Məhkəmə qərarları › İş №2-2(102)-447/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-447/2023

18.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-447/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Əli oğluna qarşı iş üzrə QƏRAR Açar sözlər: sənədlərin təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əli oğluna qarşı “maliyyə fəaliyyəti barədə hesabatın təqdim olunması və auditin keçirilməsinin təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(103)-419 /2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh1 MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X4 Qeydiyyatı İdarəsi tərəfindən 2010-cu il 29 mart tarixində dövlət qeydiyyatına alınmışdır. Təsisçiləri 10 faiz paya sahib İddiaçı MMC və 90 faiz paya sahib Cavabdeh2 Əli oğludur. Sonuncu eyni zamanda qanuni təmsilçidir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin həmtəsisçisi Cavabdeh2 Əli oğluna “səhmdarların ümumi yığıncağının çağırılması barədə” 2021-ci il 25 iyun tarixli bildiriş göndərilərək, 2021-ci il 26 iyul tarixində Cavabdeh1 MMC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyi bildirilmiş və gündəliyə cəmiyyətin icra orqanının rəhbərinin fəaliyyəti barədə hesabatın, 2010-cu ildən bu günə qədər cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatlarının yoxlanılması üçün auditin cəlb edilməsi, cəmiyyətdə 2010-cu ildən bu günə qədər qanunvericiliyə uyğun mənfəətin və zərərin hesablanması, cəmiyyətin mənfəətinin təsisçilər arasında bölüşdürülməsi vəziyyəti, cari və təşkilatı məsələlərin daxil olunduğu qeyd edilmişdir.

3. Cavabdeh1 MMC tərəfindən 2021-ci il 13 iyul tarixli, 71 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi 10 faiz səsə malik iştirakçıya yığıncaq çağırmaq hüququ deyil, onun çağırılmasını icra orqanından tələb etmək hüququ vermişdir. Növbədənkənar yığıncaq isə bu tələbə əsasən yalnız icra orqanı tərəfindən çağırılır. Beləliklə, vaxtını, yerini, gündəliyini müəyyən e tməklə tərəfinizdən yığıncaq çağırılması həmin Məcəllənin 91.1.3-cü maddəsinə ziddir, belə hüququnuz yoxdur. Yığıncağın çağırılmasını icra orqanından tələb etmək hüququnuz vardır. Digər tərəfdən, cəmiyyətin təkbaşçı icra orqanı olan prezidenti Cavabdeh2 Əli oğlu Azərbaycan Respublikası hüdudlarından kənardadır və səhhəti ilə əlaqədar geri səfər etmək imkanı hələlik yoxdur. Bu səbəbdən, cəmiyyətin Prezidenti Azərbaycan Respublikasına gələnədək yığıncağın çağırılması mümkün deyil və qanuna əsasən belə səlahiyyəti olan şəxs yoxdur. Cavabdeh1 MMC-nin Nizamnaməsinin 9.1.7-ci bəndinə əsasən, yığıncaq 100 faiz səsə malik iştirakçılar iştirak etdikdə səlahiyyətli sayılır. Cəmiyyətdə 90 faiz səsə Cavabdeh2 malik olduğunu nəzərə alaraq, onun iştirakı olmadan keçirilən istənilən yığıncaq səlahiyyətli olmayacaq.

4. İddiaçı MMC tərəfindən 2021-ci il 2 avqust tarixli, X/007/2 nömrəli məktubla Cavabdeh1 MMC-yə müraciət edilərək, təcili olaraq Cavabdeh1 MMC-nin təsis olunduğu 2010-cu il 29 mart tarixindən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) təqdim edilməsi və cəmiyyətin təsis olunduğu tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin olunması xahiş edilmişdir.

5. Cavabdeh1 MMC-nin əməkdaşları tərəfindən MMC-nin təsisçisi Cavabdeh2 Əli oğluna müraciət ünvanlanaraq, əməkdaşların 2.200.000 manatdan çox məbləğdə (hər gün artan məbləğ) ödənilməmiş və aylarla gecikdirilmiş əmək haqlarının və dəymiş mənəvi ziyanın ödənilməsinin təmin olunmasınd a köməklik olunması xahiş edilmiş, müraciətdə gecikmələrin səbəbi olaraq göstərilmişdir ki, rəhbərliyin göstərişi ilə layihələrə yönəldilmiş texnikaların fəaliyyətindən gələn gəlir ancaq həmin layihə üçün işə qəbul olunmuş işçilərin əmək haqlarının ödənilməsinə, yerdə qalan qismi isə həmin layihəyə rəhbərlik tərəfindən təyin edilmiş səlahiyyətli şəxs tərəfindən rəhbərliyin göstərişi ilə fərqli istiqamətə yönəldilmiş, şirkət rəhbərinin göstərişi ilə şirkət balansında olan yük maşınları şirkət adından çıxarılaraq digər şirkət və ya fiziki şəxs adına rəsmiləşdirilmiş, Şirkətə məxsus ərazilərdən (fərqli regionlardakı asfalt və çınqıl zavodları) yığılan mal və materiallar (generator, çənlər, tikinti armaturları, konteynerlər, təmirə ehtiyacı olan yük maşınları və texnikalar) şirkət rəhbərinin göstərişi adı ilə Cavabdeh1 MMC-də heç bir rəsmi vəzifədə işləməyən şəxs tərəfindən metal satışı adı ilə çıxarılmış, ancaq şirkətə rəsmi olaraq heç bir vəsait mədaxil olunmamışdır.

6. Həmçinin, həmin müraciətdə qeyd olunmuşdur ki, rəhbərliyin göstərişi ilə yuxarıda qeyd olunan işlərdə bilavasitə və ya dolayısı ilə əlaqəli şəxslər, məsuliyyətdən yayınmaq üçün yaxın keçmişdə öz xahişləri ilə tutduqları vəzifədən azad olmuşlar. Bu an üçün şirkət işçiləri yaranmış əmək haqqı və digər əlaqəli problemlərlə bağlı sual verə biləcəkləri heç bir məsul və səlahiyyətli şəxs tapa bilmirlər. Son haqq hesablar fevral 2022-ci il tarixindən gecikir və qeyd olunan son haqq hesabların ödənilməsi ilə bağlı rəhbərlik tərəfindən vəsait ayrılmır. Şirkət rəhbəri əmək haqqı ödənişlərindən başqa, təchizatçı şirkət lər qarşısında götürülmüş öhdəliklər və ödənişlərin icrasından yayınır. Şirkət balansında olan yük maşını və texnikalarının satılaraq şirkət rəhbərinin göstərişi adı ilə fərqli ödənişlərin edilməsi üçün xərclənib. Şirkət əməkdaşlarının əmək haqqı ilə bağlı yaranmış problemin cavablandırılması üçün səlahiyyətli şəxs tapılmır, ancaq ölkə xaricində olan şirkət səhmdarının göstərişinə əsasən şirkətə məxsus zavodlar başqa şirkət və ya fiziki şəxslərə icarəyə verilir.

7. İddiaçı MMC tərəfindən 2021-ci il 2 avqust tarixli, X/007/2 nömrəli məktubla Cavabdeh1 MMC-yə müraciət edilərək, Cavabdeh1 MMC-nin təsis olunduğu 2010-cu il 29 mart tarixindən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın təsdiqedici sənədlərlə birlikdə təqdim edilməsi və cəmiyyətin təsis olunduğu tarixdən hazırk i tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin olunması xahiş edilmişdir. 8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 26 avqust tarixli arayışdan görünür ki, Cavabdeh2 Əli oğlu və Cavabdeh1 MMC sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra- “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Əli oğluna (bundan sonra-“cavabdehlər”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-nin təsis edildiyi 2010-cu il 29 mart tarixindən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesa batın təsdiqedici sənədlərlə birlikdə iddiaçıya təqdim olunması, Cavabdeh1 MMC-nin təsis edildiyi tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair iddiaçının vəsaiti hesabına təyin olunmuş auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia ərizəsi və iddia tələbinin hüquqi əsaslarının dəqiqləşdirilməsi barədə 2022ci il 19 oktyabr tarixində təqdim olunmuş ərizədə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC birgə təsisçilik əsasında, iddiaçı nizamnamə kapitalındakı payların 10 faizi, Cavabdeh2 isə nizamnamə kapitalındakı payların 90 faiz hissəsinə sahib olmaqla təsis edilərək, 2010-cu il 29 mart tarixində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 MMC faktiki olaraq 2010-cu ildən, f əaliyyət göstərməsinə baxmayaraq, bu günədək təsisçilərin ümumi yığıncağı keçirilməmiş, ümumi yığıncaq keçiriləcəyi barədə bildiriş təsisçi qismində iddiaçıya təqdim edilməmişdir. O cümlədən, cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün də audit yoxlaması keçirilməmişdir. Bu illər ərzində cəmiyyətin fəaliyyət göstərməsinə, balansında kifayət yüzlərlə texnikanın olmasına, illik dövriyyəsinin yüz minlərlə ölçülməsinə baxmayaraq, həmtəsisçi qismində iddiaçıya bu günədək gəlirdən hər hansı pay ödənilməmişdir.

11. Cavabdeh1 MMC-nin təsdiq edilmiş Nizamnaməsinin 9.4.2-ci maddəsinə əsasən, cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlaması hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlaması həmin yoxlamanı tələb edən iştirakçının hesabı na aparılır. Cavabdeh1 MMC-nin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək kimi müstəsna səlahiyyətlərə malik olan ümumi yığıncaq Nizamnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) imperativ tələblərinə əsasən ildə bir dəfədən az olmayaraq çağırılmalı olduğu halda 13 ildir ki, çağırılmamış, cəmiyyətin mənfəəti barədə həmtəsisçi kimi onlara heç bir məlumat verilməmiş və əldə edilmiş mənfəət bölüşdürülməmişdir. Bundan əlavə, Nizamnamənin 9.4.1-ci maddəsinə əsasən, hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb edilməli olduğu ha lda 13 ildir ki, heç bir audit yoxlaması keçirilməmişdir.

12. İddia tələbinin hüquqi əsası kimi MM-in 64.3, 64.5, 65, 87.1, 90-1.1, 90-1.2, 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.1-4, 91.4,-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 1-ci maddəsinin qeyd hissəsinə, 2.1, 4.1, 4.2, 24.2, 26.1, 26.2-ci maddələrinə istinad olunmuşdur.

13. Cavabdehlər iddiaya etiraz etmiş və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, 2010-2018-cı maliyyə illəri üzrə olan hissəsi ilə bağlı iddia müddətini tətbiq olunması və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

14. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, məlumatların və auditin keçirilməsinin onlardan tələb olunması barədə qanunla m üəyyən olunmuş müddətlər ötürüldüyündən iddia rədd edilməlidir. Cavabdeh1 MMC-nin rəhbəri iddiaçının təsis edildiyi, yəni 2010-cu il 29 mart tarixindən 2017-cı il 22 dekabr tarixinədək eyni zamanda iddiaçının da rəhbəri olmuşdur. Həmin dövrlər üzrə nəzarət bir şəxsdə olduğundan həmin sənədlərin tərtib edilməsi, ümumi yığıncağın keçirilməsi, bildirişin göndərilməsi, audit yoxlamasının keçirilməsi və sair bu kimi tədbirlərin görülməsi tələb edilmədiyindən, zərurət olmadığından sənədlərin tərtib olunması və ya yoxlanışın keçirilməsi məqsədilə müvafiq hesab edilməmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli, e-2-2(113)183/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin təsis olunduğu 2010-cu il 29 mart tarixindən hazırki tarixədək (2022-ci il daxi l olmaqla) maliyyə fəaliyyəti barədə hesabatın tanış olması üçün iddiaçıya təqdim edilməsi və iddiaçının vəsaiti hesabına auditin keçirilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması qət edilmişdir (hakim İ.Əhmədov).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə rəsmi şəkildə müraciət edilərək, Cavabdeh1 MMC-nin təsis olunduğu, yəni 2010-cu il tarixindən maliyyə fəaliyyəti barədə ətraflı hesabatın təsdiqedici sənədlərlə birlikdə təqdim edilməsi və cəmiyyətin təsis olunduğu tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair iddiaçının vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin olunması xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər dəfə imtina cavabı verilmiş və cəmiyyətdə 90 faiz səsə ma lik Cavabdeh2 iştirakı olmadan keçirilən istənilən yığıncağın səlahiyyətli olmayacağı billdirilmişdir. Bununla da Cavabdeh1 MMC 10 faiz paya malik olmasına baxmayaraq iddiaçı nəinki 2010-cu ildən cəmiyyətin fəaliyyətində iştirak etmiş, həmçinin cəmiyyətin fəaliyyətinə dair adi sənədləri əldə edə bilməmişdir.

17. MM-in 65.1.2-ci maddəsində qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “sənədləri ilə tanış ola bilər” ifadələri təkcə dar mənada məlumatlarla və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlərin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul olunmalıdır. Bununla bağlı əks yanaşma cəmiyyət in iştirakçılarının hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər.

18. İddiaçının tələbinin digər hissəsi- auditin keçirilməsinin iddiaçının vəsaiti hesabına təmin edilməsinə münasibətdə isə məhkəmə göstərmişdir ki, MM-in 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil kənar audit cəlb etməlidir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

19. Cavabdeh1 M MC-nin Nizamnaməsinin 9.4.1-ci bəndinə əsasən, cəmiyyət MMCnin illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar kənar audit cəlb etməlidir. Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlaması hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlaması həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydası qanunvericilik və ümumi yığıncağın müəyyən etdiyi qərarlara əsasən müəyyənləşdirilir (Nizamnamənin 9.4.1-9.4.3-cü bəndləri).

20. İddiaçı tərəfindən 2010-cu il tarixindən etibarən cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatlarının yoxlanılması məqsədilə auditin cəlb edilməsi məqsədilə ümumi yığıncağın keçiri lməsi barədə 2021-ci il 25 iyun tarixli məktubla cavabdehlərə müraciət olunsa da, cavabdeh tərəfindən onun bu hüququ hüququ təmin edilməmiş, ümumiyyətlə imtina cavabı verilmişdir. Halbuki, qanunvericiliyin göstərişlərinə müvafiq olaraq cəmiyyətin nizamnaməsində müəyyən olunmuş qaydalara əsasən iddiaçının öz hesabına auditor yoxlanışının həyata keçirilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur.

21. Cavabdehlərin nümayəndəsi tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf MMin 373.3-cü maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir. Həmin normaya əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli tələblər üzrə iddia müddəti üç ildir. Lakin qanunvericilikdə maliyyə fəaliyyəti barədə sənədlərlə tanış olunması və auditor yoxlanışının keçirilməsinin tələb edilməsi öhdəlik yox, hüquq kimi nəzərdə tutulmuşdur. Odur ki, vaxtaşırı öhdəliklərlə bağlı 3 illik iddia müddəti hazırki iş üzrə tətbiq oluna bilməz.

22. Bundan əlavə, cavabdeh ərizəsində bildirilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Cavabdeh2 2010-cu il 29 mart tarixindən 2017-ci il 22 dekabr tarixinədək eyni zamanda iddiaçının də rəhbəri olduğundan, sənədlərin tərtib edilməsi və ya yoxlanışın keçirilməsi məqsədəmüvafiq hesab olunmamışdır. Bu hissədə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki tələb mülki hüquq münasibətinin subyekti olaraq Cavabdeh2 deyil, hüquqi şəxs və onun adından çıxış edən şəxsə yönəlmişdir. Odur ki, ərizədə göstərilən hallar əsassız o lmuşdur.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 49.4, 49.6, 65.1.2, 373.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

24. Cavabdehlər tərəfindən həmin qətnamədən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli, 2-2(103)-419/2023 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallara əsasən birinci iddia tələblərinin qanuni əsasını MM-in 65.1.2-ci maddəsi təşkil etmişdir. Həmin maddədə qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “sənədləri ilə tanış ola bilər” ifadələri təkcə dar mənada məlumatlarla və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlə rin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul olunmalıdır. Bununla bağlı əks yanaşma cəmiyyətin iştirakçılarının hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər.

27. Bu baxımdan, iddiaçı MM-in 65.1.2-ci maddəsinin tələblərinə əsasən, cavabdehlər tərəfindən iddia ərizəsində qeyd olunan cəmiyyətin fəaliyyətinə dair sənədlərin ona təqdim olunmasını tələb etməkdə haqlı olmuşdur.

28. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələblərinin qanuni əsasını isə MM-in 91.4-cü maddəsi təşkil etmişdir və həmin maddənin məzmunundan görünür ki, qanunverici cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılmasının 2 qaydada, yəni qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirildiyi qaydada nəzərdə tutmuşdur.

29. Cavabdeh1 MMC -nin Nizamnaməsinin 9.1.1-ci bəndinə əsasən, cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə filial və nümayəndəliklər də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik nəticələrini, auditor rəy və hesabatlarını təsdiq etmək, zərərlərin ödənilməsi qaydasını müəyyən etmək aiddir. Cəmiyyət məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil kənar audit cəlb etməlidir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarını n aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir (Nizamnamənin 9.1.2.6, 9.4-cü bəndləri).

30. Cəmiyyətin Nizamnaməsində auditor yoxlanışlarının aparılması qaydası MM-in 91.4-cü maddəsinin tələbləri ilə eyni qaydada müəyyən edilmişdir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Həmin maddədə qeyd olunan “iştirakçının tələbi ilə də aparıla bilər” ifadəsi təkcə dar mənada (auditor yoxlanışı ilə bağlı tələb irəli sürmək, pretenziya vermək və s.) kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, auditor yoxlanışının keçirilməsi ilə bağlı aktiv hərəkətlər (auditor yoxlanışını təşkil etmək, auditorla müqavilə bağlamaq və s.) kimi qəbul edilməlidir. Qanunverici həmin cümlədən sonra bu ha lda auditor yoxlanışının həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılmasını qeyd etmişdir.

31. Hazırki işdə də iddiaçı cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışının onun öz hesabına aparılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən onun bu hüququ təmin edilməmiş, ümumiyyətlə imtina cavabı verilmişdir. Bununla da, iddiaçının MM-in 91.4-cü maddəsində təsbit olunmuş hüquqları pozulmuşdur. Ona görə də, iddiaçı onun öz vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

32. Eyni zamanda, cavabdehlər tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiq edilməsi barədə ərizə də əsassız olmuşdur. Belə ki, cavabdehlər MM-in 373.3-cü maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən vaxtaşırı icra edilməli öhdəliklər üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin qanunvericilikdə maliyyə fəaliyyəti barədə sənədlərlə tanış olunması və auditor yoxlanışının keçirilməsinin tələb edilməsi öhdəlik yox, hüquq kimi nəzərdə tutulmuşdur. Odur ki, vaxtaşırı öhdəliklərlə bağlı 3 illik iddia müddəti hazırki iş üzrə tətbiq oluna bilməz.

33. Bununla yanaşı, cəmiyyətin iştirakçısının qeyd olunan hüququnun realizə edilməsinə maneə yaradıldıqda bunun aradan qaldırılması üçün tələb irəli sürülür. Eyni zamanda, bu tələblər iddia müddətinin şamil olunmayan tələblərə aid edilməmiş, habelə həmin tələblər üzrə xüsusi iddia müddəti müəyyən olunmamışdır. Ona görə də, bu tələblərə ümumi iddia müddəti tətbiq olunur və iddianın rədd olunması üçün iddiaçı tərəfindən ümumi 10 illik iddia müddətinin ötürülməsi tələb olunur. Lakin hazırki işdə bu hal müəyyən edilməmişdir. Çünki iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (MM-in 377.1-ci maddəsi).

34. İddiaçının nümayəndəsi də öz izahatında bildirmişdir ki, 2017-ci ilədək tərəflər arasında mübahisə olmamış və həmin sənədlərin tələb olunmasına zərurət olmamışdır. Həmin ildən sonra müəyyən şübhələr yaranmış və sənədlərin təqdim olunması tələb edilmişdir.

35. Eyni zamanda, iddiaçının həmin vaxtdan əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

36. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan on il keçməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 65. 1.2, 91.4, 372.1, 372.2, 373.1, 373.3, 377.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdehlər tərəfindən həmin qətnamədən ayrı ayrılıqda verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh2 Əli oğlunun kassasiya şikayətinin dəlilləri

39. MM-in 65.1.1-65.1.4-cü maddəsinin tələbləri pozulmuşdur- apellyasiya instansiya məhkəməsi iddianın hüquqi əsası kimi MM-in qeyd olunan normalara istinad etsə də, qətnaməni işin faktiki hallarına uyğun düzgün əsaslandıra bilməmişdir. Qeyd olunduğu kimi Cavabdeh1 MMC-nin icra orqanının rəhbəri, eləcə də cəmiyyətdə 90 faiz pay sahibi Cavabdeh2 Əli oğludur. 2017-ci il 22 dekabr tarixinədək iddia çı MMC-nin icra orqanının da rəhbəri o olmuşdur. Başqa sözlə, həmin dövrədək iddiaçının cəmiyyətin fəaliyyəti, zəruri sənədlərlə tanış olması üçün əlavə bir hərəkətə ehtiyac olmamışdır.

40. İddiaçı MMC-nin yeganə pay sahibi olan təsisçisinin özünün də, həmin iddiaçı cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilməsi və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilməsi, bu əsasla da cavabdeh cəmiyyətin fəaliyyətinə dair eyni məlumatları əldə etməsi üçün maneə olmamışdır. İddiaçı tərəf cəmiyyətin bütün fəaliyyəti ilə tam məlumatlı olmuşdur. İşin tədqiq olunan faktiki hallarından da göründüyü kimi, tərəflər arasında bununla bağlı heç bir mübahisə, fikir ayrılığı da olmamışdır. Bu səbəbdən, həmin dövrdə məhkəməyə müraciət edilməmişdir.

41. MM-in 91.4-cü maddəsinin tələbi pozulmuş dur-MM-in qeyd olunan maddənin məzmunundan göründüyü kimi, cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Lakin, 10 ildən çox keçən bir müddət ərzində iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmiş, iddiaçı zərurət olmadığından bu hüququndan istifadə etməmişdir.

42. MM-in 372.1, 373.3-cü maddələrinin tələbləri pozulmuşdur- Cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil kənar audit cəlb etməlidir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Başqa sözlə, maddənin mənasına görə cəmiyyət vaxtaşırı, yəni hər il audit cəlb etməlidir, əgər bu edilmirsə, hər hansı iştirakçı da bunu cəmiyyətdən tələb edə bilər. İddia tərəfi iddia edi r ki, cəmiyyət 12 ildir fəaliyyət göstərməsinə baxmayaraq indiyədək audit keçirilməmişdir. İddiaçı 12 il ərzində hər il malik olduğu öz tələb hüququndan istifadə etməmişdir. Beləliklə, hazırki iş üzrə tərəflər arasında mübahisə vaxtaşırı (hər il) icra edilməli öhdəliklərdən yaranmışdır ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Cavabdeh hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və tərəfimizdən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edildiyindən apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz. Cavabdeh MMC-nin icra orqanının rəhbərinin hazırda müalicəsi ilə bağlı ölkə xaricində olmasından istifadə edərək iddiaçı tərəf cəmiyyətə məxsus bütün sənədlər i xüsusi təsirlə aparmışdır. Belə olan halda, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüş və buna görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz.

43. MM-in 217.1-ci və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur- məhkəmədə iddiaçının həmin dövrlərinin audit yoxlamasının keçirilməsini tələb edə bilməməsi cavabdeh tərəfindən sübutlar və faktlarla əsaslandırılsa da, məhkəmə öz mövqeyində qalaraq qanunu səhv təfsir edərək ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.

44. MM-in 386-cı maddəsinin tələbi pozulmuşdur- məhkəmə hüququn tətbiq edilməsində səhvə yol verərək iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməsinə baxmayaraq, hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunduğu halda həmin müddətin tətbiq etməyərək qanunu səhv təfsir etmiş və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir.

45. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4-cü maddəsinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişi”in tələbləri pozulmuşdur-istinad edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Başqa sözlə, qeyd olunan mühasibatlıq sənədlərinin da ha uzun müddətə, hazırda tələb edildiyi kimi 12 il müddətində saxlanması cavabdehin vəziflərinə daxil deyildir. b) Cavabdeh1 MMC kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh1 MMC-nin kassasiya şikayətinin dəlilləri Cavabdeh2 Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir (bax yuxarıda bu qərarın 39-44-cü bəndləri). c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətlərinin mümkünlüyü, kassasiya baxışının hədləri

48. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət lər mümkün hesab edilmişdir.

49. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki “Maddə

49. Hüquqi şəxs in orqanları... Məcəlləsinin müvafiq müddəalarında 49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxs lərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.... 49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaql a, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.” “Maddə

65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:... 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;...” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə... 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlaman ı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....”

52. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə m əhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyə n edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

55. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətlərinin bu qərarın 3942-ci bəndlərində göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin həmin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 26-37-ci bəndləri) və həmin qiymətləndirmənin təkrarə n qeyd edilməsinə zərurət görmür.

56. Kassasiya şikayətlərinin bu qərarın 45-ci bəndində göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, baxılan işdə iddiaçı, cavabdeh Cəmiyyətin maliyyə fəaliyyətinə dair sənədlərin təqdim edilməsi tələbinə aydınlıq gətirərək, birinci instansiya məhkəməsinə iddia tələbinə dair açıqlama və mülahizələr təqdim etmişdir. (i.v 149-150). Həmin açıqlamadan göründüyü kimi, iddiaçı on iki adda maliyyə mühasibatlıq sənədlərinin (o cümlədən balans hesabatı, illər üzrə dövriyyə qalıq sənədləri, dividend ödənişi barədə illər üzrə hesabat və s.) təqdim olunması üçün iddia qaldırmışdır.

57. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 71.4-cü maddəsi mühasibat uçotu sənədlərinin saxlanmasının minimum müddətini 5 il müəyyən etmiş, Azərba ycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişi”də isə hər bir mühasibatlıq sənədinə münasibətdə konkret saxlama müddətləri müəyyən edilmişdir. Məsələn, həmin Siyahı ilə maliyyəlşdirmə üzrə hesabatların daimi (311-ci bənd), xəzinə kitabları, dövriyyə cədvəlləri, köməkçi və nəzarət kitabları, jurnalları üçün sənədli təftiş başa çatması şərti ilə 5 il (327-ci bənd) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə sənədlərin (hesabatlar, protokollar, aktlar, haqq-hesab cədvəlləri və yazışma) 10 il, dividendlərin ödənilməsi üzrə cədvəlləri n 75 il (322-ci bənd) müddətində saxlanılması müəyyənləşdirilmişdir. Eyni zamanda, həmin Siyahının tələbinə əsasən sənədlərin saxlanılma müddətləri onların kargüzarlıqda başa çatdığı ildən sonrakı il yanvarın 1-dən hesablanmalıdır.

58. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlilləri ilə bağlı həmçinin qeyd edilməsini zəruri hesab edir ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə əsasən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən saxlama müddətinin keçməsi səbəbindən konkret olaraq hansı maliyyə sənədinin məhv edildiyini sübut etmək vəzifəsi, müvafiq sənədlərin saxlanmasına məsul şəxslər kimi cavabdeh MMC-nin, eləcə də həmin MMC-nin qanuni təmsilçisi kimi digər cavabdehin üzərinə düşür. Lakin cavabdehlərin, iddia olunan sənədlərin saxlama müddətinin keçməsi səbəbin dən məhv edilməsinə dair zəruri sübutları, işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməsi işin materiallarından müəyyən edilmir.

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir.

60. Cavabdehlərin kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya qeyd edir ki, baxılan iş üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

61. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehlərin kassasiya şikayətləri isə təmin edilməməlidir.

62. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlərin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli 22(103)-419/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Ə.A.Əhmədov K.N.Abiyeva İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar