Məhkəmə qərarları › İş №2-2(102)-450/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-450/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-450/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh1 MMC və X1 qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)224/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh1 MMC (bundan sonra – “cavabdeh MMC”) arasında bağlanmış 2016-cı il 3 oktyabr tarixli 01 saylı kredit müqaviləsinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq və ilk iki ayda sərbəst istifadə etmək şərtilə 350.000,00 (üç yüz əlli min) manat məbləğində, 12 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqaviləyə edilmiş 01 saylı əlavədə göstərilmiş qaydada həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borcalan əsas borcun qalığına illik 20 (iyirmi) % ödəyir. 4.2-ci bəndə əsasən borcalan müqavilənin 2.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə öd ənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 (beş) faiz dəbbə pulu ödəməlidir. 2. 2016-cı il 3 oktyabr tarixli 01 saylı Kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən 350.000 manat məbləğində kreditin 12 ay müddətinə (2 ay güzəşt müddəti), illik 20 %, aylıq 38.288 manat olmaqla verilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. İddiaçı ilə cavabdeh MMC arasında imzalanmış 2017-ci il 3 oktyabr tarixli 2 nömrəli əlavəyə əsasən tərəflər, 2016-cı il 3 oktyabr tarixli 01 saylı Kredit Müqaviləsinin 1.1bəndində edilmiş dəyişikliklərlə bağlı müqavilə üzrə qalıq 272.607,90 manat (iki yüz yetmiş iki min altı yüz yeddi manat 90 qəpik) məbləğində borcun geri ödənilməsi müddətinin bitmə tarixindən 12 (on iki) ay müddətinə (2018-ci il 3 oktyabr tarix ədək) uzadılması və ödənişin 3 saylı Əlavədə müəyyən edilmiş ödəniş qrafikinə uyğun şəkildə - əsas və ona hesablanmış faiz borclarının ödənilməsinə dair razılığa gəlmişlər.

4. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2016-cı il 3 oktyabr tarixli 01 saylı Kredit müqaviləsinə 3 nömrəli əlavəyə əsasən 272,607.90 manat məbləğində kreditin 12 ay müddətinə, illik 20% olmaqla, aylıq 25.253 manat şərtləri ilə ödənilməsi razılaşdırılmışdır.

5. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2016-cı il 3 oktyabr tarixli 01 saylı Kredit Müqaviləsinə 2018-ci il 12 İyun tarixli, 4 saylı əlavəyə əsasən tərəflər, 2016-cı il 3 oktyabr tarixli 01 saylı kredit müqaviləsinin 1.1-ci bəndində edilmiş dəyişikliklərlə bağlı müqavilə üzrə qalıq 198.877,00 (bir yüz doxsan səkkiz min səkkiz yüz yetmiş yeddi) manat m əbləğində borcun geri ödənilməsi müddətinin bitmə tarixindən 27 (iyirmi yeddi) ay müddətinə (2020-ci il 3 yanvar tarixədək) uzadılmasını və ödənişin 5 saylı Əlavədə müəyyən edilmiş ödəniş qrafikinə uyğun şəkildə - əsas və ona hesablanmış faiz borclarının ödənilməsinə dair razılığa gəlmişlər.

6. İddiaçı və cavabdeh MMC arasında bağlanmış 2020-ci il 26 fevral tarixli 002-KRM018-2020 saylı kedit müqaviləsinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, təminatlılıq əsasında 90.000,00 manat (doxsan min manat) məbləğində, 12 (on iki) ay müddətinə kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən “borcalan” kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. 2.6-cı bəndə əsasə n kreditlər üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 20 % təşkil edir. 4.2-ci bəndə əsasən “borcalan” müqavilənin 2.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 (beş) faiz dəbbə pulu ödəməlidir.

7. İddiaçı ilə cavabdeh X2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanmış 2020-ci il 26 fevral tarixli, 002-KZM-017-2020 saylı zaminlik müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2020-ci il 26 fevral tarixli 002-KRM-018-2020 saylı kredit müqaviləsi ilə əlaqədar olaraq, cavabdeh MMC (borcalan) iddiaçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borcalan” ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsi nə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 2020-ci il 26 fevral tarixli 002-KRM-018-2020 saylı kredit müqaviləsidir. 2.2-ci bəndə əsasən təmin edilən müqavilənin predmeti – borcalana veriləcək 90,000.00 (doxsan min) manat məbləğində, illik istifadə faizi 20% (iyirmi faiz) olmaqla, 12 (on iki) ay müddətinə verilmiş kreditdir. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti borcalanın kreditor qarşısında 2020-ci il 26 fevral tarixli 002-KRM-018-2020 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək müəyyənləşdirilmişdir. 3.1ci bəndə əsasən zamin, borcalanın bank qarşısında 2020-ci il 26 fevral tarixli 002-KRM018-2020 saylı kredit müqavləsi üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

8. Cavabdeh MMC-nin 2020-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə iddiaçıya 2021-ci il 28 sentyabr tarixə olan borcu barədə tərtib edilmiş maliyyə arayışında 5.020,57 manat əsas borcun ödənildiyi, 84.979,43 manat ödənilməli əsas borc, 28.103,57 ödənilməli faiz borcu, 2021-ci il 26 fevral tarixdən 2021-ci il 28 sentyabr tarixə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz məbləği 2.67 5 manat olmaqla, ümumilikdə 115.758 manat borc olması qeyd olunmuşdur.

9. İddiaçı tərəfindən cavabdehlərə 2020-ci il 12 noyabr tarixli pretenziya məktubları göndərilərək, 5 iş günü ərzində 70.283,13 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə iddiaçıya olan 90.000 manat əsas borc və ona hesablanacaq faizlərin tam olaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehlər MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2020-ci il 26 fevral tarixli 002-KRM-018-2020 saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehlər MMC və Cavabdeh2 iddiaçının xeyrinə 90.000 (doxsan min manat) manat əsas, 13.741,89 (on üç min yeddi yüz qırx bir manat səksən doqquz qəpik) manat faiz, cəmi 103.741,89 (bir yüz üç min yeddi yüz qırx bir manat səksən doqquz qəpik) manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2016-cı il 3 oktyabr tarixli 01 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə 350.000 (üç yüz əlli min) manat məbləğində krеdit xətti açılmışdır. Həmin kredit müqaviləsinin icra müddəti 2017-ci il 3 oktyabr tarixli 02 saylı əlavəyə əsasən 12 (on iki) ay müddətinə - 2018-ci il 3 oktyabr tarixədək uzadılmışdır. Daha sonra kr edit müqaviləsinə edilmiş 2020-ci il 26 fevral tarixli Əlavəyə əsasən 90.000 (doxsan min) manat məbləğində qalıq kreditin icra müddəti 12 ay müddətinə - 2021-ci il 26 fevral tarixədək uzadılmışdır.

12. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 ilə 2020-ci il 26 fevral tarixli 002-KZM-017-2020 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, bоrcalan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək zamin bоrcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

13. Krеdit Müqaviləsinin şərtlərinə əsasən cavabdeh MMC-nin 2020-ci il 1 dekabr tarixinə əsas borcu 90.000 (doxsan min manat) manat, faiz borcu 13.741,89 (on üç min yeddi yüz qırx bir manat səksən doqquz qəpik) manat olmaqla, cəmi 10 3.741,89 (bir yüz üç min yeddi yüz qırx bir manat səksən doqquz qəpik) manat təşkil edir.

14. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdehlər bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişlər, cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır.

15. Hаzırdа cavabdehlərin Krеdit Müqaviləsinə əsаsən iddiaçıya оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 103.791,88 (bir yüz üç min yeddi yüz doxsan bir manat səksən səkkiz qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir.

16. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2020-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə cavabdehlər MMC və Cavabdeh2 iddiaçının xeyrinə 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat əlli yeddi qəpik) manat faiz, əsas borc məbləğinə hesablanmış illik 5% görə 2.675 (iki min altı yüz yetmiş beş) manat, cəmi 115.758 (bir yüz on beş min yeddi yüz əlli səkkiz) manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 443, 445, 448.1, 448.2, 472.1 və 739.1ci maddələrinə istinad etmişdir.

18. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqd im edilməmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 aprel tarixli e-2-2(113)-684/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

20. Məhkəmə mühasibatlıq ekspertizasının 2021-ci il 28 iyul tarixli, 9/2860 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 2016-cı il 3 oktyabr tarixdə bağlanmış 01 nömrəli kredit müqaviləsi və Əlavələr üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla, 2020-ci il 1 dekabr tarixə cavabdeh MMC-nin iddiaçıya olan borcu əsas borc üzrə 90.000 manat, faiz borcu üzrə 13.700 manat olmaqla, ümumilikdə 103.7 00,00 manat; 2021-ci il 26 fevral tarixə əsas borc 90.000 manat, faiz üzrə borc 17.950 manat olmaqla, ümumilikdə borc 107.950,00 manat təşkil edir.

21. Ekspert rəyində həmçinin qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən 2021-ci il 26 fevral tarixdən son ödəniş tarixinə, yəni 2021-ci il 16 mart tarixdə 5020,57 manat məbləğində ödənişlər edilmişdir. Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında cavabdeh MMC ilə iddiaçı arasında 2016-cı il 3 oktyabr tarixdə bağlanmış 01 nömrəli kredit müqaviləsi və Əlavələr üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh MMC tərəfindən iddiaçıya sual verilən tarixə, yəni 2021-ci il 26 fevral tarixə əsas və faiz borcunun olması barədə sual qoyulduğundan, sonuncu tarixdən sonra edilən 5.020,57 manat məbləğində ödənişlər hazırkı tədqiqatla nəzərə alınmamışdır.

22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 oktyabr tarixli e-2-2(113)-684/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər MMC və Cavabdeh2 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat əlli yeddi qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.675 (iki min altı yüz yetmiş beş manat) manat, iş üzrə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçının xeyrinə tutulması qət edilmi şdir (hakim – A.Əliyeva).

23. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-9) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdehlər kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri pozmuşlar. Nəticədə cavabdehlər MMC və Cavabdeh2 iddiaçıya 84.979,43 (səksən dörd min doqquz yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas, 28.103,57 (iyirmi səkkiz min yüz üç manat əlli yeddi qəpik) manat faiz borcu yaranmışdır.

24. Məhkəmə cavabdehlər MMC-nin 2020-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə və Cavabdeh2 2020-ci il 26 fevral tarixli 002-KZM-017-2020 sayl ı zaminlik müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehlərin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə yaranmış əsas borcun və ona hesablanmış faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair hissədə iddiaçının iddiası əsaslı olmaqla təmin edilməlidir.

25. İddia tələbinin mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 2.675 (iki min altı yüz yetmiş beş) manat borcun ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müdd əalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, həmin hissədə də iddia təmin edilməlidir.

26. Məhkəmə bu qənaətini MM-in 385.1, 386, 442, 443.1, 445.2, 445.7, 448.1, 471.3, 472.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi b arədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)-224/2022 saylı qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv edilərək, iddia cavabdehlər MMC-dən və Cavabdeh2 iddiaçının xeyrinə 10.153,57 manat faiz borcunun tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

29. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, əsas borcun və pul öhd əliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə faiz borcunun borcludan və zamindən tutulması hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı olsa da, cavabdehdən müqavilə üzrə öhdəliyin icra müddəti bitdikdən sonra faiz borcunun tutulması hissəsində qətnamə qanunvericiliyin tələblərinə, müqavilə şərtlərinə, Konstiyusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə və məhkəmə praktikasına uyğun deyil.

30. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit vəsaitindən istifadəyə görə faizlər yalnız öhdəliyin icra müddəti bitənədək tutula bilər. Birinci instansiya məhkəməsi qətnaməsində bu qərara istinad etsə də, qərarda ifadə edilmiş hüquqi mövqeyi nəzərə almadan qətnamə qəbul etmişdir. Hazırkı halda iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, kredit ö hdəliyinin icra müddəti bitdiyi 2021-ci il 26 fevral tarixə cavabdehlərin müqavilə üzrə ödəməli olduğu faiz borcu 17.950 manat olmuşdur. İddiaçının tələb etdiyi 28.103,57 manat faiz məbləğindən həmin məbləğ çıxıldıqda iddia tələbinin 10.153,57 manat faiz borcunun tutulması hissəsində əsassız olması müəyyən edilir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

32. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 1 mart tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, həmçinin həmin tarixdə Cavabdeh2 göndərilmişdir.

33. Cavabdeh MMC tərəfindən 2022-ci il 2 9 aprel tarixində kassasiya şikayəti verilərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü, MM-in 5.3, 16.1, 442, 445.2.1, 445.7-ci maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarının tələbləri pozulmuşdur. İş materiallarından da göründüyü kimi, kredit üzrə ödənişlər, kredit müqaviləsində nəzərdə tutulan müddətdə həyata keçirilməsə də, Bank tərəfindən uzun müddət iddia qaldırılmaması ilə kredit üzrə faizlərin və cərimə faizlərinin artırılmasına süni surətdə şərait yaradılmışdır. Halbuki, kredit müqaviləsində ödənişlərin cüzi gecikdirilməsi halında müvafiq iddia ilə məhkəməyə müraciət etmək Bankın hüquqlarına aid edilmişdir. Qeyd edilən hallar da bir daha sübut edir ki, iddiaçı kredit müqaviləsi ilə müəyyən edilmiş hüquqlardan sui-istifadə etməklə, cavabdehin kredit müqaviləsi üzrə külli miqdar faiz borcunun yaranmasına səbəb olmuş hərəkətsizlik etmişdir, yəni MM-in 16.1-ci maddəsi ilə qadağan olunan hal baş vermişdir.

35. Cavabdehin müqavilə üzrə kredit borcunu qaytara bilmədiyi halda iddiaçı bankın kredit məbləğinin ödənilməsi barədə müraciətinin xeyli müddət sonra olması, bununla da borcun süni surətdə şişirdilməs i apellyasiya məhkəməsinin də araşdırma predmeti olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarına istinad etsə də, həmin Qərarda daha yüksək faizlərin tələb olunması üçün kredit müqaviləsində göstərilmiş əsasların mövcud olması şərti nəzərdə tutulmuş, məhkəmə isə qətnaməsində kredit müqaviləsinin hər hansı şərtinə, faizlərin hansı qaydada hesablanmasına və s. bu kimi hallara istinad etməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasındakı mülki münasibətlər tərəflərin iradə ifadəsi ilə bir neçə dəfə dəyişdirilmiş, faktiki olaraq, yeni müqavilə bağlansa da, artıq ləğv edilmiş kreditdən qalan faiz məbləğləri də hesablanmışdır.

36. MM-in 324.1, 324.4 və 390.1-ci maddələri tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilə sinin müddəti kredit müqaviləsinə əlavələrlə uzadılmışdır. Lakin məhkəmənin istinad etdiyi ekspert rəyində hər dəfə kredit müqaviləsinin müddətinin ona edilmiş əlavələrlə uzadıldığı təqdirdə faiz borcu məbləğinin yenidən hesablanmalı olması nəzərə alınmamışdır. Belə ki, tərəflər sonradan bağlanmış əqdə əlavələrlə əvvəlki əqdin şərtlərini dəyişmişlər.

37. MPM-in 217.1, 217.2 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları – apellyasiya şikayətinin 4-cü bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KA SSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsəl ələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 7 39.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublilası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)-224/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən müəyyənləşdirilmiş və mübahisələndirilməyən hallarına görə tərəfl ər arasında bağlanmış 2016-cı il 3 oktyabr tarixli kredit müqaviləsinin müddəti bir neçə dəfə uzadılmış, sonuncu dəfə 2020-ci il 26 fevral tarixdə tərəflər arasında 12 ay müddətə 90.000 manat məbləğində kreditin verilməsinə dair müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin cavabdehin özünün də şikayətində qeyd etdiyi kimi onların iradə ifadəsi ilə dəyişdirildiyini, həmçinin, iddiaçı tərəfindən məhkəməyə 2020-ci ilin dekabr ayında müraciət edildiyini nəzərə alan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və apellyasiya instansiyası məhkəməsinin eyniməzmunlu dəlillər üzrə verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır.

47. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, “mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.” Odur ki, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə şərtləşdirilmiş vaxtda icra etməyən cavabdeh özü MM-in 425.1-ci maddəsinin tələblərini pozmuşdur.

48. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməm iş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)-224/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

50. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 22(103)-224/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar