Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-445/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARDAD (iş üzrə icraata xitam verilməsi barədə) iş № 2-2(102)-445/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il 30.10.2019 Açar sözlər: iddiadan imtina və iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-nin vəkili Vəkil, cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun un vəkili Azər Məmmədovun iştirakları ilə, İddiaçı MMC-nin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 2-2(103)-199/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətindən və iddia tələbindən imtinaya dair ərizəyə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra mətndə cavabdeh) qarşı, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən iddiaçıya ayrılmış kredit üzrə hesablanmış faizin üçüncü şəxsdə hesablanmış faiz həddinə salınması; - faizlərin h esablanmasının dayandırılması; - iddiaçı tərəfindən üçüncü şəxsin xəzinə hesabına köçürülmüş ödənişin 05 avqust 2015-ci il tarixli, KM 01 tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi nəzərə alınmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2-2(81)388/2018 saylı qətnaməsi ilə (hakim Məhəmməd Əkbərov) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2018-ci il tarixli, 2-2(103)-324/2018 saylı qətnaməsi ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2-2(102)21/2019 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 2-2(103)-199/2019 saylı qətnaməsi ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədo v) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın iddiaçıya ayrılmış kredit xətti üzrə hesablanmış faizin Sahibkarlığa Kömək Milli Fondunda hesablanmış faiz həddinə salınması və faizlərin hesablanmasının dayandırılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh2 ASC ilə MMC (borc alan) arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, X5 vəsaitinin istifadəsi Qaydalarına uyğun olaraq sahibkarlığın inkişafı ilə bağlı bank borcalana 5.0 00.000 manat məbləğində uzunmüddətli kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndindən müəyyən olunur ki, borcalana verilən kredit vəsaitindən istifadə müddəti 84 aydır. Kredit vəsaitindən istifadə müddəti 05 avqust 2022-ci il tarixdə bitir. Cavabdeh2 ASC-nin 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsindən və 1 saylı əlavədən müəyyən olunur ki, borcalan MMC 05 sentyabr 2015-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 119.047,58 manat, faiz borcuna görə 1.587.500 manat olmaqla, cəmi 6.587.500 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 05 avqust 2015-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh2 ASCnin 21 avqust 2015-ci il tarixli 1954/502 nömrəli bildirişinə əsasən X8 tərəfindən 05 av qust 2015-ci il tarixində 1.000.000 manat, 11 avqust tarixində 1.500.000 manat vəsait MMC-nin bankda olan ******************** saylı hesabına köçürülmüşdür. Köçürülmüş vəsait üzrə MMC-yə 05 avqust 2015-ci ildə 155.000 manat, 06 avqust 2015-ci il tarixdə 227.000 manat və 12 avqust 2015-ci il tarixdə 482.000 manat güzəştli kredit bank hesabından məxaric edilmişdir. Kreditin qalan hissəsi müxtlif tarixlərdə MMC-yə təqdim olunmuşdur. X2 əldə olunmuş məlumata əsasən MMC-nin investisiya layihəsinə Cavabdeh2 ASC vasitəsilə 05 avqust 2015-ci il tarixində 1.000.000 manat, 11 avqust 2015-ci il tarixində 1.500.000 manat, 22 sentyabr 2015-ci il tarixində 2.500.000 manat vəsait köçürülmüş, nəticədə isə kredit müqaviləsi üzrə 05 avqust 2015-ci il tarixindən etibarən 5.000.000 manat vəsaitin qrafik üzrə faiz hesablanması həyata keçirilmiş və buna uyğun gecikdirilmiş faiz borcu yaranmışdır. MMC-nin Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 22 yanvar 2018-ci il tarixli, 12 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən iddiaçı MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən X8 tərəfindən 84 ay müddətinə (42 ay güzəşt müddəti olmaqla) 5.000.000 manat güzəştli kredit vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. Müqavilə üzrə 5.000.000 manat dövlət büdcəsindən güzəştli kreditin ayrılması nəzərdə tutulsa da, həmin dövrdə bank tərəfindən ayrı-ayrı tarixlərdə 850.000 manat hissəsi bankda saxlanılmaqla, cəmi 4.150.000 manat vəsaitin ayrılması təmin edilmiş, lakin müqavilə tarixindən etibarən qrafik üzrə 5.000.000 manat vəsaitin faiz hesablanması həyata keçirilmişdir. Buna baxmayaraq, investisiya layihəsi MMC tərəfindən uğurla icra olunmuşdur. X3 əldə olunmuş məlumata əsasən 01 yanvar 2018-ci il tarixə MMC-yə ayrılmış güzəştli kredit üzrə X6rşısında 5.000.000 manat əsas borc və 26.528 manat faiz borcu mövcuddur. X8 tərəfindən “Banklar haqqında” qanunun 72-ci maddəsinin tələblərinə uyğun faiz hesablamalarının dayanadırılması, bankın ləğvi və müvəkkil kredit təşkilatı kimi fəaliyyətinin həyata keçirə bilməməsi səbəbindən dayandırılması, eləcə də vicdanlı öhdəlik icraçısı kimi vəsaitlərin geri qaytarılmas ı üzrə niyyətini və kreditin ayrılması zamanı yuxarıda göstərilən xüsusatlar nəzərə alınaraq, hesabda saxlanılmış 850.000 manat vəsaitin kreditin geri ödənilməsinə yönəldilməsi və ya əvəzləşdirilməsi, artıq hesablanmış faizin azaldılaraq Fondda olan faiz borcu həddində qeydə alınması və Fondda olan qalıq borcu üzrə vəsaitlərin birbaşa Fondun xəzinə hesabına ödənilməsinin öhdəliyinin icrası kimi nəzərə alınmasını xahiş etmişdir. X5 Cavabdeh2 ASC-yə ünvanladığı 19 yanvar 2018-ci il tarixli, 5 KMF-05/1-5/11 saylı öhdəliyin icrasına dair məlumatın verilməsi barədə məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq X1 Portalının 18 yanvar 2018-ci il tarixə olan məlumatına əsasən Cavabdeh2 ASC vasitəsilə maliyyələşdirilmiş sahibkarlıq subyektləri üzrə MM C üçün ödənilmiş 2.000 manat vəsait X5 müvafiq xəzinə hesabına daxil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2-1(102)147/2016 saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin 10 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və Cavabdeh2 ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. Cavabdeh2 ASC ilə iddiaçı MMC arasında bağlanmış 05 avqust 2015-ci il tarixli, 01 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə görə, bank/borcverən həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti MMC-nin/borcalanın mülkiyyətinə verir və MMC isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı tərəfindən X5 xəzinə hesabına köçürülmüş 2000 manat məbləğində ödəniş cavabdeh tərəfindən də 05 avqust 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi nəzərə alınmış və mübahisələndirilməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi həmin ödənişi kredit müqaviləsi üzrə öhdəliyin icrası kimi nəzərə almaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın iddiaçıya ayrılmış kredit üzrə hesablanmış faizlərin üçüncü şəxsdə hesablanmış faiz həddinə salınması və faizlərin hesablanmasının dayandırılması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi iddiaçı müəssisə ilə Cavabdeh2 ASC arasında bağlanılmış, iddiaçı ilə üçüncü ş əxs arasında isə hər-hansı öhdəlik müqaviləsi bağlanmamışdır. Kredit müqaviləsi əsasında bankın verdiyi kredit iddiaçının mülkiyyətinə keçmiş, əvəzində isə iddiaçının bank qarşısında əsas borc və faiz öhdəliyi yaranmışdır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, bankın iddiaçı tərəfindən öhdəliyin icrasını tələb etmək hüququ mövcud olmuşdur. Bundan başqa bildirilmişdir ki, qanunvericiliyin tərəflər arasında kredit müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş və hazırda qüvvədə olan tələblərinə görə müvəkkil kredit təşkilatları X4 vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirir, vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi isə müvəkkil kredit təşkilatının X6rşısındakı öhdəliklərindən azad etmir. X7 tərəfindən maliyyələşdirilən kredit lərin müvəkkil bankların aktivi sayılmamasına dair müddəa isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsimaddi hüquq normaları kimi Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X4 vəsaitindən istifadə Qaydası”nın 3.6, 8.4, 10, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 72.1.6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 430.2, 442, 443.1, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 106.1, 217.3, 217.4, 372.1, 385.1.1-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra işin kassasiy a icratında olan vaxt iddiaçı tərəfindən ərizə təqdim edilmiş, mübahisəli məsələlərlə bağlı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunması nəzərə alınmaqla, iddia tələbindən və qətnamədən verilmiş kassasiya şikayətindən imtina edilməsi bildirilmiş və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili iddiadan imtinaya dair ərizəni müdafiə etmiş və məhkəmə kollegiyasından onun təmin edilməsini, iş üzrə icraata xitem verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili iddiaçının iddiadan imtinaya dair ərizəyə etiraz etmədiyin bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatl andırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər İddiaçı tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 52.1-ci maddəsinə əsaəsn, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını v ə qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Sadalanmış müddəalardan göründüyü kimi, iddiaçının iddi adan imtina edilməsi hüququ prosessual qanunvericilikdə təsbit edilmişdir və iddiaçı məhkəməyə bu barədə ərizə ilə müraciət etmək hüququna malikdir. İddiadan imtina edilməsinin qəbul edilməməsi üçün əsaslar onun qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulması təşkil edir. Məhkəmə iddiadan imtinanı təsdiq edənə qədər tərəflərə onun prosessual nəticələrini izah etməli və iş üzrə icraata xitam verməlidir. Bu müddəaları təqdim edilmiş ərizəyə tədbiq edərək müəyyən olunmuşdur ki, iddiaçının iddiadan imtinası iş üzrə cəlb edilmiş üçüncü şəxslərin maraqlarını pozmamış, cavabdeh iddiaçının iddiasından imtinanın qəbul edilməməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş halların olması ilə bağlı etiraz etməmiş, iddiadan imtinanın təsdiq edilməsi mü lki prosessual qanunvericiliyin tələblərinə zidd deyildir. Həmçinin, tərəflərə eyni predmet üzrə və eyni əsaslarla mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmuşdur. Qeyd edilmiş maddədə göstərilmiş “məhkəməyə müraciət etmək” hüququ bilavasitə mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququnu ehtiva edir. Eyni zamanada, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən imtina qəbul edildiyindən, kassasiya şikayətindən imtinaya dair məsələnin əlavə olaraq qiymətləndirilməsi zəruri deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən,kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, (...) və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 264 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin direktoru XXX tərəfindən verilmiş iddia tələbindən imtinaya dair ərizəsi təminedilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli, 2-2(103)-199/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbləri üzrə icraata xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-445/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-445/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver