Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-443/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommers iya kollegiyasının 2025-ci il 3 aprel tarixli, 2-2(103)363/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən, bank Cavabdeh2 illik 17 faiz hesablanmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 105.000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. 3. xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 (ipoteka qoyan) arasında xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
4. Həmin müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95,44 kv.m ümumi sahədən ibarət 104 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 110.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kredi t müqaviləsi üzrə banka olan 56317,14 manat əsas, 2610,74 manat faiz, 22113,28 manat cərimə borcu olmaqla, cəmi 81041,16 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, 420 manat məbləğində mediasiya rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95,44 kv.m ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilərək, mənzilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli MKOS № 043/05-21 saylı kr edit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmiş və iddiaçıya 56317,14 manat əsas, 2610,74 manat faiz, 22113,28 manat cərimə borcu olmaqla, cəmi 81041,16 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsək də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 dekabr tarixli, e-2-2(113)-870/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 56317 (əlli altı min üç yüz on yeddi) manat 14 (on dörd) qəpik əsas borcun, 2610 (iki min altı yüz on) manat 74 (yetmiş dörd) qəpik faiz borcunun, 2816 (iki min səkkiz yüz on altı) manat cərimənin tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində rüsumun və 420 (dörd yüz iyirmi) manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 9 5,44 kv.m ümumi sahəsindən ibarət 104 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 150000 (bir yüz əlli min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsinin isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəliyi tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır.
5. Məhkəmə iddiaçının tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli MKOS №043/05-21 nömrəli kredit müqaviləsi üzrə iddiaçı 56317,14 manat əsas borc və 2610,74 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Keçirilmiş məhkəmə ekspertizası ilə iddia ərizəsinin tərtib edildiyi xx.xx.2023-cü il tarixə 56317,14 manat əsas borc, 1994,57 manat faiz bor cu olduğu müəyyən edilmişdir. Lakin iddiaçının təqdim etdiyi sonuncu xx.xx.2024-cü il tarixli maliyyə arayışından müqavilənin başa çatdığı xx.xx.2024-cü il tarixə cavabdehin 56317,14 manat əsas və 2610,74 manat faiz borcu olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə, müqaviləyə və qanunvericiliyə əsasən müqavilə müddəti bitənə kimi faiz hesablana biləcəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq əsas və faiz borcunun məbləği iddia tələbinə uyğun, 56317,14 manat əsas və 2610,74 manat faiz borcu müəyyən olunmalıdır.
6. Tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapsa da, məhkəmə Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəy yənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2816 manat müəyyən edilməlidir.
7. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, ünvan 1 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 150000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 269.1, 269.4, 317.1, 319.1, 442, 448.1, 462.1, 463, 465.2, 467, 739-cu, “İpoteka haqqında” Azərb aycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 39.3, 41.1, 47.5-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
9. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 aprel tarixli, 2-2(103)-363/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 dekabr tarixli e-2-2(113)-870/2024 nömrəli qətnaməsi mübahisələndirilən (yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), Z.Şirinov və T.Mahmudova).
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10 ünvanında yerləşən 95.44 kv.m. ümumi sahədən ibarət 104 nömrəli mənzilin ilkin satış qiymətinin 150 000 (bir yüz əlli min) manat müəyyən edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdeh Zöhrə Almaməmmədovanın nümayəndəsi (vəkili) isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin dəlili yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir və apellyator əmlakının dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir. Müvafiq rəyin xüsusi bilik tələb edən suala aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq onunla razılaşmamaq üçün əsas olmamışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir, hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
14. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, 2021-ci ilin iyun ayında bağlanmış ipoteka müqaviləsində əmlak 110.000 manat məbləğində qiymətləndirilmiş və onun məhz həmin qiymətlə satışa çıxarılacağı razılaşdırılmışdır; bu qiymətlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 5.3, 14.2.1, 317, 319.1, 319.6, 385, 386.1, 425, 442, 448.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respu blikası Qanununun 1.0.9, 33, 34.1.1, 39.3.3-cü, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 17, 18-ci, MPM-in 14.2, 77.1, 80, 81, 88, 97.1, 103.1, 217.3, 385-ci maddələrinə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
17. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü madd əsinin İ hissəsi üzrə - işə baxan məhkəmə həmin maddənin tələblərini kobud şəkildə pozmaqla, cavabdehi öz mülkiyyətindən məhrum etmişdir.
19. MM-in 6.1.1-ci maddəsi üzrə - məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə cavabdehin həmin hüquqlarını da pozmuşdur. Belə ki, ipoteka predmeti olan mənzilin dəyərinin hazırki bazar dəyərindən çox aşağı hesablanmasına baxmayaraq, məhkəmə həmin qiyməti əsas götürmüşdür.
20. MM-in 152.1-ci maddəsi üzrə - cavabdehin özünə məxsus mənzili hazırki bazar dəyərinə uyğun satmaq hüququ olmasına baxmayaraq, məhkəmə qətnaməsi ilə onun bu hüququ əlindən alınmışdır.
21. MM-in 211-ci maddəsi üzrə - mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə ə sasən qiymətləndirilir. Lakin, ipoteka predmeti olan mənzilin hazırki bazar dəyərinin 150000 manat qiymətləndirilməsi cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Əgər bazar qiyməti əsas götürülsə, mübahisəli mənzilin dəyəri 250000 manat müəyyən olunmalıdır.
22. Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1-ci bəndi üzrə - məhkəmə tərəfindən malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının tələbləri pozulmuşdur.
23. MPM-in 77, 88, 217.1-ci maddələri üzrə - iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, yalnız iddiaçı tərəfin təqdim etdiyi s übutlar araşdırmış və həmin sübutlara istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Mülki işə tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquql arı və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”
27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalar ında “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Gir ov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.” 28. “İpot eka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlk in satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
32. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.
33. Belə ki, MM-in 152.1-ci maddəsinə görə mülkiyyət hüququ mülkiyyətçiyə ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Lakin fərdin əksər konstitusion hüquqları kimi, mülkiyyət hüququ da müəyyən hallarda məhdudlaşdırıla bilər.
35. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Mülkiyyət hüququna münasibətdə belə məhdudiyyət Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsində, eyni zamanda MM-in 152.5-ci maddəsində də göstərilmişdir.
36. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və d övlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsinin Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi ilə qadağan olunması mülkiyyətə qoyulan əsas məhdudiyyətlərdən biri kimi qiymətləndirilə bilər.
37. Mülki qanunvericiliyə görə isə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər digər şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə halı olmasın (MM-in 152.5-ci maddəsi).
38. Göründüyü kimi mülkiyyət hüquqları müqavilə əsası nda məhdudlaşdırıla bilər. Belə müqavilələrdən biri də məhdud əşya hüququna aid ipoteka müqaviləsidir.
39. Belə ki, MM-in 269.1 v 269.2-ci maddələrinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
40. Kreditorun tələbinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi əsasları isə MM-in 319-ci maddəsi və “İpoteka haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir.
41. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş halları da ondan ibarətdir ki, Cavabdeh1 mülkiyyətində olan mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi barədə müqavilə bağlamış, əsas öhdə lik üzrə borclu Cavabdeh2 öz öhdəliklərini lazımi qaydada icra etməmiş və iddiaçının həmin öhdəlik üzrə tələbi ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır.
42. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının öz mülkiyyətindən məhrum edilməsi barədə dəlillər əsassızdır.
43. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin bazar qiymətlərinə uyğun olmaması və bununla bağlı kassasiya şikayətində qeyd olunan maddi hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır.
44. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respubl ikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
45. Kassasiya şikayətində göstərilən prosessual normaların pozulması ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
46. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahi yyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiy a məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsini n vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tar ixli Qərarı).
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 aprel tarixli, 2-2(103)-363/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.