Məhkəmə qərarları › İş №2-2(102)-450/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-450/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-450/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1rşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2rşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2023-cü il 13 aprel tarixli 22(103)-249/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 2014-cü il 27 may tarixli PB/GTC220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X12 imzalanmışdır. 2. 2014-cü il 27 may tarixli PB/GTC220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X12 çərçivəsində: - tərəflər arasında 2014-cü il 5 iyun tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalan Cavabdeh1nə inşaat işlərinin tamamlanması məqsədilə 2018-ci il 5 iyun tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 635.000 manat məbləğində tranşlarla kredit vermişd ir. - 2015-ci il 5 noyabr tarixli maliyyələşdirmə üçün ərizənin 1 saylı əlavəsinə əsasən kreditin müddəti 2019-cu il 5 oktyabr tarixinədək illik faiz dərəcəsi 15% olmaqla 2014-cü il 5 iyun tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə dəyişiklik edilmişdir. - tərəflər arasında 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalan Cavabdeh1nə investisiya xərcləri məqsədilə 2019-cu il 4 fevral tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 600.000 manat məbləğində tranşlarla kredit verilmişdir. - Bank Xidmətlərinin Göstərilməsinə dair X12 çərçivəsində tərəflər arasında 2015-ci il 5 noyabr tarixli maliyyələşdirmə üçün ərizənin 1 saylı əlavəsinə əsasən kreditin müddəti 20 19cu il 5 oktyabr tarixinədək illik faiz dərəcəsi 15% olmaqla 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtlərinə dəyişiklik edilmişdir. 3. 2014-cü il 27 may tarixli PB/GTC-220/2014 saylı X12 çərçivəsində olan: - 2014-cü il 5 iyun tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X11 arasında Z0574 saylı və Bank ilə X9 arasında Z0575 saylı 2014-cü il 5 iyun tarixli zaminlik müqavilələri bağlanmışdır. - 2014-cü il 5 iyun tarixli K1087 və 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X11 arasında Z1111 saylı 2015-ci il 5 may tarixli zaminlik müqaviləsi bağlanmışdır. - 2014-cü il 5 iyun tarixli K1087 və 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə və ona əlavə edilmiş 2015-ci il 5 noyabr tarixli 1 nömrəli əlavələr üzrə Borcalan Cavabdeh1 Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə X9 arasında Z1385 saylı və Bank ilə X11 arasında Z1386 saylı 2015-ci il 15 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. 4. 2020-ci il 22 dekabr tarixində verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 2020-ci il 17 dekabr tarixində vəfat etmişdir.

5. Bakı şəhəri 13 saylı notariat ofisinin İddiaçı ASC-yə ünvanlanmış 2021-ci il 24 avqust tarixli məktubunda qeyd olunmuşdur ki, X3 miras əmlakına şəhadətnamə verilməsi üçün vərəsələri Cavabdeh3 və X6 ərizəsi əsasında vərəsəlik işi açılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2(103)-4413/2022 saylı qərardadına əsasən, Cavabdeh3 və X10 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Aparatının 2022-ci il 25 oktyabr tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2(103)-4413/2022 saylı qərardadı qanuni qüvvəyə minmişdir. 8. 2022-ci il 3 noyabr tarixli PB/PBL-OUT-01374-2022 saylı maliyyə arayışına əsasən, Cavabdeh1: - K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 487.968,85 manat əsas borc, 260.626,38 manat faiz borcu, 85.003,76 manat cərimə borcu, müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 76.719,55 manat olmaqla, cəmi borcu 910.318,54 manat, gecikmə günün sayı 2.345 gün təşkil edir. - K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556.558,32 manat əsas borc, 296.265,09 manat faiz borcu, 96.574,8 manat cərimə borcu, 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5 % dərəcəsi İlə hesablanan faiz borcu 87.503,34 manat olmaqla, cəmi borcu 1.036.901,55 manat, gecikmə günün sayı 2.396 gün təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Şirkət”, “Cavabdeh2”, “Cavabdeh3” və “L.Əliyeva”) qarşı 2020-ci il 30 aprel tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2014-cü il 5 iyun tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, əsas borc 487.968,85 manat, faiz borcu 118.953,44 manat, cərimə borcu 226.676,7 manat olmaqla, cəmi 833.598,99 manat, 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, əsas borc 556.558,32 manat, faiz borcu 135.307,1 manat, cərimə borcu 257.532,79 manat olmaqla, cəmi 949.398,21 manat borcun tutulması, 2014-cü il 5 iyun tarixli K1087 maliyyələşdirmə üçün ərizə üzrə tutmanın X3 (bundan sonra – “F.Əliyev”) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, F.Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (27/1 saylı mağaza), K1430 nömrəli maliyyələşdirmə üçün ərizə, K1087 nömrəli maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 1 saylı əlavə formalarından irəli gələn öhdəliklər üzrə tutmanın F.Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin Şirkətin, F.Əliyevin və Cavabdeh2 iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Şirkətin, F.Əliyevin və Cavabdeh2 iddia çıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Şirkətdən, F.Əliyevdən və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məbləğində xidmət haqqının Şirkətdən, F.Əliyevdən və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Şirkət arasında 2014-cü il 27 may tarixli PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X12 imzalanmışdır. Tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 2014-cü il 5 iyu n tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana 2018-ci il 5 iyun tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 635.000 manat məbləğində tranşlarla kredit vermişdir. Eyni zamanda, iddiaçı ilə Şirkət arasında 2014-cü il 27 may tarixli PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X7 ayrılmaz tərkib hissəsini təşkil edən 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Qeyd olunan Ərizə formasına əsasən Bank tərəfindən borcalana 2019-cu il 4 fevral tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 600.000 manat məbləğində tranşlarla kredit verilmişdir. Sonradan tərəflər arasında imzalanmış 2014-cü il 5 iyun ta rixli K1087 saylı və 2015-ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə formalarına 2015-ci il 5 noyabr tarixli 1 saylı əlavələr imzalanaraq, borcalana verilmiş kreditlərin illik faiz dərəcəsi 15%, illik cərimə faizi 180%, gündəlik 0,5 % müəyyən edilmiş, verilmiş kreditlərin müddətləri isə 2019-cu il 5 oktyabr tarixədək uzadılmışdır. 2014-cü il 5 iyun tarixli K1087 saylı maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə F.Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə 2014-cü il 5 iyun tarixli İ0696 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 2014 -cü il 10 iyun tarixli RX0412407 saylı (Reyestr nömrəsi: **********37-05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasında qeyd olunan İ0696 nömrəli 2014-cü il 5 iyun tarixli ipoteka müqaviləsinə 2015-ci il 5 noyabr tarixli 1 nömrəli Əlavə imzalanmış, həmin Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 2015-ci il 14 noyabr tarixli RX0758880 saylı (Reyestr nömrəsi: **********37- 05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. F.Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsi (27/1 saylı mağaza) iddiaçının xeyrinə 2014-cü il 5 iyun tarixli İ0704 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyes trində qeydə alınmış və bu haqda 2014-cü il 7 iyun tarixli RX0412359 saylı (Reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasında İ0704 nömrəli 2014-cü il 5 iyun tarixli ipoteka müqaviləsinə 2015-ci il 5 noyabr tarixli Əlavə imzalanmış, qeyd olunan Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 2015-ci il 14 noyabr tarixli RX0758881 saylı (Reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, 2015-ci il 4 fevral tarixli K1430 nömrəli Maliyyələşdirmə üçün ərizə, 2014-cü il 5 iyun tarixli K1087 nömrəli maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 2015-ci il 5 noyabr tarixli 1 saylı əlavə formalarından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə: F.Əliyevin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçının xeyrinə 2015-ci il 5 noyabr tarixli İ1573 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 2015-ci il 14 noyabr tarixli RX0758918 saylı (Reyestr nömrəsi: **********02-12301; Qeydiyyat nömrəsi: 1********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa, K1087 saylı, K1430 saylı kreditlər və 2015-ci il 5 noyabr tarixli 1 saylı əlavə formaları üzrə borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə F.Əliyev arasında 2015-ci il 5 noyabr tarixli Z1385 saylı, Cavabdeh2 arasında 2015-ci il 5 noyabr tarixli Z1386 saylı zaminlik müqavilələri bağlanmışdır.

11. Lakin borcalan K1087 nömrəli Kredit üzrə 1.389 gün, K1430 nömrəli Kredit üzrə isə 1.423 gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana 2020-ci il 3 fevral tarixli PBCOS-163 saylı xəbərdarlıq məktubu, zaminlərə isə 2020-ci il 3 fevral tarixli PBCOS-165 saylı, 2020-cu il 3 fevral tarixli PBCOS-164 saylı bildiriş məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan iddiaçı ipoteka qoyan F.Əliyevə ipoteka predmetlərinə t utmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar. İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı ödəmişdir.

12. PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X8 göstərilir ki, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtı nda və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Həmçinin X8 qeyd olunur ki, kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin müvafiq bəndində göstərilən şərtlər müştəri tərəfindən pozulduqda, müqavilə Bank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər.

13. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ipoteka qoyan, eyni zamanda, zamin F.Əliyev 2020-ci il 17 fevral tarixində vəfat etdiyindən onun vəsiyyət üzrə vərəsəsi Cavabdeh3 və qanun üzrə vərəsəsi L.Əliyevanın iş üzrə cavabdeh qismində cəlb edilməsi, eyni za manda, F.Əliyevin cavabdehlər sırasından çıxarılması xahiş olunmuşdur.

14. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şirkətdən, Cavabdeh2, Cavabdeh3 və L.Əliyevadan K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487.968,85 manat əsas borc, 260.626,38 manat faiz borcu, 85.003,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 76.719,55 manat olmaqla, cəmi 910.318,54 manat borcun, K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556.558,32 manat əsas borc, 296.265,09 manat faiz borcu, 96.574,8 manat cərimə borcu, 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5 % dərəcəsi ilə hesablanan faiz b orcu 87.503,34 manat olmaqla, cəmi 1.036.901,55 manat borcun iddiaçının xeyrinə tutulması, K1087 saylı kredit üzrə tutmanın Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 595.000 manat olmaqla; Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (27/1 saylı mağaza) hərracdan ilkin satış qiyməti 235.000 manat olmaqla; K1430 və K1087 saylı kreditlər üzrə tutmanın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə hərracdan ilkin satış qiyməti 598.800 manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı qarşısında olan kredit borclarının ödənilmə sinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin iddiaçı qarşısında olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Şirkətdən, Cavabdeh2, Cavabdeh3 və L.Əliyevadan birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublik ası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 295, 317, 319.1, 319.6, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 39.1, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 119.1, 172.3-cü maddələrinə istinad edilmişdir.

16. Cavabdehlər tərəfindən etiraz təqdim edilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 avqust tarixli e-2-2(113)-1405/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə münasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır (ha kim – F.Qasımov).

18. Məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 19 noyabr tarixli 9/4504 nömrəli rəyində K1430 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə əsas borc 552.066,13 manat, faiz borcu üzrə 265.064,83 manat, K1087 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə əsas borc üzrə 485.878,05 manat faiz borcu üzrə isə 243.343,90 manat müəyyən edilmiş, lakin 2021-ci il 13 yanvar tarixli PBCOS-Out-05474 saylı maliyyə arayışına əsasən şirkətin banka K1430 saylı kredit müqaviləsinə əsasən kredit üzrə öhdəlikləri, müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə 556.558,38 manat əsas borc, 296.265,09 manat faiz borcu, 96.574,80 manat cərimə borcu olmaqla, cəmi 949.398,21 manat, K1087 saylı kredit müqav iləsinə əsasən isə kredit üzrə öhdəlikləri müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə əsas borc üzrə 487.968,85 manat, faiz borcu üzrə 260.626,38 manat, cərimə borcu üzrə 85.003,76 manat olmaqla, cəmi 833.598,99 manat təşkil edir. 19. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 9 fevral tarixli LP-016/21 nömrəli hesabatda Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiyməti 242.000 manat, eyni tarixli LP-017/21 nömrəli hesabatda Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 605.000 manat, eyni tarixli LP-018/21 nömrəli hesabatda Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiyməti 603.000 mana t müəyyən olunmuşdur.

20. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 mart tarixli e-2-2(113)125/2021 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə tapşırılmışdır.

21. Məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 8 iyul tarixli 9/2154 nömrəli rəyində qeyd olunmuşdur ki, 2014-cü il 27 may tarixli PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair müqavilənin tərkib hissəsi olan 2014-cü il 5 iyun tarixli K1087 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq şirkətin iddiaçıya 2019-cu il 5 oktyabr tarixinə əsas borc üzrə 485.878,05 manat, faiz borcu üzr ə 243.343,9 manat, kredit razılaşmasının müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixindən 2020-ci il 22 aprel tarixinədək olan müddət üzrə illik 15% dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla 2020-ci il 20 aprel tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borc üzrə 485.878,05 manat, faiz borcu üzrə 260.626,38 manat borcu müəyyən edilmişdir. 2014-cü il 27 may tarixli PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair müqavilənin tərkib hissəsi olan 2015-ci il 4 fevral tarixli K1430 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq şirkətin iddiaçıya 2019-cu il 5 oktyabr tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) əsas borc üzrə 552.066,13 manat, faiz borcu üzrə 265.064,83 m anat, kredit razılaşmasının müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixindən 2020-ci il 8 iyun tarixinədək olan müddət üzrə illik 15% dərəcəsi ilə hesablanan faiz borcu nəzərə alınmaqla 2020-ci il 8 iyun tarixinə əsas borc üzrə 552.066,13 manat, faiz borcu üzrə 296.265,09 manat borcu müəyyən edilmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin 2022-cü il 17 noyabr tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, K 1087 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 485.878,05 manat əsas borc, 243.343,90 manat faiz borcu, 24.000 manat cərimə, müqavilə müddəti bitdiyi 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 74.336,35 manat olmaqla, ümumilikdə 827.558,3 manat, K 1430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əs asən 552.066,13 manat əsas borc, 265.064,83 manat faiz borcu, 27.500 manat cərimə, 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 84.467,54 manat olmaqla, ümumilikdə 929.098,5 manat məbləğində pul vəsaitinin müştərək qaydada şirkətdən, Cavabdeh2, Cavabdeh3 və L.Əliyevadan tutularaq iddiaçının xeyrinə ödənilməsi, K 1087 nömrəli kredit üzrə tutmanın 827.558,3 manat məbləğində borcun ödənilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 (27/1 saylı mağaza) qeyri-yaşayış sahəsinə yönədilməsi, həmin əmlakların ilkin satış qiyməti müvafiq olaraq 605.000 manat və 242.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına K 1087 saylı kredit üzrə 827.558,3 manat məbləğində borc ödənilməsi, əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılsın və alıcıya təhvil verilməsi, K 1430 və K 1087 nömrəli kreditlər üzrə tutmanın borcun ödənilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108E ünvanında yerləşən əmlak kompleksinə yönədilməsi, həmin əmlakın ilkin satış qiyməti 603.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına K 1087 nömrəli kredit üzrə 827.558,3 manat və K 1430 nömrəli kredit üzrə 929.098,5 manat məbləğində borcun ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri iddiaçı qarşısında olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun müştərək qaydada şirkətdən, Cavabdeh2, Cavab deh3 və Cavabdeh3adan tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin müştərək qaydada Şirkətdən, Cavabdeh2, Cavabdeh3 və L.Əliyevadan tutularaq iddiaçının xeyrinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 445 manat məbləğində pul vəsaitinin 401 manat məbləğində hissəsinin müştərək qaydada şirkətdən, Cavabdeh2, Cavabdeh3 və L.Əliyevadan, 44 manat məbləğində hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – F.Qasımov).

23. Birinci instansiya məhkəməsi göstərmişdir ki, eksert rəyində göstərilən məbləğlər əsas götürülərək tutulmalı olan məbləğ K 1087 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 485.878,05 manat əsas borc, 243.343,90 manat faiz borcu, K 1430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 552.066,13 manat əsas borc, 265.064,83 manat faiz borcu kimi müəyyən olunmalıdır.

24. İşin hallarına əsasən, iddia ərizəsində tələb olunan K1087 saylı müqavilə üzrə müqavilə müddəti bitdikdən (2019-cu il 5 oktyabr tarixindən) 2022-ci il 27 oktyabr tarixinədək illik 5%-lə hesablanan faiz borcu 76.719,55 manat, K1430 saylı müqavilə üzrə isə 87.503,34 manat göstərilsə də, K1087 saylı müqavilə üzrə 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5% 74.336,35 m anat miqdarında (485.878,05: 100 x 5 = 24.294: 365 = 66,55 (1 gün üçün 5%); 1.117 (2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək olan müddət) x 66,55 = 74.336,35), K1430 saylı müqavilə üzrə 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5% 84.467,54 manat miqdarında (552.066,13: 100 x 5 = 27.603: 365 = 75,62 (1 gün üçün 5%); 1.117 x 75,65 = 84.467,54 manat müəyyən edilməlidir.

25. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə 487.968,85 manat əsas borca 85.003,76 manat, K1430 saylı maliyyələşdirmə üçün ərizə üzrə 556.558,32 manat əsas borca 96.574,8 manat cərimə hesablanmasını əsaslı hesab etməmişdir. B elə ki, öhdəliklərin icrası uzun müddət ərzində gecikdirilsə də, iddiaçı tərəfindən məhkəməyə hər iki müqavilənin müddəti bitdikdən bir neçə ay sonra – 2020-ci il 20 aprel tarixə müraciət olunmuş, bununla da zərərin həcminin artmasına şərait yaratmışdır. Buna görə də K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 85.003,76 manat dəbbə pulunun məbləği azaldılaraq 24.000 manat, K1430 maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 96.574,8 manat dəbbə pulunun məbləği azaldılaraq 27.500 manat məbləğində müəyyən edilməlidir.

26. K1087 saylı, K1430 saylı kreditlər və 2015-ci il 5 noyabr tarixli 1 saylı əlavə formaları üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə F.Əliyev arasında Z1385 saylı, Cavabdeh2 arasında Z1386 saylı 2015-ci il 5 noyabr tar ixli zaminlik müqavilələri bağlanmışdır.

27. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 28. 2014-cü il 5 iyun tarixli Z0575 saylı və 2015-ci il 15 noyabr tarixli Z1385 zaminlik müqaviləsi üzrə zamin F.Əliyev 2020-ci il 17 fevral tarixində vəfat etdiyindən F.Əliyevin vəsiyyət üzrə vərəsəsi Cavabdeh3 və qanun üzrə vərəsəsi L.Əliyeva iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Bakı şəhəri 13 saylı Notariat ofisində miras qalmış əmlaklara dair vərəsələrə şəhadətnamə verilməsi məqsədi ilə 210817 saylı notariat işi açılmışdır.

29. Şəxsin zaminlik və ipoteka müqavilələrindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, zaminin öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan öhdəlikdir.

30. Kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Cavabdeh3 və L.Əliyeva notariusa ərizə verməklə eyni zamanda məhkəməyə müraciət edib miras əmlaka pay hüququnun müəyyən edilməsini tələb etməklə, mirası faktiki qəbul etmiş vərəsələr sayılırlar.

31. F.Əliyev 2020-ci il 17 dekabr tarixində vəfat etmiş, onun miras əmlakına şəhadətnamə verilməsi üçün vərəsələri Cavabdeh3 və L.Əliyevnın ərizəsi əsasında vərəsəlik işi açılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2(103)-4413/2022 saylı qərardadına əsasən, Cavabdeh3 v ə L.Əliyev arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmiş və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadın məzmunundan da görünür ki, məhkəmənin icraatında olan vərəsəliklə bağlı mülki iş üzrə vərəsələr Cavabdeh3 və L.Əliyev razılığa gələrək barışıq sazişi bağlamış, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. Buna görə də iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

32. Həmçinin iddia kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi hissəsində də təmin edilməlidir. İşin hallarına əsasən borclu kimi cavabdeh əsas öhdəliyi icra etmədiyi üçün müqavilənin təminatı kimi qoyulmuş əmlak kopmleks kimi müəssisəyə tutmanın yönəldilməsi barədə tələb də əsaslı və qanunidir. Likvid qiymət müəyyən o lunarkən "xxxx" MMC-nin 2021-ci il 9 fevral tarixli LP-016/21, LP-017/21 və LP018/21 nömrəli hesabatları əsas götürülərək, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiyməti 242.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 605.000 manat, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiyməti 603.000 manat müəyyən olunmalıdır.

33. Lakin iddianın “ipoteka predmeti olan əmlakın boşaldılması” hissəsi əsassızdır. Mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır.

34. İddianın “əm laklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 2018-ci il 30 dekabr tarixində “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasından göründüyü kimi, qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir.

35. Həmin qaydaya görə, bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur, çünki qanunun imperativ göstərişinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzv ləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

36. Lakin hazırkı mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda dəyişikliyin edildiyi tarixdən (2018-ci il 30 dekabr) əvvəl bağlandığına görə bu müddəalar tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır.

37. Həmin müddəalar nəzərə alındığı təqdirdə məhkəmə iddi anı bu hissədə əsassız hesab etmişddir. Belə ki, normada “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda” ifadəsi işlənir qeyd olunur ki, iddianın bu hissədə təmin olunduğu təqdirdə məhkəmə qərarı ehtimala əsaslanır. Digər tərəfdən isə, bu halda iddia irəli sürmək hüququnun mülkiyyətçi olaraq iddiaçıya məxsus olub-olmayacağı məlum deyildir.

38. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi qismində 81 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq eksperti zasının keçirilməsinə xərclənmiş 445 manat məbləğində pul vəsaitinin 401 manat məbləğində hissəsi cavabdehlərdən, 44 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

39. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 21.3, 319.1, 427.3, 462.1, 463.1, 467, 470.1, 472.1, 739, 1146, 1243-cü; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3, 39.3.3, 59.3, 59.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərarılarna; MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

40. Cavabdeh3 2023-cü il 8 yanvar tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin özünə münasibətdə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. L.Əliyeva eyni tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. İddiaçı 2023-cü il 9 yanvar tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvi l verilməsi, əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(103)-249/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

44. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verərək hesab etmişdir ki, kredit öhdəliyi cavabdehlərin məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcunun məbləğinin artırılması üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi tərə findən iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasının sonuncu 2021-ci il 8 iyul tarixli 9/2154 nömrəli rəyinə əsasən şirkətin iddiaçıya müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə əsas borc üzrə 485.878,05 manat, faiz borcu üzrə 243.343,9 manat, 2015-ci il 4 fevral tarixli K1430 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq 2019-cu il 5 oktyabr tarixinə əsas borc üzrə 552.066,13 manat, faiz borcu üzrə 265.064,83 manat borcunun olması müəyyən edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən ekspert rəyi ilə razılaşmaması üçün konkret əsas göstərə bilməmişdir. Cərimə ilə bağlı hissədə məhkə mə MM-nin 467-ci maddəyə istinad edərək hesab etmişdir ki, K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 85.003,76 manat dəbbə pulunun məbləği azaldılaraq 24.000 manat, K1430 maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 96.574,8 manat dəbbə pulunun məbləği azaldılaraq 27.500 manat məbləğində müəyyən edilməlidir. Tutulmuş dəbbə pulu məbləğləri formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əsas kredit borclarının təxminən 5%-ı məbləğində müəyyən edildiyindən həmin hissədə də qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir

45. Birinci instansiya məhkəməsinin qətnaməsi eyni zamanda “əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” barədə iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirilir. Apellyasiya instansiyası məh kəməsi bu hissədə də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, gələcəkdə yaranacağı və pozulacağı ehtimal olunan hüququn bərpası ilə bağlı tələb irəli sürülə bilməz. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi halda məhkəmədə iş başlanıldığından iddiaçının ipoteka predmeti olan əmlakları gələcəkdə əldə edə biləcəyi ehtimalı əsasında əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

46. Cavabdehlərin apellyasiya şikayətləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər iki apellyasiya şikayətində ipoteka predmeti olan əmlakların məhkəmə tərəfindən müəyyən edil miş likvid dəyərinin düzgün olmadığı qeyd edilərək qiymətləndirmə ilə bağlı təkrar ekspertiza həyata keçirilməsi xahiş olunsa da, apellyasiya şikayətlərinə əmlakları likvid dəyərinin işdəki rəydən daha artıq olduğuna dair sübutlar əlavə edilmədiyindən təkrar ekspertiza üçün qanuni əsaslar olmadığı üçün məhkəmə tərəfindən təkrar ekspertiza təmin edilməmişdir. Belə ki, "xxxx" MMC-nin qiymətləndirmə rəyləri kifayət qədər əsaslandırıldığından məhkəmənin həmin rəylərlə razılaşmaması üçün əsaslar müəyyən edilməmişdir. "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə bağlı ən azı 5 il təcrübəyə malik olması ilə bağlı işdə sübut olmaması həmin rəyin məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alınmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Qiymətləndirmə f əaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsi icra məmurunun sifarişi əsasında təyin edilən qiymətləndirmə fəaliyyəti ilə bağlı olduğundan hazırkı mübahisə üzrə tətbiq edilə bilməz.

47. Cavabdehin nümayəndəsi və vəkili işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi, Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m üzrə bazar dəyərinin 8.500-10.000 manat olduğuna dair “Əmlak Ekspert Mərkəzi”nin arayışı ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin arayışda əmlakların qiyməti həmin əmlaklara baxış keçirmədən, yalnız yerləşdiyi ərazi nəzərə alınmaqla müəyyən edildiyindən və bu qiymət müəyyən edilərkən hansı meyarların əsas götürüldüyü qeyd edilmədiyind ən mötəbər hesab edilə bilməz.

48. Cavabdeh L.Əliyevanın Rusiya Federasiyasının vətəndaşı olması ilə əlaqədar mübahisənin Rusiya Federasiyasının qanunvericiliyi tətbiq edilməklə həll edilməli olduğuna dair hissədə də apellyasiya şikayəti əsassızdır. Belə ki, hazırkı halda zaminlik müqaviləsi Azərbaycan Resublikasının vətəndaşı ilə Azərbaycan Respublikasında qeydə alınmış hüquqi şəxs arasında bağlandığından həmin müqavilədən irəli gələn mübahisə də Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilməlidir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin vərəsəlik qaydasında xarici vətəndaşa keçməsi mübahisə üzrə tətbiq edilməli olan hüququ dəyişmir. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsinə bu barədə vəsatət verməmiş, o cümlədən öz apellyasiya şikayətini də Azərbayca n Respublikasının qanunvericiliyinə istinad etməklə əsaslandırmışdır.

49. Zamin F.Əliyevin vərəsələrinin kredit üzrə öhdəliyə görə yalnız 2020-ci il 17 dekabr tarixinədək (zaminin vəfat etdiyi tarix) məsuliyyət daşıdıqlarına dair cavabdehin apellyasiya şikayətinin dəlili də məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Belə ki, işin hallarına əsasən, hər iki kredit öhdəliyi üzrə öhdəliyin icra müddəti 2019-cu il 5 oktyabr tarixində, yəni F.Əliyev vəfat edənədək bitdiyi üçün F.Əliyevin həmin tarixədək kredit üzrə əsas borcu və faizləri ödəmək öhdəliyinin yarandığı və zaminin ölümünün öhdəliyə xitam verilməsi üçün əsas olmadığı nəzərə alınaraq vərəsələr həm zaminin öldüyü tarixədək, həm də həmin tarixdən sonra yaranmış faiz və cərimə borclarına görə də qəbul etdikləri miras əmlak həddində məs uliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, zaminlik və ipoteka müqavilələrindən irəli gələn vəzifələr şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, zaminin öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan öhdəlikdir.

50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 445.7, 462.1, 463.1, 465.2, 466.1, 467, 470.1, 472.1, 739, 1146, 1151.1, 1306.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3, 59.3, 59.4-cü; MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

51. Həmin qətnamə 2023-cü il 28 aprel tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.

52. Cavabdeh3 2023-cü il 26 iyun tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilmə sini və həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

53. İddiaçı həmin qətnamənin qismən dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdeh3 kassasiya şikayətinin dəlilləri

54. MM-in 449.1-ci maddəsi üzrə – Ekspertiza rəylərində müəyyən edilmiş əsas və faiz borcu iddiaçının özünün təqdim etdiyi arayışdakı borc məbləğindən fərqli və daha yüksək olub. Belə ki, iddiaçı 2020-ci il 20 aprel tarixinə borcalanın K1087 saylı kredit üzrə əsas borcunun 487.968,85 manat, faiz borcunun 118.953,44 manat, K1430 saylı kredit üzrə isə əsas borcunun 556.558,32 manat, faiz borcunun 135.307,1 manat olduğunu qeyd etmişdir. Sonuncu ekspertiza rəyində is ə borcalanın müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinədək K1087 saylı kredit üzrə əsas borc üzrə 485.878,05 manat, faiz borcu üzrə 243.343,9 manat, K1430 saylı kredit üzrə əsas borc üzrə 552.066,13 manat, faiz borcu üzrə 265.064,83 manat borcunun olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi arayışda əsas və faiz borcunun 2020-ci il 20 aprel tarixinə daha az olması göstərilmişdir. Bu halda məntiqlə ekspertiza rəyində borcun 2019-cu il 5 oktyabr tarixinədək məbləği daha aşağı olmalı idi. Kassator bu halı apellyasiya məhkəməsinin diqqətinə çatdırıb, lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Kassator işə apellyasiya məhkəməsində baxılarkən yenidən təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin m əhkəmə vəsatəti rədd edib və bunu əsaslandırmamışdır. Qətnamədə bununla bağlı ümumiyyətlə məhkəmənin mövqeyi əks edilməmişdir.

55. MM-in 445.7-ci maddəsi üzrə – İllik 5%-lə hesablanan faiz borcunun cavabdehdən tutulması əsassızdır. Çünki zamin 2020-ci il 17 fevral tarixində vəfat etdiyinə görə, həmin tarixə qədər həmin məbləğ hesablana bilər. Digər tərəfdən, məhkəmə həmin faiz borcunun 2022-ci il 27 oktyabr tarixinə qədər nəyə görə hesablandığını izah etməmişdir. Zamin FƏliyev vəfat etdikdən sonra onun vərəsələri onun öhdəliklərinə görə məsuliyyət daşısalar da, bu məsuliyyət F.Əliyevin öldüyü tarixə qədər olan öhdəlik olmalıdır. Buna görə də məhkəmə illik 5%-lə hesablanan faiz borcunun məbləğini də düzgün müəyyənləşdirməmişdir.

56. Bundan əlavə, məhkəmə dəbbə pulunun da məbləğini düzgün mü əyyən etməmişdir. İddiaçı məhkəməyə zamin vəfat etdikdən sonra müraciət etmişdir, buna görə də cərimə borcunun zaminin vərəsələrindən tutulması tamamilə əsassızdır. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, hər iki kredit öhdəliyi üzrə öhdəliyin icra müddəti 2019-cu il 5 oktyabr tarixində, yəni zamin F.Əliyevin vəfat edənədək bitdiyi üçün F.Əliyevin həmin tarixədək kredit üzrə əsas borcu və faizləri ödəmək öhdəliyinin yarandığı və zaminin ölümünün öhdəliyinə xitam verilməsi üçün əsas olmadığı nəzərə alınaraq vərəsələr həm zaminin öldüyü tarixədək, həm də həmin tarixdən sonra yaranmış faiz və cərimə borclarına görə də qəbul etdikləri miras əmlak həddində məsuliyyət daşıyırlar. Halbuki öhdəliyin pozulması zaminə aiddir. Onun vərəsələri yalnız zaminin vəfat etdiyi tarixədək olan ö hdəliyə görə məsuliyyət daşıya bilərlər. Çünki zamin vəfat etdikdən sonra vərəsəlik haqqında mübahisə yaranıb və vərəsələr həmin mübahisəni həll etməklə məşğul olub, yəni vərəsələr zamin vəfat edən kimi dərhal onun aktiv əmlakına vərəsəlik qaydasında hüquq əldə etməmişdilər. Bu halda 2020-ci il 17 fevral tarixindən (zaminin vəfat etdiyi) 2022-ci il 27 oktyabr tarixinə qədər olan müddət ərzində hesablanmış illik 5 faiz borcunun zaminlərdən tələb edilməsi başa düşülən deyil və məhkəmə bununla bağlı yetərli arqument səsləndirməmişdir. 57. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6, 39.3.3-cü maddələri üzrə - "xxxx" MMC tərəfindən əmlakların likvid qiyməti düzgün müəyyən edilməmiş, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlili aparılmam ış, likvid qiymətinin hansı meyar əsasında müəyyən edildiyi izah edilməmişdir. Əvvəla, məhkəmə qiymətləndirmə şirkətini seçməkdə sərbəst olsa da, nəyə görə məhz "xxxx" MMC-ni seçməsi izah edilməmişdir, digər tərəfdən, həmin şirkətin nə dərəcədə etibarlı şirkət olub-olmaması, qiymətləndirməni obyektiv aparıb-aparmaması məlum deyildir. Kassator apellyasiya məhkəməsində əmlakların likvid qiymətinin müəyyən edilməsi üçün işə baxılarkən təkrar qiymətləndirmənin həyata keçirilməsini xahiş etmiş, həmçinin məhkəməyə “Əmlak Ekspert Mərkəzi”nin arayışını təqdim etmişdir. Apellyasiya məhkəməsi vəsatəti rədd etmiş, eyni zamanda qeyd edilən arayışı sübut qismində qəbul etməmişdir. Məhkəmə qətnamədə bununla bağlı qeyd etmişdir ki, həmin arayışda əmlakların qiyməti əmlaklara baxış keçirilmədən və bu qiym ət müəyyən edilərkən hansı meyarların əsas götürüldüyü qeyd edilməmişdir. Həmin arayış kifayət qədər mötəbər sübut kimi qəbul edilməlidir, əgər məhkəmə həmin arayışı sübut qismində qəbul etmirsə və kassator "xxxx" MMC-in rəyini mübahisələndirirsə, bu halda məhkəmə yenidən qiymətləndirmə təyin etməlidir. Çünki əmlakların likvid qiyməti yalnız bu rəy əsasında müəyyən edilib və iş üzrə həlledici sübutdur. Həmin sübut cavabdeh tərəfindən mübahisələndirilirsə və bununla bağlı tutarlı arqumentlər irəli sürürsə, məhkəmə həmin arqumentləri qəbul etmirsə, bunu kifayət qədər əsaslandırmalıdır. Apellyasiya məhkəməsinin qətnaməsinə baxdıqda, belə əsaslandırmaya rast gəlinməmişdir. b) İddiaçının kassasiya şikayətinin dəlilləri 58. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsi üzr ə – Məhkəmələr hansı səbəbdən müqavilə şərtlərinə uyğun hesablanmış və müəyyən edilmiş borcu əks etdirən bank tərəfindən təqdim olunan maliyyə arayışını deyil, iş üzrə ekspert rəyini əsas götürməsini, hansı səbəbdən əsas və faiz borcunun azaldılmasını qətnamədə əsaslandırmamışdır.

59. MM-in 467-ci maddəsi üzrə - Dəbbə puluna münasibətdə qeyd edilməlidir ki, hər iki maliyyələşdirmə üçün ərizəyə əsasən gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 21%, günlük cərimə faizi 0,0583% nəzərdə tutulmuşdur. Borcalan tərəfindən gecikdirilmiş günlərin sayı K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.345 gün, K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.396 gün təşkil edilmişdir. Bu baxımdan, əsaslı olaraq K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85.003,76 manat, K 1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 96.574,8 manat cərimə borcu hesablanmışdır. Qeyd olunan kredit müqavilələri üzrə hesablanan dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri və MM-in 390-cı maddəsi müqavilə tərəflərinə müqavilənin məzmununu və şərtlərini azad surətdə müəyyənləşdirməyə imkan verir. Bu baxımdan, cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmış, K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24.000 manat, K 1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 27.500 manat məbləğində müəyyən edilmişdir. Müəyyən edilən bu cərimə məbləğləri əsaslı hesab edilə bilməz. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi cərimə borcununa münasibətdə MM-in 467-ci maddəsini tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamış, hətta bu sahədə formalaşmış məhkəmə təcrübəsini də nəzərə almadan əsas borc məbləğinin onda birindən də az məbləğdə dəbbə pulu hesablanmışdır. 60. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsi üzrə həmin maddə hazırk ı mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddədə ipoteka predmeti olaraq yaşayış sahəsi – mənzil və ya ev nəzərdə tutulmuşdur. Qeyriyaşayış sahəsinə münasibətdə əmlakın boşaldılması ilə bağlı hər hansı norma müəyyən edilməmişdir. Bu baxımdan, qeyri-yaşayış sahəsinin boşaldılmaması gələcəkdə həmin əmlakın alıcısının qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxaracaqdır. Odur ki, yeni məhkəmə mübahisələrinin yaranmaması məqsədi ilə iddia tələbi ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi hissəsində də təmin edilməlidir.

61. MPM-in 88-ci maddəsi üzrə – Məhkəmələr tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini, 2022-ci il 3 noyabr tarixli maliyyə arayışını, gecikdirilmiş günlərin sayını (2014-c ü il 5 iyun tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.345 gün, 2015ci il 4 fevral tarixli K1430 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2.396 gün) və hər iki maliyyələşdirmə üçün ərizəyə əsasən illik cərimə faiz dərəcəsi kimi 21%, günlük cərimə faizi kimi 0,0583% tutulmalı olmasını nəzərə almamışdır. Məhkəmələr hansı səbəbdən müqavilə şərtlərinə uyğun hesablanmış və müəyyən edilmiş borcu əks etdirən bank tərəfindən təqdim olunan maliyyə arayışını deyil, iş üzrə ekspert rəyini əsas götürməsini, hansı səbəbdən əsas və faiz borcunun azaldılmasını qətnamədə əsaslandırmamışdır. Nəticədə məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. c) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

62. İddiaçı 2023-cü il 20 iyul tarixində cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətinin dəlillərində iş üzrə ekspertiza rəylərində müəyyən edilmiş əsas və faiz borcunun iddiaçının özünün təqdim etdiyi arayışdakı borc məbləğindən fərqli və daha yüksək olması, sonuncu ekspertiza rəyində isə borcalanın müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə qədər К1087 saylı kredit üzrə əsas borc üzrə 485.878,05 manat, faiz borcu üzrə 243.343,9 manat, К1430 saylı kredit üzrə əsas borc üzrə 552.066,13 manat, faiz borcu üzrə 265.064,83 manat borcunun olmasının müəyyən edilməsi, iddiaçının təqdim etdiyi arayışda əsas və faiz borcunun 2020-ci il 20 aprel tarixinə daha az olması qeyd olunur.

63. Kassasi ya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Bank tərəfindən təqdim olunmuş 2022-ci il 3 noyabr tarixli PB/PBL-OUT-01374-2022 saylı maliyyə arayışına əsasən К1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487.968,85 manat əsas borc, 260.626,38 manat faiz borcu, 85.003,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 76.719,55 manat olmaqla, cəmi 910.318,54 manat təşkil edir. К1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556.558,32 manat əsas borc, 296.265,09 manat faiz borcu, 96.574,8 manat cərimə borcu, 2019-cu il 5 oktyabr tarixdən 2022-ci il 27 oktyabr tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 87.503,34 manat olmaqla, cəmi 1.036.901,55 manat təşkil edir. Eyni zam anda, 2022-ci il 3 noyabr tarixli iddia ərizəsinə əlavə məhkəməyə təqdim olunaraq sonuncu maliyyə arayışında göstərilən məbləğlərə uyğun iddia tələbinin həcmi artırılmışdır.

64. Göründüyü kimi, ödənilməsi tələb olunan həm əsas borcun, həm faiz borcunun məbləğləri, əksinə, ekspert rəyində 2019-cu il 5 oktyabr tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) müəyyən edilən məbləğlərdən daha yüksək, 2020-ci il 20 aprel tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) müəyyən edilən əsas borca münasibətdə daha yüksək, faiz borcuna münasibətdə isə eynilik təşkil edir. Məhkəmə isə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə - yəni 2019-cu il 5 oktyabr tarixinə olan əsas və faiz borcunu nəzərə alaraq iddianı qismən təmin etmişdir. Bu baxımdan, kassasiya şikayətinin bu dəlili tamamilə əsassızdır.

65. Kassasiya şikayətinin digər dəlillərində illik 5%-lə hesablanan faiz borcunun məbləğinin yüksək hesablandığı, faizlərin müqavilə müddəti bitdiyi tarixdən - 2019-cu il 5 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək deyil, zaminin vəfat etdiyi 2020-ci il 17 fevral tarixinədək hesablanmalı olması, dəbbə pulunun zaminin vərəsələrindən tutulmasının tamamilə əsassız olması qeyd olunmuşdur.

66. Bu dəlillərə münasibətdə qeyd edilir ki, MM-in 477-ci maddəsində zaminliyə xitam verildiyi hallar müəyyən edilmişdir. Zaminin ölməsi zaminliyə xitam verilməsi üçün əsas deyildir, bu baxımdan vərəsələr həm zaminin öldüyü məqamadək, həm də həmin məqamdan sonra yaranmış faiz və cərimə borclarına görə də qəbul etdikləri miras əmlak həddində məsuliyyət daşıyırlar. Eyni zamanda, hər iki kredit öhdəliyi üzrə öhdəliyin icra müddəti 2019cu il 5 oktyabr tarixində, yəni F.Əliyev vəfat etməmişdən öncə bitdiyi üçün F.Əliyevin həmin tarixədək kredit üzrə əsas borcu və faizləri ödəmək öhdəliyi yaranmış, zaminlik müqaviləsindən irəli gələn öhdəlik şəxsi xarakterli olmadığına görə öhdəliyin icra edilməsi miras qalmış əmlak hesabına zaminin vərəsələrindən tələb edilə bilər. Bu baxımdan kassasiya şikayətinin bu dəlili də əsassızdır.

67. Kassasiya şikayətinin digər dəlilində əmlakların likvid qiymətinin düzgün müəyyən edilmədiyi, likvid qiymətinin hansı meyar əsasında müəyyən edildiyinin izah edilməməsi, təkrar qiymətləndirmənin həyata keçirilməməsi, “Əmlak Ekspert Mərkəzi”nin arayışının nəzərə alınmaması qeyd olunmuşdur. Bu dəlillərlə bağlı ilk növbədə qeyd edilir ki, likvidl ik dəyəri elə dəyərdir ki, məhdud vaxt müddətində satıcı məcburiyyət qarşısında daşınmaz əmlakı satır, çoxlu sayda potensial alıcılara obyektlə və satış şərtləri ilə tanış olmağa icazə verilmir. Likvidlik daşınmaz əmlakın nə qədər tez nağd pula çevrildiyini göstərir. İpoteka predmetinin ilkin satış qiyməti qeyd olunan meyarlar nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan, ekspert rəyi kifayət qədər əsaslı olmuşdur. Belə ki, ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Müqayisəli yanaşmadan istifadə edilərək qiymətləndirmə işi aparılmışdır.

68. Əmlakların likvid dəyərinin işdəki rəydən daha artıq olduğuna dair sübutlar əlavə edilmədiyindən təkrar ekspertiza üçün qanuni əsaslar müəyyən edilmədiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təmin edilməmi şdir. “Əmlak Ekspert Mərkəzi”nin arayışı ilə bağlı məhkəmə müəyyən etmişdir ki, həmin arayışda əmlakların qiyməti həmin əmlaklara baxış keçirmədən, yalnız yerləşdiyi ərazi nəzərə alınmaqla müəyyən edildiyindən və bu qiymət müəyyən edilərkən hansı meyarların əsas götürüldüyü qeyd edilmədiyindən mötəbər hesab edilməməlidir. Digər tərəfdən, sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

69. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişlər.

70. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh3 tərəfindən ona aid hissədə, iddiaçı tərəfindən isə iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən e dilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

72. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” Maddə 4

62. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi ü çün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mən afeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işti rakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” “Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir....” “Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar....” 73. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir …” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi … 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki … 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxar ılırlar.”

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli qərarında müəyyən edilmişdir ki: “Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.”

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Bərdə Rayon Məhkəməsinin müraciətinə dair” 2023-cü il 6 fevral tarixli qərardadında müəyyən edilmişdir ki: “Müraciətdə qaldırılan zaminliklə təmin edilmiş öhdəlik üzrə borclunun öldüyü halda zaminin məsuliyyəti ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir.”

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

77. İddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, Cavabdeh3 və iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmişlər.

78. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:

79. İddiaçı hesab edir ki, məhkəmələr hansı səbəbdən müqavilə şərtlərinə uyğun hesablanmış və müəyyən edilmiş borcu əks etdirən bank tərəfindən təqdim olunan maliyyə arayışını deyil, iş üzrə ekspert rəyini əsas götürmələrini, əsas və faiz borcunun azaldılmasını qətnamədə əsaslandırmamışlar.

80. Halbuki apellyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, iddiaçı məhkəməyə təqdim etdiyi 2022-ci il 3 noyabr tarixli maliyyə arayışında faiz borcunun məbəğini qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında vurğulanmış mövqeyə zidd olaraq müqavilə müddətindən sonrakı dövr üzrə də hesablamış, bu səbəbdən də məhkəmə iş üzrə nəticəyə gələrkən sözügedən arayışı deyil, həmin məbləği müqavilə müddətinin bitdiyi 2019-cu il 5 oktyabr tarixinə müəyyən edən son mühasibatlıq ekspertizasının rəyini əsas götürmüşdür.

81. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı məhkəmənin qeyd edilən ekspert rəyi ilə razılaşmaması üçün konkret əsas göstərə bilməmişdir.

82. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qeydi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

83. İd diaçı kassatorun mövqeyinə görə, onun tərəfindən kredit müqavilələri üzrə hesablanan dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamış, həmçinin cavabdeh kredit müqavilələrini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir.

84. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq hesab edir ki, tərəflər dəbbə pulunun həcmini yazılı razılaşma ilə sərbəst şəkildə müəyyən etsələr də, bütün hallarda olduğu kimi, bu hüquqdan da sui-istifadəyə yol verməməli, müqavilənin bir tərəfi qarşı tərəfi çətin duruma salmaqdan, ədalətsizliyə yol verməkdən çəkinməlidir.

85. Bu səbəbdəndir ki, qanun məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti verm iş, həmin səlahiyyət öz əksini MM-in 467-ci maddəsində (bax yuxarıda § 72) tapmışdır.

86. Sözügedən normanın bəzi müddəalarının şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 15 iyul tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə (bax yuxarıda § 74) görə, MM-in 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

87. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, öhdəliklərin icrası uzun müddət ərzində gecikdirilsə də, iddiaçı tə rəfindən məhkəməyə hər iki müqavilənin müddəti bitdikdən bir neçə ay sonra – 2020-ci il 20 aprel tarixində müraciət olunmuş, bununla da zərərin həcminin artmasına şərait yaradılmışdır.

88. Ona görə də birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği ilə razı olmamış, onu tənasübsüz yüksək hesab etmişdir.

89. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, məhkəmə tərəfindən azaldılmış cərimənin məbləği hər iki maliyyələşdirmə üçün ərizə üzrə təmin edilmiş əsas borcun təxminən 5 faizi həcmində olmuşdur.

90. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasının mövqeyinə görə, həmin nisbət istər ədalət prinsipinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə uyğundur.

91. Nəhayət iddiaçının kassasiya şikayətinin son dəlili ondan ibarət dir ki, işə baxan məhkəmələr iddianın “əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbi üzrə qanunu səhv tətbiq edərək həmin tələbi qanunsuz olaraq təmin etməmişlər.

92. Məhkəmə kollegiyası isə hesab edir ki, həmin məsələ ilə əlaqədar apellyasiya instansiyası nəticə etibarilə düzgün qənaətə gəlmişdir. Odur ki, mübahisələndirilən qətnamənin müvafiq hissədə ləğvi yalnız formal mülahizələrə xidmət etmiş olacaqdır.

93. Belə ki, ipoteka predmeti olan əmlakların açıq hərracdan digər mülkiyyətçilərə və ya iddiaçının ozünə satılacağı hazırda məlum deyildir. Digər tərəfdən, əmlaklar satıldıqdan sonra cavadehlər təfəfindən 1 ay müddətində könüllü qaydada boşaldıb-boşaltmayacağı da naməlumdur.

94. MPM-nin 5.1-ci maddəsinin (bax yuxarıda § 76) tələbi ondan ibarətdir ki, hər hansı şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi halda məhkəmədə iş başlanılır.

95. Bu mənada, gələcəkdə yaranacağı və pozulacağı yalnız ehtimal olunan hüququn, eləcə də əmlakı əldə edən digər şəxslərin hüquqlarının bərpası ilə bağlı tələb irəli sürülə bilməz.

96. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o nəticəsini düzgün hesab edir ki, iddiaçının ipoteka predmeti olan əmlakları gləcəkdə əldə edə biləcəyi ehtimalı əsasında əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri üzrə:

97. Cavabdehin dəlillərinə görə isə, iş üzrə alınmış ekspertiza rəyl ərində 2019-cu il 5 oktyabr tarixinə müəyyən edilmiş əsas və faiz borcu iddiaçının özünün təqdim etdiyi arayışdakı 2020-ci il 20 aprel tarixinə müəyyən edilmiş borc məbləğindən fərqli və daha yüksək olub, halbuki məntiqlə ekspertiza rəyində borcun məbləği daha aşağı olmalı idi.

98. Lakin sözügedən dəlil iş materiallarında olan Bankın təqdim etdiyi 2022-ci il 27 oktyabr tarixinə olan borcun həcmini əks etdirən 2022-ci il 3 noyabr tarixli PB/PBL-OUT01374-2022 saylı maliyyə arayışı (İİİ cild, i/v 54) ilə bilavasitə təkzib olunmaqdadır. Eyni zamanda, 2022-ci il 3 noyabr tarixində məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əlavə (İİİ cild, i/v 55) ilə iddia tələbinin həcmi sonuncu maliyyə arayışında göstərilən məbləğlərə uyğun artırılmışdır.

99. Bundan başqa, cavabdeh hesab edir ki, zamin 2020-ci il 17 fevral tarixində vəfat etdiyindən MM-in 445.7-ci maddəsi üzrə illik 5 faiz borc və cərimə cavabdehdə yalnız həmin tarixə qədər hesablana bilər. Digər tərəfdən, məhkəmə illik 5 faiz borcunun nəyə görə 2022-ci il 27 oktyabr tarixinə qədər hesablandığını izah etməmişdir.

100. Lakin zaminliyə xitam verilməsinin əsaslarını müəyyən edən MM-in 477-ci maddəsində zaminin ölməsi əsası mövcud deyildir. Odur ki, vəfat etmiş zaminin vərəsələri istər o ölənədək, istərsə də bundan sonra kredit müqaviləsi üzrə yaranan faiz və cərimə borclarına görə qəbul etdikləri miras əmlak həddində zaminlikdən irəli gələn məsuliyyəti daşıyırlar.

101. Zaminliklə təmin edilmiş öhdəlik üzrə borclunun öldüyü halda zaminin məsuliyyəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Bərdə Rayon Məhkəməsinin müraciətinə dair” 2023-cü il 6 fevral tarixli qərardadında (bax yuxarıda § 75) da qeyd edilmişdir ki, MM-in 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir.

102. Eyni zamanda, hər iki kredit öhdəliyinin icra müddəti 2019-cu il 5 oktyabr tarixində, yəni zamin vəfat etməmişdən öncə bitdiyi üçün zaminin həmin tarixədək kredit üzrə əsas borcu və faizləri ödəmək öhdəliyi yaranmışdır. Hazırkı halda zaminlik müqaviləsindən irəli gələn öhdəlik şəxsi xarakterli olmadığına görə öhdəliyin icra edilməsi miras qalmış əmlak hesabına zaminin vərəsələrindən tələb edilə bilər.

103. Məhkəmənin cavabdehin illik 5 faiz borcunun nəyə görə 2022-ci il 2 7 oktyabr tarixinə qədər hesablandığını izah etməməsinə dair dəlilə gəldikdə isə, yuxarıda qeyd olunduğu kimi, Bankın təqdim etdiyi 2022-ci il 3 noyabr tarixli PB/PBL-OUT-01374-2022 saylı maliyyə arayışında və buna müvafiq olaraq, eyni tarixli iddianın həcminin artırılmasına dair ərizədə cavabdehdən tələb olunan borcun, o cümlədən illik 5 faiz borcun həcmi məhz 2022ci il 27 oktyabr tarixinə vəziyyəti əks etdirməkdədir. Odur ki, məhkəmə sözügedən tarixə istinad edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

104. Cavabdehin kassasiya şikayətinin digər dəlilində əmlakların likvid qiymətinin düzgün müəyyən edilmədiyi, likvid qiymətinin hansı meyar əsasında müəyyən edildiyinin izah edilməməsi, qiymətləndirməni həyata keçirmiş şirkətin etibarlı şikrət olub-olmamasının qeyrimüəyyən olması, təkrar qiymətləndirmənin həyata keçirilməməsi, “Əmlak Ekspert Mərkəzi”nin arayışının nəzərə alınmaması qeyd olunmuşdur.

105. İş materiallarından məlum olur ki, məhkəmənin qərardadı əsasında ipoteka predmetinin qiymətləndirməsini həyata keçirmiş "xxxx" MMC bu fəaliyyətlə qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul olur. Həmçinin həmin MMC hazırkı qiymətləndirməni apararkən ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqini və təhlilini həyata keçirdiyi şirkətin verdiyi rəydən görünür. Müqayisəli yanaşmadan istifadə edilərək qiymətləndirmə işi aparılmışdır. Belə olan halda həmin şirkətin etibarlı olmamasını, habelə verdiyi rəyin qüsurlu olduğunu güman etmək üçün hüquq əsaslar müəyyən edilmir. 106. “Əmlak Ekspert Mərkəzi”nin arayışın məhkəmə tərəfindən mötəbər hesab edilməməsinə dair dəlil ə gəldikdə isə, əvvəla, cavabdeh həmin arayışı birinci instansiya məhkəməsində işin məhkəmə baxışı mərhələsində deyil, bilavasitə apellyasiya icraatında təqdim etməklə MPM-in 78.1-ci maddəsinin (bax yuxarıda § 76) tələblərini pozmuşdur.

107. İkincisi, mübahisələndirilən qətnamədən məlum olur ki, sözügedən arayışda əmlakların qiyməti həmin əmlaklara baxış keçirilmədən, yalnız yerləşdiyi ərazi nəzərə alınmaqla müəyyən edildiyindən və bu qiymət müəyyən edilərkən hansı meyarların əsas götürüldüyü qeyd edilmədiyindən məhkəmə tərəfindən mötəbər hesab edilməmişdir.

108. Beləliklə, əmlakların likvid dəyərinin işdəki "xxxx" MMC-nin rəyindən daha artıq olduğuna dair tutarlı sübutlar əlavə edilmədiyindən, məhkəmə təkrar qiymətləndirilmənin keçililməsinə zərurət görməmiş və bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.

109. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 76) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 76) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

110. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(103)-249/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

111. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiy ası QƏRARA ALİR: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 22(103)-249/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 1.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar