Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-446/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı LPO "xxxx" ASC cavabdeh “X1 GmbH” Şirkətinə qarşı Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-13/2022 saylı qətnaməsindən cavabdeh “X1 GmbH” Şirkətinə tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh “X1 GmbH” şirkətinə qarşı borcun tutulması ba rədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KP/TB/GUAR1/15-05-2012 saylı 2012-ci il 15 may tarixli qarantiya müqaviləsi üzrə 7.881,91 avro faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci, cəmi 8.122,26 avro, 400 manat borcun, KP/TB/GUAR/18-052012 saylı 2012-ci il 18 may tarixli qarantiya müqaviləsi üzrə 125.850 avro əsas borc, 48.201,99 avro faiz borcu, cəmi 174.051,99 avro borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı 12 may 2014cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2012-ci il 15 may tarixli KP/TB/GUAR-1/15 -05-2012 saylı qarantiya müqaviləsi üzrə 7.881,91 avro faiz borcunun, 2012-ci il 18 may tarixli KP/TB/GUAR/18-05-2012 saylı qarantiya müqaviləsi üzrə 125.850 avro əsas borcun, 48.201,99 avronun, cəmi 181.933,9 avro borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim Z.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli 2-2(103)-250/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)1281/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-V.Məmmədov, hakimlər-S.Sey idova və İ.Məmmədov). Həmin qətnamədən cavabdeh 2019-cu il 19 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-2(102)-468/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli 2-2(103)- 250/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən-X.Məmmədov, hakimlərA.Hüseynov və R.Nəbizadə). Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(103)-80/2020 saylı qətnaməsi ilə apellyasiya şik ayəti qismən edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-1281/2014 saylı qətnaməsi qismən -18-05 saylı müqavilə üzrə faiz borcu tutulması hissəsində dəyişdirilmiş, həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 37.050,28 avro faiz borcunun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 200 manat ekspertiza xərci tutulmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov). İddiaçı və cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və həmin məhkəmədə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli, 2-2(102)-56/2021 saylı q ətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv edilib iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən-B.Məmmədli, hakimlər-B.Qəribov və S.Hüseynova). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiayasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-13/2022 saylı qətnaməsi ilə cavabdeh “X1 GmbH” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1281/2014 saylı 12 may 2014-cü il tarixli qətnaməsi mübahisələndirilən, iddia tələbinin təmin edildiyi “cavabdehdən faiz məbləğlərinin tutulması” hissəsində dəyişdirilərək, cavabdeh “X1 GmbH” MMC-dən iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə KP/TB/GUAR-1/15-05-2012 saylı 2012 -ci il 15 may tarixli qarantiya müqaviləsi üzrə tutulmalı olan faiz borcu 7428,48 Avro, KP/TB/GUAR/18-05-2012 saylı 2012-ci il 18 may tarixli qarantiya müqaviləsi üzrə isə faiz borcu 37050,28 avro məbləğində müəyyən edilmiş, qətnamə iddianın təmin edildiyi qalan- KP/TB/GUAR/18-052012 saylı 2012-ci il 18 may tarixli müqavilə üzrə 125850 Avro məbləğində əsas borcun cavabdehdən tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. 2022-ci il 14 mart tarixində qətnamə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Cavabdeh 2022-ci il 6 may tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-13/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2022-ci il 6 may tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. G östərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(103)-13/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.Y.Şamayev
Məhkəmə qərarları › İş №2-2(102)-446/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-446/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver