Məhkəmə qərarları › İş №2-2(102)-448/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-448/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-448/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdehə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi və qeyriyaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 3-cü il 18 aprel tarixli 2-2(103)354/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2006-cı il 27 iyun tarixli 2653 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 110,8 m² təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən illik icarə haqqı 1.008,28 manat təşkil edir.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2007-ci il 1 mart tarixli 4776/2653 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi, 110,8 m² təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir.

3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 2021-ci il 21 oktyabr tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir.

4. Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, müqavilə üzrə Cavabdeh 2022-ci il 30 noyabr tarixinə 7.651,28 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 2022-ci il 23 avqust tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər a rasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,8 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2007-ci il 1 mart tarixli 4776/2653 nömrəli icarə müqaviləsinin (bundan sonra – “İcarə Müqaviləsi”) ləğv edilməsi, qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 6.925 manat məbləğində vəsait, həmçinin iddiaçı tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 100 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İcarə Müqaviləsi üzrə cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hazır da qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə 2022-ci il 31 avqust tarixinə dövlət büdcəsinə 6.925 manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 2021-ci il 21 oktyabr tarixli **********55 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

7. Tələbin hüquqi əsası kimi “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 13cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6-cı, “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddələrinə istinad edilmişdir.

8. Daha sonra iddiaçı 2022-ci il 4 noyabr t arixində “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək, cavabdehdən İcarə Müqaviləsi üzrə 2022-ci il 30 noyabr tarixinə dövlət büdcəsinə yaranmış 7.652 manat məbləğində icarə haqqı borcunun iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, müqavilə bağlandıqdan bir müddət sonra ona məlum olmuşdur ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsi mütəmadi olaraq qrunt suları ilə dolur. Qeyri-yaşayış sahəsini dəfələrlə öz vəsaiti hesabına əsaslı təmir etdirsə də, bir müddət sonra qrunt sularının dolması səbəbindən yenidən yararsız hala düşür. Bundan başqa, qeyri-yaşayış sahəsinin əvvəlki icarədarı “Səpfir” kiçik müəssisəsi ilə iddiaçı arasında məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisəli iş üzrə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2004-cü il 12 may tarixli qətnaməsi ilə Dövlət Əmlak Komitəsi ilə cavabdeh “Səpfir” kiçik müəssisəsi arasında bağlanmış 1999-cu il 2 fevral tarixli 4056 saylı icarə müqaviləsinin 2000-ci il 1 yanvar tarixindən ləğv edilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, icarə sahəsi Dövlət Əmlak Komitəsi tərəfindən istifadəyə yararlı halda müvafiq aktla təhvil verilməmişdir. Əvvəlki icarədara, yəni “Səpfir” kiçik müəssisəsinin direktoruna 2001-ci ildə 4.000 manat pul ödəyərək həmin sahəni almışdır. Bundan sonra təmir işləri aparsa da, sonradan yuxarıda qeyd etdiyi kimi sahəyə qrunt sularının dolması səbəbindən səmərəli istifadə edə bilmədi. Qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətinə dair fo to şəkillərdən görünür ki, sahəni istifadə etmək mümkün deyildir. Xüsusi ilə Yasamal rayonu ərazisində aparılan söküntü işlərindən sonra qrunt suları xeyli miqdarda artmışdır ki, bu da icarə obyektinin istifadə olunmasını mümkünsüz etmişdir. 2020-ci il 7 dekabr tarixində iddiaçının rəhbərliyinə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin tam yararsız vəziyyətdə olduğu, sahənin bərpası ilə bağlı xeyli miqdarda vəsait xərclədiyi və pandemiya səbəbi ilə bağlı işləri aparmağın mümkün olmadığı nəzərə alınaraq, hesablanmış icarə haqqının ləğv edilməsini və ya icarə haqqından azad olunmağını xahiş etmişdir. Lakin sonradan məlum oldu ki, guya onun VÖEN-i olmadığına görə Nazirlər Kabinetinin müraciəti geri qaytarıldığı bildirilmişdir. Bundan başqa, icarə borcunun yaranmadığı dövrlərdə bir ne çə dəfə Əmlak Komitəsinə müraciət etmişdir ki, qeyri-yaşayış sahəsini özəlləşdirmək istəyir. Komitə sədrinin müavini bildirmişdi ki, qeyriyaşayış sahəsinin olduğu ərazi söküntü zonasına aid olduğu üçün həmin sahənin özəlləşdirilməsi qeyri-mümkündür. Pandemiya dövründə ona maddi və s. kömək göstərilməməklə yanaşı, icarə haqqı da hesablanmışdır. Bildirirlər ki, onun VÖEN-i olmadığı üçün Nazirlər Kabineti ona hər hansı bir güzəştin aid olmadığını qeyd etmişdir. Əslində isə o, vergi ödəyicisi kimi (VÖEN **********) 2010-cu il 20 sentyabr tarixindən qeydiyyata alınmışdır. İcarə müqaviləsinin 5.5-ci bəndinə əsasən, icarəçinin təqsiri üzündən icarəyə götürülmüş əmlaka dəymiş ziyanı öz hesabına aradan qaldırmalıdır. Göstərilənlərə baxmayaraq, iddiaçı borcun silinməsi, icarə obyektinin təmirinə köm əklik göstərmək əvəzinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-4921/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).

11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə üzrə öhdəliklər icarəyəverən tərəfindən yerinə yetirilsə də, icarəçi olan cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmişdir. İcarə müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin normalarına əsasən cavabdeh artıq uzun müddətdir ki, müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsini icra etmədiyinə görə iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. İddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilmə lidir.

12. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 385.1, 386.1, 421.1, 421.2, 442, 448.1, 700.1, 700.2, 706.1-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5, 13.5ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh 2023-cü il 27 yanvar tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli 22(103)-354/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını MM-in 700.1-ci maddəsi, icarə müqaviləsinin ləğv edilməsi barədə tələblərin qanuni əsasını MM-in 692.2, 692.2.1-ci maddələri, icarəyə verilən sahənin boşaldılması barədə tələblərin qanuni əsasını isə həmin Məcəllənin 697.1-ci maddəsi təşkil edir.

16. Hazırki işdə də həmin maddələrin bütün dispozisiya şərtləri mövcuddur.

17. Belə ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.

18. Çünki cavabdeh iddia ərizəsində göstərilən müddət üçün icarə haqqını ödəməsini təsdiq edən h eç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

19. Əksinə, məhkəmə iclasında borcunun olduğunu etiraf etmiş və ödəmək fikrində olmadığını bildirmişdir.

20. Bu baxımdan, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 7.652 manat məbləğində icarə haqqının ödənilməsini, həmçinin icarə müqaviləsinin ləğv edilməsini və icarə obyektinin boşaldılmasını tələb etməkdə tam haqlıdır.

21. Cavabdehin dəlillərinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3 və 5.8-ci bəndlərinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı qənaətbəxş vəziyyətdə saxlamaq üçün əvəzini icarəyəverəndən tələb etmədən onun öz vəsaiti hesabına cari təmir etmək və icarəyə veri lmiş sahədə sanitar-gigiyenik, yanğından mühafizə və texniki-təhlükəsizlik qaydalarına riayət etmək vəzifələrini daşıyır. Ona görə də icarə sahəsini təmir etməsi, qrunt sularının qalxması və antisanitariya vəziyyətinin yaranması ilə bağlı dəlillər əsassızdır.

22. Pandemiya ilə bağlı dəlillər də əsassızdır. Belə ki, cavabdehin müraciətinə cavab olaraq iddiaçının 2022-ci il 8 iyun tarixli **********15 nömrəli məktubunda göstərilmişdir ki, icarəçi olaraq fəaliyyəti pandemiyadan zərərçəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin siyahısına daxil olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli Qərarının müddəaları cavabdehlə bağlanmış icarə müqaviləsinə şamil olunmamışdır.

23. Cavabdehin digər dəlilləri isə hazırki mübahisənin predmetinə aid deyildir.

24. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 692.2.1, 697.1, 700.1, 700.3cü, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Qətnamə 2023-cü il 28 aprel tarixində tərəflərin elektron kabinetinə və X1 yerləşdirilmişdir.

27. Cavabdehin vəkili və nümayəndəsi 2023-cü il 24 iyun tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

28. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi üzrə - Məhkəmə tərəfindən bu maddi hüquq norması pozulmuş, işə ədalətli baxılmamışdır.

29. MM-in 425.2-ci maddəsi üzrə - Həmin norma məhkəmə tərəfindən tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Cavabdeh 2020-ci il 7 dekabr tarixində iddiaçının rəhbərliyinə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin tam yararsız vəziyyətdə olduğu, sahənin bərpası ilə bağlı xeyli miqdarda vəsait xərclədiyini və pandemiya ilə bağlı işləri aparmağın mümkün olmadığını nəzərə alınaraq, hesablanmış icarə haqqının ləğv edilməsini və ya icarə haqqından azad olunmağını xahiş etmişdir. Lakin iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmişdir.

30. MM-in 425.1-ci maddəsi üzrə - Bu norma məhkəmə tərəfindən tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Cavabdeh təmir işləri aparsa da, sonradan qrunt sularının dolması səbəbindən səmərəli istifadə edə bilmədiyi, Yasamal rayonu ərazisində aparılan söküntü işlərindən sonra qrunt sularının xeyli miqdarda artması, bunun da icarə obyektinin istifadə olunmasını mümkünsüz etməsi nəzərə alınmamışdır.

31. MM-in 412.2-ci maddəsi üzrə - Göründüyü kimi, müqavilənin ləğv edilməsi üçün ciddi əsas olmamışdır, cavabdeh əvvəllər icarə haqqını vaxtı-vaxtında ödəmiş, pandemiya dövründə istifadə edə bilməməyi və qrunt sularının axması ciddi maneçiliklər törətmişdir. İddiaçı qeyd edilən problemlərin aradan qaldır ılmasına təşəbbüs göstərməmiş, yalnız icarə haqqı hesablamaqla məşğul olmuşdur. Cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmamışdır.

32. Məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, MM-in 692, 697, 700-ci maddələrinə düzgün olmayaraq istinad edilmiş və qanunun normaları düzgün tətbiq edilməmişdir.

33. MPM-in 217.1-ci maddəsi üzrə - Qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.

34. Digər məsələlər üzrə - İcarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməsi üçün təşəbbüs göstərilmiş, lakin iddiaçı qeyri-yasayış sahəsini istifadəyə yararsız vəziyyətdə cavabdehə təhvil vermiş, cavabdeh istifadəyə yararlı hala salınması üçün xeyli vəsait sərf etmişdir. Cavabdehi n qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə müraciəti iddiaçının nümayəndəsi tərəfindən müxtəlif bəhanələrlə gecikdirilmişdir (guya VÖEN və s. yoxdur), nəticədə süründürməçilik üzündən xeyli vaxt uzatmışlar, əlavə icarə haqqı hesablamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzə rdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

692. Yaşayış otağının kirayəsi müqaviləsinə xitam verilməsi şərtləri... 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;...” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə b ilər....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər....” 40. “İcarə haqqında” Azərbaycan aşa ğıdakılar nəzərdə tutulur: “Maddə 7.İcarə müqaviləsi... Respublikası Qanununun müvafiq müddəalarında

5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.” “Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması...

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri ü çün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər....” 41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak et məyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”

42. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. İddiaçı onunla cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2007-ci il 1 mart tarixli icarə müqaviləsinin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini, cavabdehdən 2022-ci il 30 noyabr tarixinə dövlət büdcəsinə yaranmış 7.652 manat məbləğində icarə haqqı borcunun tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

44. Cavabdehin icarə sahəsinin onun tərəfindən təmir etməsi, qrunt sularının qalxması və antisanitariya vəziyyətinin yaranması ilə bağlı dəlillərini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3 və 5.8-ci bəndləri nə əsasən icarəçi icarəyə götürdüyü əmlakı qənaətbəxş vəziyyətdə saxlamaq üçün əvəzini icarəyəverəndən tələb etmədən onun öz vəsaiti hesabına cari təmir etmək və icarəyə verilmiş sahədə sanitar-gigiyenik, yanğından mühafizə və texnikitəhlükəsizlik qaydalarına riayət etmək vəzifələrini daşıyır.

45. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin pandemiya ilə bağlı dəlilləri ilə də razılaşmamış və bununla əlaqədar bildirmişdir ki, cavabdehin müraciətinə cavab olaraq iddiaçının 2022-ci il 8 iyun tarixli məktubunda göstərilmişdir ki, icarəçinin fəaliyyəti pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin siyahısına daxil olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 280 nömrəli Qərarının müddəaları cavabdehl ə bağlanmış icarə müqaviləsinə şamil olunmamışdır.

46. Cavabdeh kassasiya şikayətində də eyniməzmunlu dəlillər gətirmiş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

47. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 42) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Həmçinin məhkəmə kollegiyası onu da bildirməyi vacib hesab edir ki, əgər cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəydiyini hesab edirsə, bununla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir.

49. Hazırkı halda isə, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli 2-2(103)-354/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 aprel tarixli 22(103)-354/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar