Məhkəmə qərarları › İş №2-2(102)-446/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-446/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-446/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdeh X6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdeh X6 və qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs F.Mehtiyev) “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair komm ersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2-2(103)9/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 2019-cu il 30 may tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Sabunçu rayon icra və probasiya şöbəsinin sifarişi əsasında X6 tərəfindən tutma yönəldilmiş üçüncü şəxs X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin satışı üçün 2020-ci il 28 sentyabr tarixində İ hərrac, 2020-ci il 12 oktyabr tarixində İİ hərrac keçirilmiş, əmlak hərracda satılmadığından ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 38. 250 manata tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə təklif edilmişdir. İİ hərracın baş tutmaması barədə elan “Birja yenilikləri” qəzetində 2020-ci il 14 oktyabr tarixində dərc edilmişdir.

2. X6 tərəfindən "xxxx" BOKT MMC-yə ipoteka predmetinin əldə edilməsi üçün 2020ci il 15 oktyabr tarixli 01/512 saylı təklif məktubu göndərilmişdir.

3. MMC X6 ünvanladığı 2020-ci il 30 oktyabr tarixli, 1572/HO-OUT saylı məktubda təklifin qəbul edildiyi qeyd edilmişdir.

4. X6 rayon icra və probasiya şöbəsinə ünvanladığı 2020-ci il 19 noyabr tarixli, au/2002 saylı məktubda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərracların baş tutmadığı və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın hərracı n baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etmədiyi qeyd edilərək Qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı 2020-ci il 31 avqust tarixli sifariş məktubunun icrasını yekunlaşdırma məqsədilə icra şöbəsinə göndərilməsi qeyd olunmuşdur.

5. X6 2021-ci il 15 aprel tarixli məktubunda qeyd edilmişdir ki, ipoteka predmetinin əldə edilməsi üçün "xxxx" BOKT MMC-yə tərəflərindən 01/512 saylı, 2020-ci il 15 oktyabr tarixli təklif məktubu göndərilmiş, tələbkar tərəfindən 1572/HO-OUT saylı, 2020-ci il 30 oktyabr tarixli əmlakı əldə etmə razılıq məktubu təşkilatlarına 2020-ci il 2 noyabr tarixində daxil olmuş, lakin qeyd olunan əmlakla bağlı xidmət haqqının ödənilməsi ilə bağlı hesab faktura təşkilatdan tələb olunmadığından tələbkara təqdim edilməmiş və bu səbəbdən tələbkar əld ə etməmişdir. Məktubda həmçinin tərəflərindən 01/2001 saylı, 2020-ci il 19 noyabr tarixli məktubla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq sifariş məktubunun icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon icra və probasiya şöbəsinə geri qaytarıldığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC (bundan sonra-“iddiaçı və ya BOKT”) cavabdeh X6 (bundan sonra-«cavabdeh») qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə 2019-cu il 20 fevral tarixli icra sənədi üzrə ipoteka predmeti X2 (bundan sonra-“F.Mehdiyev”) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazi m İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilinə dair (bundan sonra-“7 nömrəli mənzil”) keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT X4 (bundan sonra“C.Mehtiyeva”) və F.Mehtiyevə qarşı “kredit borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu rayon Məhkəməsinin 2(008)-88/2019 saylı iş üzrə 2019-cu il 22 yanvar tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 47.729,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınması, ipoteka predmeti olan F.Mehtiyevə məxsus 7 nömrəli mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərini 2(103)-7165/19 saylı iş üzrə 2019-cu il 30 may tarixində qəbul etdiyi qərarla qismən təmin etmiş, faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, faiz borcunun 8.174,48 ABŞ dolları, cəmi borcun isə 45.455,04 ABŞ dolları olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 27 noyabr tarixli, 2(102)-7379/2019 saylı iş üzrə qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiy a Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 2019-cu il 30 may tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 2019-cu il 30 may tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün X5 rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir.

8. Hərrac təşkilatçısı olan Hərrac mərkəzi "xxxx" MMC-nin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair 2020-ci il 28 fevral tarixli 01 №-li və 2020-ci il 13 mart tarixli 01/2 saylı bildirişlərlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönə ldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 2020-ci il 30 may tarixli icra sənədi üzrə ipoteka predmetinin 2020-ci il 30 mart tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir.

9. İlkin hərrac baş tutmadığından və Covid-19 virusunun yaratdığı pandemiya şəraiti ilə bağlı olaraq cavabdehin fəaliyyət müəyyən müddətə qadağan edildiyi üçün növbəti hərrac 2020-ci il 31 avqust tarixli 01 №-li və 2020-ci il 6 oktyabr tarixində 02 nömrəli bildirişlə təkrar hərracın 2020-ci il 12 oktyabr tarixində keçiriləcəyi bildirilmişdir. Lakin təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının 2020-ci il 15 oktyabr tarixli bildiriş məktubuna əsasən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 38.250 manata iddiaçıya təklif olunmuşdur. İd diaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu 2020-ci il 30 oktyabr tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir.

10. Hərrac mərkəzi "xxxx" MMC 2020-ci il 19 noyabr tarixli məktubla 26-10 saylı 2020-ci il 31 avqust tarixli sifariş məktubunu “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qaytarmışdır. Cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsi üçün heç bir sənəd və hesab-faktura və ya elektron hesab-faktura təqdim edilməmişdir, buna görə də xidmət haqqının ödənilməsi tərəflərindən mümkün olmamışdır. Əlavə olaraq təkliflə bağlı 2020-ci il 30 ok tyabr tarixli № 1572 nömrəli cavab məktubu, həmin əmlakın iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, cavabdehin hərrac sənədlərini icra məmuruna qaytarılması əsassız hesab edilməli, hərracın yekunları üzrə protokol və alğı-satqı müqaviləsinin bağlanması cavabdehin, yəni "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır.

11. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 319.5, 415.5, 415.6, 415.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İpoteka haqqında Qanun”) 42.4, 42.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 26.1, 35.2, 119.1-ci maddələrinə istinad edilmişdir.

12. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə d air ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə 2019-cu il 20 fevral tarixli icra sənədi üzrə ipoteka predmeti F.Mehtiyevə məxsus 7 nömrəli mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 aprel tarixli e-2-2(113)-1053/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim F.Qasımov).

14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə 2020-ci il 15 oktyabr tarixində təkrar hərracın baş tutmaması bildirilməklə ipoteka predmetini ipoteka saxlayana-iddiaçıya təklif etmiş və təklifin qəbul edilməsi üçün qanunvericiliyə uyğun olaraq 30 gün mü ddət müəyyən olunmuşdur.

15. İddiaçı isə MM-in 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində - 2020-ci il 30 oktyabr tarixində təklifi qəbul etdiyini bildirmişdir.

16. Lakin cavabdehin təklifində (ofertada) MM-in 408.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada (ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.) xidmət haqqının nə qədər təşkil etməsi, hansı hesaba ödənilməli olması və digər məlumatları qeyd etməmiş, iddiaçının akseptini aldıqdan sonra da bu məlumatları sonuncuya təqdim etməmiş, əsassız olaraq müddət bitdikdən sonra sifariş məktubunu icra edilmədən icra şöbəsinə qaytarmışdır. Yəni iddiaçı təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə müqavilənin bağlanması üçün üzərinə düşən v əzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.

17. Beləliklə, məhkəmə işin faktiki hallarını MM-in 324.4, 407.1, 407.2, 408.1, 408.3, 409.1, 409.2, 409.7, 409.8, 414 və 415.7-ci maddələrinin və «İpoteka haqqında» Qanunun 42.4 və 42.6-cı maddələrinin tələbləri baxımından qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, hərracın nəticələri barədə protokol və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs F.Mehtiyev apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2-2(103)-9/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisəni “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələbləri baxımından düzgün həll etməmişdir.

21. İşdəki sübutlara əsasən həmin məhkəmə müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 2019-cu il 30 may tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən üçüncü şəxs F.Mehtiyevin mülk iyyətində olan 7 saylı mənzilinin açıq hərracda satışı üçün cavabdeh sifariş verilmiş, 2020-ci il 28 sentyabr tarixində 1-ci hərrac, 2020-ci il 12 oktyabr tarixində 2-ci hərrac keçirilmiş, əmlak hərracda satılmadığından hərraclar baş tutmamış elan edilmiş, bu barədə 2020-ci il 14 oktyabr tarixində elan dərc edilmiş və əmlak ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 38.250 manata iddiaçı BOKT-a təklif edilmiş, iddiaçının bu əmlakı 2020-ci il 15 noyabr tarixinədək əldə etmək hüququ olmuşdur. 22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 14 dekabr qərardadında qeyd edilmişdir ki, “təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır....“İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər...

23. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hə rracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmu ş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.”

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 14 dekabr qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə 43.7-1-ci maddədə nəzərdə tutulmuş, təkrar hərrac baş tutmadıqda ipotekasaxlayanın ipoteka predmetini əldə etməsi üçün 30 günlük müddət kəsici müddət olmaqla müddətin axımı təkrar hərracın baş tutmadığı elan edildiyi vaxtdan başlayır və ipotekasaxlayanın ipoteka predmetinin əldə edilməsinə iradə ifadəsi hər hansı bir təklif məktubu nun cavablandırılmasında deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalamansına nail olmaq üçün aktiv hərəkətlərin edilməsində ifadə olunur.

25. Hazırkı halda iddiaçı F.Mehtiyevin mülkiyyətində olan 7 saylı mənzilin satışı üçün 2020-ci il 12 oktyabr tarixində keçrilmiş İİ hərracın baş tutumaması barədə elan dərc edildiyi tarixdən 30 təqvim günü ərzində əmlakın əldə edilməsi məqsədilə təklifə cavab məktubundan başqa hər hansı hərəkət etdiyini (ödənişin edilməsi üçün hesabın tələb edilməsi və s) iddia etmir və bu məktubu göndərməklə, yəni tələbkar kimi ipoteka predmetini əldə etməyə iradə ifadəsi olduğunu bildirməklə öz vəzifəsini bitmiş hesab edir.

26. Cavabdehin isə bu müddət ərzində yekun protokolun imzalanmasında əsassız imtina etməsi və yaxud yayınması halı işin materialları ilə təsdiq edilmir. Cavabdehin işdəki 2021-ci il 15 aprel tarixli məktubunun məzmunundan aydın olur ki, xidmət haqqının ödənilməsi barədə hesab faktura iddiaçı tərəfindən tələb edilmədiyi üçün tələbkara təqdim edilməmiş, bu səbəbdən əmlak əldə edilməmişdir.

27. İddiaçının 2020-ci il 20 dekabr tarixli pretenziya məktubunun məzmunundan görünür ki, yalnız həmin tarixdə iddiaçı cavabdehə müraciət edərək hərracın xidmət haqqının ödənilməsi üçün hesab fakturanın təqdim edilməsini xahiş etmişdir.

28. Göründüyü kimi, iddiaçı ipoteka predmetini əldə etmək üçün qanunla nəzərdə 30 günlük müddəti ötürdüyündən iddia tələbinin təmin edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən olunmur.

29. Məhkəmə bu nət icəyə gələrkən eyni zamanda nəzərə almışdır ki, iddiaçının cavabdehə ünvanladığı 2020-ci il 30 oktyabr tarixli, 1572/HO-OUT saylı məktubun həqiqətən cavabdehə təqdim edildiyi əsaslı şübhədən kənar sübutlarla təsdiq edilmir. Belə ki, cavabdeh işdəki 2021-ci il 15 aprel tarixli məktubunda iddiaçının təklifə cavab məktubunun cavabdehə 2020-ci il 2 noyabr tarixində daxil olduğunu qeyd etsə də, X3 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 2020-ci il 19 noyabr tarixli məktubunda bu barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan əlavə iddiaçının 2020-ci il 30 oktyabr tarixli məktubunun sürətli poçt xidməti tərəfindən çatdıtılmasının təsdiqi barədə iddiaçı tərəfindən təsdiq edilmiş qəbzin surətindən görünür ki, sənədin çatdırılma tarixinin üzərində düzəliş edilməklə “2020-ci il 2 noyabr” qeyd edilmişdir.

30. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tərəfindən cavabdehə iddiaçının qeyd edilən məktubunun həqiqətən 2020-ci il 2 noyabr tarixində Hərrac Mərkəzinə daxil olduğunun təsdiq edilməsi üçün müvafiq qeydiyyat kitabının təqdim edilməsi barədə sorğu verilmiş, Hərrac Mərkəzi qeydiyyat kitabını baxış keçirilməsi üçün təqdim etmək əvəzinə məhkəməyə kitabdan çıxarış adlı özü tərəfindən tərtib edilmiş sənəd göndərmişdir.

31. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsaslı olduğunu mötəbər sübutlarla təsdiq edə bilmədi yindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair iş üzrə gəldiyi nəticə əsassız hesab edilir.

32. Məhkəmə gəddiyi nəticəni MM-in 324.4, 414-cü, “İpoteka haqqında” Qanunun 42.4, 42.6, 43.1- 43.7, 43.7-1, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 14 dekabr qərardadına, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 407.1 və 409.1- ci maddələri pozulmuşdur-cavabdehin 2020-ci təqvim ilində “Daxil olan məktubların Qeydiyyat Jurnalı”ndan 2023-cü il 6 aprel tarixli Çıxarışı və 25 saylı Vəkil Bürosuna ünvanlandığı 2021-ci il 15 aprel tarixli məktubun təsdiq edilmiş surətindən aydın görünür ki, ipoteka predmetinin 38.250 manata balansa qəbul olunması barədə təklifin qəbul olunması və hərrac xərclərinin ödənilməsinə razılıq barədə iddiaçının cavab məktubu hərrac təşkilatçısı həqiqətən 2020-ci il 2 noyabr tarixində alıb. Lakin 2021-ci il 15 aprel tarixli məktubda da aydın göstərildiyi kimi “qeyd olunan əmlakla bağlı xidmət haqqının (hərracın predmetinin ilkin satış qiymətinin 5%-i həcmində hərrac xərcinin) ödənilməsi üçün hesab-faktura iddiaçı tərəfindən hərrac təşkilatından tələb olunmadığından tələbkara təqdim edilməmiş, b u səbəbdən tələbkar həmin əmlakı tələb etməmiş və hərrac sifarişi 2020-ci il 19 noyabr tarixli məktubla sifarişin icrasını yekunlaşdırmaq məqsədi ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. MM-in 405-ci maddəsinə uyğun olaraq hərrac təşkilatçısı olan cavabdehin ipoteka predmeti olan əmlakın balansa qəbul edilməsinə dair təklifinin iddiaçı tərəfindən qəbul edilməsi ilə tərəflər arasındakı müqavilə bağlanmış hesab olunur. MM-in 407.1-ci maddəsinə əsasən “Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır”. Həmin Məcəllənin 409.1-ci maddəsinə görə “Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır”. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin yuxarıda qeyd edilən 2020-ci il 2 oktyabr tarixli təklifini mü qavilə bağlamaq barədə oferta, iddiaçının həmin təklifə dair 2020-ci il 15 oktyabr tarixli cavab məktubunu isə ofertanın aksepti kimi qiymətləndirməli və müqaviləni bağlanmış hesab etməli olduğu halda bunu etməyib, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozub və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsi pozulmuşdur- müqavilə və ya mülki qanunvericilklə hərracın yekunlarına dair Protokolun bağlanması üçün ipotekasaxlayanın daha nə etməli olduğu, lakin etmədiyini məhkəmə qeyd etməmiş, bununla da qətnaməni əsaslandırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, “yayınma” aktiv hərəkətdə yox, hərəkətsizlikdə ifadə olunur və 30 təqvim günü ərzində Protokol imzalanması üçün tərtib və təqdim edilmə mişdir. Məhkəmə həmçinin “hərracın yekunlarına dair Protokol”un bağlanması üçün ipotekasaxlayanın xidmət haqqını ödəməli olduğuna dair gəldiyi nəticəni məhz hansı qanun və ya müqavilə norması ilə bağlı olduğunu əsaslandırmamışdır. Məhkəmə cavabdehin Sabunçu İcra Şöbəsinə ünvanladığı 2020-ci il 19 noyabr tarixli məktubunu cavabdehin 2021-ci il 15 aprel tarixli məktubundan və cavabdehin 2020-ci təqvim ilində “Daxil olan məktubların Qeydiyyat Jurnalı”ndan 2023-cü il 6 aprel tarixli Çıxarışından daha etibarlı sübut kimi qəbul etmiş, lakin bu mövqeyini əsaslandırmamışdır. İddiaçı ipoteka predmetinin balansa qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədən, həmin təklifin qəbul edilməsi barədə 2020-ci il 30 oktyabr tarixli, 1572/HO-out nömrəli məktubla (məktub 2020-ci il 2 noyabr ta rixində hərrac təşkilatçısı tərəfindən alınıb) hərrac təşkilatına müsbət cavab verməsi faktı işdə olan aşağıdakı sübutlarla təsdiq olunur: cavabdehin 2020-ci təqvim ilində “Daxil olan məktubların Qeydiyyat Jurnalı”ndan 2023-cü il 6 aprel tarixli Çıxarış və 25 nömrəli Vəkil Bürosuna ünvanlanmış 2021-ci il 15 aprel tarixli 01/1047 saylı məktubla sübut olunur. Apellyasiya instansiyasıməhkəməsi yuxarıda qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verməmiş və “İpoteka haqqında” qanunun 43.7-1-ci maddəsini tətbiq etməməli olduğu halda tətbiq etmiş və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur.

36. MPM-nin 88-ci maddəsi pozulmuşdur- apellyasiya məhkəməsi işdə olan sübutlara (ipoteka saxlayanın 2020-ci il 30 oktyabr tarixli məktubu, "xxxx" MMC kuryer şirkətinin 255039 nömrəli Qaiməsi) düzgün qiymət verməmiş, cavabdehin 25 nömrəli Vəkil Bürosuna ünvanladığı 2021-ci il 15 aprel tarixli 01/1047 saylı məktubu məhkəmə iclasında araşdırılsa da, məhkəmə tərəfindən ona sübut kimi ümumiyyətlə hüquqi qiymət verilməmiş və bunun səbəbləri qətnamədə əsaslandırılmamışdır. Məhkəmə cavabdehin Sabunçu İcra Şöbəsinə ünvanlanmış 2020-ci il 19 noyabr tarixli məktubunun F.Mehtiyevə əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsini digər sübutlardan daha üstün tutmuş, faktiki olaraq ona əsaslanıb, lakin iddiaçının təqdim etdiyi sübutlarla müqayisədə onun üstün götürülməsinin səbəblərini əsaslandırmamışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 de kabr tarixli, 04/2022 saylı Qərardadındakı hüquqi mövqe nəzərə alınmamışdırişin materiallarında olan sübutlardan və qətnamənin məzmunundan görünür ki, ipotekasaxalayan ipoteka predmetini əldə etməsi üçün qanunla nəzərdə tutulan 30 təqvim günü ərzində cavabdehə müraciət edərək protokolu qanunla müəyyən edilmiş şərtlər daxilində imzalamağa və bununla bağlı olan bütün xərcləri ödəməyə razı olduğunu bildirmiş, lakin cavabdeh tərəfindən hərrac xərcinin ödənilməsi üçün hesab-faktura nə elektron kargüzarlıq sistemi ilə, nə də birbaşa kağız formatında iddiaçıya təqdim edilməmiş, müvafiq olaraq həmçinin hərrac nəticələrinə dair Protokol da tərtib və təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Üçüncü şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildir mişdir ki, birinci hərrac 2020-ci il 30 mart tarixinə təyin edilmiş, həmin hərrac baş tutmamışdır. Daha sonra ikinci hərrac 2020-ci il 12 oktyabr tarixinə təyin edilmiş, həmin hərrac da baş tutmamışdır. Hərracın baş tutmaması barədə “Birja Yenilikləri’ qəzetinin 2020-ci il 14 oktyabr tarixli 218 nömrəli buraxılışında elan dərc olunmuşdur. Bundan sonra Hərrac Mərkəzi 2020-ci il 15 oktyabr tarixində iddiaçıya “ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38.250 manat olmaqla ipoteka saxlayan iddiaçıya təklif olunur“. Hərrac Mərkəzi, 2020-ci il 15 oktyabr tarixli məktubun əlavə nüsxələrini həm ipoteka qoyan F.Mehtiyevə, həm də Sabunçu Rayon İcra Şöbəsinə göndərmişdir. Bundan başqa, “Birja yenilikləri" qəzetinin 2020-ci il 14 oktyabr tarixli 218 nömrəli buraxılışından çıxarışdan görünür ki, 7 saylı mənziə dair keçirilmiş hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Lakin ipoteka saxlayan iddiaçı təkrar hərrac baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetinin əldə olunması barədə ipoteka saxlayan iddiaçı və Hərrac Mərkəzi protokol imzalamamışlar. İddiaçı İpoteka predmetinin əldə edilməsi ilə bağlı protokol imzalamadığına görə, Hərrac Mərkəzi 2020-ci il 19 noyabr tarixli məktubla icra məmurunun sifariş məktubunu icrasının yekunlaşdırılması məqsədi ilə Sabunçu Rayon İcra Şöbəsinə qaytarmış, həmin məktubun surətləri ipoteka saxlayan iddiaçıya və ipoteka qoyan F.Mehtiyevə göndərilmişdir. İpoteka predme ti olan 7 nömrəli mənzilin əldə olunması barədə Hərrac Mərkəzinin təklifindən sonra tərəflər arasında yekun protokol (alqı-satqı müqaviləsi) imzalanmaması, həmçinin həmin təklifə iddiaçının hər hansı münasibət bildirməməsi Hərrac Mərkəzinin F.Mehtiyevə ünvanladığı 2021-ci il 15 aprel tarixli 19/1047 №li məktubunda da öz təsdiqini tapmışdır. İpoteka predmetini qanunla müəyyən edilmiş müddət ərzində əldə etməyən və bununla da mənzilin əldən çıxdığını görən iddiaçı, mənzili məhkəmə yolu ilə əldə etmək qərarına gəlmiş və bu istiqamətdə saxtakarlığa əl atmaqdan belə çəkinməmişdir. Belə ki, MMC, cavabdehə qarşı “hərracın yekunu üzrə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması tələbi barədə" Bakı Kommersiya Məhkəməsində İddia qaldırmışdır (№ 057,xx.xx.2021-ci il).Həmin kommersiya i şi üzrə iddiaçı məhkəməyə guya cavabdehə ünvanlandığı 1572HO-OUT nömrəli 2020-ci il 30 oktyabr tarixli məktubunu təqdim edərək, bildirmişdir ki, guya MMC tərəfindən Hərrac Mərkəzinin təklif məktubuna cavab verilmiş və bu cavabda mənzili almaq təklifim qəbul etmişdir. BOKT MMC-nin bildirdiyinə görə x6 mənzillə bağlı xidmət haqqının hesab fakturasını təqdim etmədiyinə görə, onlar arasında hərracın yekunları üzrə protokol imzalanmamışdır. Sözügedən işə baxmış Bakı Kommersiya Məhkəməsi, Hərrac Mərkəzinin 2020-ci il 15 oktyabr tarixli məktubunu - “oferta", iddiaçının 2020-ci il 30 oktyabr tarixli məktubunu (həmin məktubun saxta olmadığı, sonradan tərtib olunmadığı qəbul edilsə belə) isə "aksept" kimi qəbul edərək, hesab etmişdir ki, Hərrac Mərkəzi iddiaçının məktubuna cavab vermədiyi üçün ipote ka predmetinin qəbulu üçün qanunla müəyyən edilmiş 30 günlük müddət əsassız olaraq bitmişdir. Lakin cavabdehin 2020-ci il 15 oktyabr tarixli məktubu - “oferta", iddiaçının 2020-ci il 30 oktyabr tarixli məktubu (həmin məktubun saxta olmadığı, sonradan tərtib olunmadığı qəbul edilsə belə) isə “aksept» hesab edilə bilməz. Kassasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndi rilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

324. Əqd anlayışı və onun növləri... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notar ial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Maddə

408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.... 408.3. Oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır....” “Maddə

409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2. Əgər oferent aksep t üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər.... 409.7. Əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. 409.8. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun....” “Maddə

414. Müqavilənin hərracda bağlanması 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və y a əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. “Maddə

415. Hərracın təşkili və keçirilmə qaydası... 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə 42.Hərracın keçirilmə qaydası... 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.... 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. P rotokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur....” “Maddə 43.Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü m addələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilki n satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az o lmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il 14 dekabr qərardadında qeyd edilm işdir ki: 43.7-1-ci maddədə nəzərdə tutulmuş, təkrar hərrac baş tutmadıqda ipotekasaxlayanın ipoteka predmetini əldə etməsi üçün 30 günlük müddət kəsici müddət olmaqla müddətin axımı təkrar hərracın baş tutmadığı elan edildiyi vaxtdan başlayır və ipotekasaxlayanın ipoteka predmetinin əldə edilməsinə iradə ifadəsi hər hansı bir təklif məktubunun cavablandırılmasında deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalamansına nail olmaq üçün aktiv hərəkətlərin edilməsində ifadə olunur.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiy a Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 47. “...ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.... İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanm asını nəzərdə tutmuşdur.... Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/202 2 nömrəli qərardadı).

48. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi prosedurdur və qanunvericiliyin tələbinə görə təkrar hərracın baş tutmaması barədə elan hərrac təşkilatı tərəfindən dərc edildikdən sonra 30 gün müddətində ipoteka predmeti olan əmlak ipoteka saxlayan tərəfindən əldə edilməlidir. Bu zaman əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsinə dair qanunvericilikdə tələb nəzərdə tutulmamışdır.

49. Baxılan iş üzrə hərrac təşkilatı 2020-ci il 14 oktyabr tarixində ikinci hərracın baş tutmaması barədə elan dərc etdirmiş və növbəti gündən başlayaraq 30 təq vim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatı arasında ipoteka predmeti olan əmlakın əldə edilməsi ilə bağlı müqavilə qüvvəli protokol imzalanmamışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı qanunvericilikdə müəyyən olunmuş 30 günlük müddət ərzində protokolun imzalanması ilə bağlı bütün zəruri tədbirləri görməmiş, o cümlədən, cavabdeh ipoteka predmetinin əldə olunması barədə təklifində hərracla bağlı xidmət haqqının ödənilməsindən sonra protokolun tərtib olunacağını bildirsə də, iddiaçı xidmət haqqının ödənilməsi ilə bağlı hesab-fakturanın təqdim edilməsi üçün cavabdehə yalnız 2020-ci il 20 dekabr tarixində, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müraciət etmişdir.

50. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehin protokolun imzalanmasından əsassız imt ina etməsinə dair hər hansı dəlilə istinad etməmiş, o cümlədən cavabdehin yekun protokolun imzalanmasından əsassız imtina etməsi və yaxud yayınması halları məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin “iddiaçının ipoteka predmetini əldə etmək üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürməsi səbəbindən iddia tələbinin təmin edilməsi üçün qanuni əsasların mövcud olmamasına dair” nəticəsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə və həmin maddə ilə bağlı qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

51. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

53. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli, 22(103)-9/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov Ə.A.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar