Məhkəmə qərarları › İş №2-2(102)-449/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-449/2024

03.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-449/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(108)-6/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ şin halları

1. Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh 2009-cu il 16 iyul tarixində Ordubad rayon Vergilər Şöbəsində “İxtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadı məmulatlarının pərakəndə satışı” fəaliyyət növü üzrə fərdi sahibkar kimi qeydiyyata alınmışdır (Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Ordubad rayon Vergilər Şöbəsi tərəfindən verilmiş 2022-ci il 19 sentyabr tarixli, **********512400 nömrəli məktubu).

2. İddiaçı 2022-ci il 18 avqust tarixində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizəyə aiddiyyəti üzrə Ordubad rayon Polis Şöbəsində baxılmış, Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh Ordubad rayon Polis Şöbəsinə verdiyi izahatda səmimi olaraq iddiaçıya olan borcunu etiraf etmiş və maddi vəziyyətinin aşa ğı olması səbəbindən həmin borcu hissə-hissə ödəməsini xahiş etmiş, 2022-ci il 26 avqust tarixində Ordubad rayon Polis Şöbəsinə iddiaçı müraciət edərək göndərilən müraciətin baxılmamış saxlanılmasını xahiş etdiyindən həmin müraciət “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə uyğun olaraq baxılmamış saxlanılmışdır (Ordubad rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 2022-ci il 27 avqust tarixli, 4/1105 N-73 nömrəli məktubu). 3. 2011-ci il 23 may tarixində tərəflər arasında iki tərəfli sadə yazılı müqavilə bağlanmış, həmin müqavilədə iddiaçı və cavabdeh tərəfindən qarşısında imzalar qoyulmaqla verilən unlar və onun qarşılığında ödənilən pullar öz əksini tapmışdır (iş materiallarında olan dəftər - İ cild, iş.v 95-130). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 39.874,00 manat borc pulun və 200 manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsində cavabdehi 2011-ci il tarixdən tanıdığını, 2011-ci ilin may ayından onunla un alqı-satqısı etdiyini, cavabdehin çörək sexi işlətdiyini, hər dəfəsində təxminən 50-120 kisə civarında unu cavabdehə verdiyini sonra isə hesablaşdığını, cavabdehin həmin unları çörək bişirdikcə satıb sonra ona pulunu ödədiyini, bir çox hallarda yarısını ödədiyini, yarısının qaldığını, həmçinin cavabdehə un verərkən unların verildiyi tarix və qiymətləri barədə ond a olan dəftərə müvafiq qeydlər edildiyini, eyni zamanda unun pulunu alan zaman da verdiyi pulun məbləği və tarixi barədə hər ikisinin dəftərə müvafiq qeydlərimzalar etdiyini, 2021-ci ilin sonunda cavabdeh ilə haqq-hesab etdiyini, həmin haqq-hesab nəticəsində cavabdehin iddiaçıya 39.874,00 manat borclu qaldığını və həmin borcun bu günədək ona ödənilmədiyini, müvafiq borcunu qaytarması barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, həmin müraciətinin baxılması üçün Ordubad Rayon Polis Şöbəsinə göndərildiyini, Ordubad Rayon Polis Şöbəsində müvafiq müraciətinə baxılması barədə ona məlumat verildiyini, məlumatın verildiyi məktubda cavabdehin ona olan borcunu səmimi olaraq etiraf etdiyinin, maddi vəziyyəti aşağı olduğundan borcunu hissə-hissə ödəyəcəyin in əks olunduğunu qeyd etmişdir.

6. Cavabdeh etiraz edərək iddia ərizəsində göstərilənlərin əsassız və məntiqə uyğun olmadığını bildirmişdir. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi borc məbləği real olduğu halda yenidən cavabdehə un məmulatını göndərməsi anlaşılan deyildir.

7. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 12 may tarixli, 369 nömrəli ekspert rəyində iş materiallarının 1-ci cildinin 95-130-cu vərəqlərində olan və iddiaçı tərəfindən 2022-ci il 12 dekabr tarixli məhkəmə hazırlıq iclasında təqdim olunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu dəftərdəki imzaların həqiqətən cavabdeh tərəfindən icra olunduğu, eyni zamanda iş materiallarının 2-ci cildinin 4-45-ci vərəqlərində olan və cavabdeh tərəfindən 2023-cü il 17 fevral tarixli məhkəmə baxışı iclasında təqdim olunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqısatqısı ilə bağlı qeydlərin olduğu haqq-hesab dəftərindəki imzaların həqiqətən iddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

8. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 14 iyul tarixli, 608 nömrəli ekspert rəyində cavabdehin iddiaçıya 2021-ci il 29 dekabr tarixə (son ödəniş tarixinə) yekun borcunun 7.853,00 manat təşkil etdiyi qeyd olunmuşdur.

9. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 27 sentyabr tarixli 942 nö mrəli ekspert rəyinə əsasən, 2022-ci il 12 dekabr tarixli məhkəmə hazırlıq iclasında təqdim olunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış ikitərəfli, sadə yazılı müqaviləni əks etdirən, tərəflər arasında un alqı-satqısı ilə bağlı qeydlərin olduğu, e-2-2(123)-8/2023 saylı kommersiya işinin 1-ci cildinin 95-130-cu vərəqlərini əhatə edən dəftərdə, imzasız məbləğlər istisna olmaqla dəftərlərdə öz əksini tapan hər iki tərəfin imzaları ilə təsdiqlənən məbləğlər nəzərə alındıqda, iddiaçı tərəfindən 142.489 manat dəyərində mal verildiyi, onun qarşılığında cavabdehin 117.173 manat ödəniş etdiyi, yuxarıda göstərilənlər və 2023-cü il 29 avqust tarixli, e-2-2(123)-8/2023 nömrəli kommersiya işi üzrə qərarda öz əksini tapan 17.450 manat borc məbləğinin düzgünlüyü nəzərə alındıqda cavabdehin iddiaçıya 2021-ci il 29 dekabr tarixinə (son ödəniş tarixinə) yekun borcunun 25.316 manat təşkil etdiyi qeyd olunmuşdur.

10. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixli e-2-2(123)-8/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdehdən 25.316 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim E.Salmanov).

11. Məhkəmə bildirmişdir ki, iddiaçı cavabdehin mənimsədiyi borc məbləğinin hansı yöndə istifadə edilməsi ilə bağlı məhkəmə iclasında izahat versə də, həmin hallar məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, imzasız məbləğlər istisna olmaqla qarşısında imzaların olduğu məbləğlər, o cümlədən, 17.450 manat borc məbləği nəzərə alınmaqla verilən 2023cü il 27 s entyabr tarixli 942 nömrəli ekspert rəyində (§10) əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə həmin ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutların müəyyən edilmədiyini nəzərə alaraq §10-da göstərilən ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməli olması qənaətinə gəlmişdir.

13. Eyni zamanda məhkəmə 2023-cü il 3 mart tarixli məhkəmə baxışı iclasında cavabdeh tərəfindən təqdim edilən əl yazısı ilə tərtib edilmiş, başlıq qeyd olunmayan və hansı təqvim ilinə aid olduğu məlum olmayan 6 vərəqdən ibarət haqq-hesab yazısında verilən unun dəyərini alan şəxsin imzaları olmadığından və bu halın iradə ifadəsini əks etdirmədiyini nəzərə alaraq həmin sənədin mötəbər sübut hesab edilməli olmadığını və məhkəmə-mühasibatlıq eksp ertizası təyin edilərkən ekspert qarşısında həmin yazılarda qeyd olunan məbləğlərin hesablanmasının məqsədəmüvafiq hesab olunmadığını bildirmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ və İİ hissələrinə, 127-ci maddəsinin İ və Vİİ hissələrinə, 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 14.2, 14.2.1, 324.1, 324.2, 329.2, 337, 340.1, 385.1, 386.1, 389.1, 389.2, 425.1, 442, 567, 598.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 87.2, 88, 89.1, 97.1, 102.1, 102.3, 103.1, 106.1, 108.1, 108.1.1, 108.2, 112.1, 112.1.1, 114.1, 114.1.1, 218.3, 220.5, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı həmin q ətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 6 fevral tarixli 2-2(108)-6/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin cavabdehdən 25.316 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 27.316 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi q ət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Quliyev, hakimlər – S.Bəylərli və M.Allahverdiyev).

18. Məhkəmə cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələri və işin hallarına məhəl qoyulmaması barədə dəlili ilə razılaşmayaraq şahid ifadələrinin iş üzrə müəyyən edilən digər hallarla ziddiyyət təşkil etmədiyini və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirildiyini qeyd etmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin ifadəsi və digər sübutlar onun apellyasiya şikayətində qeyd etdiyi maddi və prosessual normalara uyğun qiymətləndirilmiş və iş materialları ilə təkzib edilməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

20. Məhkəmə id diaçının apellyasiya şikayətinə münasibətdə cavabdehin məhkəmədə iddia tələbi üzrə borcu etiraf etmədiyini və iş üzrə verilmiş ekspert rəylərinin digər sübutlarla birlikdə qiymətləndirilərək qətnamə qəbul olunduğunu vurğulamışdır.

21. Bununla belə, məhkəmə apellyasiya şikayətinin §10-da göstərilən ekspert rəyi ilə bağlı dəlillərinə müvafiq qiymət verilməsi üçün həmin rəyi ilə əlaqədar mübahisələndirilən hallarla bağlı X1nu apellyasiya icraatında məhkəmə baxışı iclasına dəvət etmişdir.

22. X1 apellyasiya baxışı zamanı verdiyi izahatında ekspertizaya təqdim edilən müqavilədə 2019-cu il 18 sentyabr tarixli qalıq borc məbləğinin 3.965 manat qeyd edildiyi halda, ekspert rəyində yanlışlıqla 2.965 manat qeyd olunduğunu, eləcə də müqavilədə 2020-ci il 8 dekabr tarixli ödənilən borc məbləğinin 1.16 3 manat qeyd olunduğu halda, ekspert rəyində yanlışlıqla 2.163 manat göstərildiyini bildirərək, hesab fərqinin 2 min manat olduğunu, ekspert rəyi üzrə yekun nəticə olan 25.316 manatın üzərinə 2 min manat əlavə edilməli olduğunu, cəmi borcun 27.316 manat olduğunu göstərmişdir.

23. Məhkəmə sözügedən rəy üzrə qeyd edilən açıq hesab səhvinin nəzərə alınmalı olduğunu qeyd edərək, həmin rəydə qeyd olunan açıq hesab səhvi istisna olmaqla ekspert rəyinin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsinin düzgün aparıldığını qeyd etmişdir.

24. Ekspert rəyinin iddiaçı tərəfindən mübahisələndirilən digər halları ilə bağlı məhkəmə ekspertiza tədqiqatının predmeti olan müqavilənin məhz iddiaçı tərəfindən təqdim və istinad edilən sübut olduğunu, iddiaçının ekspert rəyi ilə bağlı mübahi sələndirdiyi digər halların əsassız olduğunu qeyd etmişdir. Belə ki, məhz həmin sübut tədqiq edilərək ödənilən və qalan borc məbləğləri ilə bağlı yazılı qeydlər əsasında düzgün hesablamalar aparılmışdır.

25. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 324.1, 324.2, 329.2, 385.1, 386.1, 389.1, 389.2, 425.1, 442-ci maddələrinə, MPM-in 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv olunmasını və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 385.1, 386.1, 427.1, 427.2, 427.3-cü maddələri üzrə - iddiaçı tərəfindən cavabdehin çörək sexinə un kisələri göndərildikdən sonra hər dəfə cavab deh iddiaçı ilə əlaqə saxlayaraq cavabdehin ödəyəcəyi un kisələrinin pulunu ona və ya dəyirmana çatdırılması üçün 3-cü şəxslərə verilməsini tələb etmiş və iddiaçı tərəfindən müvafiq qeyd aparılacağı cavabdehə bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçının cavabdehdən 37.717 manat pulu almağına dair öz aralarında əl imzası ilə təsdiqlənmiş sənədin surəti məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə iş üzrə şahidlər birinci instansiya məhkəməsində ifadə verərək cavabdehin borcunu ödədiyini bildirsələr də, məhkəmə tərəfindən bu hallar tam və obyektiv araşdırılmamışdır.

28. MPM-in 14.2, 77.1, 88-ci maddələri üzrə - apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq əsassız iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Ka ssasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər....” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi ş əkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

47. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, cavabdeh hazırkı kassasiya şikayətinin dəlillərini aşağı instansiya məhkəmələrində də bildirmiş, həmin dəlillər üzrə işə baxmış məhkəmələr tərəfindən hüquqi dəyərləndirmə aparılmış və məhkəmələrin m övqeyi əsaslandırılmış, cavabdeh isə hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən əlavə tutarlı dəlillərə istinad etməmişdir.

50. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətinin dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmiş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qi ymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

52. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(108)-6/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar