Məhkəmə qərarları › İş №2-2(102)-444/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-444/2024

03.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-444/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-314/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2022-ci il 9 fevral tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır. Həmin müqavilənin: - 3.2-ci bəndinə əsasən, alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. - 4.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətdə razılaşma protokoluna əsasən müəyyən edilir.

2. Tərəflər müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiymətinin müqaviləyə əlavələr olan 4 nömrəli qiymət razılaşdırma protokolu ilə ümumilikdə (3.604,39 manat ƏDV daxil) 23.628,79 manat; 5 nömrəli qiymət razılaşdırma protokolu ilə ümumilikdə (3.637,44 manat ƏDV daxil) 23.845,44 manat; 6 nömrəli qiymət razılaşdırma protokolu ilə ümumilikdə (4.218,48 manat ƏDV daxil) 27.654,48 manat; 7 nömrəli qiymət razılaşdırma protokolu ilə ümumilikdə (1.819,39 manat ƏDV daxil) 11.927,11 manat olması barədə razılaşmışlar.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş malların ümumi dəyərləri 3.604,39 manat ƏDV daxil 23.628,79 manat (paslanmaz sac); 3.637,44 manat ƏDV daxil 23.845,44 manat (alüminium sac); 4.218,48 manat ƏDV daxil 27.654,48 (paslanmaz sac) və 1.819,39 manat ƏDV daxil 11.927,11 manat (paslanmaz sac) təşkil edir (müvafiq olaraq 2022-ci il 19 may tarixli 20220552 nömrəli; 2022-ci il 2 iyun tarixli 20220608 nömrəli; 2022-ci il 7 iyun tarixli 20220624 nömrəli və 2022-ci il 14 iyun tarixli 20220645 nömrəli hesab-fakturalar).

4. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə müqavilə və 20220552 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə 3.604,39 manat (ƏDV) pul köçürülmüşdür (2022-ci il 20 may tarixli köçürmənin aparılması haqqında bildiriş).

5. İddiaçı MMC tərəfindən müqaviləyə əsasən, ümumilikdə 87.055,82 manat dəyərində malların verilməsinə görə, o cümlədən: 23.628,79 manat dəyərində 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli; 23.845,44 manat dəyərində 2022-ci il 8 iyun tarixli EBBX seriyalı 895126 nömrəli; 27.654,48 manat dəyərində 2022-ci il 9 iyun tarixli EBBX seriyalı 944257 nömrəli; 11.927,11 manat dəyərində 2023-cü il 17 yanvar tarixli EBBY seriyalı 316207 nömrəli elektron qaimə lər tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. 6. 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli; 2022-ci il 8 iyun tarixli EBBX seriyalı 895126 nömrəli; 2022-ci il 9 iyun tarixli EBBX seriyalı 944257 nömrəli və 2023-cü il 17 yanvar tarixli EBBY seriyalı 316207 nömrəli elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir (elektron qaimələr haqqında məlumatlar).

7. Müqaviləyə və 20220552 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə 10.000 manat pul Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir ("xxxx" ASC-nin 2022-ci il 24 may tarixli ödəniş sənədi (tapşırığı)). 8. 2023-cü il 20 fevral tarixli 78/2023 nömrəli müqaviləsinə əlavə olan 2 nömrəli qiymət razılaşdırma protokolu ilə tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (paslanmaz, alüminium və galvaniz sac) növü, ölçüsü, miqdarı və qiymətinin ümumilikdə (1.858,21 manat ƏDV daxil) 12.181,63 manat olması və İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə həmin dəyərdə təqdim edilməsi barədə razılaşmışlar.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş malın (paslanmaz, alüminium və galvaniz sac) ümumi dəyəri 1.858,21 manat ƏDV daxil 12.181,63 manat təşkil edir (2023-cü il 20 fevral tarixli 20230270 nömrəli hesab-faktura).

10. Müqaviləyə və 20230270 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə 6.000 manat pul Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir ("xxxx" ASC-nin 2023-cü il 22 fevral tarixli 370418-1063 nömrəli ödəniş tapşırığı).

11. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə müqaviləyə və 20230270 nömrəli hesab- fakturaya əsasən avans ödənişi üzrə 1.080 manat (ƏDV) pul köçürülmüşdür (2023-cü il 22 fevral tarixli köçürmənin aparılması haqqında bildiriş). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 8 avqust tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 63.776,12 manat əsas borc, 9.675,31 manat ƏDV borcu, 3.672,51 manat əldən çıxmış fayda, vəkilə ödənilmiş 2.000 manat pul olmaqla ümumilikdə 79.123,94 manat pul və 405 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malın dəyərini hesab faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə müvafiq olaraq cavabdehin 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli elektron qaiməyə əsasən 20.024,40 manat əsas borc, 3.604,39 manat ƏDV borcu; 2022-ci il 8 iyun tarixli EBBX seriyalı 895126 nömrəli elektron qaiməyə əsasən 20.208 manat əsas borc, 3.637,44 manat ƏDV borcu; 2022-ci il 9 iyun tarixli EBBX seriyalı 944257 nömrəli elektron qaiməyə əsasən 23.436 manat əsas borc, 4.218,48 manat ƏDV borcu; 2023-cü il 17 yanvar tarixli EBBY seriyalı 316207 nömrəli elektron qaiməyə əsasən 10.107,72 manat əsas borc, 1.819,39 manat ƏDV borcu mövcuddur. Cavabdeh 2022-ci il 23 may tarixli elektron qaiməyə əsasən sadəcə 10.000 manat əsas borc, 3.604,39 manat isə ƏDV üzrə ödəniş etmişdir. Hazırkı tarixə cavabdehin iddiaçıya 63.776,12 manat əsas borc və 9.675,31 manat ƏDV borcu olmaqla, ümumilikdə 73.451,43 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, 2022-ci il 23 may tarixli qaiməyə əsasən 23.628,79 manat məbləğ üzrə 584,76 manat (23.628,7910.000- 3.604,39=10.024,4/12x14x5%=584,76); 2022-ci il 8 iyun tarixli qaiməyə əsasən 23.845,44 manat məbləğ üzrə 1.291,6 3 manat (23.845,44/12x13x5%=1.291,63); xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 27.654,48 manat məbləğ üzrə 1.497,95 manat (27.654,48/12x13x5%=1.497,95); 2023-cü il 17 fevral tarixli qaiməyə əsasən 11.927,11 manat məbləğ üzrə 298,17 manat (11.927,11/12x6x5%=298,17) olmaqla, ümumilikdə 3.672,51 manat məbləğində əldə edə biləcəyi gəlir və faydadan məhrum olmuşdur.

14. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş iddia tələbi ilə razı olmadıqlarını, alınmış malların dəyərinin bir hissəsi ödənilsə də, bunun iddia tələbində nəzərə alınmadığını, o cümlədən elektron qaimələr üzrə bir sıra malların onlara təhvil verilmədiyini qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 dekabr tarixli e-2-2(113)-4394/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – L.Əliyeva).

16. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halını sözügedən elektron qaimələr üzrə ümumilikdə 87.055,82 manat dəyərində malların cavabdehə təqdim edilib-edilməməsi və cavabdehin iddiaçıya olan borc məbləği təşkil etmişdir. İddiaçı həmin hissədə tələbini sübut etmək üçün ümumilikdə ƏDV daxil 87.055,82 manat dəyərində malların verilməsinə dair tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmiş 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli, 2022-ci il 8 iyun tarixli EBBX seriyalı 895126 nömrəli, 2022-ci il 9 iyun tarixli EBBX seriyalı 944257 nömrəli və 2023-cü il 17 fevral tarixli EBBY seriyalı 316207 nömrəli elektron qaimələri məhkəməyə təqdim etmişdir.

17. Əvvəla sözügedən elektron qaimələr iddiaçı ilə yan aşı cavabdehin möhürü vurulmaqla onlar tərəfindən imzalanmışdır. İkincisi isə mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş sözügedən qaimələr qanunvericilikdə müəyyən olunmuş müddət ərzində düzəliş üçün qaytarılmamış, eləcə də cavabdeh şirkət üçün vergi öhdəliyi yaradan elektron qaimələr ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı formada etiraz ünvanlanmamışdır. Elektron qaimələr haqqında məlumatlardan onların “sistem tərəfindən təsdiqlənmiş” vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh 23.628,79 manat dəyərində olan 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli elektron qaimə üzrə avans olaraq 10.000 manat və 23.628,79 manat dəyərində olan malın 3.604,39 manat məbləğində ƏDV-sini iddiaçıya ödəmişdir ("xxxx" ASC-nin 2022-ci il 24 may tarixli ödəniş sənədi (tapşırığı) və 20220552 nömrəli hesab-faktura).

18. Cavabdehin mübahisəli elektron qaimələri möhür vurmaqla imzalaması, qaimələrlə bağlı iddiaçıya və vergi orqanına hər hansı formada etiraz ünvanlamaması, eləcə də 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli elektron qaimə üzrə avans və ƏDV ödənişini etməsi həmin qaimələrdə qeyd olunmuş malların cavabdehə təqdim edilməsini sübuta yetirmişdir.

19. Məhkəmə həmçinin cavabdeh tərəfindən onun etirazının əsası kimi istinad olunan halları təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığını bildirmişdir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi 20230270 nömrəli hesab-fakturaya əsasən 6.000 manat məbləğində avans ödənişin edilməsi ilə bağlı məsələyə gəldikdə iş materiallarından müəyyən olunmuşdur ki, həmin məbləğ 2023-cü il 20 fevral tarixli 78/2023 nömrəli müqaviləyə 2 saylı qiymətlərin razılaşma protokoluna əsasən verilmiş 20230270 nömrəli hesab-faktura üzrə avans olaraq ödənilmişdir. Odur ki, həmin ödənişin hazırkı iddia ilə ödənilməsi tələb edilən hesab-faktura və elektron qaimələrlə bağlılığı mövcud olmamışdır.

20. İddiaçı həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 3.672,51 manat əldən çıxmış faydanın tutulması tələbini də irəli sürmüşdür. İddiaçı tələb etdiyi məbləği “əldən çıxmış fayda” adlandırsa da, tələbinin əsası kimi 445.7-ci maddəsinə istinad etmişdir. Odur ki, məhkəmə sözügedən tələbi pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % olmaqla faiz tələbi kimi qiymətləndirmişdir. Məhkəmə cavabdehin alqı-satqı m üqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə təxminən 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 3.672,51 (73.451,43x5%) manat pul tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.2, 445.7, 448.1 və 449cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-314/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdehə mallar təhvil verilmiş, malların təqdim olunması alıcıya həm kağız daşıyıcıda, həm də sistem vasitəsi ilə elektron qaimələrin göndərilməsi ilə rəsmiləşdirilmiş, alıcı kağız daşıyıcıda təqdim edilmiş elektron qaimələri möhür və imza ilə, o cümlədən elektron formada təsdiq etməklə malların ona təqdim olunduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehdən tələb edilən məbləğ hə min qaimələr əsasında yaranan borc məbləği olmuşdur. Müqavilənin 3.1-ci bəndində satılan malın dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulsa da, iddiaçı cavabdehə ödəniş olunmadığı halda mal təqdim etmişdir. Cavabdeh malların təqdim olunması barədə elektron qaimələri təsdiq etdiyi halda bir sıra malların təqdim olunmadığını qeyd etsə də, konkret olaraq hansı elektron qaimə üzrə hansı məbləğdə malın təqdim edilmədiyini göstərməmiş, mal təqdim olunmadığı halda hansı səbəbdən elektron qaimələrin ləğv edilməsi üçün qarşı tərəfə müraciət olunmamasının məntiqli səbəbini izah edə bilməmişdir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.2, 445.7, 448.1, 567 və 599.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verər ək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 5.3, 425.1, 425.2 və 567-ci maddələri üzrə - Apellyasiya məhkəməsinin iddiaçının ödəniş edilmədiyi halda malları cavabdehə təhvil verməsi, sonuncunun isə ödəniş etməyərək öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı mövqeyi ilə razılaşmayan cavabdeh iddiaçı tərəfindən müqavilənin şərtlərinə tam əməl olunmadığını bildirir. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq malın dəyərini tam ödədikdən sonra mal alıcıya təhvil verilir. İddiaçı elektron qaimələrə əsasən cavabdehin ümumilikdə 73.451,43 manat borcunun olduğunu qeyd etsə də, s özügedən elektron qaimələr üzrə bəzi mallar cavabdehə təhvil verilməmişdir. Yəni iddiaçı müqavilə üzrə öhdəliyini icra etməmiş, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmiş, müqavilənin məqsədinə çatmağa maneçilik törədən hərəkətlərə yol vermiş və nəticədə mülki qanunvericiliyin tələblərini pozmuşdur. Təhvil verilən malların isə dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə baxmayaraq, iddiaçı əsassız olaraq yalnız 23.628,79 manat dəyərində olan 2022-ci il 23 may tarixli EBBW seriyalı 747724 nömrəli elektron qaimə üzrə avans olaraq 10.000 manat və 23.628,79 manat dəyərində olan malın 3.604,39 manat məbləğindəki ƏDV-sinin ödənilməsini qeyd etmişdir. Belə ki, müqavilənin 3.1-ci bəndindən də onun qarşılıqlı icranı nəzərdə tutması aydın olur. Həmin bənddə göstərilmişdir ki, malın dəyəri cavabdeh tərəfindən tam ödənildikdən sonra sonuncuya təhvil verilir. Əgər iddiaçı tərəfindən təqdim olunan malların dəyəri cavabdeh tərəfindən ödənilməmişsə, hansı səbəbdən iddiaçının uzun müddət keçdikdən sonra da, yəni 2023-cü il 17 yanvar tarixində malları cavabdehə təhvil verməsi aydın olmur. Göründüyü kimi, iddia ərizəsində göstərilən elektron qaimələr üzrə cavabdehə təhvil verilmiş malların dəyəri sonuncu tərəfindən iddiaçıya ödənilmişdir.

28. MM-in 441.1, 445.5, 445.7, 445.8 və 448.2-ci maddələri üzrə - İddiaçının qeyd etdiyi elektron qaimələr üzrə bütün mallar təhvil verilmədiyi halda, o əsassız olaraq bütün malların təhvil verildiyini qeyd etmiş və beləliklə də təhvil verilməmiş mallar ın dəyərinin ödənilməsini, həmçinin ödənişin gecikdirildiyini iddia edərək buna görə də 3.672,51 manat faizin ona verilməsini tələb etmişdir. İddiaçının əsassız tələbini təmin edən məhkəmə MMin 445.5-ci, 445.8-ci və 448.2-ci maddələrinin tələblərini pozmuşdur. İddia ərizəsində göstərilən elektron qaimələr üzrə bir sıra mallar cavabdehə təhvil verilmədiyindən cavabdehin öhdəliyinin icrasını gecikdirməsi halı mövcud deyil. Məhkəmə MM-in 445.7-ci maddəsini yanlış tətbiq edərək iddiaçının sözügedən tələbini təmin etmişdir və beləliklə məhkəmə qətnaməsi faizlərə dair hissədə də qanunsuz və əsassızdır.

29. MPM-in 76.1, 76.2, 77.1, 88, 106.1 və 175.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən sadalanan normaların tələbləri də düzgün tətbiq olunmamışdır. Belə ki, cavabdeh tərəfin məhkəmə yə verdiyi izahatları müqavilənin 3.1-ci bəndi ilə də təsdiq olunsa da, mübahisələndirilən qətnamədə həmin izahatlar sübut qismində düzgün qiymətləndirilməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir.

30. MPM-in 217.1 və 217.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmadığı üçün qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrin ə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi...” 445.

2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.)...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavil ədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir....”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, cavabdeh hazırkı kassasiya şikayətinin dəlillərini apellyasiya şikayətində də bildirmiş, həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmış və məhkəmənin mövqeyi əsaslandırılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətində apellyasiya məhkəməsinin mövqeyini təkzib edən əlavə tutarlı dəlillərə istinad edilmədiyini nəzərə alaraq, apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 24-cü bəndində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətinin analoji dəlilləri üzrə əlavə hüquqi dəyərl əndirmə aparılmasına zərurət görmür.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

40. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-314/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar