Məhkəmə qərarları › İş №2-2(102)-444/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-444/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-444/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı borcun tutulması dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-396/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayətinə yaz ılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 2020-ci il 28 yanvar tarixində EXPF0156 saylı «Faktorinq limiti» müqaviləsi və həmin müqaviləyə 2020-ci il 30 iyul tarixli 01 №-li, 2021-ci il 2 aprel tarixli 02 №-li əlavə imzalanmış, Bank tərəfindən borcalana 01 №-li əlavəyə əsasən 116.000 manat, 02 №-li əlavəyə əsasən 190.000 manat məbləğində faktorinq limiti ayrılmışdır.

2. Tərəflər arasında EXPF0156 saylı faktorinq limiti müqaviləsi çərçivəsində 2021-ci il 30 aprel tarixli EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana 2021-ci il 28 avqust tarixinədək, illik faiz dərəcəsi 12,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27,5%, günlük cər imə faizi 0,0763% olmaqla, 53.504,76 manat məbləğində vəsait ayrılmış, 2021-ci il 1 iyun tarixli EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana 2021-ci il 29 sentyabr tarixinədək, illik faiz dərəcəsi 13,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28,5%, günlük cərimə faizi 0,0792% olmaqla, 48.187,15 manat məbləğində vəsait ayrılmış, 2021-ci il 1 iyul tarixli EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana 2021-ci il 29 oktyabr tarixinədək, illik faiz dərəcəsi 13,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28,5%, günlük cərimə faizi 0,0792% olmaqla, 49.048,87 manat məbl əğində vəsait ayrılmışdır.

3. İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli EXPF0156 saylı faktorinq limiti müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında 2021-ci il 11 fevral tarixli ZF0447 saylı zaminlik müqaviləsi və ona edilmiş 2021-ci il 2 aprel tarixli 1 nömrəli əlavə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra “iddiaçı”) cavabdehlər Qanuni nümayəndə (bundan sonra “Qanuni nümayəndə”) və Cavabdeh2 MMC-yə (bundan sonra “MMC”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada EXPF015 6/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.688,17 manat əsas borc, 517,93 manat cərimə borcu olmaqla, cəmi 12.206,10 manat borcun, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48.187,15 manat əsas borc, 2.132,28 manat faiz borcu, 17.123,48 manat cərimə borcu olmaqla, cəmi 67.442,91 manat borcun, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49.048,87 manat əsas borc, 2.170,41 manat faiz borcu, 16.269,92 manat cərimə borcu olmaqla, cəmi 67.489,20 manat borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 404 manat məbləğində pulun və ödənilmiş 97 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda göstərilən (§ 1-3) halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, borcalan müqavilələr üzrə öhdəliklərini tam icra etməmiş, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, borcalanın EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.688,17 manat asas borc, 517,93 manat cərimə borcu olmaqla, cəmi 12.206,10 manat borcu, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48.187,15 manat əsas borcu, 2.132,28 manat faiz borcu, 17.123,48 manat cərimə borcu olmaqla, cəmi 67.442,91 manat borcu, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49.048,87 manat asas borc, 2.170,41 manat faiz borcu, 16.269,92 manat cərimə borcu olmaqla, cəmi 67.489,20 manat borcu qalmışdır. İddiaçı mediasiya prosesi üçün 404 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 97 manat dövlət rüsumu da ödəmişdir.

6. İd dia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470 və 472-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini əsas və faiz borcu hissələrində qəbul etdiyini bildirmiş, cərimə borcunun isə azaldılmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 yanvar tarixli e-2-2(113)-172/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən birgə qaydada EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11.688 manat 17 qəpik əsas borc, 517 manat 93 qəpik cərimə borcu olmaqla, cəmi 12.206 manat 10 qəpik məbləğində pulun, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48.187 manat 15 qəpik əsas borc, 213 2 manat 28 qəpik faiz borcu, 2400 manat cərimə borcu olmaqla, cəmi 52.719 manat 43 qəpik məbləğində pulun, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49.048 manat 87 qəpik əsas borc, 2170 manat 41 qəpik faiz borcu, 2450 manat cərimə borcu olmaqla, cəmi 53.669 manat 28 qəpik məbləğində pulun iddiaçının xeyrinə tutulması, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 404 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 97 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim N.Əhmədova).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın əsas və faiz borcu hissəsində etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquq larını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdeh tərəfin məhkəmə icraatının gedişində ödənişlər etməsi, eyni zamanda əsas və faiz borcu hissəsində iddianı etiraf etməsi və kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındqda cərimə məbləğinin EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 517,93 manat, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.400 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.450 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə ilki n iddia ərizəsi verilən zaman iddianın qiyməti nəzərə alınmaqla dövlət rüsumu qanunun tələbinə əsasən düzgün ödənilmiş, iş məhkəmənin icraatında olan zaman məhz cavabdeh tərəfindən ödəniş olduğu üçün iddia tələbinin həcmi azaldılmışdır. Məhkəmə gsas və faiz borcunun etiraf edildiyini, tələb olunan cərimə məbləğinin azaldıldığını və iddia tələbinin qismən təmin olunduğu nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 manat məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

12. Bundan başqa, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 404 manat məbləğində pul cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 462.1, 467-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14, 52.2, 52.5, 77.1, 191.1, 191.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 2-2(103)-396/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdiri ldiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı, MM-in 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin halları nı və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

17. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsini və bununla da dəbbə pulunun artmasına şərait yaratmasını, cavabdeh tərəfin birinci instansiya məhkəmə icraatının gedişində ödənişlər etməsini, eyni zamanda əsas və faiz borcu hissəsində iddianı etiraf etməsini, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcun 5%-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

18. Apellasiya məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilərək, iddia tələbinin dəbbə puluna münasibətdə də tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 390.1, 462.1, 462.3, 465.2 və 467-ci maddələrinin və, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 36.6-cı maddəsinin tələbləri pozulmuşdurEXPF0156/19 saylı və EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən müddətin bitmə tarixindən sonra tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 28.5%, günlük cərimə faizi 0,0792% nəzərdə tutulmuşdur. Borcalan tərəfindən gecikdirilmiş günlərin sayı 2022-ci il 3 avqust tarixinə EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə üzrə 352 gün, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə üzrə 323 gün təşkil etmişdir. Bu baxımdan əsaslı olaraq EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17.123,48 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16.269,92 manat cərimə borcu hesablanmışdır. Yuxarıda qeyd olunan kredit müqavilələri üzrə hesablanan dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır.

21. Bundan əlavə mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsi müqavilə tərəflərinə müqavilənin məzmununu və şərtl ərini azad surətdə müəyyənləşdirməyə imkan verir. Bu baxımdan cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmış, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.400 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.450 manat məbləğində müəyyən edilmişdir. Müəyyən edilən bu cərimə məbləğləri əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamış, hətta bu sahədə formalaşmış məhkəmə təcrübəsini də nəzərə almadan əsas bo rc məbləğinin onda birindən də az məbləğdə dəbbə pulu hesablanmışdır.

22. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur- məhkəmələr tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini nəzərə almamış, sübutlara düzgün qiymət verilməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. MPM-in 403 və 416-cı maddələrinə uyğun ola raq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cərimə borcunun tutulması hissəsində yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

462. Dəbbə pulu a nlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

28. Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübu tlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

31. İddiaçının kassasiya şikayətinin cərimə borcunun tutulması tələbi üzrə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr əsas borc məbləğinə nisbətdə cərimə məbləğini müəyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

32. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə də bbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarı)

33. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini və cərimə məbləğlərinin tutulması tələbləri üzrə mövcud məhkəmə təcrübəsini, Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 15 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə əsas borcun 5%-i həddində cərimənin müəyyən edilməsi Mülki Məcəl lənin 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

34. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə ( bax yuxarıda hazırki qərarın 22-ci bəndi) qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, işdəki işə baxan məhkəmələr tərəfindən sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 aprel tarixli 22(103)-396/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar