Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-445/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Baxışova Vüsalə Ələkbər qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel ta rixli 2-2(103)- 8/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı BOKT ASC (borcverən) və Cavabdeh2 MMC (borcalan) arasında imzalanmış 2022-ci il 2 fevral tarixli 2022/00031-01 nömrəli kredit müqaviləsinə əsasən borcverən bu müqavilənin 1.4 bəndində göstərilən məqsəd üçün borcalana ümumi məbləği 150.000 manat təşkil edən 5 ay müddətinə tranşlarla kredit ayırır. Tərəflər arasında razılaşmaya əsasən ayrılmış kreditin bölgüsü tranşlarla aşağıdakı şəkildə təsdiq edilir. Hər tranş müştərinin ərizəsi əsasında tələb olunduğu təqdirdə onun bankda olan hesabına köçürülür. a) İ tranş olaraq 50.000 manat, b) İİ tranş olaraq 50.000 manat, c) İİİ tranş olaraq 50.000 manat.
2. Müqavilənin 1.3. bəndində qeyd olu nmuşdur ki, tranşlarla ümumi məbləği 150.000 AZN təşkil edən kredit üzrə ən son ödəniş müddəti 2022-ci il 2 iyul tarixi təyin edilsin. Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 19%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 23,14% təşkil edir.
3. İddiaçı BOKT ASC (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh2 MMC (borcalan) olmaqla imzalanmış 2022-ci il 2 fevral 2022/00031- 01İP saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən üç otaqlı 25 saylı mənzil ipoteka ilə yüklü edilmiş və müvafiq olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. 4. 2022-ci il 3 fevral tarixli 2103 nömrəli ödəniş tapşırığına əsasən 50.000 manat 2022-ci il 2 fevral tarixli müqavilə üzrə ödəniş təyinatı olmaqla İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə m əxsus bank hesabına köçürülmüşdür. 5. 2022-ci il 8 fevral tarixli 2127 nömrəli ödəniş tapşırğına əsasən 100.000 manat 2022-ci il 2 fevral tarixli müqavilə üzrə 2 və 3-cü tranşlar ödəniş təyinatı olmaqla İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
6. İddiaçı BOKT ASC tərəfindən verilmiş 2022-ci il 17 oktyabr tarixinə hesabdan çıxarışdan məlum olur ki, 50.000 manat kredit üzrə cəmi 2.823,73 manat məbləğində, 100.000 manat məbləğində kredit üzrə isə cəmi 5.383,56 manat məbləğində kredit ödənişi aparılmışdır.
7. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 MMC və Cavabdeh1 2022-ci il 25 iyul tarixində göndərilmiş bildiriş məktubunda kredit müqaviləsi üzrə həmin tarixə ümumilikdə 162.271,03 manat məbləğində borcun olduğu bildirilmiş, 21 gün ərzində borcun ödənilməs i təmin edilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı BOKT ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 1 dekabr tarixində Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra ayrı-ayrılıqda müvafiq olaraq – “MMC”, “Cavabdeh1”, birlikdə – "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMCdən İ tranş üzrə kreditin əsas borcuna görə 50.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 1.161,11 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.650 manat məbləğində dəbbə pulu, Mərkəzi Bankın faiz uçot dərəcəsi əsasında hesablanan 1.108,68 manat məbləğində faiz borcu olmaqla cəmi 58.919,79 manat məbləğində, İİ və İİİ tranş üzrə is ə kreditin əsas borcuna görə 100.000 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2.586 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 12.800 manat məbləğində dəbbə pulu, Mərkəzi Bankın faiz uçot dərəcəsi əsasında hesablanan 2.109,72 manat məbləğində faiz borcu olmaqla cəmi 117.495,72 manat məbləğində, ümumilikdə 176.415,51 manat borcun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 150.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 176.415,51 manat borcun, mediasiya xərci kimi ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 66,42 manat məblə ğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 150.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdeh MMC-nin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı MMC-yə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş və bu səbəbdən iddiaçı tərəfindən cavabdehlə rə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir, lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 yanvar tarixli e-2-2(113)-456/2023 nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirməni aparmış "xxxx" MMC-nin 2023-cü il 10 fevral tarixli 0112 nömrəli hesabatında qeyd olunmuşdur ki, ipoteka predmetinin bazar dəyəri 177.000 manat, likvid dəyəri isə 159.300 manat müəyyənləşdirilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli e-2-2(113)-456/2023 nömrəli qə tnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh MMC-dən kredit müqaviləsinə əsasən İ tranş üzrə 50.000 manat əsas borc, 1.161,11 manat faiz borcu, 1.500 manat dəbbə pulu, İİ və İİİ tranş üzrə 100.000 manat əsas borc, 2.586 manat faiz borcu, 3.000 manat dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdə, həmin predmetin ilkin satış qiymətinin keçirilmiş qiymətləndirməyə uyğun olaraq 159.300 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qala n hissədə təmin olunmaması qət edilmişdir (hakim: A.Əliyeva).
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC müqavilədən irəli gələn kredit məbləğini və ona hesablanmış faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdeh MMC-nin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
13. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyin icra edilməsini, kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir. Hazırkı halda məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan da müəyyən edilir ki, iddia tələbi əsaslıdır. Həmçinin MMC məhkəmə iclasları barədə məlumatlı olsa da iddia tələbini mübahisələndirməmişdir. Belə olan halda cavabdeh MMC-dən İ tranş üzrə əsas borcdan 50.000 manat, faiz borcdan 1.161,11 manat, İİ və İİİ tranş üzrə isə əsas borca görə 100.000 manat, faiz borcuna görə isə 2.586 manat pul tutulmalıdır.
14. Məhkəmə iddianın dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə hesab etmişdir ki, MMC-nin ödənişlərini gecikdirməsi işin faktiki halları ilə sübuta yetirildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan ödəniş qrafikinə müvafiq olaraq ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) isə müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq MMC-dən İ tranş üzrə 1.500 manat, İİ və İİİ tranş üzrə 3.000 manat dəbbə pulunun tutulması qənaətinə gəlmişdir.
15. Bundan başqa məhkəmə iddiaçının MMC-dən Mərkəzi Bankın faiz uçot dərəcəsinə faiz borcunun tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə müddəti bitdikdən sonrakı tarixlərdə ona ayrılmış kredit vəsaitlərdən hər hansı formada istifadə etməsini təsdiqləyən hallar məhkəməyə təqdim olunmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.
16. Həmçinin məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti ilə borcun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən borcun ödənilməsi üçün tələb ipoteka edilmiş mənzilə yönəldilməli, açıq hərrac vasitəsilə satılmalı və əldə olunmuş vəsaitlə borc ödənilməlidir. Məhkəmə əlavə olaraq onu da bildirmişdir ki, qeyd olunan mənzilin ilkin satış qiyməti qiymətləndirməyə uyğun olaraq 159.300 manat müəyyənləşdirilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 26 9.7, 319.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 467 və 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1 və 59.4-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 27 dekabr tarixli 9/8553 nömrəli və 2024-cü il 5 sentyabr tarixli 9/3582 nömrəli ekspert rəylərində göstərilmişdir ki, İ tranş üzrə MMC-nin müqavilə müddətinin bitmə tarixinə (2022-ci il 2 iyul) olan əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, 2022-ci il 14 noyabr tarixinə 5% hesablanmaqla əsas borcu 50.000 manat, faiz borcu 1.134,60 manat, 5% ilə faiz borcu 708,34 manat, İİ tranş üzrə isə müqavilə müddətinin bitmə tarixinə olan əsas borcu 100.000 manat, faiz borcu 2.269,22 manat, 2022-ci il 14 noyabr tarixinə illik 5% hesablanmaqla əsas borcu üzrə 100.000, faiz borcu 2.269,22 manat illik 5% hesablanmaqla faiz borcu 1.416,66 manat müəyyən edilmişdir.
20. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 26 dekabr tarixli 9/35xx-xx/3374 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 253.000 manat (3.417,0 x74), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (253.000-10%) 228.000 manat məbləğində müəyyən edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-8/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi “MMC-dən xx.xx.2022-ci il tarixli 2022/00031-01 saylı kredit müqaviləsinə əsasən İ tranş üzrə 1.161,11 manat faiz borcu, İİ və İİİ tranş üzrə 2.586 manat faiz borcunun tutulması”, “mənzilin ilkin satış qiyməti keçirilmiş qiymətləndirməyə uyğun olaraq 159.300 manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, MMC-dən kredit müqaviləsinə əsasən İ tranş üzrə 1.134,60 manat faiz borcu, İİ və İİİ tranş üzrə 2.269,22 manat faiz borcunun iddiaçının хеyrinə tutulması, ipoteka predme tinə tutma yönəldildikdə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinin qiymətləndirməyə uyğun olaraq 228.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: T.Mahmudova – sədrlik edən və məruzəçi, Z.Şirinov və L.Əliyeva).
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsində qət edilən dəbbə pulu dəyişdirilməməlidir.
23. Məhkəmə kollegiyası Cavabdeh1 vəsatəti əsasında keçirilmiş məhkəməmühasibatlıq ekspertizasına əsasən bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin ekspertiza rəyində göstərilən məbləğlərə uyğun olaraq dəyişdirilməlidir. Həmçinin ekspertiza rəyi əsasında ipoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri də dəyişdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi “mənzilin ilkin satış qiymətinin müəyyən olunması” hissəsində dəyişdirilməli və ilkin satış qiyməti 228.000 manat müəyyənləşdirilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.4, 317.1, 319.1, 739.1, 740.1 və 743.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1, 36.1, 36.3, 39.3.3, 47.4 və 59.3.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsini, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qə bul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ və 129-cu maddəsinin İİİ hissəsi üzrə - mübahisələndirilən qətnamə çıxarılarkən apellyasiya instansiya məhkəməsi tərəfindən mümkün vasitələrdən istifadə edilməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
27. MM-in 440.4, 445.1, 445.7-ci maddələri üzrə - məhkəmə heç bir əsas olmadan cavabdehdən əlavə olaraq 3.000 manat cərimənin tutulmasını qət etsə də, onlar tərəfindən mütəmadi ödənişlər olunmasını nəzərə almamışdır. Həmçinin qətnamə qəbul edilərkən və iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən borcluya faizlərin h ansı qaydada hesablandığı, həmin faiz məbləğinin hansı əsasla həmin miqdarda göstərildiyi də göstərilməmiş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Qətnamədə ödənilməli olan dəbbə pulunun da miqdarı kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmadan həddən artıq şişirdilmiş məbləğdə göstərilmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may və 2008-ci il 8 may tarixli Qərarları üzrə - məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi şikayət ərizəsinə və sübutlara qiymət verməmiş, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi halları təkrarlayaraq eyni məzmunlu qətnamə qəbul etmişdir.
29. Kassator, həmçinin 2025-ci il 16 sentyabr tarixində kassasiya şikayətinə əlavə ərizəsi təqdim edərək bildir mişdir ki, işin baxılması zamanı əvvəllər məlum olmayan yeni hallar aşkara çıxmışdır. Belə ki, iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh2 MMCnin direktoru X1 barəsində cinayət işi başlanılmış və onun təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında müvafiq qərar qəbul edilmişdir. Bu hal kassatora sonradan məlum olmuş və işin mahiyyətinə, həmçinin nəticəsinə birbaşa təsir edən yeni şərait yaratmışdır. Nəticə etibarilə, digər Cavabdeh1 aldadılmışdır. Qeyd edilən hallar digər instansiya məhkəmələri tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiy i üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hü ququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş o byekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavi lədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir....” “Maddə
743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər....” 34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ya ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir....” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt gönd ərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır....” “Maddə
39. İpoteka müqaviləsindən irəl i gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır....” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma y önəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya...”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Borc məbləğinə münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən doğru hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zərurət görmür.
38. Kollegiya onu da nəzərə alır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və qətnamə faiz borcuna münasibətdə həmin ekspert rəyində qeyd olunan məbləğlərə münasibətdə dəyişdirilmişdir.
39. Kollegiya həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Kassasiya şikayətinə əlavə də göstərilmiş hallara münasibətdə Kollegiya bildirir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəa liyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 aprel tarixli 2-2(103)-8/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.