üzrə qaz sərfiyyatına görə əsassız hesablanmış 18.094,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş məhkəmə bildirişindən aydın olur ki, həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası təyin edilmişdir.

45. İşin materiallarından görünür ki, həmin vəsatət tərəflərin iştirakı ilə 2022-ci il 16 fevral tarixində keçirilən məhkəmə iclasında müzakirə edilmiş, vəsatət təmin edilməmişdir. Lakin məhkəmənin və satət üzrə gəldiyi nəticənin səbəbləri nə ayrıca akt şəklində tərtib olunan qərardadda, nə də məhkəmə iclas protokolunda qeyd olunmamış, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 263.5-ci maddəsinin tələbləri pozulmuşdur.

46. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir (MPM-nin 263.5-ci maddəsi).

47. «X1 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın» (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 2004-cü il 25 mart tarixli qərarı).

48. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, cavabdehin Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddianın, hazırki iddia ilə bağlılığı müzakirə edilməli və iş üzrə icraatın dayandırılması məsələsinə Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 2004-cü il 25 mart tarixli qərarındakı hüquqi mövqe və Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

50. MPM-in 416-419-cu maddələrini rəhbər t utaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-114/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar