Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-451/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilmə si” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 15 may tarixli e-2-2(113)-3501/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) (bundan sonra ayrıayrılıqda – “Cavabdeh1” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 17 iyul tarixli 3144 nömrəli kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) üzrə 55.243,79 manat əsas bor c, 57.667,92 manat faiz borcu, 2.799,42 manat cərimə olmaqla cəmi 115.711,13 manat, 2021-ci il 21 sentyabr tarixli 3144/2 nömrəli kredit müqaviləsi (bundan sonra – “İİ kredit müqaviləsi”) üzrə 74.999 manat əsas borc, 60.683,94 manat faiz borcu, 2.945,84 manat cərimə olmaqla cəmi 138.628,78 manat, ümumilikdə 254.339,91 manat məbləğdə kredit borcunun və ödənilmiş 544,34 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 270 manat xərcin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddia tələbi üzrə tutmanın yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəs i **********77-05101-083003, qeydiyyat nömrəsi ********** ilə 2021-ci il 17 iyul tarixində qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 90 ünvanında yerləşən ümumi sahəsi 129,2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, adıçəkilən əmlakın ilkin satış qiyməti 193.800 manat müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi qaydada Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini qəbul etmişdir.
2. Cavabdeh2 məhkəməyə vəsatət verərək bildirmişdir ki, cavabde hlərdən Cavabdeh1 Nəsimi rayon ərazisində, Cavabdeh2 isə Yasamal rayonu ərazisində qeydiyyatdadır. Kredit müqaviləsi üzrə borc götürən şəxslər fiziki şəxslərdir və VÖEN-ləri mövcud deyil. Bu səbəbdən də hazırkı mübahisəli məsələ ilə bağlı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz, iş aidiyyəti Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
3. İddiaçı vəsatətə etiraz edərək qeyd etmişdir ki, tərəflər arasında mçövcud olan kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24% olmaqla qeyri-yaşayış obyektinin tikintisi üçün 60.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış İİ kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 24% olmaqla 200.000 manat limit üzrə 75.000 manat məbləğində kredit verilmişdir. Həmçinin kr edit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Hər iki cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydə alınmış və VÖEN barədə çıxarışları təqdim olunmuşdur. Yəni hər iki tərəf sahibkarlıq fəaliyyətinin müstəqil subyektləridirlər. Eyni zamanda hazırkı mübahisə predmeti də sahibkarlıq fəaliyyəti ilə əlaqədar alınmış kredit (qeyri-yaşayış sahəsinin tikilməsi üçün) və həmin kreditin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehlər tərəfindən ödənilməyən borcun onlardan tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlıdır.
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 15 may tarixli e-2-2(113)-3501/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş vəsatət rədd edilmişdir (hakim – N.Əhmədova).
5. Məhkəmə qeyd etmişdir ki, borcalan Cavabdeh1 2016-cı il 14 aprel tarixində vergi uçotuna alınaraq həmin tarixdən sahibkarlıq fəaliyyəti subyektidir. İş üzrə kredit müqavilələrində kreditin təyinatı qeyri-yaşayış obyektinin tikintisi olaraq göstərilmişdir. Belə olan halda, iddiaçının kommersiya hüquqi şəxsi, Cavabdeh1 fərdi sahibkar olduğu, həmin müqavilələrin hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlandığı öz təsdiqini tapmışdır.
6. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd etmişdir ki, vəsatətdə göstərilənlərin əksinə, həmin cavabdeh də sahibkarlıq fəaliyyəti subyektidir və VÖEN-ə (**********) malikdir. Digər tərəfdə n, hətta həmin cavabdehin vergi uçotuna alınmaması da mübahisənin kommersiya aidiyyətini dəyişməyəcəkdir.
7. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarına istinad edərək hesab etmişdir ki, hazırkı iş üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi bilavasitə kommersiya mübahisəsi olan kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair işlə birlikdə baxıldığından ipoteka qoyan kimi Cavabdeh2 fərdi sahibkar statusuna malik olubolmamasının heç bir əhəmiyyəti yoxdur.
8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11, 12 və 26-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 25.1, 26.1, 32.1, 32.2, 32.4 və 32.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, onu ləğv edilməsi və işin aidiyyatı üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyanın 60, 71 və 127-ci və MPM-in 24.2, 24.3, 25.1 və 32.1-ci maddələrinə istin ad edərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borc götürən şəxslər fiziki şəxslərdir və VÖEN-ləri aktiv deyildir. Həmçinin, cavabdehlərə kredit onların vaxtı ilə VÖEN hesablarının olmasına görə verilməmişdir. Bu səbəbdən də, hazırkı mübahisə ilə bağlı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz, iş aidiyyatı Bakı üzrə şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
11. İddiaçı həmin şikayətə qarşı etirazında qeyd etmişdir ki, hər iki cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydə alınmış və VÖEN barədə çıxarışları təqdim olunmuşdur. Yəni hər iki tərəf sahibkarlıq fəaliyyətinin müstəqil subyektləridirlər. Eyni zamanda hazırki mübahisə predmeti də sahibkarlıq fəaliyyəti ilə əlaqədar alınmış kredit (q eyri-yaşayış sahəsinin tikilməsi üçün) və həmin kreditin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehlər tərəfindən ödənilməyən borcun onlardan tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlıdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 30 may tarixli e-2-2(113)- 3501/2025 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – N.Əhmədova). Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi mə hkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sa hibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmama sını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.” 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyy əti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
14. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməlidir.
15. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2019cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsini n qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).
16. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyət inin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).
17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özün ün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).
18. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı kommersiya hüquqi şəxs, Cavabdeh1 isə 2016-cı il 14 aprel tarixində vergi uçotuna alınaraq həmin tarixdən sahibkarlıq fəaliyyəti subyektidir.
19. İddianın əsasını iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 17 iyul və 21 sentyabr tarixli kredit müqavilələri, iddianın predmetini isə həmin müqavilələrdən yaranmış borcun ödənilməsi təşkil edir. Eyni zamanda, kredit müqavilələrində kreditin təyinatı qeyri-yaşayış obyektinin tikintisi olaraq göstərilmişdir. Bu isə həmin müqavilələrin hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlandığını göstərir.
20. Göründüyü kimi həm tərəflərin subyekt tərkibi, həm də müba hisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından hazırkı mübahisənin məhkəmə aidiyyəti kommersiya məhkəməsinə aiddir.
21. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, cavabdehin vəsatətinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, şikayətin dəlilləri isə əsassızdır.
22. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 15 may tarixli, e-2-2(113)-3501/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi Qərara alır: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 15 may tarixli, e-2-2(113)-3501/2025 nömrəli qərardadı dəyişdirilmə