Məhkəmə qərarları › İş №2-2(102)-451/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-451/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-451/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X15, nümayəndəsi X8 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 may tarixli 2-2(103)-11/2021 qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kas asiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş 2001-ci il 14 mart tarixli 000841 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodu İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir.

2. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış 2004-cü il 1 aprel tarixli icarə müqaviləsi və müqaviləyə 2 saylı Əlavənin surətindən görünür ki, Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodu 2004-cü il 1 may tarixdən 3 (üç) il müddətinə aylıq icarə haqqı 17.000 ABŞ dolları olmaqla (ƏDV və digər vergilər daxil olmadan) "xxxx" MMC-yə icarəyə verilmişdir.

3. Nəsimi rayon məhkəməsinin 2009-cu il 19 iyun tarixli, 2(006)-197/2009 saylı qa nuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, həmin qətnamə ilə X6 iddia tələbi təmin edilmiş, təsisçilərin təsis paylarından cəmiyyətin digər iştirakçısının xeyrinə imtina etmələri barədə ərizələri (birtərəfli əqdlər) və həmin ərizələrin nəticəsi olaraq İddiaçı MMCnin nizamnaməsinə edilmiş dəyişikliklərlə bağlı 2006-cı il 21 iyun tarixli qərar və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X14 qeydiyyatı üzrə X16 aparılmış 2006-cı il 22 iyun tarixli dövlət qeydiyyatı, 2008-ci il 28 fevral tarixdə "xxxx" MMC-nin təsisçisi X7 ilə X9 arasında Bakı şəhər 1 saylı Dövlər Notariat Kontorunda reyestrdə 3M/02-154 № ilə qeyd edilmiş "xxxx" müəssisəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" MMC-nin təsisçilərinin pozulmuş hüquqları "xxxx" MMC-nin 2004-cü il 18 fevral tari xli nizamnaməsinə uyğun bərpa edilmişdir.

4. İddiaçı MMC-nin "xxxx" MMC-yə ünvanlanmış 2012-ci il 30 aprel tarixli məktubundan görünür ki, zavodun icarədən geri qaytarılması və icarə haqqının ödənilməsi xahiş olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2014-cü il 21 avqust tarixli, 2iqt (81)- 1947/2014 saylı qanuni qüvvədə olan qətnaməsi ilə "xxxx" MMC-nin iddia tələbi qismən təmin edilərək, kərpic zavodunun cavabdeh "xxxx" MMC-dən alınaraq icarəyəverən İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı "xxxx" MMC-yə qarşı 2.040.000 icarə haqqının cavabdehdən tutulması tələbi rədd edilmiş və iddiaçıya izah edilmişdir ki, iddiaçı əmlakın icarəçi tərəfindən qaytarılmaması və qeyriqanuni sahiblikdə saxlanılması ilə əlaqədar dəymiş ziyanın tutulması barədə id dia qaldıra bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Beyləqan rayonu, Allahyarlı kəndində yerləşən kərpic zavodunun qanunsuz sahiblikdə və istifadəsində saxladığı 2007-ci il 1 may tarixdən 2017-ci il 1 may tarixədək olan dövr üçün dəymiş ziyana görə 2.040.000 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və zavodun bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 450.000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş dir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində Beyləqan rayonu Allahyarlı kəndi ərazisində 15,0 ha torpaq sahəsi və həmin torpaq sahəsində MMC-nin xüsusi mülkiyyətində olan kərpic zavodu vardır. Tərəflər arasında bağlanmış 2004-cü il 1 aprel tarixli icarə müqaviləsinə əsasən kərpic zavodu 2004-cü il 1 may tarixdən 3 il müddətinə cavabdehə icarəyə verilmişdir. Müqavilənin 4.6-cı maddəsində göstərilir ki, icarə müqaviləsinin müddəti 3 il müəyyən edilir, yəni 2007-ci il 1 may tarixə qədər. İcarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2004-cü il 1 aprel tarixli 2 saylı əlavə ilə aylıq icarə haqqı 17.000 ABŞ dolları (ƏDV və digər vergilər daxil olmadan) məbləğində müəyyən edilmişdir.

7. İcarə müqaviləsi üzrə icarə müddəti başa çatdıqdan sonra icarəyə götür ülmüş kərpic zavodu cavabdeh tərəfindən icarəyə verən iddiaçıya qaytarılmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edilərək icarə haqqı üzrə olan borclarını tam ödəmələri və kərpic zavodunun icarəyə verənə təhvil verilməsi tələb edilsə də, kərpic zavodu icarə müqaviləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanaraq icarəyə verənə təhvil verilməmişdir. Sonradan müəyyən olunmuşdur ki, kərpic zavodunu icarəyə götürən cavabdehin təsisçiləri icarəyə verən iddiaçının təsisçisi və direktoru olan Ə.Hüseynovun etibarından və onlara olan inamından sui-istifadə edərək müəssisənin bütün hüquqi sənədlərinin əslini, o cümlədən nizamnaməsini, torpaqdan daimi istifadə hüququna aid dövlət aktını, kərpic zavodunun iddiaçının xüsusi mülkiyyətində olmasına dair mülkiyyət hüququ haqqında Şəhadətn aməni, kərpic zavodunun texniki pasportunu və digər sənəd və blanklarım kərpic zavodunun istismarının təmin edilməsi zərurəti adı altında alaraq ələ keçirdikdən sonra iddiaçının cavabdehin təsisçilərindən biri olan X1 dair onunla iddiaçının direktoru arasında notariatda qanunsuz alqı-satqı müqaviləsi bağlatdırmış və cəmiyyət X3 adına qeydiyyatdan keçirmişlər.

8. Göstərilən hal müəyyən edildikdən sonra iddiaçının təsisçilərindən biri və faktiki mülkiyyətçisi olan X10 və müstəqil tələb irəli sürən digər üçüncü şəxslər tərəfindən Nəsimi rayon məhkəməsində iddia qaldırılmış və 2009-cu il 19 iyun tarixli, 2(006)-197/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, təsisçilərin təsis paylarından cəmiyyətin digər iştirakçısının xeyrinə imtina etmələri barədə ərizələri (birtərəfli əqdlər) və həmin ərizələrin nəticəsi olaraq iddiaçının nizamnaməsinə edilmiş dəyişikliklərlə bağlı 2016-cı il 21 iyun tarixli qərar və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X14 qeydiyyatı üzrə X16 aparılmış dövlət qeydiyyatı, 2008-ci il 28 fevral tarixdə iddiaçının direktoru və təsisçilərindən biri X7 ilə X9 arasında Bakı şəhər 1 saylı Dövlət Notariat Kontorunda reyestrdə 3M/02-154 № ilə qeyd edilmiş iddiaçının alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, MMC-nin təsisçilərinin pozulmuş hüquqları iddiaçının 2004-cü il 18 fevral tarixli nizamnaməsinə uyğun bərpa edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

9. Dəfələrlə yazılı və şifahi surətdə cəmiyyətin Beyləqan rayonu Allahyarlı kəndində yerləşən kərpic zavodunun icarəyə verənə təhvil verilməsi və icarə üzr ə borcun ödənilməsi barədə cavabdehə müraciət olunsa da, cavabdeh müxtəlif əsassız bəhanələrlə zavodun təhvil verilməsindən və icarə haqqı üzrə borcu ödəməkdən imtina etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 2014-cü il 21 avqust tarixli 2iqt (81)-1947/2014 saylı qanuni qüvvədə olan qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək kərpic zavodunun cavabdehdən alınaraq, icarəyəverənə təhvil verilməsi qət edilmişdir.

10. Artıq 13 ildir ki, iddiaçının mülkiyyətində olan kərpic zavodu cavabdehin sahibliyində və istifadəsindədir. Kərpic zavodunun 3 il müddətində icarə müqaviləsi əsasında cavabdehə icarəyə verilməsinə baxmayaraq, 10 ildir ki, əsassız olaraq müxtəlif tələblər və bəhanələrlə mülkiyyətçiyə qaytarılmır və bununla da mülkiyyətçinin qanunla qorunan hüquqları poz ulmaqla ona külli məbləğdə maddi ziyan dəyir. Əgər kərpic zavodunun cavabdehə aylıq 17.000 ABŞ dolları məbləğində icarəyə verildiyi və icarəyə götürən tərəfindən müəyyən müddət ərzində həmin məbləğdə icarə haqqının ödənildiyini nəzərə alınmaqla cəmiyyətə dəymiş maddi ziyanın məbləği 2.040.000 ABŞ dolları məbləğində müəyyən edilir.

11. Bundan əlavə, kərpic zavodu bu illər ərzində baxımsız qalaraq istifadəyə yararsız vəziyyətə düşmüşdür. Zavodun istehsalat sahəsinin istehsala yararlı vəziyyətə gətirilməsi və dam örtüyünün təmir edilməsi üçün aparılmış hesablamalara görə 450.000 manat tələb olunur ki, bu vəsait də cavabdehdən tutulmalıdır.

12. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 157.2,157.5,1096.1,1097.1, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 4.1,77.1,216-220-ci maddələrinə istinad edilmişdir.

13. Eyni zamanda, cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, xarab olmuş kərpiclərin dəyəri kimi 20.000 ABŞ dolları maddi ziyanın, əsasız məhkəmələrə zaman və vəsait sərfinə görə 450.000 manatın, işgüzar nüfuza və sövdələşmələrə xələl gəlməsinə görə 2.020.000 ABŞ dolları vəsaitin ödəniş gününə manat məzənnəsi ilə, cəmi 450.000 manat, 2.040.000 ABŞ dolları vəsaitin ödəniş gününə manat məzənnəsi ilə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının icarə haqqı tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilməmişdir. 2008-ci il 1 dekabr tarixli protokol ilə zavodun üzərinə həbs qoyulan zaman zavodun içində sobalarda olan 200.000 min kərpic bişməmiş qalmış və xarab olmuşdur (hər bir kərpicin qiyməti o vaxtkı dəyəri ilə minimum 0,1 ABŞ dollarının manat ekvivalenti qiymətləndirilir – 200.000 x 0.1 = 20.000 ABŞ dollarının manat ekvivalenti). Halbuki, zavod üzərində mübahisə olduğu zaman o işləyə bilərdi və mübahisələrdən sonra onun sahibi müəyyənləşərdi. 15. 2008-ci ildə zavod alqı - satqı müqaviləsi ilə cavabdehin təsisçilərindən olan A.Əliyevə məxsus olmuşdur və barəsində Nəsimi rayon məhkəməsində məhkəmə çəkişməsi mövcud olmuşdur. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı əsassız iddiası üzrə uzun zaman məhkəmə prosesləri davam etmiş, məhkəmə proseslərinə külli miqdar vəsait və zaman sərf edilmişdir. Həmin məbləği cavabdeh 450.000 manat dəyərində qi ymətləndirir.

16. Bundan əlavə, iddiaçının əsassız və məhkəmələr tərəfindən təmin edilməyən iddiasına görə cavabdeh lazımsız məhkəmə proseslərinə cəlb edilmiş, qəbul edilən məhkəmə qərarları dərc edildiyindən işgüzar nüfuza və əməkdaş təşkilatlarla biznes sövdələşmələrinə xələl gəlmişdir. Cəmiyyətin iştirak etmək istədiyi tenderlər üzrə tələb olunan kriteriyalardan biri də, fəaliyyət göstərilən ərazidəki məhkəmələrdə onlara qarşı hər hansısa bir iddianın olub - olmaması barədə məlumatlandırmadır. Həmçinin, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları kütləvi informasiya vasitələrində dərc edilir, həmin məlumatlardan saysız dərəcədə insanlar istifadə edərək, cavabdehə qarşı iddia olduğu barədə məlumatlananda tikinti təşkilatına qarşı inam və etibar sarsılır və cavabdeh sif arişlərdən məhrum olur.

17. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 23,23.1,23.4,23.6,1096.1,1097.1, Azərbaycan Respublikası MPM-nin 4.1,155, 156-cı maddələrinə istinad edilmişdir. 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 iyun tarixli, 2-2(81)746/2017 saylı qətnaməsi ilə ilk iddianın təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə icarə predmeti olan kərpic zavodunun qanunsuz sahiblik və istifadədə saxlanıldığı 2007-ci il 1 may tarixdən 2017-ci il 1 may tarixədək olan dövr üçün ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə 2.040.000 ABŞ dolları məbləğində, zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450.000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir (hakim Vü salə Baxışova).

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kərpic zavodu ötən müddət ərzində icarəçi tərəfindən zavodun mülkiyyətçisi olan iddiaçıya qaytarılmamış, zavod cavabdehin təsisçisi A.Əliyevin təyin etdiyi E.Xıdırova təhvil verilmiş və onun təyin etdiyi mühafizəçilər tərəfindən mühafizə olunmuş, tərəflər arasında zavodun qanuni sahibinə geri qaytarılması ilə əlaqədar çoxsaylı məhkəmə mübahisələri ilə əlaqədar zavodun üzərinə həbs qoyulmuşdur. Nəticədə, mülkiyyətçi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edərək gəlir əldə etmək imkanından məhrum olmuş və iddiaçıya maddi zərər dəymişdir.

20. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan illik icarə haqqının 204.000 ABŞ dolları məbləğində olduğu nəzərə alınaraq tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam ver ildiyi 2007-ci il 1 may tarixdən 2017-ci il 1 may tarixədək icarə predmetinin cavabdeh tərəfindən qaytarılmadığı 10 illik dövr üçün cəmi 2.040.000 ABŞ dolları məbləğində pulun icarəyəverənə dəymiş ziyanın kompensasiyası olaraq cavabdehdən tutulması barədə iddiaçının tələbi əsaslıdır.

21. İddiaçının tələb etdiyi pul məbləği müqavilə münasibətlərindən irəli gəlmədiyindən və iddiaçı icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə predmeti olan əmlakın geri qaytarılmaması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsini tələb etdiyindən mübahisəyə iddia müddətinin tətbiq edilərək iddia tələbinin 3 illik iddia müddətinin keçməsi əsası ilə rədd edilməli olduğuna dair cavabdehin etirazı əsassızdır.

22. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2004-cü il 1 aprel tarixli icarə müqaviləsinin 5.1- ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi əmlakı qaytararkən icarəyə götürdüyü əmlakın texniki vəziyyətini qənaətbəxş, saz vəziyyətdə, əmlakın faktiki aşınma faizini nəzərə almaqla qaytarmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, icarə predmeti olmuş zavod uzun illər ərzində baxımsız qalaraq yararsız vəziyyətə düşmüşdür və zavodun təmir-bərpa xərcləri üçün 450.000 manat vəsait tələb olunur. Buna görə də iddiaçının tələbi zavodun bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 450.000 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı hesab edilərək təmin edilmişdir.

23. Cavabdeh qarşılıqlı iddia ərizəsində 2008-ci il 1 dekabr tarixdə zavodun üzərinə həbs qoyularkən zavodun içində sobalarda olan 200.000 min kərpicin bi şməmiş qalması nəticəsində xarab olmasına görə (hər bir kərpicin qiyməti o vaxtkı dəyər ilə minimum 0,1 ABŞ dollarının manat ekvivalenti qiymətləndirilir - 200 000 x 0.1 = 20 000 ABŞ dollarının manat ekvivalenti) kərpiclərin dəyəri kimi 20.000 ABŞ dolları maddi ziyanın qarşı tərəfdən tutulmasını xahiş etmiş, bu tələblə bağlı məhkəməyə Beyləqan rayon İcra Şöbəsinin 2008ci il 1 dekabr tarixli protokolu təqdim edilmişdir. Həmin protokoldan görünür ki, icarə predmeti olan kərpic zavodunun üzərinə Nəsimi rayon Məhkəməsinin 2008-ci il 17 noyabr tarixli 2(006)- 3282/2008 saylı iddianı təmin etmə tədbiri görülməsi barədə qərardadına əsasən həbs qoyulmuş, üzərinə həbs qoyulmuş əmlaklar icraçı direktor E.Xıdırova təhvil verilmişdir. Həmin protokolda üzərinə həbs qoyulmuş əmlaklar qeyd edilmiş, əmlak lar siyahıya alınarkən sobalarda kərpic olduğuna dair protokolda hər hansı məlumat qeyd edilməmişdir. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının bu tələbi ilə bağlı iş materillarında sübutlar olmadığından tələb əsassız hesab edilərək təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, cavabdeh yalnız təmin edilməmiş iddia tələbi üzrə məhkəmə tərəfindən görülmüş iddianı təmin etmə tədbiri nəticəsində dəymiş ziyanı iddiaçıdan tələb edə bilərdi. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış əsassız iddialarla bağlı məhkəmələrə zaman və vaxt sərfinə görə 450.000 manat xərc çəkildiyini, işgüzar nüfuza və sövdələşmələrə xələl gəlməsinə görə 2.020.000 ABŞ dollarıziyan dəydiyini göstərsə də, bu məbləğlərlə bağlı məhkəməyə he ç bir sübut (müqavilələr, qəbzlər və sair) təqdim etməmişdir.

25. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddiaların əksər hissəsi məhkəmələr tərəfindən əsaslı hesab edilərək təmin edildiyindən, qarşılıqlı iddia tələbi əsassız məhkəmələrə zaman və vəsait sərfinə görə 450.000 manat pulun və işgüzar nüfuza və sövdələşmələrə xələl gəlməsinə görə 2.020.000 ABŞ dolları vəsaitin iddiaçıdan tutulması hissəsində də əsassız hesab edilərək təmin edilməməlidir.

26. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 705-ci, Azərbaycan Respublikası MPM-in 77.1,164-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddia çıxarılmasını xahiş etmişdir. b) tələbinin təmin edilməsi barədə yeni qətnamənin Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 16 noyabr tarixli 2-2(103)-588/2017 saylı, qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və Sərvət Hüseynov).

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, icarə münasibətlərinə xitam verilməsini və icarə münasibətlərinə xitam verilməsindən sonra icarə predmetinin cavabdehdə saxlanılması halının baş vermədiyini b ildirsə də, faktiki olaraq icarə predmetini iddiaçıya qaytarmamış, iddiaçıya bununla bağlı rəsmi heç bir təklif irəli sürməmiş, əksinə, iddiaçının geri qaytarılma ilə bağlı xəbərdarlığını cavabsız qoymuşdur. Cavabdeh icarə predmetinin onda olmadığını əsaslandırmaq üçün mazut yanacağı və elektrik enerjisi ilə işləyən zavoda 2008-ci il 1 dekabr tarixdən sonra heç bir enerji daşıyıcısının sərf etmədiyini, sayğacların sərfiyyat yazmadığını göstərməklə əsaslandırmağa çalışsa da, bu icarə predmetinin iddiaçıya qaytarılması kimi qiymətləndirilə bilməz.

30. Həmçinin, zavod üzərinə hələ 2008-ci ildə həbs qoyulmaqla, zavodun keçmiş direktoru E.Xıdırova saxlanca verilmiş, onun tərəfindən uzun müddət mühafizə altında olmuş, mühafizə haqqı ona və digər iki gözətçiyə A.Əliyev, yəni cavabdehin təsisçilər indən biri tərəfindən ödənilmişdir ki, bu da zavodun iddiaçıya qaytarılmaması faktının apellyasiya şikayəti ilə də təsdiq olunması deməkdir. Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1947/2014 saylı iş üzrə qanuni qüvvəyə minmiş 2014-cü il 21 avqust tarixli qətnaməsinin ona münasibətdə məcburi olan icrasını təmin edərək, kərpic zavodunun bu günədək ya təhvil verməməsinə də tutarlı əsaslar göstərmir.

31. Digər tərəfdən, Ə.Hüseynov və A.Əliyev arasında bağlanmış 2008-ci il 28 fevral alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilmişdir.

32. Bundan əlavə, işin hallarından görünür ki, 2008-ci il 28 fevral tarixli alqı-satqı müqaviləsi üzrə alıcı qismində cavabdehin təsisçilərindən biri olan ev çıxış etsə də, alqısatqı müqaviləsi bağlandıqdan sonra da sözügedən zavodu faktiki olaraq cavabdehin istifadə və sahibliyində olmuşdur. Bu fakt cavabdeh tərəfindən də etiraf edilmişdir. Belə ki, işdə ölan məhkəmə qərarlarından göründüyü kimi, cavabdeh kərpic zavodunun işlək vəziyyətdə saxlanılması, müəssisəyə hər hansı müdaxilənin qarşısının alınması məqsədilə 2011-ci ilin aprel 2014-cü ilin mart ayına kimi olan müddət ərzində onun mühafizəsini təmin etmişdir. Məhkəmənin hökmü ilə də müəyyən edilmişdir ki, fiziki olaraq A.Əliyev deyil, cavabdehin bütün təsisçiləri, yəni hüquqi şəxs olaraq kərpic zavodunu almaq niyyətində olmuş, bütün təsisçilər zavodun alınmasından ötrü Ə.Hüseynova 1.481.751 manat məbləğdə nağd pul vəsaiti və avtomaşınlar və üç ev vermişlər. Məhkəmənin hökmü ilə təsisçilərin ödədiyi məbləğdən 3 illik icarə haqqı çıxılmaqla, vurulmuş ziyan ın məbləği azaldılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MM-in 21.1, 705, 1096.1, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 78.1, 164, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Həmin qətnamədən narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, onun ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-cu il 23 may tarixli 2-2(102)-162/18 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - bi rinci instansiya məhkəməsinin 2017-ci il 30 iyun tarixli qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə 1.649.000 ABŞ dolları məbləğinin tutulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iddiaçının iddia tələbi həmin hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 16 noyabr tarixli qətnaməsi qalan hissədə dəyişdirilmiş, cavabdehdən onun təsisçisi olan A.Əliyevin vəsaiti hesabına 391.000 ABŞ dolları və 450.000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov).

36. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni hə ll edərkən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 2016-cı il 15 mart tarixli 2-2(102)-84/2016 saylı qərarını nəzərə almamışdır. Halbuki, həmin iqtisadi iş üzrə mübahisənin predmetini sözügedən kərpic zavodunun cavabdeh tərəfindən iddiaçıya qaytarılması ilə yanaşı, zavodun 10 illik müddət ərzində 2.040.000 ABŞ dolları icarə haqqı məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması da təşkil etmişdir.

37. Qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş həmin 2016-cı il 15 mart tarixli 2-2(102)-84/2016 saylı qərarından göründüyü kimi, birinci instansiya məhkəməsinin 2015-ci il 21 avqust tarixli qətnaməsi ilə iddiaçının yuxarıda göstərilmiş iddiası qismən təmin edilərək, sözügedən kərpic zavodunun cavabdehdən alınaraq id diaçıya qaytarılması qət edilmiş, iddia 2.040.000 ABŞ dolları icarə haqqının tutulması hissəsində təmin edilməmişdir.

38. Bununla belə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sözügedən kərpic zavodu 2014-cü ilin may ayından 2016-cı ilin mart ayına qədər, yəni, 23 ay ərzində cavabdehin təsisçisi A.Əliyevin təyin etdiyi E.Xıdırovun və onun təmin etdiyi mühafizəçilərin mühafizəsi altında olmuş, başqa sözlə iddiaçının sərəncamında olmamışdır. Beləliklə, 23 ay x 17000 ABŞ dolları = 391.000 ABŞ dolları məbləğində olan ziyandan bəhs edilə bilər.

39. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin qiymətləndirmə hesabatına görə icarə predmeti olmuş zavod uzun illər ərzində baxımsız qalaraq, yararsız vəziyyətə düşmüşdü r və zavodun təmir-bərpa xərcləri üçün 450000 manat vəsait tələb olunur. Eyni zamanda, qeyd edilməlidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 11 mart tarixli, 1(101)-117/2012 saylı icra sənədinə əsasən zərər çəkmiş və mülki iddiaçı kimi, iş üzrə cavabdeh İddiaçı MMC-nin təsisçilərindən biri, 34 paya və MMC-nin əmlakının 55,73 faizinə sahib olan Ə.Hüseynovdan onun əmlakının 437.632 manatdan ibarət olan hissəsinin vurulmuş maddi ziyanın hesabına zərərçəkmiş şəxs kimi hazırkı iş üzrə iddiaçı A.Əliyevə verilməsi qət edilmişdir.

40. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MPM-in 82, 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

41. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs A.Əliyev və cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nə ayrı-ayrı şikayətlərlə müraciət edərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumundakı icraat

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 iyun tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 may tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 417.1.4-cü maddələrinə uyğun olmadığ ından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. ç) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumundakı icraat

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2019-cu il 15 noyabr tarixli 13-2(102)-2(k)/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2018-ci il 23 may tarixli 2-2(102)-162/2018 saylı qərarı və onunla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 16 noyabr tarixli 2-2(103)-588/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 may tarixli 2-2(103)-11/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilmiş hissəsində - cavabdehdən iddiaçının xeyrinə icarə predmeti olan kərpic zavodunun qanunsuz sahiblik və istifadədə saxlanıldığı 2007-ci il 1 may tarixdən 2017-ci il 1 may tarixədək olan dövr üçün ödənildiyi günə Azərbaycan manatına olan məzənnə ilə 2.040.000 ABŞ dolları məbləğində, zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450.000 manat pulun tutulması hissəsində ləğv edilmiş və ilk iddia tələbi təmin edilməmiş, qətnamə 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilməd ən saxlanılmışdır.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, 2008-ci il 28 fevral tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin təsisçilərindən Əlihüseyn Hüseynov İddiaçı MMC-nin nizamnamə kapitalındakı 100% payını 106750 manata X2. Nəsimi Rayon Məhkəməsinin 2009-cu il 19 iyun tarixli, 2(006)-197/2009 saylı, 2010-cu il 01 iyun tarixində qanuni qüvvəyə minmiş qətnaməsi ilə X6 iddia tələbi təmin edilmiş, təsisçilərin təsis paylarından cəmiyyətin digər iştirakçısının xeyrinə imtina etmələri barədə ərizələri (birtərəfli əqdlər) və həmin ərizələrin nəticəsi olaraq "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliklərlə bağlı 2006-cı il 21 iyun tarixli qərar və bu barədə Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyinin X14 qeydiyyatı üzrə X16 aparılmış 2006-cı il 22 iyun tarixli dövlət qeydiyyatı, 2008-ci il 28 fevral tarixində "xxxx" MMC-nin təsisçisi X7 ilə X9 arasında Bakı şəhər 1 saylı Dövlər Notariat Kontorunda reyestrdə 3M/02-154 nömrə ilə qeyd edilmiş "xxxx" müəssisəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, "xxxx" MMC-nin təsisçilərinin pozulmuş hüquqları "xxxx" MMC-nin 2004-cü il 18 fevral tarixli nizamnaməsinə uyğun bərpa edilmişdir.

46. Eyni zamanda, Nəsimi rayon Məhkəməsinin 2008-ci il 17 noyabr tarixli, 2(006)3282/2008 saylı qərardadı ilə işə məhkəmədə baxılarkən iddiaçı X10 iddianın təmini tədbiri barədə ərizə vermiş, məhkəmənin qeyd olunan qərardadı ilə ərizə təmin olunmuş, "xxxx" MMC-nin və onun mülkiyyətində olan Beyləqan rayonu, Allahyarlı kəndində yerlə şən torpaq sahəsi və Kərpic zavodunun hər-hansı formada özgəninkiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış və həmin müəssiənin bütün daşınar və daşınmaz əmlakları siyahıya alınmaqla onların üzərinə həbs qoyulmuş, qərardadın icrası "xxxx" MMC-nin hüquqi şəxs kimi bu və ya digər formada özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yanında Kommersiya X14 Qeydiyyatı İdarəsinə (Ərazi Bölməsinə), "xxxx" MMC-nin daşınmaz əmlaklarının özgəninkiləşdirilməsinin qadağan edilməsinə aid hissədə Azərbaycan Respublikası DƏDRX-nə (Ərazi İdarəsinə), həmin müəssisənin bütün əmlaklarının siyahıya alınmasına aid hissədə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beyləqan rayon Məhkəmə İcraçıları Şöbəsinə həvalə edilmişdir. 37 saylı borclunun əm lakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokola əsasən Beyləqan rayon MN və Mİ qrupu tərəfindən İddiaçı MMC mülkiyyətində olan müəssisənin bütün əmlakları siyahıya alınmış, əmlak üzərinə həbs qoyulmuş, siyahıya alınmış və üzərinə həbs qoyulmuş əmlaklar borclu İddiaçı MMC- nin icraçı direktoru X11 tapşırılmışdır.

47. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 15 mart tarixli, 2-2(102)-84/2016 saylı qərarında qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2011-ci il 30 sentyabr tarixli, 5(006)-423/2011 saylı qərarı ilə 99611 saylı cinayət işi üzrə İddiaçı MMC-nin X4 məxsus orta bazar qiyməti 1509795,16 manat təşkil edən 34 təsis payı və İddiaçı MMC-nin həmin dəyərdə əmlakı üzərinə həbs qoyulmuşdur. Digər tərəfdə n apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan sonra zavodun faktiki olaraq "xxxx" MMC-nin istifadəsində olması faktına aydınlıq gətirilməsi barədə 16 iyul 2015-ci il tarixli qərarı ilə verdiyi göstərişini nəzərə alaraq şahid qismində E.Xıdırovu dindirmiş və E.Xıdırov ifadəsində zavodun 2008-ci ildən etibarən onun mühafizəsində olduğunu, icra məmurları tərəfindən zavodun əmlakının üzərinə həbs qoyulduqdan sonra orada heç bir fəaliyyətin həyata keçirilmədiyini, hər hansı bir fəaliyyətin həyata keçirilməsinə icra məmurları tərəfindən icazə verilmədiyini göstərmişdir.

48. Məhkəmələrin gəldiyi nəticəyə görə iddiaçının 2008-ci ildən, yəni mübahisəli əmlakın üzərinə həbs qoyulmasından sonrakı dövr üçün (iddia qaldırılan tarixədək, yəni 2014-cü il tarixədək) cavabdehdən icarə haqqı tələb etməsi barədə tələbi əsaslı sayıla və təmin oluna bilməz. Bununla yanaşı, müqavilənin müddətinin bitdiyi 2007-ci il 1 may tarixdən icarəyə verilən əmlakın üzərinə həbs qoyulduğu 2008-ci il tarixədək tərəflər arasında icarə münasibətlərinin davam etməsi qəbul edilsə belə, iddiaçının həmin müddət üçün icarə haqqının ödənilməsi barədə tələbi də təmin edilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının 2.040.000 ABŞ dolları məbləğində icarə haqqının tutulmasının təmin edilməməsi hissəsində preyudisiallığı nəzərə alınaraq hesab olunmuşdur ki, iddia tələbi kərpic zavodunun qanunsuz sahiblik və istifadədə saxlanıldığı 2007-ci il 1 may tarixdən 2017-ci il 1 may tarixədək müddətdə 2.040.000 ABŞ dolları məbləğində dəymiş ziyanı n ödənilməsi hissəsində təmin edilməməlidir.

49. Eyni zamanda, zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün 450.000 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmənin birinci instansiya məhkəməsi kərpic zavodunun 2008-ci ildən cavabdehin istifadəsində olmadığını, ondan hər hansı fayda əldə etmədiyini, həmin əmlakın həbsdə olması səbəbindən, icra məmurunun tapşırığı əsasında əmlakın mühafizəsinin həyata keçirdiyi faktının müəyyən edildiyini nəzərə almamışdır. Məhkəmə qərarları ilə kərpic zavodunun on illər ərzində baxımsız qalaraq istifadəyə yararsız vəziyyətə düşdüyü cavabdehin təqsiri üzündən baş vermədiyi sübut olunur və cavabdeh buna görə məsuliyyət daşıya bilməz.

50. Məhkəmə birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı təmin etməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır.

51. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 448.4, Azərbaycan Respublikası MPM-in 77.1, 82.3, 82.4, 119.1, 705-ci maddələrinə istinad etmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 25 iyun tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 2021-ci il 8 iyul tarixdə iddiaçıya təqdim edilmişdir.

53. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, qətnamənin qismən – iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

54. Araşdırılmış və iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən tam olaraq hüquqi qiymət verilməmiş, tətbiq edilməsi maddi hüquq norması düzgün təfsir edilməmiş, prosessual qanunvericiliyin ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hər kəsin hüquqlarının ədalətli məhkəmə müdafiəsi prinsipi pozulmuşdur.

55. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının 2.040.000 ABŞ dolları məbləğində icarə haqqının tutulmasının təmin edilməməsi hissəsində preyudisiallığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi kərpic zavodunun qanunsuz sahiblik və istifadəsində saxlanıldığı 2007-ci il 01 may tarixindən 2017-ci il 01 may tarixinədək olan r müddətdə 2.040.000 ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.

56. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə kərpic zavodunun on illər ərzində baxımsız qalaraq istifadəyə yararsız vəziyyətə düşdüyü cavabdehin təqsiri üzündən baş vermədiyi sübut olunur və cavabdeh buna görə məsuliyyət daşıya bilməz.

57. Məhkəmə kollegiyasının hansı hallara əsasən zavodun əvvəlki vəziyyətə gətirilməsi üçün iddia tələbinin həmin hissədə təmin edilməməsi qərarına gəlməsi də aydın deyildir. Məhkəmə kollegiyasının qərarında birmənalı göstərilir ki, işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, kərpic zavodu ötən müddət ərzində icarəçi tərəfindən zavodun mülkiyyətçisi iddiaçıya qaytarılmamış, zavod cavabdehin təsisçisi A.Əliyevin təyin etdiyi E.Xıdırova təhvil verilm iş və onun təyin etdiyi mühafizəçilər tərəfindən mühafizə olunmuş, tərəflər arasında zavodun qanuni sahibinə geri qaytarılması İlə əlaqədar çoxsaylı məhkəmə mübahisələri ilə əlaqədar zavodun üzərinə həbs qoyulmuşdur. Nəticədə mülkiyyətçi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edərək gəlir əldə etmək imkanından məhrum olmuş və iddiaçıya maddi zərər dəymişdir. Apellyasiya instansiyası məhkəməsi MM-in 448.4-cü maddəsinə istinad etməkdə haqlı olsa da, nəticədə yalnış nəticəyə gəlmişdir.

58. Bundan əlavə, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən müəyyən edilir ki, zavodun icarədən mülkiyyətçiyə qaytarılmadığı müddətdə mühafizə edilməsi ilə bağlı A.Əliyev tərəfindən mühafizəçilərə ödənilmiş əmək haqqının qaytarılması tələbinə dair iddiası təmin edilmişdir. Belə olan halda məhkəmə kollegiyasının “kərpic zavodunun on illər ərzində baxımsız qalaraq istifadəyə yararsız vəziyyətə düşdüyü cavabdehin təqsiri üzündən baş vermədiyi sübut olunur və cavabdeh buna görə məsuliyyət daşıya bilməz” nəticəsinə gəlməsini əsassız hesab edirik. Əgər zavod mülkiyyətçiyə qaytarılmayıbsa və cavabdehin təyin etdiyi mühafizəçilər tərəfindən mühafizə edilərək mülkiyyətçi zavodun ərazisinə buraxılmayıbsa onda zavodun istifadəyə yararsız hala düşməsinin cavabdehin təqsiri üzündən baş verdiyi işin mübahisəsiz halı olmalıdır.

59. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası MM-in 705, Azərbaycan Respublikası MPM- in 88, 420, Azərbaycan Respublikası MPM-in 9.1, 14.2, 88, 217.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. s) Məhkəmə icraatı iştirakçılarının izahatları

61. İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir.

62. Cavabdehin vəkili V.Kişiyev, nümayəndəsi P.Babayev kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişlər.

63. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). Bu səbəbdən, məhkəmə k ollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

64. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

65. Kassasiya baxışının hədləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçının verdiyi kassasiya şikayətinin nəticə hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, qarşılıqlı iddiaçı (cavabdeh) tərəfindən kassasiya şikayətinin verilməməsi nəzərə alınaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ilk in iddia tələbinə aid hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

66. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ

67. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edi lməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə

705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.” “Maddə 1096. Mülk i hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”

68. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə bax maq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassas iya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. İddiaçının kassasiya şikayətinin dəllillərinə münasibətdə Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödən ilməsi tələbinə dair iş üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı qəbul edilmiş 2018-ci il 23 may tarixli məhkəmə qərarı ilə iddiaçının cavabdehdən 1.649.000 ABŞ dolları məbləğində ziyanın tutulması tələbi təmin edilməmişdir. Cavabdeh və üçüncü şəxsdən fərqli olaraq, iddiaçı həmin məhkəmə aktından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verməməklə, faktiki olaraq iddia tələbinin qeyd olunan hissədə təmin olunmaması ilə razılaşmışdır.

71. İddiaçının qalan-391.000 ABŞ dolları və 450.000 manat məbləğində ziyan tələbinə gəldikdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 11 iyun tarixli qərarında göstərilmişdir ki, " İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı dəymiş zərə rin əvəzinin ödənilməsi tələbinə dair işə baxarkən kassasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2016-cı il tarixli qərarının 2.040.000 ABŞ dolları məbləğində icarə haqqının tutulmasının təmin edilməməsi hissəsində preyudisiallığını nəzərə alaraq iddianı 2007-ci ildən 2014-cü ilədək müddətdə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində təmin etməmişdir. Həmçinin məhkəmə belə qərara gəlmişdir ki, mübahisəli kərpic zavodu 2014-cü ilin may ayından 2016-cı ilin mart ayına qədər, yəni 23 ay ərzində iddiaçının sərəncamında olmamışdır. Bu səbəbdən məhkəmə həmin dövr üçün 391.000 ABŞ dolları məbləğində pulun (aylıq 17.000 ABŞ dolları olmaqla) tutulmalı olması qənaətinə gəlmişdir. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası belə qənaətə gələrkən tə rəflər arasında olan mübahisəli zavodun mühafizəsi üçün əmək haqqı kimi verilən vəsaitin geri qaytarılması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qərarı ilə mübahisəli kərpic zavodunun 2008-ci ildən 2015-ci ilin iyun ayınadək A.Əliyevin istifadəsində olmadığı, ondan hər hansı fayda əldə etmədiyi, həmin əmlakın həbsdə olması səbəbindən, sadəcə icra məmurunun tapşırığı əsasında əmlakın mühafizəsini həyata keçirdiyi faktının müəyyən edildiyini nəzərə almamışdır. Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının preyudisiallığını nəzərə almayaraq Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin, eləcə də həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqeləri ilə uzlaşmayan qərar qəbul etmişdir».

72. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə cavabdeh "xxxx" MMC-dən iddiaçı X3 (hazırki iş üzrə üçüncü şəxs) xeyrinə 48.855,25 manat pul vəsaitinin tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin 2016-cı il 06 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

73. Həmin qərarla müəyyən edilmişdir ki, Allahverən Əliyev üçüncü şəxslər vasitəsilə, onlara əmək haqqı verməklə, ona tapşırılmış zavodun mühafizəsi xidmətini 2008-ci ildən 2015-ci ilədək olan müddətdə kifayət qədər vicdanla yerinə yetirmiş və bu öhdəliyi yerinə yetirərkən «İcra haqqında» Qanunun 52.2-ci maddəsində nəzərdə tutulan, "xxxx" MMC-nin ona ö dəməli olduğu məbləğdən çıxılmalı olan hər hansı fayda əldə etməmişdir. Ona görə də, "xxxx" MMC Mülki Məcəllənin 783.1-ci maddasinə müvafiq olaraq iddiaçının zavodun mühafizəsi ilə bağlı çəkdiyi bütün xərclərin əvəzini ödəməli və onu mühafizə öhdəliyindən azad etməlidir.

74. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli kərpic zavodunun 2008-ci ildən 2015-ci ilədək olan müddətdə mühafizə altında olduğu və hər hansı fayda əldə edilmədiyi müəyyən edilmişdir.

75. Hazırki işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərə aid qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığını, kərpic zavodunun 2008-ci ildən cavabdehin istifadəsində olmadığını, ondan hər hansı fayda əldə etmədiyini, həmin əmlakın həbsdə olması səbəbindən, icra məmurunun tapşırı ğı əsasında əmlakın mühafizəsini həyata keçirdiyini nəzərə alaraq (bax yuxarıda §45-49), ilkin iddianın əsassız olması qənaətinə gəlmişdir.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 11 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə və MPM-nin 82.3-cü maddəsinin tələblərinə (bax yuxarıda §65) uyğun olduğundan, iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlilləri əsassızdır.

77. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edi lməməlidir. 78.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: “Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 may tarixli 2-2(103)-11/2021 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.” Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli 1.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar